Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu № 6.Atletika hərəkətlərin texnikasının əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 6.Atletika hərəkətlərin texnikasının əsasları.
Plan: 
1.Atletika hərəkətlərin texnikasının əsasları
2.Yeriş və qaçış texnikasının əsasları
3.Qaçış texnikasının xüsusiyyətləri
1.Yüngül atletikada texnika-yüngül atletika hərəkətlərini yerinə yetirərkən insanın 
hərəkəti deməkdir.Atletika hərəkətlərinin texnikası öz əksini idmançının 
hərəkətlərində tapmışdır.Texnikanın mahiyyəti isə atletin konkret vəzifələri həll 
etmək 
üçün öz imkanlarından düşüncəli sürətdə istifadə etməsindən 
ibarətdir.Atletikada konkret vəzifələr bunlardır:yerişdə və qaçışda müəyyən 
məsafəni qısa müddətdə qət etmək və qaçmaq;tullanmalarda daha çox uzununa və 
ya hündürlüyünə tullanmaq;atmalar isə aləti mümkün qədər daha uzağa atmaq..
–İdman texnikasının keyfiyyətini,birinci növbədə hərəkətin qənaətlə yerinə 
yetirilməsi göstərir.İdmançının digər iştirakçılarla eyni şəraitdə daha yüksək idman 
nəticəsi göstərməsinə qaçarkən az qüvvə sərf etməsi səbəb texnikanın yaxşı,daha 
düzgün,daha mükəmməl olmasıdır.-Effektli və qənaətlilik bir-birilə qarşılıqlı 
sürətdə əlaqədardır. Effektli işləmək üçün lüzumsuz hərəkətləri azaltmaq və 
qüvvədən qənaətlə istifadə etmək lazımdır.Qənaətlə əldə edilmiş qüvvə əsas 
hərəkətlərin effektini artırmağa,bununla yanaşı idman texniki nəticələrini 
yüksəltməyə imkan verir. Atletin hərəkətinin xarakterinə uyğun olaraq hərəkətlər 
iki qrupa bölünür.


1.Eyni bir hərəkətin neçə dəfə təkrar edilməsi ilə əlaqədar olan hərəkətlər(bunlara 
hərəkətlər sinfi də deyilir)-yeriş və qaçış.2.Təkrar olmayan hərəkətlər(bunlara bir 
aktlı hərəkətlər də deyilir)-tullanmalar və atmalar.Hərəkətlər tsiklinin texnikasını 
təhlil etmək üçün idmançının təkrar etdiyi hərəkətlərin bir tsiklini və bunun təkrar 
edilməsi üçün lazımi tempi götürmək kifayətdir.İki addım (və ya ikili addım) 
yerişdə və qaçışda təkrar hərəkətlər və ya bir tsikl sayılır.Bir aktlı hərəkətlərin 
tullanmaların və atmaların texnikasını təhlil edəndə isə bütün hərəkəti əvvəlcədən 
təhlil etmək lazımdır.
2.Yeriş və qaçış insanın hərəkət etməsi üçün təbii vəsaitdir.Yeriş və qaçış texnikası 
bir-birinə çox oxşayır.Yerişdə və qaçışda yerə təkən vurmaqla hərəkət 
edilir.Hərəkət fazalarının miqdarı,onların bir tsikldə ardıcıllığı istər yerişdə,isrərsə 
də yeriş və qaçış texnikasının təhlil edərək əslində,ayaqların hərəkətini əsas 
götürmək lazımdır.Hər bir ayaq,yeriş və qaçış ərzində həm dayaq,həm də yellənmə 
vəzifəsini ifa edir.Dayaq zamanı ayaq yavaşca yerə qoyulur və bədənin bütün 
ağırlığı bu ayağın üzərinə düşür,nəhayət həmin ayaqla yerə təkan vurulur. Yeriş və 
qaçış zamanı ayaqların bütün hərəkətləri aşağıdakı kimi təsəvvür etmək 
mümkündür.1.ayaqlar düz vəziyyətə gəldikdə qabaqdakı ayağın təkan fazası 
(dayaq zamanı);2.arxadakı ayağın təkan fazası (dayaq zamanı);3.qabaqdakı ayağın 
addım fazası;4.qabaqdakı ayağın addım fazası (yellənmə və ya)addım zamanı.
–Hərəkətlər ən mühüm faza arxadakı ayağın təkanıdır.İnsan ayağının bükülməsi 
hesabına yerə təkan vurarkən və yellənən ayağı irəli apararkən bədənin ağırlığı ilə 
də yerə təzyiq edir.Bu təzyiq dinamikanın üçüncü qanuna əsasən yerdən əks 
istiqamətə əks təsirin,yəni reaksiyanın əmələ gətirməsinə səbəb olur.Dayaq 
reaksiyası insan üçün xarici qüvvədir və bu,atletlərin hərəkətlərində mühüm rol 
oynayır.Yeriş və qaçışın arasında əsas fərqlər bunlardır:1.qaçış zamanı uçuş fazası 
vardır,yeriş zamanı isə insan yerlə daim dayaq vəziyyətində olur;2.yeriş zamanı 
hər iki ayaqla yerə dayaq verilir,qaçışda isə belə hal yoxdur.Ayrı-ayrı fazaların və 
hərəkətlərin uzun müddət davam etməsi,oynaqlarda hərəkətlərin sürəti,əzələlərin 
işinin xarakteri və hərəkət aparatı üzərinə düşən yükün böyüklüyü də yeriş və 
arasındakı fərqlərdəndir.


3.Qaçışın müxtəlif növlərinin texnikasını daha əlverişli təhlil etmək üçün hər hansı 
məsafəyə keçirilən idman qaçışını aşağıdakı əsas hissələrə bölmək lazımdır:
1.idmançının startda vəziyyəti;2.start və ya qaçışın əvvəli(startdan birdən-birə 
çıxmaq);3.məsafənin əsas hissəsindəki qaçış;4.finiş və ya qaçışın sonu-lent üzərinə 
atılmaq.Start vəziyyətinin vəzifəsi qaçışı başlamaq üçün əlverişli şərait 
yaratmaqdan ibarətdir.İlk addımı (təkan) atmaq üçün qabaqcadan qıcları bükmək 
lazımdır.Qısa məsafələrə qaçışda alçaq startdan istifadə edilir.Bu zaman idmançı 
əlləri ilə də yerə dayaq verir.Qaçış sürətini cəld artırmaq üçün alçaq start daha 
effektlidir.Ayaqlarla yerə daha yaxşı dayaq vermək üçün start qəliblərindən 
istifadə edilir.Orta və uzaq məsafələrə qaçışda yüksək start sərfəlidir.Start və ya 
qaçışın əvvəlinin (startdan birdən –birə çıxmağın) vəzifəsi lazımi sürəti tez inkişaf 
etdirməkdən ibarətdir.Qısa məsafələrə qaçışda bu sürət maksimal dərəcəyə 
çatmalıdır.Bunun xüsusiyyətləri aşağıdakılardır:1.Qaçarkən pəncə-dabanın yerə 
dəyməməsi (pəncələr üstündə qaçış).2.bədəni irəliyə çox əyilməsi.3.addımların 
uzunluğunun 
və 
tezliyinin 
dəyişdirilməsi.4.əzələlərin 
çox 
gərgin 
işləməsi;5.tənəffüsün edilməsi.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə