Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 8.Atletika hərəkətlərinin dərəcələrə bölünməsi və səciyyəsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 8.Atletika hərəkətlərinin dərəcələrə bölünməsi və səciyyəsi.
Plan: 
1.B/t-si sistemində yüngül atletikanın mövqeyi və əhəmiyyəti
2. Yüngül atletikanın çox növü
3.Ağacla edilən hərəkətlərin təlimi
1.Bu sistemin məqsədi xəlqmızın sağlamlığını möhkəmləndirmək,adamlarının 
sosialist əməyinə və vətəni müdafiyə tərtərəfli hazırlamaqdır.Çoxlu miqdarda 
yüngül atletika hərəkətləri hər bir gəncə yüngül atletikada özü üçün münasib növ 
seçməyə imkan verir.Bundan əlavə,müəllimlər məşğul olanları fiziki cəhətcə 
seçdikləri idman növü üzrə hərtərəfli inkişaf etdirmək üçün atletikanın müxtəlif 
növlərindən müvəffəqiyyətlə istifadə edirlər.İdmanda xüsusən yüngül atletikada 
mübarizə aparmaq,qələbə qazanmaq,səy göstərmək,seçilən növdə nəticə əldə 
etmək həvəsi çox gözə çarpır.Atletika üzrə təlim-məşq və yarışlar düzgün təlim 
ddildikdə 
bu,idmançılarda şüurlu nizam-intizamın,kollektivçiliyin,yoldaşlıq 
hissinin,tapşırılan iş üçün məsuliyyət hissinin tərbiyə edilməsinə kömək edir,güclü 
iradənin və möhkəm xarakterin formalaşmasına təsir göstərir. –Qaçış,tullanma və 
atmaların bütün növləri üzrə keçirilən yarışlar və bu növlər üzrə hərəkətlər keçmiş 
sövet,idmanına,lazım,olan,qüvvətlilik,cəldlik,davamlılıq,gümrahlıq,diqqətlilik,özü-
nü ələ almağı bacarmaq və s.bu kimi keyfiyyətlərin meydana çıxması və bu 
keyfiyyətlərin tam təkmilləşməsi üçün gözəl şərait yaradır.Azərbaycanda,demək 
olar ki,bütün il boyu açıq havada atletika ilə məşğul olmaq mümkündür.Bunun 
sayəsində də atletikanın böyük sağlamlıq əhəmiyyəti özünü göstərir.Atletika 
hərəkətlərinin çoxu məşğul olanlarda bir sıra dəyərli hərəki vərdişlərin inkişafına 
kömək edir.İnsan bu vərdişlərə yiyələnməklə əmək sahəsində daha yaxşı 
işləyir,döyüşçüyə lazım olan vərdişlərə daha tez yiyələnir.


2.Yüngül atletikanın çox növü:-Bu növə qaçış,tullanma və atmalar daxildir.Daxil 
edilən növlərin miqdarından asılı olaraq,yüngül atletikanın çox növü bu hissələrə 
ayrılır: 3 növ,5 növ, və 10 növ üzrə mübarizə aparılır. Çox növ üzrə mübarizədə 
nəticə və rekordlar yarışda iştirak edənlərin hər növdən qazandığı xalların ümumi 
sayına görə müəyyən edilir və burada xüsusi cədvəldən istifadə olunur.Çox 
növçülük üzrə mübarizə insanın hərtərəfli fiziki inkifafı üçün gözəl hərəkətlər 
kompleksidir.Çox növçülük idman üzrə mübarizə ilə məşğul olan idmançı eyni 
dərəcədə həm yaxşı qaçmalı,tullanmalı,həm də sərrast nizə atmalıdır. Yüngül 
atletikanın bu növündə yüksək nəticə qazanmaq üçün çoxnövlü mübarizədə iştirak 
etmək lazımdır.
3.Ağacla edilən hərəkətlərin təlimində bəzi xüsusi cəhətlər nəzərə alınmalıdır.
A) ağacın əvvəlcə üfiqi,sonra şaquli,nəhayət maili vəziyyətləri;b) ağacın bütün 
əsas vəziyyətləri əvvəlcə üz və yan səthlərdə,sonra aralıq,axırda da çəp səthlərdə 
öyrənilməlidir.-Hərəkəti izah edərkən və komanda verərək ağacın hansı vəziyyətdə 
olduğu aşağıdakı qaydalarla göstərilməlidir. 1.Ağacın vəziyyəti-üfqi,şaquli və ya 
maili,2.Gimnastın bədəninə görə ağacın vəziyyəti, buda.çiyinə,baş üzərinə və 
s.3.Ağacı tutan əlin vəziyyəti-sağ qol yana,sol qolqabağa.Məşq zamanı ağacın hər 
hansı bir vəziyyətini (qarşıya qoyulan məqsəddən asılı olaraq) digər vəziyyətlərə 
və bədənin hissələrlə qarşıqlıqlı şəkildə,özü də ən müxtəlif birləşmələr şəklində 
öyrənmək lazımdır.Yalnız belə məşq metodikası əsas və düzgün sayılır. Təlimin 
ilk mərhələlərində ağacla hərəkəti öyrəndikdən sonra,onu bədənin digər 
hissələrinin ən sadə hərəkətlərilə əlaqələndirmək olar.Çünki bu daha çox 
məqsədəuyğundur. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə