Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

 291
bir addım olan dairə çəkilir. Dairənin mərkəzində toppuz qoyulur. Meydançanın mərkəzində bir-birindən 
yarım metr aralı, diametri bir addım olan daha iki çevrə  çəkilir. Oyun başlanır. Müəllimin işarəsi ilə 
nömrələri çağırılan oyunçular toppuzları götürüb qaça-qaça öz dairələrinə qoyur və cəld müəllimin yanına 
yüyürürlər. Müəllimə daha tez çatan oyunçu bir xal qazanır, daha çox xal toplayan dəstə qalib sayılır.Eyni 
bir oyunçunu ikinci dəfə çağırmaq olmaz. Dairəyə qoyulmuş toppuz aşırsa, oyunçu qayıdıb onu 
düzəltməlidir. 
 
Qu-qu 
Oyunçular iki dəstəyə bölünüb, meydançada bir-birinə qarşı  sıraya düzülürlər. Dəstələrdən iki 
addım aralı bir-birinə paralel ağaclar basdırılır və onun üstündən şüvül (planka) qoyulur. Tullanış erindən 
10-15 m aralı qaçış xətti çəkilir. Püşk atılır. Dəstələr nömrələnir. Sonra hər dəstədən bir oyunçu qaçaraq 
ağacın üzərindən hoppanmağa çalışır.  Əvvəl birinci, sonra isə ikinci dəstənin oyunçusu hoppanır. 
Oyunçular hamısı ağacın üstündən hoppanmağa çalışırlar. Hoppana bilməyən oyunçu bir xal itirir. Daha 
çox xal toplayan dəstə qalib gəlir. Hoppanarkən ağaca toxunmaq və qaçış xəttindən çıxmaq olmaz.  
Qurmadaş 
Meydançanın ortasında böyük bir dairə çəkilir. Onun mərkəzində toppuz qoyulur. Toppuzdan 20-25 
m aralı  mərə qurulur – xətt çəkilir. Oyunçular iki dəstəyə bölünürlər və  sıraya düzülürlər. Püşk atılır. 
Birinci dəstə mərə xəttində sıraya düzülür. Onlar növbə ilə top atır. Toppuzu vurub aşırmağa çalışırlar. 
Topu atan oyunçu keçib dəstənin sonunda dayanır. Toppuzu vurub – aşıran bir xal qazanır. Çox xal 
toplayan dəstə qalib hesab olunur. Oyunçu topu atarkən xətti tapdalaya bilməz.Toppuzu vurub aşıran 
oyunçu ikinci dəfə oyunu davam etdirə bilər. 
Düzgün atmaq 
Oyunçular iki dəstəyə ayrılır. Meydançada bir-birindən 15-20 m aralı iki xətt çəkilir. Hər iki dəstə 
həmin xətlər boyu qarşı-qarşıya düzülürlər. Oyunçular nömrələnirlər. 
Müəllim 1-2-3-4 və s. nömrələri çağırır. Nömrəsi çağırılan oyunçular topla rəqiblərini vurmağa 
çalışırlar. Rəqiblərindən biri topu tutsa bir xal qazanır. Beləliklə, hansı tərəf daha çox xal toplasa qalib 
gəlir. 
III  S İ N İ F 
«Yoldaş komandir» 
(Ümumi inkişaf hərəkətləri üçün oyunlar
Oyuna hazırlıq: Oyunçular bir dəstəyə düzülürlər. Müəllim oyunun qaydaları ilə  və  əhəmiyyəti 
haqqında nəzəri məlumat verir. 
Oyunun gedişi: Müəllim cərgənin qarşısında dayanıb müxtəlif hərəkətlər edir. Oyunçular o 
hərəkətləri edirlər ki, müəllim həmin hərəkəti başlayarkən «Yoldaş komandir» sözü işlətmiş olsun. Əgər 
bu söz deyilməmişdirsə, icra olunmuş  hərəkətləri  şagirdlər etməməlidirlər. «Yoldaş komandir» sözü 
demədən kim hərəkəti icra edirsə, həmin oyunçular uduzmuş olurlar, cərgənin arxasına keçib, ikinci cərgə 
təşkil edirlər. Oyun müəyyən vaxt ərzində (5-7 dəqiqə) keçilir. Birinci cərgədə axıra qalmış oyunçular 
qalib sayılırlar.  


 292
Metodik göstərişlər: 1. Oyun zamanı qol-qıç və gövdə  əzələləri üçün müvafiq hərəkətlərin icrası 
nəticəsində şagirdlərin orqanizmi əsas işə hazırlanmış olsun. 2. Bu cür oyunlar dərsə hazırlıq hissəsində 
verilməlidir. Bu oyundan sonra hazırlıq hərəkətlərinin icrasına ehtiyac yoxdur. 
Topun dairə boyunca ötürülməsi 
Oyuna hazırlıq: Oyunçular dairə boyunca düzülürlər. Qolları yana qaldırıb qollararası seyrəltməklə 
bir addım geriyə atılırlar. Sonra bir-iki saymaqla iki komandaya ayrılırlar. Hər komandadan bir nəfər 
kapitan seçilir. Kapitanlar dairənin qarşı  tərəflərində üz-üzə dayanırlar. Hər kapitana bir voleybol topu 
verilir.  
Oyunun gedişi: Müəllim komandası ilə kapitanlar topu sağ  tərəfdə dayanmış yaxın komanda 
yoldaşlarına ötürürlər. Onlar da topu tutub növbəti yoldaşa atırlar. Bu qayda ilə top bir də kapitana gəlib 
çıxını  qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı qaldırır. Bunu hansı komanda 
daha tez edirsə, həmin komandaya bir xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə  təkrar edilir. 
Axırda hansı komandanın xalı çox olarsa, həmin komanda udmuş hesab olunur. 
Metodik göstərişlər: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha yaxşı olar. 2. Sinifdə uşaqların sayı 
çox olduqda  da iki dairə təşkil edib oyunu keçirmək olar. 
Gecə və gündüz 
(Sürətlə qaçmaq üçün oyun) 
Oyuna hazırlıq: Meydançanın ortasında bir xətt çəkilir və iki hissəyə ayrılır. Hər hissənin axırında 
«şəhərcik» cızılır. Orta xətdən «şəhərciyə» qədər 15-30 m məsafə olmalıdır. Oyunçular iki komandaya 
ayrılırlar. Komanda orta xəttin hər iki tərəfində bir addımlıq məsafədə durub, arxalarını orta xəttə tərəf 
çevirirlər. «Şəhərciklər» hər komandanın qabaq tərəfində olur. Püşk üzrə komandalardan biri «Gündüz», 
o biri isə «Gecə» olur.  
Oyunun gedişi: Müəllim orta xəttin yanında durub gözlənilmədən komandalardan birinin adını 
deyir. Adı çəkilən komandanın oyunçuları öz «şəhərciklərinə» tərəf qaçır və tez onun içərisinə doluşmağa 
çalışırlar. Digər komandanın oyunçuları isə tez dönüb qaçanları qovur və onlara toxunmağa çalışırlar. 
Tutulmuş oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə qayıdırlar, oyun yenidən 
başlayır. Oyun çağırışların miqdarı  hər komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox 
oyunçu tutulmuş komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Oyun keçirilən meydançada qaçış istiqamətində  təhlükə törədə biləcək 
alətlər, cisimlər olmamalıdır. 2. Şagirdlərə qaçanı möhkəm vurmağa, qaçanı itələməyə, «şəhərcik» 
xəttinin içərisində onlara toxunmağa icazə verilməməlidir. Bu qaydaları pozan komandaya cərimə xalı 
verilməli və axırda nəzərə alınmalıdır. 
Daban balığı və durna balığı 
(Sürətlə qaçmaq üçün oyun) 
Oyuna hazırlıq: Meydançanın (idman zalının) hər iki başında «daban balıqları» üçün «evlər» tikilir. 
Bütün oyunçular – «daban balıqları» bu evlərdən birində yerləşirlər. Bir nəfər aparıcı – «durna balığı» 
meydançanın mərkəzində dayanır. 
     Oyunun gedişi: Müəllim 1-2-3- sayır və «daban balıqları» bir evdən çıxıb o biri evə  tərəf 
qaçırlar. «Durna balığı» isə qaçan «daban balıqlarından» mümkün qədər çox tutmağa (toxunmağa) çalışır. 
Tutulmuş oyunçular müəyyən edilmiş yerə aparılır. Oyun yenidən başlanır. Tutulmuşların sayı 8-10 nəfər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə