Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145

 306
səviyyəsindən yana doğru açılmışdır. Dirsək aşağı salınmış,  əl azacıq yuxarı qaldırılmış, barmaqlar bir 
qədər bükülmüşdür. 
Bir sayında – sağ ayağın  əvvəlcə dabanını, sonra isə  pəncəsini yerə qoymaqla irəliyə doğru bir 
addım atılır, sol ayaq yarımpəncədə sağa birləşdirilir. 
İki sayında – sağ ayaq yarımaddım irəli ( həmin hərəkət yarympəncə    üzərində  də edilir) atılır. 
Hərəkət o biri ayaq üzərində (sol) təkrar olunduqda qollar yerlərini dəyişir. Gövdə düz saxlanılır,  çiyinlər 
dönmür. 
Müəllim sadə rəqs addımlarının səlis və sürüşkən olmasına çalışır. Bu rəqs addımları yalnız irəliyə 
doğru atılır. Onu dairə boyu və geriyə getməklə də icra etmək olar. 
 «Durma, qaç!» oyunu (oğlanlar üçün).  Oğlanlar iki dəstəyə bölünür və başçılar təyin edilir. 
Dəstələr bir-birindən 10-12 addım aralıda sıraya düzülürlər. Hər dəstənin qarşısında diametri 1 m olan 
dairə  çəkilir və  uşaqlar nömrələnir (hazırlıq işləri qabaqcadan görülmüş). Nömrəsi çağırılan oyunçular 
(nömrələr başçılar tərəfindən növbə ilə çağırılır) dairəyə girib, üzü öz dəstəsinə  tərəf qaçış  vəziyyəti 
alırlar. Başçının «Başla!» komandası (işarəsi) ilə hər iki oyunçu öz dəstəsinin ətrafına ıdolanır və cəld öz 
dairəsinə daxil olmağa çalışır. Daha tez dairəyə girən oyunçu bir xal qazanır. Çox xal toplayan dəstə qalib 
gəlir. 
Müəllim və başçılar qaçış dövründə oyunçuların bir-birini itələməməsinə nəzarət edirlər.  
Müəllimin göstərişi ilə  oğlan və  qız qrupları öz yerlərini dəyişirlər. Qızlar sərbəst «Durma, qaç!» 
oyunu ilə  məşğul olurlar. Oğlanlar isə müəllimin rəhbərliyi ilə  rəqs elementlərinə yiyələnməyə  
başlayırlar. 
«Qazağı» oyun havası üzrə    rəqs addımları (oğlanlar üçün). Ç.V. – əsas duruş, qollar çiyin 
səviyyəsində yanlara açılmış, ovuclar kənara tərəf çevrilmiş, barmaqlar yuxarı qaldırılmışdır. 
Bir sayında – sağ ayaqla (bütün   pəncə – daban üstdə) bir addım irəli atılır. Sol ayaq yarımpəncə 
üstdə sağ ayağa bitişdirilir.  
İki sayında – sağ ayaqla yarımpəncə üstdə yarımaddım irəli. Həmin    hərəkətlər sağ ayaqla da təkrar 
olunur. Rəqs addımları səlis və düzgün istiqamətdə icra edilir. 
Bədəni sakitləşdirici hərəkətlər. Pəncə  və dabanlar üzərində yeriş,            pəncələr üzərində yeriş, 
qolları qabaqcadan  yuxarı aparmaqla yeriş. 
Ev tapşırığı: Rəqs addımlarını təkrar etməli. 
 Bunlardan göründüyü kimi, müəllim dərs üçün elə  vəzifələr qarşıya qoymuşdur ki, həmin proses 
şagirdlərin yarımqrupa bölünərək fiziki hərəkətləri  yerinə yetirmələrinə və oyunlarla məşğul olmalarına 
imkan vermişdir. Yəni müəllim yeni rəqs elementlərini hər hansı bir yarımqrupa (oğlan) öyrədən vaxt, 
digər yarımqrup  şagirdləri (qız) müstəqil olaraq «Durma, qaç!» oyununu oynamışlar. Sonra isə 
yarımqruplar yerlərini, hərəkət  və oyunları  dəyişmişlər. Tədris prosesinin bu cür təşkili iki cəhətdən 
əhəmiyyətlidir: 1) şagirdlərdə müstəqillik, təşəbbüskarlıq, intizam və s. kimi keyfiyyətlərin inkişafı üçün 
şərait yaranmış; 2) şagirdlər tədris prosesində müvafiq fizioloji yüklə  təmin olunmuş, bu isə  dərsin 
intensivləşdirilməsinə zəmin yaratmışdır. 
Müşahidələr göstərir ki, bir sıra müəllimlər gimnastika hərəkətlərini, yüngül atletika elementlərini 
şagirdlərin gözləri önündə nümayiş etdirirlər. Lakin bu hərəkət və elementlərin yerinə yetirilməsi 
texnikası şagirdlərə izah edilmir. Bəzən də həmin hərəkətlərin icraolunma texnikası sistemsiz şəkildə izah 
edilir. Bir qrup sinif müəllimləri isə  əksinə, yəni hərəkətlərin icrasını  şagirdlərə sözlə izah edir, fiziki 
hərəkətlərin yerinə yetirilmə metodikasını  və onların orqanizmə  nə kimi təsir etdiyini soruşurlar. Yeri 
gəldikcə, şagirdlərin qarşısında düşündürücü suallar qoyur, məsələni müsahibə yolu ilə aydınlaşdırırlar. 
Bütün bunlar şagirdlərin idrak fəallığını yüksəldir, sağlamlıq bədən tərbiyəsi və idman fəaliyyətini daha 
da artırır. Lakin müşahidə edilmişdir ki, müəllimlər bəzi hərəkəti özləri yerinə yetirmirlər. Akrobatika, 
sürünmə, müvazinət və dırmaşma hərəkətləri və s. müəllim tərəfindən deyil, ilk dəfə şagirdlər tərəfindən 
icra olunur. Bundan sonra uşaqlar fəal yoldaşlarına baxaraq həmin hərəkəti icra edirlər. Hətta bəzi 
şagirdlər hərəkətləri özləri bildikləri kimi sərbəst və müstəqil olaraq icra edirlər.  İşə belə yanaşmaq 
hərəkətin texnikasına  şagirdlərin çətinliklə yiyələnmələrinə,  əksər hallarda onun düzgün yerinə 
yetirilməməsinə  səbəb olur. Bədən tərbiyəsinin tədrisi prosesində müəllimin rolunun aşağı düşməsi öz 
funksiyasını icra etməməsi  şagirdlərin gələcək idman fəaliyyətinə öz mənfi təsirini göstərir. Daha 
doğrusu, işə belə münasibət uşaqlarda kiçik məktəbyaşı dövründən başlayaraq, vacib təbii hərəkət 


 307
vərdişlərinin (yeriş, qaçış, tullanma, dırmaşma, atma, müvazinət və s.) düzgün aşılanmasına, həmçinin 
hərəkət keyfiyyətlərinin inkişafına maneçilik törədir. Yuxarı siniflərdə isə  həmin  şagirdlərə düzgün 
hərəkət vərdişlərini aşılamaq və hərəkət keyfiyyətlərini inkişaf etdirmək daha da çətinləşir. 
              Qeyd etmək lazımdır ki, ibtidai siniflərdə bədən tərbiyəsindən dərs deyən müəllimlərin bir 
çoxu sıra hərəkətlərinə, onun düzgün icrasına kifayət qədər əhəmiyyət vermirlər. Onlar yalnız uşaqların 
diqqətini dərsə yönəltmək məqsədilə istifadə etdiklərini bildirirlər. Bədən tərbiyəsinin tədrisində yalnız 
yüngül atletika elementlərini və  mütəhərrik oyunları əsas və vacib tədris materialı hesab edirlər. 
    Doğrudur, sıra hərəkətlərinin yerinə yetirilməsində  şagirdlərin diqqətini tədris prosesinə  cəlb 
etmək də az əhəmiyyət kəsb etmir. Lakin müəllim tədris etdiyi materialın zəruriliyinə birtərəfli 
yanaşmamalı, bütün tədris materialının, o cümlədən sıra hərəkətlərinin  şagirdlərin dərsdə 
fəallaşdırılmasında, yüksək intizamlılıq və mütəşəkkilllik yaradılmasında, əməyə və Vətənin müdafiəsinə 
hazırlıq işində onun rolunu dərk etməlidir.  Sıra hərəkətlərinin tədrisinə  səthi yanaşılması  nəticəsində, 
kiçik məktəbyaşlı  uşaqlar onu lazımi səviyyədə icra edə bilmirlər.  İbtidai siniflərdə  sıra elementlərinə 
yiyələnməmək, onların yuxarı siniflərdə yüksək səviyyədə öyrənilməsini çətinləşdirir. Hətta, yuxarı sinif 
şagirdləri sıra hərəkətlərini yerinə yetirməyə maraq göstərmir, hərəkəti məcburi olaraq icra edirlər. Bu isə 
istər-istəməz tədris prosesinə öz mənfi təsirini göstərir. 
Təcrübə göstərir ki, fiziki hərəkətlərin şagirdlər tərəfindən  yaxşı öyrənilməsi üçün müəllim hərəkəti 
əvvəlcə özü icra etməli, onun şagirdlər tərəfindən qüsursuz və  səlis icrasına nail olmaqdan ötrü, yeri 
gəldikcə, həm də lazımi izahat verməlidir. Bundan əlavə, müəllim  şagirdlərin diqqətini mənimsənilən 
materialın yerinə yetirilmə metodikasına cəlb etməlidir. Bütün bunlarla yanaşı, öyrənilmiş  hərəkətləri 
əvvəlcə  fəal  şagirdlərin bir neçəsinə, sonra isə bütün şagirdlərə icra etdirmək, pedaqoji, metodiki və 
psixoloji cəhətdən vacibdir. 
  Tədris səviyyəsinin yüksədilməsində  dərsin intensivləşdirilməsinin çox böyük əhəmiyyəti vardır. 
Ayrı-ayrı fiziki hərəkətlərin yerinə yetirilməsində, müxtəlif məqsədli mütəhərrik oyunların təşkili və 
keçirilməsində, eləcə  də yüngül atletika elementlərinin icrasında bütün şagirdlərin maksimum dərəcədə 
iştirakı, dərs prosesində boşdayanma hallarını aradan qaldırır, hamının məşğul olmasına möhkəm zəmin 
yaradır və intensivliyini artırır. Bunun üçün də, müəllim fiziki hərəkətlərin öyrənilməsinə və mütəhərrik 
oyunların keçirilməsinə ayrılmış vaxtdan səmərəli istifadə edərək, qısa müddət  ərzində daha çox fiziki 
hərəkət icra etdirməyə nail olmalıdır. Bu zaman hərəkətlərin düzgün və  səlis yerinə yetirilməsi diqqət 
mərkəzində durmalı, oyun dövründə qaydaların pozulmasına, intizamsızlıq hallarının yaranmasına imkan 
verilməməlidir.  
Təcrübədən aydın olur ki, bəzi müəllimlər fiziki tərbiyə üzrə  nəzəri məlumatların verilməsi
həmçinin dərsin izahı  və  hərəkətlərin göstərilməsi hesabına, bəzi müəllimlər is gimnastika, yüngül 
atletika elementlərinin və mütəhərrik oyunların öyrədilməsinə ayrılmış vaxtı azaltmaqla, onun 
intensivləşdirilməsinə  səy göstərirlər.  Əlbəttə, dərsin intensivliyini həmin yollla yüksəltmək mümkün 
deyildir.  İntensivləşdirmədən ötrü, hər  şeydən  əvvəl, dərsin ümumi sıxlığını artırmağa, eyni zamanda 
hərəkəti daha çox şagirdin icra etməsinə nail olmaq lazımdır. Bu məqsədlə  tədris prosesində bütün 
şagirdlər hərəkətlərlə  məşğul olmalı, boşdayanma hallarına qətiyyən yol verilməməlidir. Bundan əlavə, 
dərsin intensivləşdirilməsinin  əsas  şərtlərindən biri də  məqsədəuyğun olmayan yeriş, sıra və s. 
hərəkətlərin həddindən artıq təkrar olunmamasıdır. 
 Yadda saxlamaq lazımdır ki, uşaqların marağına az səbəb olan mütəhərrik oyunları, mürəkkəb 
fiziki hərəkətləri dönə-dönə icra etmək uşaqların məşğələyə olan həvəsini azaldır, onlar müxtəlif 
bəhanələrlə bədən tərbiyəsi dərslərindən yayınırlar. 
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, dərsin intensivləşdirilməsi pedaqoji-metodiki   nöqteyi-
nəzərdən iki cəhətdən mühüm əhəmiyyətə malikdir. Əvvəla, intensivləşdirmə  şagirdlərin fiziki yüklə 
lazımi qədər təmin olunmasına imkan verir. İkincisi, şagirdlərin bədən tərbiyəsi fənninə maraq və meylini 
artırır. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə