Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145

 297
              Oyunçu «qurd» deyir: 
              - Mən «qurdam» - alaram 
              «Çoban» cavab verir: 
              - Mən «çobanam» - vermərəm. 
Bundan sonra qurd çobanı aldatmağa, sıradakılardan birinə toxunmağa çalışır. «Çoban» və bir-
birinin kəmərindən tutmuş oyunçular özlərini müdafiə edirlər. 
              «Qurd»un əli dəymiş oyunçu sıradan çıxır. 
 «Qurd»un  toxunduğu oyunçuların sayı «çobanın» qoruduğu oyunçuların sayından çox olarsa, 
«qurd» - «çoban» və oyunçulardan biri «qurd» olur. Oyunçuya ayaqla toxunmaq olmaz. 
 «Çoban» «qurd»a toxunduqda oyun dayandırılır. Yeni «çoban» və yeni «qurd» seçilir. 
 
 
                                        Dəsmalaldı qaç 
Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır, 
dəsmalını oyunçulardan birinin arxasında yerə qoyur. Başçı uşaqlardan soruşur: 
              - Dəsmal kimin arxasındadır? 
Uşaq dəsmalın arxasında olduğunu bilməsə, onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən 
uşaq başqa birisinin üstünə yıxıla bilsə özünü azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya 
çəkir, onu bir-birlərinin üstünə itələyirlər. Özünü möhkəm müdafiə edib, ortaya çıxmayan uşaq qalib 
gəlir. 
Şaxta və günəş 
Bu oyun əsasən qızlar üçündür. Qızlar iki dəstəyə ayrılırlar: Meydançanın əks tərəflərində cərgə ilə 
üz-üzə düzülürlər. Dəstəbaşçı seçilir. Əllərində  qırmızı yaylıq tutmuş  dəstə «Günəş», ağ yaylıq tutan 
dəstə isə «Şaxta» adlanır. 
Müəllim dəstə başçılarını meydanın ortasına çağırır. Ağ yaylıqlı dəstənin başçısı o birinə deyir: 
              «Şaxtayam, yüküm ağır, 
              Nəfəsimdən qar yağır. 
              Mən gələndə dəryalar, 
              Qorxudan buz bağlayır». 
              Qırmızı dəstənin başçısı cavab verir: 
              «Şaxta baba, nahaq sən 
              Qüvvətliyəm deyirsən. 


 298
              Mən buluddan çıxanda 
              Mum kimi əriyirsən». 
Müəllimin işarəsi ilə  dəstə başçıları yaylıqları oyunçulardan yığırlar. Dəstəni sıraya düzüb cəld 
müəllimin yanına yüyürür və yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab olunur. 
Artırma 
Uşaqlar iki dəstəyə ayrılırlar. Çöp atırlar. Çöp hansı  dəstəyə düşsə, o dəstənin uşaqları düz xətt 
boyunca düzülüb aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu 
minvalla sıra əvvəldən artır, axırdan azalır. Məsələn: uşaqların hər dəstəsində 10 uşaq olarsa, onu da aşağı 
əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb özü onların sırasında aşağı əyilir. Hamı 
atılıb qurtarandan sonra aşağıya  əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa 
qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun davam edir. 
Tez tərpən 
Oyunçular iki dəstəyə bölünürlər. Dəstələr sıraya düzülür, hər dəstənin bir oyunçusu qaçış xəttində 
hazır vəziyyətdə durur. Bir düz xətt boyu diametri 20 sm olan 12-15 dairə çəkilir. 
Müəllimin işarəsi ilə hər iki dəstənin oyunçuları bir ayaq üstə dairələrlə hoppana-hoppana əvvəlcə 
bir tərəfə qaçır və sonra həmin qayda ilə geri qayıdıb əlini onu gözləyən oyunçunun əlinə vurub arxaya 
keçir. Növbədə duran oyunçu isə oyunu davam etdirir. Oyunu birinci başa çatdıran dəstə qələbə qazanır. 
              Ayaqları dəyişməyə icazə verilir. 
Oyunçunun  əli dəyməmiş  xətdən kənara çıxmağa  icazə verilmir. Oyunçular dairədən-dairəyə bir 
ayağı üstə atılmalıdırlar. 
Üzəngi 
Oyunçular iki bərabər dəstəyə bölünür və 15-20 m üz-üzə dururlar. Hər bir oyunçu özü üçün 
diametri 20-25 sm olan bir dairə çəkir və  onun içərisində durur. 
Dairələr bir-birindən  50-80 sm aralı olmalıdır. 
 Hər dəstə özünə başçı seçir. Dəstəbaşıları oyuna başlamaq üçün püşk atırlar. 
Əvvəlcə başçı topla qarşı dəstənin oyunçularından birini vurmağa çalışır. Qarşı dəstənin oyunçuları 
isə topu tutmağa və onunla əks dəstənin oyunçularından birini vurmağa çalışırlar. 
Top oyunçuya dəydikdə başçı «Dayan»- deyə  işarə verir. Sonra həmin uşağı oyundan çıxarırlar. 
Oyun tərəflərdən biri təklənənə kimi davam edir. Son oyunçunu da vuran dəstə qalib gəlir. 
Oyunçu ayağını dairədən kənara qoya bilməz. 
Topla vurulan oyunçu bir əlini yuxarıya qaldırmalıdır. 
IV  S İ N İ F 
(Ümuminkişaf hərəkətlərinin elementləri  ilə oyunlar) 
Çəkib xətdən çıxarma 


 299
Oynayanlar iki komandaya bölünüb aradan çəkilmiş xətt boyunca üz-üzə dayanırlar. Boy və çəkidə 
təxminən bərabər çəkilmiş olan oyunçular qarşı-qarşıya dururlar. Hər komandanın arxasında 4-5 m 
aralıda xalları hesablamaq üçün ayrılmış oyunçular dayanırlar. 
Oyun siqnal üzrə başlayır. Hər komanda çalışır ki, o biri  komandanın daha çox oyunçusunu dartıb 
xətdən çıxartsın. Xətdən çıxarılmış oyunçu əlinin içi ilə onu çıxardan komandanın xalları hesablayan 
oyunçusuna toxunmalıdır, məhz bundan sonra o, xətdən o tərəfə keçib öz komandasında oynamaq hüququ 
qazanır. Hər çəkilib-çıxarılmış oyunçu, onu çıxaran komandaya bir xal verir. Oyun ərzində daha çox xal 
toplamış komanda qalib gəlir.  
Qaydalar: 1. İstənilən oyunçunu əlindən tutub dartmaq olar. 2. Oyunçu tək-tək, iki-iki və eyni 
zamanda bir neçə oyunçunu dartıb çıxartmağa icazə verilmir. 3. Oyunçu hər iki ayağı ilə xətti keçdikdə 
dartılıb çıxarılmış sayılır. 4. Paltardan tutub çəkməyə, qıçdan tutmağa icazə verilir. 
                     Xoruz döyüşü 
Oyunçular boy sırasında bir cərgəyə düzülürlər. Cərgənin qarşısında diametri 3-4 m olan üç dairə 
çəkilir. Növbə ilə cərgədən (sağ cinahdan başlayaraq) altı oyunçu çıxır. Hər dairəyə iki oyunçu daxil olub 
dayanır. Müəllimin «Hazırlaş», «Başla» komandasından sonra hər iki nəfər öz dairəsində oyuna başlayır. 
«Xoruzların» hər biri, əlləri belində, bir ayaq üstündə tullanıb-düşərək çiyni ilə  rəqibi dairədən 
çıxartmağa, yaxud iki ayağı üzərində dayanmağa məcbur etməyə çalışır. Kim buna nail olursa, qalib gəlir. 
Oyunu bu və ya digər nəticə ilə başa vuran hər Qoşa oyunçular cərgə ilə öz yerlərinə gedirlər. Bundan 
sonra növbəti oyunçular çağrılır və hamı oyunda iştirak edənə kimi oyun davam edir. 
Qaydalar: 1. Üstündə tullanılan ayağı hər 6 tullanmadan bir dəyişmək olar. 2. Qəsdən kobud səhvlər 
etmək qadağandır. 
 
Qaçışla  oyunlar 
Düz xətt üzrə qaçmaqla estafet 
Üç komanda cərgəyə düzülüb «P» şəklində dayanırlar.  İki komandanın arasında dayanan 
komandanın qarşısında ümumi start xətti çəkilir. Qabaqda 15-20 m o tərəfdə sıra ilə bir-birindən 1,5 m 
aralı üç şəhərcik çilingi qoyulur. Hər komandanın birinci nömrələri qaçışa başlama xəttinin arxasında 
dayanırlar. Müəllimin «Marş» komandası üzrə onlar irəli qaçır və  hər komandanın növbəti oyunçusu 
startda onların yerini tutur. Startdan çıxıb qaçanlar öz şəhərciklərinə çatıb sağ  tərəfdən onların başına 
dolanırlar, geriyə qayıdaraq hər biri sağ əlini (əlin içini) öz komandasının növbəti oyunçusunun sağ əlinin 
içinə vururlar və cərgələrdə öz yerlərini tuturlar. Növbəti oyunçular da öz növbəsində irəli qaçıb birinci 
nömrələrin etdiklərini təkrar edirlər və s. Oyun 2-3 dəfə  təkrar olunur. Qaçıb-qayıtmanı tez başa vuran 
komanda qalib gəlir. 
Marşla qaçdı-tutdu 
Meydançanın qarşı tərəfində, xəttin arxasında iki komanda cərgəyə düzülür. Komandanın biri cərgə 
ilə (sıravi addımla) o biri komandaya tərəf gedir. Marşla gedənlər rəqib komandanın xəttinə 3-5 m 
qalanda müəllim qəflətən siqnal verir, bu zaman hücum edənlər qayıdıb, öz xəttinin arxasına qaçırlar, o 
biri komandanın oyunçuları isə qovub əllərini onlara toxundururlar. Müəllim toxunulmuş oyunçuları 
sayır. Sonra qovan komanda marşla addımlayır, əvvəlcə hücum edən komanda onları qovur. Oyunu 4-8 
dəfə təkrar etmək olar. Digər komandanın daha çox oyunçusunu tutmuş komanda qalib gəlir. 
Qaydalar: 1. Toxunulmuş oyunçular toxunulduqları yerdə dayanırlar. 2. Qaçanlara xəttin arxasında 
toxunmaq olmaz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə