Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

 280
Yoxlama – test sualları 
 
1.Məktəb, ailə və ictimaiyyətin əlbir işinin mahiyyəti 
2.Valideyn konfransının məqsədi 
3.Sinif valideyn iclasının vəzifələri 
4.Valideynlərlə aparılan fərdi işin əhəmiyyəti 
                   
 
 
 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Məktəbin ailə və ictimaiyyətlə aparacağı işin əsas məzmunu. 
2.Valideyn və ictimaiyyətin məktəblə əlaqəsi. 
3.Mənzil-istismar idarələrində və bələdiyyələrdə uşaqların fiziki tərbiyə işlərinin təşkili. 
 
 


 281
Ə L A V Ə  L Ə R 
 
I-IV siniflər üçün mütəhərrik oyunlar 
 
I   S İ N İ F 
 
Kosmonavtlar 
Uşaqlar əl-ələ tutaraq dairə boyunca gedirlər və aşağıdakı misraları oxuyurlar: 
                    Sürətli raketlər gözləyir bizi 
                    Uçub planetdə gəzməyimizi. 
                    Biz hansını istəsək, 
                    Onunla da uçarıq. 
                    Oyunda bir sirr var: 
                    Gecikənə yoxdur yer. 
 Axırıncı söz deyilən kimi, bütün uşaqlar raketdroma tərəf qaçırlar və çalışırlar ki,  raketlərin birində 
öz yerlərini tutsunlar. Raketlərin  şəkilləri,  əvvəlcədən meydançanın müxtəlif səmtlərinə  çəkilir və  hər 
raketin içərisində 2-dən 5-ə  qədər kiçik dairələr olur. Uşaqlar bunların içərisinə girib dayanırlar. 
Raketlərin yanlarında həmin raketin hara uçacağı yazılır. Məsələn: 
              Y A Y: «Yer-Ay-Yer» 
              Y M Y: «Yer-Mars-Yer» 
              Y N Y: «Yer-Neptun-Yer» 
              Y V Y: «Yer-Venera-Yer» 
              Y C Y: «Yer-Saturn-Yer» 
Raketlərdə  uşaqların bir qisminə yer çatışmır. Yer tuta bilməyənlər meydançanın mərkəzindəki 
böyük dairələrin ortasında toplaşırlar. Yer tutanlar isə uçuş yollarını elan etməklə özlərini guya kosmosda 
gəzən kimi təsəvvür edirlər. Sonra uşaqlar yenidən bir yerə yığışır və əl-ələ tutub dairə boyunca gedərək 
oyunu davam etdirirlər. 
Oyunda o uşaqlar qalib gəlir ki, keçirilmiş uçuşların hamısında özlərinə yer tutmuş  və daha çox 
«uçmuşlar» (mümkün olan üç uçuşda). 
 
 
 
 
                          Şəkil 1. 
«Kosmonavtlar» oyunu keçirilən zaman şagirdlərin yerləşdirilməsi sxemi 
 
 
                           Şəkil 2. 
«Atlı idmançılar» oyununda şagirdlərin bölüşdürülməsi sxemi 
 
 
Metodik göstərişlər: Oxunan misraların axırıncı sözü deyilməmişdən  əvvəl qaçmaq olmaz. 
Raketlərin içərisində özünə yer tutmuş yoldaşı itələmək qadağandır. 
 
                               Atlı idmançılar (qaçış üçün) 
Uşaqlar meydançada çəkilmiş böyük dairə boyunca düzülürlər. Bu «Manej» (meydança) hesab 
olunur. 
Uşaqlar «at sürən idmançı»nın vəziyyətini alırlar. «At addımları» atmaq üçün qollar dirsəkdən 
bükülür, əllərin içi aşağıya baxır, uşaqlar dairə boyunca gedərək çalışırlar ki, dizlərini əllərinin içərisinə 
çatdırsınlar. 
Dönmələr: Müəllimin əl çalması ilə uşaqlar hərəkətin istiqamətini dəyişirlər (dairə boyunca hərəkət 
başqa istiqamətdə davam edir). 


 282
 «Sürətlə çapmağa» keçmək və yenidən «addımlamaq» üçün uşaqlar əllərində guya cilov tutduqları 
vəziyyət kimi, dizlərini yüksəyə qaldırmaqla qaçışa başlayırlar. Müəllimin şərti işarəsi ilə yenidən yerişə 
keçirlər. Sonra atlılar «atla oyunda» iştirak  edirlər. Meydançanın kənar tərəfində  xətlərlə atların 
dayanmaları üçün «arakəsmələr» çəkilir. Arakəsmələrin sayı  uşaqların sayından üç-dörd dəfə az olur. 
Uşaqlar çapan atın vəziyyətini alaraq arakəsmələrin qarşısına çatan kimi dağılışıb yanlarına qaçırlar.  
Müəllimin işarəsi ilə idmançı-atlılar (dizləri yüksəyə qaldırmaqla) arakəsmələrin yanına gəlir və  hərə 
çalışır ki, boş olan arakəsmələrin birini tutsun. Yersiz qalan oyunçular uduzurlar. Oyun 3-4 dəfə keçirilir. 
Hər dəfə özündə yer tutan atlılar qalib sayılırlar.  
 Metodik göstəriş: Oyunda hamı dizləri yuksəyə qaldırmaqla qaçır. Bu qaydanı pozanı iki dəfə 
uduzmuş hesab edirlər. Özünə yer tutmuş atlını itələməyə icazə verilmir. 
Bayquş 
Uşaqlar əllərində qum doldurulmuş kisə tutaraq meydançada sərbəst gəzişirlər. «Gecə» komandası 
verilən zaman onlar əllərindəki kisələri başlarına qoyub, qollarını yanlara açaraq pəncələr üzərində 
meydançanın ətrafında gəzişirlər. «Bayquş» (aparıcı) onların arasında gəzişir və nəzarət edir. Əgər kim 
kisəni yerə salsa və ya düşməkdə olan kisəni  əl ilə  tutsa, «bayquş» onu yuvasına aparır. «Gündüz» 
komandası verilərkən «Bayquş» öz yuvasına çəkilir, oyunçular isə sərbəst olaraq qaçışır, rəqs edir, vəhşi 
heyvanları, quşları yamsılayırlar. Uşaqlar bu hərəkətləri bir də «Gecə» komandası verilənə qədər təkrar 
edirlər. «Gecə» komandası veriləndən sonra «Bayquş» yenə də öz yuvasından çıxır və vəzifəsini yerinə 
yetirir. Oyun belə davam edir. 
Oyunda «Bayquş» tərəfindən heç tutulmamış uşaqlar qalib gəlirlər. 
Topu qonşuna ötür 
Şagirdlər bir cərgədə düzülürlər. Müəllimin «Başla» komandası ilə birinci oyunçular topu yaxında 
dayanmış qonşu oyunçuya, o da öz növbəsində qonşu oyunçuya verir və i.a. ötürməyə başlayırlar. 
Top bu qayda ilə axırıncı oyunçuya qədər ötürülür və axırıncı oyunçular topu qəbul edən kimi tez 
yuxarıya qaldırırlar. Bunu birinci edən komandaya qələbə xalı verilr və oyun yenidən başlanır. Oyunu 3-4 
dəfə keçirmək olar. Axırda hansı komandanın qələbə xalı çox, cərimə xalı az olursa, həmin komanda 
qalib gəlir. 
Metodik göstərişlər: 1. Müəllim hər iki cərgədə  topun düzgün ötürülməsinə  nəzarət etmək üçün 
münasib yer seçməlidir. 2. Qonşunu arada qoyub, topu başqasına ötürməyə, topu havadan atmağa, 
cərgədən çıxıb topu almağa və s. icazə verilməməlidir. 3. Bu qaydalar pozuzlduqda komandaya cərimə 
xalı verilir və bu xallar axırda nəzərə alınır. 4. Topu baş üzərindən ayaqlar arasından keçirməklə ötürmək 
kimi variantlardan da istifadə edib oyunu keçirmək olar. 5. Oyunun əhəmiyyəti və qaydaları  nəzəri 
məlumat kimi şagirdlərə çatdırmalıdır. 
                                  Biz şən uşaqlarıq 
Oyuna hazırlıq.  Meydançanın hər iki başında xətlər çəkilir. Bunlar start xətti hesab olunur. 
Oyunçular hamısı bir tərəfdə start xəttindən arxa cərgə də dayanırlar. 
              Müəllim bir nəfər aparıcı təyin edir. Aparıcı meydançanın ortasında dayanır. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə cərgədə dayanmış uşaqlar, aşağıdakı sözləri bir səslə deyirlər: 
                    Biz şən uşaqlarıq, 
                    Həm danışar, həm də qaçarıq. 
                    Biz sevirik cəldliyi, 
                    Hünərin var tut bizi. 
Uşaqlar «tut bizi» sözünü deyən kimi, meydançanın digər tərəfindəki start xəttinin arxasına tərəf 
qaçırlar. Bu zaman aparıcı qaçanlardan birini tutmağa, yaxud əlləri ilə onlara toxunmağa çalışır. Start 
xəttinin arxasına keçmiş oyunçulara toxunmaq olmaz. Aparıcı start xəttinə qədər hansı oyunçuya toxunsa, 
o tərpənmədən öz yerində durur. Müəllim tutulanları qeydə aldıqdan sonra hamı yeniədən cərgəyə 
düzülür və oyun təkrar olunur. Axırda heç tutulmamış, yaxud nisbətən az tutulmuş oyunçular qalib 
sayılırlar. 
Metodik göstərişlər: 1. Oyunu iki komanda arasında da keçirmək olar. Bunun üçün tutulmuş 
oyunçulara görə komandalara cərimə xalı verilir, axırda cərimə xalı az olan komanda qalib sayılır. 2. 
İştirakçılar çox olduqda iki nəfər aparıcı ayırmaq lazımdır. 
Öz bayrağına doğru 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə