Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 13. Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi.  Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 13.
Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi. 
Plan: 
 
1.Yüngül atletika atmaların müxtəlif növlərin ardıcıllıqla öyrədilməsi.
2.Məşqin yarış dövrünün başlıca məqsədi.
1.Yüngül atletika atmalarının müxtəlif növlərinin ardıcıllıqla öyrədilməsi məşq 
prosesində əsas rol oynayır.Məhz yüngül atletika atmalarının növlərinin öyrədilmə 
ardıcıllığı,aşağıdakılardan,ibarətdir.
1.Yadro 
itələmək.2.Lövhə 
tullamaq.3.Qumbara 
tullamaq.4.Nizə 
tullamaq.
5.Çəkic 
tullamaq.
–Hərəkətlərin yerinə yetirilmə texnikasında buraxılan səhvlər və onların aradan 
qaldırılması üsulları.


Bir qayda olaraq öyrəniləcək hərəkətlərin icrasında səhvlər meydana çıxır.Bununla 
əlaqədar olaraq məşqçi idmançının hərəkətlərində səhvləri müəyyən etməyi 
bacarmalıdır.Məşqçi aşağıdakıları nəzərə almalıdır. 1) Adətən,idmançıların 
xüsusiyyətləri ilə əlaqədar olaraq atmalarda baş verən fərdi səhvlər(fiziki) cəhətdən 
zəif inkişaf,hərəkət uyğunlaşdırmağı bacarmaq,lazımı keyfiyyətlərin çatışmaması 
və s.2)Atmalarda öyrəniləcək hərəkətlərin başlıca hissələrinin icrasına aid əsaslı 
səhvləri.3)Əsaslı 
səhvlərin 
nəticəsində 
baş 
verən 
ikinci 
dərəcəli 
səhvlər,4)hərəkətlərin detallarındakı və hissəlindəki səhvlər;5)Hərəkətlərin ayrı-
ayrı hissələrinin uyğunluğunda,vəziyyətlərində və hərəkətlərində səhvlər.6) təlimin 
qeyri-normal maddi təminatı zamanı baş verən səhvlər.Səhvləri düzəltmək üçün 
aşağıdakıları nəzərə almaq lazımdır.1.Çox vaxt başqa səhvlərin baş verməsinə 
tələb olan başlıca əsaslı səhvləri ilk növbədə aradan qaldırmaq;2)yalnız bir neçə 
səhvi dərhal düzəltmək və bir neçə səhvi birdən düzəltməkdən əl 
çəkmək.3)hərəkətlərin icrasını tez tez nümayiş etdirmək.4)səhvin mahiyyətini və 
hərəkətin düzgün icrası üçün lazım olan tələbləri dəqiq izah etmək.
–Bundan başqa səhvləri düzəltmək üçün bir sıra başqaüsullardan istifadə etmək 
lazım gəlir.Bunlardan –düzgün hərəkətləri “şişirtmək” artıq hərəkətlərin icra 
edilməsini göstərmək yolu ilə hərəkətlərinin düzgünlüyünü həvəsləndirmək və s.
–Atmalarla məşğul olanlara vacib olan fiziki keyfiyyətləri inkişaf etdirməklə 
idmançı hərəki vərdişləri və bacarıqları,təkmiləşmiş texnikanı tam ölçüdə 
mənimsəyə bilər.Yüngül atletikanın digər növləriylə yanaşı atmalarda alətin daha 
da uzaq məsafəyə düşməsinə nail olmaq atletin hərəkətləri inkişaf səviyyəsindən 
asılıdır.
2.Yüngül atletikada illik məşqin hazırlıq dövrü daha uzunsürən dövr olub,məşq o 
yükünün daha böyük həcmli olması ilə fərqlənir.Çünki hazırlıq dövründə 
idmançının bütün hazırlıq növlərinin əsas bünövrəsi qoyulur.Bu dövrdə məşq 
prossesi 
qarşısında 
qoyulan 
başlıca 
vəzifələr 
aşağıdakılardır.
1.Ümumi fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi;2.İxtisaslaşma növünün 
tələblərinə uyğun olaraq güc,sürət,cəldli,və başqa keyfiyyətlərinin inkişaf tempinə 
nail olmaq,3.Hərəkətlərin icra üsulunun təkmiləşdirilməsi.4.Yarış zamanı istifadə 
ediləcək taktiki variantların işlənib hazırlanması.5.Seçilmiş idman növündə nəzəri 
və metodiki biliklərin artırılması.6.Mənəvi və iradi keyfiyyətlərin tərbiyə olunması.
–Məşqin yarış dövrü başlıca məqsəd əvvəlcədən planlaşdırılmış yüksək idman 
nəticələrinə nail olmaqdır. İxtisaslaşma növünün xüsusiyyətlərinə uyğun fiziki 
keyfiyyətlərin inkişafının davamını təmin etmək.Əvvəlcədən düşünülmüş yarış 
taktikasının mənimsəmək,yarış təcrübəsi əldə etmək.Hərəkət texnikası bacarığını 
möhkəmləndirmək,zəruri olduğu halda onu təkmiləşdirmək.


Nəzəri bilik səviyyəsini yüksəltəm,tərbiyə vəzifəsini həll etmək.Bu dövürdə 
idmançı yüksək nəticə göstərməyə çalışmaqla yanaşı idman formasını 
saxlamalıdır.Yarış dövründə məşq vasitələrinin tətbiqi həcmi yarışın yüksək 
zirvəsinə yaxınlaşdıqda azalmalı,yarışlar arasındakı fasilələrdə isə artırılmasıdır.Bu 
həcm hazırlıq dövrünə nisbətən azdır lakin məşq vasitələrinin arsenalı demək 
olarki,eləcədə qalır.Xüsusi və ümumi hazırlıq vasitələrinin ilk məşq edilməsinin 
ümumi həcmindəki faiz nisbəti,hazırlıq dövründə olduğu kimi saxlanılır,bəzən də 
ümumi fiziki hazırlıq vasitələrinin faizi artır. Məşqin tamamlayıcı dövürünün 
məqsədi-əsas dövrdə əldə edilmiş fiziki hazırlıq səviyyəsini və idman taktikasını 
saxlamaqdır.Tamamlayıcı keçid dövrünün vəzifələri bunlardır;1)hərəkətli fiziki 
inkişafı daha da yaxşıllaşdırmaq,2)idman texnikasının ayrrı-ayrı hissələrinin 
təkmiləşdirmək.3)fəal istirahət.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə