Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 12. Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi.  Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 12.
Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi. 
Plan: 
 
1.Atmalarda məqsəd alətin mümkün qədər uzaq məsafəyə atılması.
2.Ayrı-ayrı atmalarda alətin uçuş sürətinin müxtəlifliyi.
3.Final səyinə hazırlıq.
1.Atmalarda məqsəd alətin mümkün qədər uzaq məsafəyə atılmasıdır.İcra 
üsulundan aslı olaraq yüngül atletika atmaları 3 yerə bölünür; 
1.Baş arxasından atmalar d)nizə,qumbara. 
2.Dönmələrlə atmalar a)lövhə,çəkic. 
3.Yadro itələmək. 
Atmaların müxtəlif üsulların alətin forması və çəkisinə görə müəyyən 
edilir.Yüngül alətləri baş arxasından uzağa tullamaq olar,daha ağır alətləri 
dönmələrlə tullamaq yadronu isə itələmək əlverişlidir.Nizə,qumbara atmalarda 
qaçaraq sıçrayışla,çəkic,lövhə,atmalarda dönmələrlə,yadro itələmək isə təkanla 
yerinə yertirilir.Konstruksiyadan aslı olaraq alətlər süzən aerodinamiki uçuş 
qabiliyyətinə malik olan və süzməyən qruplara bölünür.Havada süzmək 
qabiliyyətinə malik olan alətlərə havanın müqaviməti uçuş məsafəsini artırmaqa 
imkan verir.Bu alətlərə nizə və lövhəni aid etmək olar.Bütün atmalar ya 
əvvəlcədən qaçmaqla və ya alətin holaylandırılması ilə icra olunur.Burada başlıca 
məqsəd alətə ilkin hərəkət sürəti verməkdir.Çünki alətin uçuş məsafəsi ilk növbədə 
alətin ilkin uçuş sürətinin böyüklüyündən,uçuş bucağından və mühüm 
müqavimətindən aslıdır.
2.Ayrı-ayrı atmalarda alətin uçuş sürətinin böyüklüyü müxtəlifdir.Məsələn,kişilərin 
nizə atması zamanı nəticənin artıq olduğu halda alətin ilkin uçuş sürəti 
35m\san,çəkic atmada 170-dən uzağa 126m\san,lövhə atmada 60\m san uzunluğa 
26m\san,yadro itələmədə 19m-dən uzağa 13m\saniyəyə bərabərdir. Alətin uçuş 
bucağı-atmalarda alətin optimal uçuş bucağı nəzərə alınmazsa 45
0
-ə barabərdir. 
Lakin nizə və lövhə atmada alətin aerodinamik süzmə potensialından daha yaxşı 
istifadə etmək üçün uçuş bucağı nisbətən kiçikdir.Optimal uçuş bucağının 
göstəricisi arasında möhkəm alətin uçuş məsafəsinin göstəricisi arasında möhkəm 
əlaqə vardır.Məsələn:çəkicin ilkin uçuş hündürlüyündən 2 m,uçuş sürətinin 
24m\san olduğu halda uçuş məsafəsi 25
0
-lik bucağından 48,92;35
0
-lik bucaqda 
57,89m;45
0
-lik bucaqda isə 60,52 metrdir.


Alətin ilkin uçuş hündürlüyü alətin hansı hündürlüyündən uçuşa başlaması xüsusi 
əhəmiyyət kəsb edir.Bu hündürlük idmanın boy göstəricisi qolunun uzunluğu və 
final səyinin necə yerinə yetirilməsindən asılıdır.Alət uçuşa başladığı anda yerdən 
hündürlüyü nə qədər yüksək olarsa onun bir o qədər çox uzağa uçmaq ehtimalı 
vardır.Alətin ilkin uçuş hündürlüyü onun uçuş bucağı döstəricisinə təsir 
göstərir.Alət nə qədər hündürdən uçuşa başlayırsa onun uçuş bucağı bir o qədər 
kiçik olar.Havanın müqaviməti-bütün atmalarda alətin uçuş məsafəsinə küləyin 
gücü və istiqaməti müəyyən təsir göstərir.Atma istiqamətində əsən külək sürmə 
qabiliyyəti olmayan alətlərin çəkic,qumbara yadronun uçuş məsafəsini azacıq da 
olsa artırır.
3.Final səyinə hazırlıq-hərəkətin bu hissəsində başlıca məqsəd hərəkətin bilavasitə 
icra edəcək əlavə qruplarının effektliyi işini təmin etmək üçün onların əvvəlcədən 
dartılmasına şərait yaratmaqdan ibarətdir.Final səyi-idmançı qarşısında duran 
başlıca məqsəd alətə optimal bucaq altında və fazada düzgün yerləşdirməklə ona 
maksimal uçuş sürəti verməkdir.Final səyində çətin element qaçış hissədən final 
səyinin icrasına keçiddir.Çünki hərəkətin səyindən alətə ötürülməsi dəqiq və 
cilalanmış hərəkət texnikasına malik olmağı tələb edir.Final səyinin effektli icrası 
ikidayaqlı vəziyyətin fəal yerinə yetirilməsi,əzələlərin elastiklik qa\biliyyətindən 
maksimum istifadə edilməsindən,qıçların düzgün işindən,hərəkəti bilavasitə icra 
edən əzələ qruplarına enerji ötürmək məqsədi ilə bədənin bəzi hissələrinin 
hərəkətinin kəskin dayandırılmasından və s.asılıdır.Alətin uçuşa başladığı anda 
idmançı hərəkəti irəliyə dayandırmağı bacarmalıdır.
–Atmalarda hərəkətin icra texnikasını qaçış sürətini artırmaq,final səytinin 
fəallaşdırmaqla təkmilləşdirmək olar.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə