Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

~ 179 ~ 
E – elektrik enejisinə xərclər, man; 
T – yanacaq xərcləri, man; 
Z – xidməti heyətə əmək haqqı, man; 
Π
c
 – ilə məhsuldarlıq, t/il. 
Balans dəyərindən (əmək haqqından) aşağıdakı çıxar normaları 
müəyyən  olunmuşdur:  binaların  amortizasiyası-2;  avadanlıqların 
amortizasiyası-10;  binaların  cari  təmiri-4;  cari  təmir,  maşın  və 
avadanlıqların texniki xidməti-13; xidməti heyətin əmək haqqına 
əlavə - 4,4; kvt elektrik enerjisinin dəyəri – man. 
 
4.1.3. Dənin tədarük kondisiyası 
Dənin tədarük kondisiyası (bazis və məhdudiyyət) onun dövlə-
tə  satılmasında  keyfiyyət  normalarını  əks  etdirir.  Bazis  kondisi-
yası  əsas  keyfiyyət  norması  olub,  onun  tələblərinə  uyğun  gələn 
məhsul tam qida, yem və texniki keyfiyyətə malik olur. Ona görə 
də  belə  xammaldan  dövlət  standartının  tələblərinə  uyğun  yüksək 
keyfiyyətli məhsul alınır. Bazis kondisiyası torpaq-iqlim zonaları-
na görə müəyyən olunur. Zonalardan asılı olaraq, natura çəkisi və 
nəmlik  dəyişsə  də  digər  göstəricilər  demək  olar  ki,  dəyişilməz 
qalır.  Dənin  keyfiyyəti  bazis  kondisiyasına  uyğun  gəlməzsə,  bu 
onun dövlətə satışına mane ola bilməz. Lakin bu şərtlə ki, keyfiy-
yət  göstəriciləri  məhdudiyyət  kondisiyası  çərçivəsindən  kənara 
çıxmasın. 
Məhdudiyyət kondisiyası dövlətə satılan məhsulun keyfiyyəti-
nin yol verilən aşağı normasıdır. Əgər məhsul hər hansı göstərici-
sinə görə bu kondisiyadan aşağı (pis) olursa, həmin məhsulu satın 
almağa heç bir tədarük təşkilatının ixtiyarı yoxdur. Aşağıda buğda 
dəni  üçün  bazis  və  məhdudiyyət  kondisiyasına  veririk  (cədvəl 
4.6).  
Bazis  kondisiyasından  pis  cəhətdən  fərqlənən  dənlər,  tədarük 
təşkilatları tərəfindən qiymətdən (dən qarışığına, natura və yolux-
maya görə) və çəkidən (nəmliyə və zibil qarışığına görə) güzəştlə 
(reaksiya)  qəbul  edilir.  Bundan  başqa,  dənin  nəmliyi  və  zibil 
qarışıqlarının  miqdarı  bazis  kondisiyası  normasından  yüksək 
olarsa, qurutma və təmizləmə üçün əlavə ödənc alınır.  


~ 180 ~ 
Cədvəl 4.6 
Buğda dəninin bazis və məhdudiyyət kondisiyası 
Keyfiyyət 
göstəriciləri 
Bazis kondisiyası 
Məhdudiyyət kondisiyası 
Nəmlik 
15, 16, 17% 
15-19% 
Zibil qarışığı 
1% 
5% 
Dən qarışığı 
2-3% 
15% 
Natura 
735-780 q 
650 q 
İy 
Normal 
Kəskin kənar iylərdən (kerosin, 
benzin) başqa qalan sorbsiya 
iyləri ola bilər 
Yoluxması 
Olmamalıdır 
Yalnız gənələrlə ola bilər 
 
Əgər  dən  bazis  kondisiyasından  daha  yüksək  göstəricilərlə 
fərqlənirsə, fiziki çəkiyə (nəmliyə və zibil qarışıqlarına görə), ya-
xud qiymətə (naturaya görə) əlavə ilə qəbul olunur.  
Cədvəldə dövlətə satılan dənin keyfiyyətinin bazis kondisiyası 
normasından kənara çıxmaları ilə əlaqədar müəyyən olunmuş gü-
zəştlər və əlavələr verilir.  
Buğda  650  qramdan  aşağı  (600  qramadək)  natura  çəkisində 
qəbul  olunarsa,  qiymətdən  15%;  600  qramdan  aşağı  isə  30% 
məbləğində pul güzəşti nəzərdə tutulur. 
 
4.1.4. Qurutma zamanı dənin kütlə itkisinin hesablanması 
Qurutma prosesində  dənin  kütlə  itkisi (%-lə) həmişə nəmliyin 
azalma faizinə nisbətən bir qədər çox olur. 
Qurutma  nəticəsində  dənin  çəkisinin  dəyişməsini  hesablamaq 
üçün aşağıdakı formuldan istifadə olunur: 
 
X=
         
     

 
burada: X – çəkidə itki faizi
a – qurutmaya qədər dənin nəmliyi, %; 
b – qurutmadan sonra dənin nəmliyi, %. 
Misal.  Dən  quruducularında  1855  t  qurutmaya  qədər  nəmliyi 


~ 181 ~ 
21,5% olan dən qurudulmuş və sonra nəmliyi 15% təşkil etmişdir. 
Deməli, nəmliyi 6,5% azalmışdır. 
Dənin çəkisində həqiqi itki faizi bərabər olur: 
 
X=
               
      
 
       
  
 7,65%, 
 
yaxud, ilkin silinmə aşağıdakı miqdarda olur: 
 
         
   
 141,9 ton. 
 
Aşağıdakı misalı sərbəst həll etmək lazım gəlir. 
Misal. 1000 t miqdarında 26% nəmliyə malik olan dənin quru-
dulması tələb olunur. Həmin dənin 2 dəfəyə qurudulması nəzərdə 
tutulur:  1-ci  –  26-dan  20%-dək  (plan  vahidinə  keçirmə  əmsalı 
0,88), 2-ci – 20-dən 14%-dək (plan vahidinə keçirmə əmsalı 1). 
 
4.1.5. Nəmliyin və zibil qarışıqlarının miqdarına görə dənin 
çəkisinin dəyişməsi 
Nəmliyin və zibil qarışıqlarının miqdarının dəyişməsindən asılı 
olaraq  dən  və  onun  emal  məhsullarında  çəkinin  dəyişməsini 
müəyyən etmək üçün aşağıdakıları əldə rəhbər tutmalıdır. 
Dənin  və  onun  emal  məhsullarının  çəkisində  itkilərin  ölçüsü 
aşağıdakı formulla hesablanan daxilolma və çıxmada nəmlik gös-
təricilərinin müqayisəsindən alınan fərqdən yüksək olmamalıdır: 
 
X=
         
     

 
burada:  X – çəkidə həqiqi itki faizi; 
a – daxil olmaya görə nəmlik göstəricisi, %; 
b – çıxmada nəmlik göstəricisi, %. 
Zibil  qarışıqlarının  azalmasına  görə  dənin  çəkisində  itki  for-
mulla hesablanan daxilolma və çıxmada alınan göstəricilərin mü-
qayisəsində alınan fərqdən çox olmamalıdır: 
 


~ 182 ~ 
X=
             
     

 
burada:  X – çəkidə həqiqi itki faizi; 
b – daxil olmada zibil qarışığı, %; 
q – sərfiyyatda (çıxmada) zibil qarışığı, %; 
d – nəmliyin azalmasından çəkidəki itkinin miqdarı (əv 
vəlki formulda hesablanır). 
Lakin  bu  formulla  itkilərin  silinməsi  yalnız  0,2%-dən  çox  ol-
mamaqla  aparıla  bilir.  İşlənməyə  və  mexanizmlərlə  qarışdırılma-
ya məruz qoyulmamış dən partiyasından zibil qarışıqlarının azal-
ması hesabına silinməyə yol verilmir. 
Bəzi hallarda dənə kənar qarışıqların qarışması hesabına nəm-
liyin  yaxud  zibilliyin  yüksəlməsi  müəyyən  edildikdə  belə  hesab 
etməyə  əsas  var ki, dənin  keyfiyyətinin pisləşməsi  partiyanın çə-
kisinin artımına gətirib çıxaracaq.  Bu zaman  çəkidəki fərq aşağı-
dakı formulla hesablanır: 
 
X=
         
     

 
burada: X – çəkinin artım faizi; 
a – daxil olmada nəmlik, yaxud zibil qarışığı göstəricisi,  
%-lə; 
b – sərfiyyatda (çıxanda) nəmlik yaxud zibil qarışığı gös 
təricisi, %. 
Dənin çəkisində itki yaxud nəmliyin və zibil qarışığının dəyiş-
məsi  ilə  onun  yüksəlməsi  çəki  ifadəsində  (kq-la)  bütün  dənin 
çəkisinin daxil olana nisbəti ilə hesablanır. 
Dənin buraxılışı və daxil olmaları müxtəlif vaxtlarda kəmiyyət 
və  keyfiyyətcə  eyni  olmayan  partiyalarla  aparıldığından,  daxil 
olan  və  sərf  olunanın  kəmiyyət  göstəricilərinin  müqayisəsi  key-
fiyyətin  orta  çəki  göstəricisi  adlandırılan  göstəriciyə  görə  aparıl-
malıdır.  Həmin  göstəricini  tapmaq  üçün  isə  dənin  miqdarı  ayrı-
ayrı nəmlik və zibil qarışığı göstəricisinə vurulur. 
Sentner – faizlərin cəmi, qəbul olunan (yaxud buraxılan) ümu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə