Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Tullanmalar.
-maneələri və müəyyən bir sahəni dəf etmək üçün hərəkətdir. -
Maneələrdən aslı olaraq tullanmalar hündürlüyə və uzuna,icra olunma usuluna 
görə isə yerindən və ya qaçaraq ola bilər.Tullanmalar hərtərəfli fiziki inkişafın fəal 
vasitələrindən biridir.Bununla əlaqədar olaraq əsas yüngül atletika tullanmaları 
“ƏMH” kompleksinə daxil edilmişdir.
Atmalar: 
Atmaların yüngül atletikanın 
başqa növləri ilə uygun şəkildə tətbiq olunması qiymətli keyfiyyətləri və vərdişləri 
inkişaf etdirmək üçün böyük əhəmiyyəti vardır.Atmalar müxtəlif üsulları alətin 
formasına və çəkisinə görə müəyyən edilir.Yüngül alətləri baş arxasından 
tullanmaq olar,daha ağır alətləri döndərlə tullamaq olar,yadronu isə itələmək 
əlveriçlidir.
Çoxnövçülülük-
bir qayda olaraq çoxnövçülüyə qaçış,tullanmalar və 
atmalar daxildir.
2.Yüngül atletika bədən tərbiyəsi sistemində.Bədən tərbiyəsi sistemi 
respublikamızın idman aləmində geniş yer tutur.Onun əsas məqsədi xalqımızın 
sağlamlığını möhkəmləndirməkdən və istəlinən müdafiəsinə hazırlamaqdır. 
Yüngül atletika hərəkətləri genişdir.Bu da hər gəncə özünə münasib yüngül atletika 
növü seçməyə imkan verir.Yüngül atletikada məşğul olanların fiziki inkişafı və 
idman ixtisaslaşması üçün də müvəffəqiyyətlə istifadə olunur.Məhz buna görə də 
yüngül atletika idmanı ölkəmizdə geniş yayılmışdır.Onunla respublikamızın 
ümumtəhsil məktəblərində,şəhər və kəndlərdə, orduda həvəslə məşğul 
olurlar.Yüngül atletika üzrə keçirilən yarışlar tamaşaçılarda həmişə böyük marağa 
səbəb olur.Buna görə də yüngül atletika üzrə aparılan yarışlar təşviqatın ən yüksək 
vasitələrdən sayılır.Azərbaycanda yüngül atletika məşgələrini təxminən il boyu 
açıq təmiz hava şəraitində aparmaq olar.Yüngül atletika üzrə məşğələni təchiz 
etmək və invertar almaq o, qədərdə böyük xərc tələb etmir.Yüngül atletika ilə 
uşaqlar və böyüklər,gənclər və yaşlılar,kişilər və qadınlar məşğul ola bilərlər.
Vətənin 
müdafiəsinə 
hazıram 
kompleksində.
–Respublikamızda yüngül atletika minlərlə idmanşını hərtərəfli inkişar etdirmək 
onları hər an Vətənin Müdafiəsinə Hazırlayaraq,öz dövlətinə sədaqətli olan 
kollektivin,Azərbaycan dövlətinin mənafeyini öz şəxsi mənafeyindən yüksək tutan


İdmançıların –vətənpərvərlər yetişməsinə kömək edir.Vahid idman təsnifatı 
ölkəmizdə idmanın yüksəlişi üçün mühüm vasitə olub,aparılan işin miqdar və 
keyfiyyətini böyük diqiqliklə nəzərə almağa,Azərbaycan yüngül atletlərinin 
ustalığının artırılması sahəsində nailiyyətlər və nöqsanlar haqqında düzgün fikir 
söyləməyə imkan verir.
3.Yüngül 
atletikanın 
sağlamlıq 
və 
tərbiyəvi 
əhmiyyəti
haqqında.Azərbaycanda,demək olar ki bütün il boyu açıq havalarda yüngül atletika 
ilə məşğul olmaq mümkündür.Məhz bütün bunları nəzərə alaraq deməyə əsas verir 
ki yüngül atletikanın böyük sağlamlıq əhəmiyyəti vardır.Yüngül atletika 
hərəkətləri düzgün icra edildikdə insanın bütün hərəkət aparatı dinamiki işə cəlb 
olunur,bunun sayəsində də orqanizmdə maddələr mübadiləsi artır;daxili orqanların 
fəaliyyəti,ümumiyyətlə,orqanizmin həyat fəaliyyəti yüksəlir və yaxşılaşır.Tərbiyə 
əhəmiyyəti.Yüngül atletika idmanda mübarizə aparmaq,qələbə qazanmaq,səy 
göstərmək,seçilən növdə nəticə əldə etmək həvəsi çox nəzərə çarpır.Yüngül 
atletika üzrə təlim-məşq və yarışlar düzgün təlim edildikdə bu idmançılarda şüurlu 
nizam-intizam kollektivçiliyin,yoldaşlıq hissinin,tapşırılan iş üçün məsuliyyət 
hissinin və möhkəm xarakterin formalaşmasına təsir göstətir.Azərbaycan 
idmançılarına lazım olan qüvvətlilik,cəldlik,davamlıq,gümrahlıq,diqqətlilik,özünü 
ələ almaq bacarığı və s. bu kimi keyfiyyətlərin meydana çıxarması və bu 
keyfiyyətlərin inkişaf etdirilib təkmiləşməsi üçün gözəl şərait yaradır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə