Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 9. Yeriş və qaçış texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi. Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 9.
Yeriş və qaçış texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi.
Plan:
 
1.Yerişin silsilələri.
2.Qaçışın fərqli xüsusiyyətləri.
3.Müxtəlif məsafələrə qaçış texnikasının əsas xüsusiyyətləri
1.Yerişdə eyni hərəkət fazası ciddi ardıcıllıqla daim təkrar olunduqdan o silsiləli 
hərəkətlər qrupuna daxildir.İki yeriş addımı 1 silsilə təşkil edir.Yeriş texnikasının 
təhlili üçün bir silsiləni dövrlərə,fazalara,anlara,vəziyyətlərə bölmək olar.
Ayaqların bir silsilə ərzində hərəkəti.
Yeriş zamanı bir silsilə ərzində idmançı gah bir tək ayaqlı faza gah iki dayaqlı faza 
ayağını dayağa qoyur.İki yeriş addımı ərzində hər bir ayaq yerləşmə vəziyyətindən 
aslı olaraq həm dayaq ayağı (dayaqda olduğu vəziyyət) həm də sərbəst,irəliyə 
aparılan ayaq funksiyasını yerinə yetirir.


Beləliklə bir silsilədə iki tək dayadlı və iki,iki dayaqlı yeriş vəziyyəti olur.
–Bir ya iki dayaqlı dövrün bir-birini əvəz etməsi.İdmançının tək dayaqlı vəziyyəti 
sərbəst qıçın irəliyə aparılması vaxtına nisbətən böyükdür.Ona gördə dayaqdakı 
ayaq təkanı qurtarmamış sərbəst irəliyə aparılan ayaq yenidən dayağa qoyulur,və 
beləliklə iki dayaqlı faza alınır.Lakin iki dayaqlı vəziyyətin ən vaxtı çox 
kiçikdir.İdman yerişində tək dayaqlı dövr iki fazadan –arxaaddım və irəli 
addımdan ibarətdir.Birincisi faza-arxa addım ayağını dayaqdan götürüldüyü andan 
başlayaraq şaquli ana qədər davam edir.İkinci faza-irəli addım sərbəst,irəli aparılan 
qıçın şaquli vəziyyətdən irəli aparılıb dayağa qoyulduğu ana qədərdir.İkinci faza 
dayağın bir ayaqdan o,biri ayağa keçməsi iki dayadlı dövrə təsadüf edir.Bu 
səbəbdən də yeriş silsiləsinin müxtəlif fazalarında əks təsir qüvvəsinin idmançının 
hərəkət sürətinin dəyişməsində rolu müxtəlifdir.
2.Qaçış yüngül atletikada əsas yer tutur.Qaçışın bir çox müxtəlif növü vardır. 
Bundan başqa qaçış tərkib hissəsi kimi başqa hərəkətlərə-tullanmalara və 
tullanmalara da daxildir.Qaçış zamanı əzələlərdən dinamiklik yerişdəkinə nisbətən 
xeyli yüksəkdir.Əzələlərin çoxunun yaxşı işləməsi,orqanizmə tamlıqla qüvvətli 
təsiri,dozanın yüngüllüyü,xarici şərait sağlamlık üçün mühüm əlverişli amil 
olub,qaçışın gigiyenik əhəmiyyətini müəyyən edir.Qaçışıntəlim-təbiyəvi və tətbiqi 
əhəmiyyəti də böyükdür.Çünkü,qaçış insanda mühüm keyfiyyətləri və bacarıqları 
tərbiyə edir.Yüngül atletikanın digər növlərinə nisbətən qaçış daha əlverişli fiziki 
hərəkətdir.Bunun sayəsində həmin növ geniş yayılmışdır.Qaçış üzrə keçirilən 
yarışlar tamaşaçılarda həmişə böyük marağa səbəb olur.Buna görə də yüngül 
atletika üzrə aparılan təşviqatın ən yaxşı vasitələrindən sayılır.Təsadüfi deyildir ki, 
bütün yarışlarda qaçış və estafetlərin müxtəlif növləri qabaqcil yer tutur.Qeyd 
etmək lazımdır ki,qaçış məşq vasitəsi kimi də bütün idman növlərində tətbiq edilir. 
Qaçış zamanı daxili və xarici qüvvənin əlaqəli təsiri.Beləliklə bir qaçış addımında 
idmançının qıçının dövrlər və fazalarla hərəkəti aşağıdakı ardıcıllıqla baş verir.
–Qaçışda hərəkət verici qüvvə mənbəyi əzələ işidir. Lakin hərəkətin baş verməsi 
üçün təkcə əzələ qüvvəsinin olması kifayət deyildir.Yerişdə olduğu kimi qaçışda 
da hərəkət daxili qüvvə ilə əzələnin təxəllüsü zamanı yaranan qüvvə (xarici 
qüvvənin) ağırlıq qüvvəsi,dayağın əks təsir qüvvəsi,ətraf mühütün müqaviməti 
qarşılıqlı təsiri zamanı mümkün olur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə