Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

İkinci metod.
Hərəkət texnikasının hissə-hissə öyrədilməsi fondunda texnikanın 
bütüvlükdə (tamlıqda) təkrar edilməsi yolu ilə hərəkətin öyrədilməsidir.Həmin 
metoddan istifadə zamanı əsas diqqət hissə-hissə öyrədilən hərəkət elementləri 
arasında uyğunluq koordinasiya yaratmağı yönəldilməlidir.Əgər hissələr arasında 
uyğunsuzluq müşahidə olunursa,bu vaxt onun səbəbini öyrənilməsi və aradan 
qaldırılması məqsədilə əlavə xüsusi hərəkətlər seçilməli və prosesdə istifadə 
edilməlidir.Şagirdlər yüngül atletikanın hər hansı növü üzrə hərəkət texnikasına 
yiyələndikdən sonra onların idman nəticəsinin yüksədilməsinə də 
çalışmalıdır.Konkret deşək,hərəkət texnikasının bütövlükdə təkmilləşdirilməsi və 
məktəblilərin fiziki hazırlığının artırılması yolu ilə idman sahəsində müvafiq 
nailiyyətləri qazanmaq lazımdır.Burada əzələ qüvvəsini artıran,hərəkət texnikasını 
bütövlükdə öyrənməyi təkmilləşdirən fiziki tərbiyə elementlərindən,texniki təlim 
vasitələrindən istifadə olunmalıdır.Hərəkət texnikasının mənimsədilməsi ilə 
əlaqədar texniki vasitələrdən istifadə edərkən duyma,hissetmə qabiliyyətlərini 
nəzərə almaq vacibdir.İbtidai siniflərdə səs və ekran vasitələrinə və onların düzgün 
tətbiqinə nail olmalıdır.Texniki təlim vasitələri və əyani vasitələr hərəkət texnikası 
üzrə qruplaşdırılmış siniflərin hazırliq səviyyəsinə uyğun olaraq tətbiq olunmalıdır.


Texniki vasitələrdən istifadə olunarkən hərəkət texnikası bütövlükdə,sonra isə 
hissə-hissə və ya əksinə nümayiş etdirilə bilər.Bu zaman sözün əyaniliklə qarşılıqlı 
əlaqəsini düzgün təşkil etmək xüsusən vacibdir.Müşahidə göstərir ki,yüngül 
atletika üzrə yeni hərəkət texnikası öyrədilərkən aşağıdakı pedaqoji –metodiki 
amillərə əməl olunması təlim işinin müsbət nəticələnməsinə kömək edir. Bura 
hərəkət texnikasının bütövlükdə və hissə-hissə öyrədilməsinin bilavasitə müəllimin 
rəhbərliyi altında aparılması,hərəkət texnikasının təkrar edilməsi dövründə,qüsurlu 
yerinə yetirilən hərəkətlərin daha çox təkrarlanması hərəkətlərin fərdi və qrup 
şəkilində yerinə yetirilməsi,hərəkəti düzgün yerinə yetirən uşaqların onu nümayiş 
etdirilməsi,ev tapşırıqları verilərkən şagirdləri fərdi xüsusiyyətlərini nəzərə 
alınması və s.daxildir.
2. Yüngül atletika dərsləri adədən tədris ilinin isti aylarında şagirdlər üçün təşkil 
olunur.Ona görə ki,yüngül atletika növlərinin iqlim və idman baza şəraiti 
baxımından həmin aylar daha əlverişlidir.Eyni zamanda,göstərilən aylarda açıq və 
təmiz hava şəraitində yeriş,qaçış,tullanma,cisim atma və s. öyrədilməsi xeyli 
asanlaşır.Çünki digər tədris aylarına görə tədris ilinin əvvəli və axırında hava 
şəraiti orqanizmə daha müsbət təsir etməklə,həm də hərəkətlərin icra olunmasına 
görə də hazırlıqlı olur.Lakin həmin dərsdə digər dərslərə nisbətən 
(gimnastika,oyunları və s.) şagirdlər daha çox fiziki yük alırlar.Bu zaman onlar tez-
tez tərləyir və bunun nəticəsində də soyuqdəymə,xəstələnmə halları baş 
verir.Qaçışdan sonra uşaqların dayanmalarında belə hadisələr tez-tez baş verir.
Bunun qarşısını almaqdan ötrü müəllim qaçışdan sonra dayanmalara imkan 
verməməli,uşaqlar tənəffüs və sadə hərəkətləri icra etdilməlidir.Gərgin fiziki yük 
aldıqdan sonra uşaqların oturmağa icazə verilməməlidir.Yüngül atletika dərslərinə 
şagirdləri sinif otağı qarşısında sıraya düzüb gətirməlidir.Havalar soyuq olduqda 
onlar isti idman geyimində olmalıdır.Bu vaxt onların uzun-uzadı 
yoxlamamalı,dərsin məqsədi və vəzifələrini qısa şəkildə izah etdikdən sonra 
hərəkətlərin öyrədilməsinə keçməlidir.Hərəkətlərin yerinə yetirilməsi də qısa və 
konkret izahatla həyata keçirilməlidir.Əks təqdirdə,boşdayanma uşaqların 
üşüməsinə səbəb olar.Bu isə onların diqqətinin yayılmasına,hərəkətlərin icrasına 
marağın azalmasına şərait yaradır.İsti hava şəraitində uşaqları günvurmadan 
qorumalı,onları qızmar günəş altında saxlamamalı,izahatlar kölgəlikdə aydın 
şəkildə verilməlidir.


3.Yeriş,qaçış tullanmalar və çoxnövçülük üzrə məşğələlərin hərbi tətbiqi 
əhəmiyyəti vardır.Yüngül atletika idmanın hərbidə tətbiqi nə qədər böyük 
əhəmiyyətə malik olması hələ bizim eramızdan əvvəl mövcudluğu bizə məlum 
olmuşdur.
–Yüngül atletika hərəkətləri-yeriş qaçış,tullanmalar və atmalar çox qaədim 
dövürdən qalmışdır.Buna misal olaraq Qədim Yunanıstan Olimpiya oyunları 
proqramına hərbi iştirakçılara stadionda 192 m qaçmaq,uzaq 2300 m-dən 4500 m-
dək məsafəyə qaçmaq,yumruq davası,güləşmək-pentatlon, qədim beş 
mübarizə(qaçış,tullanmala,güləşmək,lövhə və nizə atmaq) daxil idi.İnqlabdan 
əvvəl(böyük sosialist,inqlabi) Azərbaycanda yüngül atletika idmanı inkişafı 
etdirilib kütləvi hal almasında bu idman növündən düşmənlə üz-üzə 
dayanmaqdaqn ötəri bizim cümüriyyət əsgərlərinə lazım olan 
davamlılıq,cəldlik,güc,qıvraqlıq,cəsarətlilik,qələbəyə inam və s. keyfiyyətləri 
inkişaf etdirmək baxımından orduda geniş istifadə etdirilmişdir.Çünki cümüriyyət 
döyüşçülərin hazırlığında yüngül atletika elementləri xüsusi əhəmiyyətə malik idi.
–Kələ-kötür yerlərlə qaçmaq,maneələr sahəsini rədd etmək və qumbara atmaq üzrə 
növlər o zaman orduda əsas yer tuturdu. Yüngül atletikanın əsas növləri Müstəqil 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim prosesində böyük 
əhəmiyyətli bir amil kimi tətbiq olunur.Özümüz istəmədən müharibəyə təcrübən 
cəlb olunmağımız və bu müharibədə Respublikamızın 20% -dən çox 
torpaqlarımızın düşmən tapdağından təmizləmək naminə bütün ordu sıralarında 
xidmət edən döyüşçülərimizə,uzaq məsafələri qət etməkdən,müəyyən sahəni dəf 
etməkdən və müyyən sahəni qumbara atmaqdan ötəri onlara lazım olan bir sıra 
fiziki keyfiyyətləri aşılamaq lazım gəlir.Bədən tərbiyəsi və idmanda,xüsusən 
yüngül atletikada mübarizə aparmaq,qələbə qazanmaq,səy göstərmək,seçilən 
növdə nəticə əldə etmək həvəsi çox gözə çarpır.Biz Azərbaycan Respublikasının 
Silahlı Qüvvələrinə inanırıq ki,onlar torpaqlarımızı düşməndən azad 
edəcəklər.Çünki,bizim güclü ordumuz buna qadirdir, və onların siyasət baxımından 
güclü Ali baş komandanları var. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə