Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə135/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   145

 287
Bu müddətdə digər dəstənin oyunçusu cərimə xəttinə çatana qədər əli ilə rəqibinə toxunmağa çalışır. 
Tutulmayan bir xal qazanır. Daha çox xal toplayan dəstə qalib gəlir.Qaçış zamanı oyunçunu itələmək və 
toppuzunu əldən zorla almaq olmaz. 
Durma,  qaç 
   Oyunçular  ki  dəstəyə bölünür. Dəstələr bir-birindən 10-12 m aralıda sıraya düzülürlər. Hər 
dəstənin qarşısında diametri 1 m olan dairə çəkilir. Müəllim oyunçuları nömrələyir.  
Nömrəsi çağırılan oyunçular dairəyə girib, üzü öz dəstələrinə tərəf qaçış vəziyyəti alırlar. Müəllimin 
«başla» komandası ilə hər iki oyunçu öz dəstəsinin sol tərəfi ilə qaçaraq dəstənin ətrafına dolanır və cəld 
öz dairəsinə daxil olmağa çalışır. Daha tez dairəyə girən oyunçu bir xal qazanır. Çox xal toplayan dəstə 
qalib gəlir. Qaçarkən bir-birini itələmək olmaz. 
 
 
 
 
 
Şəkil 5. 
«Zolaqlar üzərindən hoppanma» oyunu 
 
 
II   S İ N İ F 
 
Şəkil sərgisi 
Oyuna hazırlıq: Oyunun qaydaları  şagirdlərə izah edilir. Onlardan üç nəfər aparıcı seçilir. 
Bunlardan biri sərginin «müdiri», ikisi isə «tamaşaçı» rolunu ifa edir. 
Sonra oyunda iştirak edənlər (aparıcılardan başqa) meydançaya dağılışırlar. Onlar öz duruşları ilə 
hansı şəkli təsvir edəcəkləri haqqında bir-biri ilə, yaxud «müdirlə» məsləhətləşirlər. Hər hansı bir şəkli 
bir, iki və ya üç nəfər təsvir edə bilər. Məsələn, xizək sürənin, at çapanın, futbolçunun, boksçunun, qılınc 
oynadanın və b. idmançıların əsas çıxış vəziyyətlərini təsvir etmək (yamsılamaq) olar. 
   Uşaqlar müəllimin işarəsi ilə meydançanın kənarına düzülüb düşündükləri hadisəni təsvir edirlər. 
Hamı hazır olduqdan sonra müdirin «üç-dörd» komandası ilə hamı bir səslə deyir: «Sərgi açıqdır». 
Oyunun gedişi: Bütün şəkillər hazır olduqdan sonra və müdir sərgini açdıqdan sonra tamaşaçılar 
şəkillərin arası ilə gəzişirlər. Tamaşa 16 saniyə davam edir. Sonra müdir ikinci dəfə komanda verir: «üç-
dörd». Bu zaman oyunda iştirak edənlər «Sərgi bağlıdır» - deyə azad vəziyyəti alır və öz yerlərində 
dayanırlar. Tamaşaçılar üç şəklin adını çəkirlər. Ən yaxşı şəkli təsvir etmiş oyunçular aparıcı olur, əvvəlki 
aparıcılar isə oyunçulara qoşulurlar. 
Metodik göstərişlər: I. Yaxşı olardı ki, müəllim nümunə üçün bir neçə  şəkli təsvir etsin. 2. Şəkli 
daha düşüncəli təsvir etmiş oyunçuları fərqləndirmək üçün müəllim onlara xal hesabı ilə yer də verə bilər. 
3. «Sərgi açıqdır» sözündən «sərgi bağlıdır» sözünə qədər qəbul edilmiş vəziyyətdən tərpənmək olmaz. 4. 
Oyun yenidən təkrar olunan zaman əvvəlki  şəkli eyni oyunçu təkrar etməlidir. 5. Kimin müdir, kimin 
tamaşaçı olmasını aparıcılar öz aralarında müəyyən edirlər. 
  
 
 
Topu ortadakına 
Oyuna hazırlıq: İştirakçılar bir neçə komandaya bölünürlər. Hər komanda ayrılıqda bir dairə təşkil 
edir. Dairələrin ortasında aparıcılar dururlar. Hər aparıcıya bir voleybol və ya basketbol  topu verilir. 
 Oyunun gedişi: Müəllimin «Başla» komandası ilə aparıcılar topu növbə ilə öz yoldaşlarına atırlar. 
Onlar da növbə ilə topu yenə də qaytarırlar. Beləliklə, bütün oyunçulara top atılır. Aparıcı axırıncı topu 
qəbul edən kimi, onu yuxarıya qaldırır, bununla da oyunun qurtardığını bildirir. Bunu hansı komanda tez 
etsə, həmiin komandaya bir qələbə xalı verilir. 
Sonra aparıcılar başqa oyunçularla əvəz edilir və  oyun yenə də davam etdirilir. Axırda daha çox xal 
toplamış komanda qalib gəlir. 


 288
 Metodik göstərişlər: I. Yaxşı olar ki, oyunçulara voleybol, basketbol topları əvəzinə doldurulmuş 
toplar verilsin. 2. Oyunu 3-5 dəfə təkrar etmək olar. 3. Bütün komandalara düzgün nəzarət etməkdən ötrü 
müəllim özünə münasib yer seçməli və köməkçi  şagirdlərdən istifadə etməlidir. 4. Oyunçulara top 
ötürüldükdən sonra onlar əvvəlcədən  şərtlənmiş kimi bir sıra idman hərəkətləri edib sonra aparıcıya 
qaytarsalar daha səmərəli olar. 
Fiqurlar 
Oyuna hazırlıq: Oyunçular dairə boyunca düzülüb əl-ələ tuturlar. Bir nəfər aparıcı  təyin edilir. 
Aparıcı dairənin içərisində dayanır. 
Oyunun gedişi: Müəllimin komandası ilə oyunçular dairə boyunca hərəkət etməyə başlayır. Onlar 
sağa, sola addımlayır, addımların sürətini artırıb-azaldırlar, yavaş addım, tez-tez addım, qaçış, aşağı 
oturmaqla yeriş (qaz yerişi) və s. hərəkətlər edirlər (Müəllim sayır və hansı  hərəkətləri etmək lazım 
olduğunu işarə ilə bildirir). Müəllimin komandası ilə bütün oyunçular dayanırlar və  bədənlərinin
qollarının, qıçlarının vəziyyəti ilə  hər hansı bir fiqur (idman növləri üzrə: boksçunun duruşu, qaçan 
adamın vəziyyəti, qapıçının duruşu və s.) göstərirlər. Bu vaxt aparıcı  gəzişir və alınmış  vəziyyətlərə 
(fiqurlara) baxır, hansı oyunçunun «fiquru» (yaratdığı  vəziyyət) aparıcının daha çox xoşuna gəlirsə, o, 
həmin oyunçuya yaxınlaşır və adını  çəkir. Onlar yerlərini dəyişirlər. Oyun müəyyən vaxt (8-10 dəq.) 
ərzində keçirilir. Ən yaxşı fiqur yaratmış oyunçular qalib gəlirlər. 
Metodik göstərişlər: Oyun zamanı  şagirdlərin nə kimi «fiqurlar» yaratmalı olmaları müəllim 
tərəfindən əvvəlcə təsvir edilməli və göstərilməlidir. 
Qozalar, palıdlar, qozlar 
Oyuna hazırlıq:  Şagirdlər cərgəyə düzülüb 1-2-3 sayırlar. Birlər birinci, ikilər – ikinci, üçlər isə 
üçüncü dairəyə düzülürlər. Oyunçulara şərti olaraq adlar qoyulur. Bir nömrəli oyunçular «Qozalar», iki 
nömrəlilər «Palıdlar», üç nömrəlilər isə «Qozlar olurlar.  Üç nəfər aparıcı  təyin edilir. Onlar istədikləri 
yerdə.  Oyunun gedişi: Müəllim  şərti adları («qozalar», «palıdlar») növbə ilə çağırırlar. Çağırılmış 
oyunçular başqa dairəyə qaçıb yerini dəyişdirməyə çalışır. Aparıcılar isə bu zaman qaçıb, boş yerlərdən 
birini tuturlar. Kim dairə tuta bilmirsə, aparıcı sayılır. Dairələrdə özünə yer tutmuş aparıcıya həmin 
yerdən çıxmış oyunçunun şərti adı verilir. Boşalmış yer o zaman tutulur ki, oyunçuya dairəyə daxil olub, 
əl-ələ tutmuş olsun. Oyunda aparıcı rolunda heç oynamamış (yaxud başqalarına nisbətən az oynamış) 
oyunçular qalib sayılırlar. Bu zaman birinci dəfə təyin edilmiş aparıcıların ilk oyunları nəzərə alınmır. 
Metodik göstərişlər: I.  Oyunun səmərəsini və marağını artırmaq üçün ayrı-ayrı dairələr (hər üç 
nəfər) bir-birindən mümkün qədər aralı dayanmalıdır. 2. Dairədə özünə yer tutmuş oyunçunu güclə 
itələyib çıxartmağa icazə verilmir. 
İtiayaqlılar komandası 
Oyuna hazırlıq: Meydançanın bir tərəfində start xətti çəkilir. Oyunçular üç komandaya ayrılırlar: 
biri start xəttinin arasında, biri sağında, o biri isə solunda cərgəyə düzülürlər. Start xəttindən 15-20 m 
qabaqda hər komanda üçün bir dairə çəkilir və içərisinə toppuz (qumbara) qoyulur.  
Hər komandadan bir nəfər (cərgədə birinci dayananlar) start xəttinə hazır dayanırlar.  
Oyunun gedişi: Müəllimin «Marş» komandası ilə oyunçular öz dairələrinə doğru qaçırlar və 
dairədəki toppuzu götürüb üç dəfə yerə vurduqdan sonra yenə öz yerinə qoyub start xəttinə qaçırlar. Bunu 
hansı oyunçu daha tez eləsə öz komandasına xal qazanmış olur. Sonra həmin qaçan oyunçular cərgələrdə 
öz yerlərinə keçirlər, növbəti oyunçular isə start xəttinə  gəlir və beləliklə  də oyun davam edir. Bütün 
oyunçular qaçandan sonra daha çox xal toplamış komanda qalib gəlir. 
Metodik göstərişlər: I. Dərsin sıxlığını artırmaq üçün hər dəfə üç nəfər  deyil, oyunu 4-5 nəfərin 
qaçması ilə keçirmək olar. 2. Şagirdləri 2 qrupa ayırıb, ayrı-ayrı start xətləri üzrə oyunu keçirtmək 
mümkündür.  
Ağ ayılar 
Oyuna hazırlıq: Meydançada oyun keçiriləcək sahə  xətlərlə  cızılır. Meydançanın bir küncündə 
üçbucaq  şəklində bir sahə nişanlanır. Bura «ağ ayıların mağarası» hesab olunur. İki nəfər aparıcı («ağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə