Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə46/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   140
marketinq-tedqiqatlar qaralama

Punktirli reytinq skala qrafik reytinq şkalanm oxşandır, lakin ondan fərqli olaraq sonlu sayda bölgülərə (kateqoriyalara) malikdir. Əgər qrafik reytinq şkalada respondent parametri və yaxud obyekti qiymətləndirmək üçün parametrlərin kənar həddlərini birləşdirən xətt üzərində münasib yeri qeyd edirdisə, punktirli reytinq şkalada həmin parametri və yaxud obyekti irəlicədən müəyyənləşdirilmiş kateqoriyalardan birinə aid edir. Bu şkalanm tətbiqi zamam respondentlər üçün tam aydın olan və parametrləri və yaxud obye^ləri “incə çalarlan” ilə qiymətləndirməyə imkan verən 5-dən 9-a kimi kateqoriyalardan istifadə edilir. Şkala üzərində kateqoriyalann sayı çox da ola bilər.

İstehlakçmm tələbatımn ödənilmə dərəcəsini müəyyənləşdirməkdən ötrü punktirli reytinq şkalasının müxtəlif formalarından istifadə edilir. Aşağıdakı şəkildə punktirli reytinq şkalasının üç müxtəlif forması göstərilmişdir (şəkil 7.5).



  1. « » münasibətdə özünüzü necə hiss edirsiniz ?

7 6 5 4 3 2 1

xoşbəxt razı əsas etibarilə neytral əsas etibarilə narazı dəhşətli razı narazı şəkildə narazı



  1. faiz şkalası

« » münasibətdə öz tələbatınızın ödənilməsini necə qiymətləndirirsiniz?

100% 90% 80% 70% 60% 50% 40% 30% 20% 10%




tam

razıyam

«
narazıyam

» Sizin tələbatınıza hazırda dərəcədə uyğundur ?

tam





  1. Tələbatın ödənilmə/ödənilməmə səviyyəsini qiymətləndirmə şkalası

7: : : : : : : : (D

Fövqəladə dərəcədə yaxşı

Fövqəladə dərəcədə pis

Şəkil 7.5. Tələbatın ödənilmə səviyyəsini Ölçmək üçün istifadə edilən punktir qiymətləndirmə şkalasmm üç forması



Punktirli reytinq şkalasından istifadə edən zaman kateqoriyalann sözlərlə ifadə olunması və olunmaması halları mümkündür. Sözügedən şka- Izılardan istifadə edən zaman kateqoriyaların təsvir olunması mütləq tələb olunmur. Lakin kateqoriyalann təsvir olunması respondentlər tərəfindən verilən cavablara təsir göstərir. Kateqoriyalar sözlərlə ifadə olunan zaman ona çalışmaq lazımdır ki, onlar nəyi təsvir edirdilərsə onu da dəqiq təsvir etsinlər.

Punktirli reytinq şkalasınm fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu şkalada mümkün cavablar kateqoriyası kəmiyyət baxımından məhduddur. Əvvəldə nəzərdən keçirdiyimiz yekun qiymətləndirmələr və se- mantik diferensial şkalaları punktirli reytinq şkalasınm müvafiq olaraq 5 və 7 punktdan ibarət variantları kimi də qəbul edilir.

Qeyd etdiyimiz kimi, punktirli reytinq şkalasınm özünün müxtəlif variantlan mövcuddur. Bu formadan biri parametrin vaciblik dərəcəsini qiymətləndirməkdən ötrü istifadə olunan punktirli reytinq şkalasıdır (şəkil 7.6).


Parametr Vacib deyil Nisbətən

vacibdir


Kifayət qədər

vacibdir


Çox

vacibdir

Xidmətetmə

mədəniyyəti






Yerləşmənin əlverişliliyi
Əlverişli iş saatları
ızzı


Kreditlər üzrə aşağı faiz dərəcələri

IZZ] nu

Şəkil 7.6. Parametrin vacibliyini qiymətləndirmək üçün istifadə olunan punktirli reytinq şkala


Zəhmət olmasa hər bir parametrin Sizin nəzərinizdə nə dərəcədə mühüm olmasını müvafiq oyuqda «x» işarəsini qoymaqla qiymətləndirin.

Şəkildən göründüyü kimi, şkalada parametri qiymətləndirmək üçün 4 kateqoriya verilmiş və hər bir kateqoriyanın təsviri göstərilmişdir.



Punktirli reytinq şkalasını asan qurmaq və istifadə etmək olur. Bu şkala qrafik reytinq şkalasımn tətbiqi zamanı tədqiqatçının nail ola bildiyi və yaxud aldığı “incə” fərqləndirmələri almağa imkan verməsə də, dəqiq müəyyənləşdirilmiş kateqoriyalar əsasında etibarlı informasiyalar almağa imkan verir.

Müaavisəvi revtinp skalası. Qrafik və punktirli reytinq şkalasımn tətbiqi zamanı respondentdən tədqiqatçının müəyyənləşdirdiyi iki parametrin bir-birilə və yaxud hansısa standartla müqayisə edilməsi xahiş edilmir. Məsələn, respondentdən bankın yerləşmə yerinin nə dərəcədə əlverişli olmasının göstərilməsi xahiş edilə və bu zaman ondan əlverişli yerləşmə yeri ilə əlverişli iş saatlarının müqayisəsinin aparılması tələb edilməyə bilər. Bundan fərqli olaraq, müqayisəvi reytinq şkalasımn tətbiqi zamanı respondentdən hər bir parametrin başqa parametrlərlə və xarakteristikalarla müqayisə əsasında qiymətləndirilməsi tələb edilir. Daha doğrusu, bu halda respondentlər qiymətləndirilən parametrləri bir-birilə müqayisə edərək onları önəmliliyinə görə düzürlər.

Sabit cəm skalası (metodu). Bu metod müqayisəvi reytinq şkalasına yaxşı nümunədir. Sözügedən metodun tətbiqi zamanı respondentdən verilmiş cəmin iki və daha çox parametrlər əsasında həmin parametrlərin vacibliyi nəzərə alınmaqla bölüşdürülməsi tələb olunur. Respondent tərəfindən hansısa parametrə daha çox bal verilirsə, obyekti qiymətləndirən zaman həmin parametr daha çox önəm daşıyır. Əgər respondent bölüşdürülməsi tələb olunan 100 balı iki parametr üzrə bərabər şəkildə bölüşdürürsə, onda həmin parametrlər vacibliyinə görə eyni səviyyəli parametrlərdir. Əgər parametrlərdən birinə (məsələn, xidmətetmə mədəniyyətinə) 80 bal, o birinə isə (məsələn, əlverişli yerləşmə yerinə) 20 bal verilirsə, onda birinci parametrin vaciblik dərəcəsi ikinci parametrin vaciblik dərəcəsindən 4 dəfə çox olacaqdır.

Sabit cəm metodunun tətbiqi zamanı, adətən respondentdən iki parametrin müqayisəvi əsasda qiymətləndirilməsi tələb olunur. Lakin qiymətləndirilən parametrlərin sayı çox da ola bilər.






    1. Yüklə 0,79 Mb.

      Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə