Dərs vəsaitivə metodik vəsaitlər: Əsas Mühazirə mövzuları


Mövzu №3: Nizə atmaq texnikası. Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix26.05.2023
ölçüsü0,63 Mb.
#113214
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu №3:
Nizə atmaq texnikası.
Plan: 
1.Nizə atmaq texnikasının təlimi
2.Nizə atmanın məşqi
1. Nizə atan fiziki cəhətdən inkişaf etmiş olmalı və oynaqların yaxşı hərəkət 
qabiliyyətinə yiyələnməlidir. Ona görə də nizə atma texnikasının təlimi zamanı 
qüvvənin,sürətin və çevikliyin inkişaf etdirilməsinə fikir verilməlidir.
Vəzifəyə bunlar daxilldir.Məşğul olanları nizə atma texnikası ilə tanış etmək. 
Nizəni düzgün tutmağı və atmağı öyrətmək.Final səyi fazasını öyrətmək.Qaçışdan 
nizə atmağa keçmək texnikasını öyrətmək.Qaçış texnikasının və nizənin 
aparılmasını öyrətmək.Qaçaraq nizə atmağı öyrətmək.Nizə atma texnikasını 
təkmilləşdirilməsi. 
Nizə 
atma 
texnikasının 
əsaslarına 
yiyələndikdən 
sonra,hərəkətlərin ritmi qəqiqləşdirilir,texnikanın ayrı-ayrı ünsürləri öyrənilir.


Nizənin uçuş bucağının düzgün olmasına fikir vermək lazımdır.Atma texnikasının 
təkmilləşdirilməsi ilə bir vaxtda oynaqlarda mütəhərrikliyin,əzələ qüvvəsinin və 
hərəkət 
sürətinin 
inkişafı 
üzrərində 
çalışmaq 
lazımdır.
Vasitələr haqqında qısa məlumat bunlardır: -
Qaçaraq nizə atma texnikasını 
göstərmək.Texnikanın 
əsaslarını 
izah 
etmək.Kinoqram,kinokolsovka,əyani 
vəsaitlərə baxış.İdmançıların yarışlarda nizə atma qaydaları ilə tanış etmək.Nizə 
tutmaq üsullarının göstərilməsi və yoxlama yolu ilə ən əlverişli variantın seçilməsi. 
Nizənin aşağı-qabağa atılması. Nizənin irəli atılması.Nizənin iki əllə 
atılması.Müxtəlif alətlərin atılması.Nizənin üzü atma istiqamətinə dayanmaqla 
atmaq,sol böyürlə atma istiqamətinə dayanmaqla həmin hərəkət.Əvvəlcə çiyin 
qurşağını sağa döndərməklə həmin hərəkət;düz qol nizə ilə birlikdə geri 
aparılmışdır.Çarpaz addımı təqlid etmək.Əldə nizə yeriyərkən çarpaz addımın 
yerinə yetirilməsi.Çarpaz addımdan nizə atmaq.Müxəlif alətlərin çarpaz addımdan 
atılması.Bir yerdə dayanmaqla nizəni çəkmək.İki addım yerişdə nizəni 
çəkmək,nizəni çiyin üzərində saxlamaqla qaçış.Asta qaçışda nizənin 
çəkilməsi.Qısa ilkin qaçışdan nizə atmaq.Sürətli qaçışdan nizə atmaq.Qaçış 
uzunluğunun və ritminin müəyyən edilməsi.Tam qaçışdan nizə atmaq.Küləyə görə 
müxtəlif istiqamətlərdə həmin hərəkət.Nizəni tam qüvvə ilə atmaq. Yoxlamalarda 
və yarışlarda iştirak etmək.


2.Nizə atmanın 
məşqi prosesində aşağıdakı vəzifələr yerinə yetirilir.
1.Nizə atma texnikasına yiyələnmək.2.Ümumfiziki hazırlığın artırılması.3.Xüsusi 
fiziki keyfiyyətlərin inkişafı.4.Mənəvi və iradi keyfiyyətlərin tərbiyəsi.
–Ümumfiziki hazırlıq hərəkətlərinin həcmi daha çox nizəatanın hazırlıq 
komponentlərinin səviyyələri ilə müəyyən olunur.Ümumfiziki hazrlıq vasitələrinə 
aşağıdakılar aiddir;asta qaçış,çiyin və çanaq-omba oynaqlarında və onurğada 
mütəhərrikliyi inkişaf etdirən hərəkətlər:idman oyunları,üzgüçülük,sədlərlə 
hərəkətlər və onların keçirilməsi;ümumi təsirli güc hərəkətləri;akrobatika 
elementləri,və,gimnastika,alətlərində,hərəkətlər.
–Nizə atanlar texnikanın təkmilləşməsinə çox vaxt ayrırlar.Atma texnikasının 
təkmilləşdirilməsində başlıca metod hərəkətin təkrar yerinə yetirilməsidir.Nizə 
atanın xüsusi hərəkətləri:1.Bir addım atıb dayanaraq,nizəni baş üzərində 
saxlamaq.Çiyini döndərərək,nizəni çiyin xətti üzrə kənara çəkmək.2.Yerişdə və 
qaçışda həmin hərəkət.3.Nizə ilə qaçış və nizənin çəkilməsi.4.Bir addım atıb 
dayanmaqla topu baş üzərində saxlamaq irəli-yuxarı hədəfə atmanı yerinə 
yetirmək;5.Baş arxasından 3 addımlıqdan ağırlıq atmaq.6.Ştanqın diskisini əldə 
tutaraq,addım vəziyyətində dayanmaq. “Gərilmiş yay”vəziyyəti alaraq,sağa-aşağı-
geriyə yelləmə hərəkətini yerinə yetirmək.7.3-addım qaçmaqla ağırlıq atmaq.Nizə 
atanın sürət-güc keyfiyyətləri.Nizə atan məşqə çoxlu miqdarda yamsılama hərəkəti 
daxil edir.Lakin bu hərəkətlərdən suni-istifadə etmək olmaz,çünki atma 
texnikasının ayrı-ayrı ünsürlərində əzələ duyğuları güclənməklə,bütöv hərəkətin 
cizgiləri təhrif olunur.Nizə atanın sürət-güc keyfiyyətlərinin yekunlaşdırılması 
üçün,məşqdə ağırlıqlarla:ştanq,iki pudluq pəhləvan daşı ilə, yadro ilə hərəkətlər 
tətbiq edirlər. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə