Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə31/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   177
Adil Babayev

DĠLÇĠLĠYĠN ELM KĠMĠ FORMALAġMAĞA 
DOĞRU ĠNKĠġAFI 
Ərəb Ģərqində, hindistanda, Çində dilçilik geniĢ 
miqyasda inkiĢaf etdiyi, müxtəlif dilçilik məktəbləri 
meydana gəldiyi halda, Avropada orta əsrlərdə dilçilik, 
ümumiyyətlə, elmi baxıĢların çoxu bəzi hakim dairələrin 
və orta əsr ehkamlarının təsirilə inkiĢaf edə bilmirdi. Bu 
barədə prof. B. N. Qolovinin fikri ilə razılaĢmamaq 
olmaz. O yazır: «Avropada orta əsrlər, demək olar ki, 
dilçiliyə yeni heç nə verməmiĢdir. Doqmatika və 
sxolastika elmi sıxıĢdırırdı. Qədim Hindistanda, 


Yunanıstanda vo Ərəbistanda yaranmıĢ canlı fikir orta 
əsr doqmatikası hücumları qarĢısında əzilmiĢdi. Qədim 
yunan və latın dilləri öz
klassik formaları ilə, demək olar ki, unudulmuĢdu. 
Canlı dillər öyrənilmirdi, canlı faktlar əsasında aparılan 
nəzəri axtarıĢlar Ġncil göstəriĢlərinin qarmaqarıĢıq 
sxolastik mühakimələri ilə əvəz edilmiĢdi»
1

Dini ehkamların – doqmaların təsiri ilə elmi fikrin 
boğulması orta əsrlər və ondan sonrakı dövrlər üçün 
(XIII – XVIII əsrlər) xarakterik cəhətlərdən idi. Fizika, 
astronomiya, təbiətĢünaslıq, fəlsəfə sahəsində olduğu 
kimi, dilçilikdə də dini baxıĢlara qarĢı çıxmaq olmazdı. 
Bunları təsəvvürə gətirmək üçün Kopernikin, Qalileyin, 
Fəzlullahın, Nəsiminin taleyini xatırlamaq kifayətdir. 
Bununla belə elmin qarĢısını almaq çox çətindir. Elmi 
maraq alimləri məcbur edir ki, keçmiĢ və cələcək 
haqqında düĢünsünlər. Bu səbəbdən də elmlər zəif 
Ģəkildə də olsa, inkiĢaf edirdi. 
Bu dövrdə bəĢər intibahı baĢ qaldırırdı. Qədim 
Ellada mədəniyyətinə maraq artmağa baĢladı. Səyyahlar 
qum və dəniz yolları vasitəsilə ölkələri gəzir, yeni-yeni 
kontinentlər kəĢf edirdilər. Müstəmləkələr tutulur, 
xristianlıq, habelə islam yeni- yeni ölkələrə yayılır, bu da 
dillərarası ünsiyyəti zəruri edirdi. Avropalılar Asiyanın 
və Amerikanın dillərinə daha çox maraq gösterirdilər. 
Müxtəlif ölkələrin müxtəlif dillərdə danıĢan xalqlarının 
dil materialları toplanıb müqayisə edilirdi. Bu proses 
gələcəkdə müqayisəli-tarixi dilçiliyin yaranmasına real 
1
Головин Б. H. Введение в языкознание. M., 1973. стр. 291. 
89 


zəmin yaradırdı. 
Bu dövrdən baĢlayaraq Avropa, ġərqə nisbətən, 
daha irəli gedir. ġərqdə islam ehkamı güclü Ģəkildə təhrif 
edilərək elmə, müəyyən mənada mədəniyyətə qarĢı 
qoyulduğu halda, Avropa bu təsirdən uzaqlaĢa bildi. 
Ġntibah dövrü din xadimləri Quranın elm və mədəniyyət 
haqqındakı ayələrini təhrif edir, beləliklə də elmin və 
incəsənətin qarĢısını alırdı. Bu səbəbdən də bütün elmlər 
Avropada ġərqə nisbətən daha irəli getmiĢ olurdu. 
Musiqinin, poeziyanın, dilçiliyin və ictimai Ģüurun baĢqa 
formalarının vətəni ġərq olmasına baxmayaraq, 
avropalılar daha irəli gedirdi. Avropa alimləri ġərqdən 
aldığı elmi bilikləri və sənətin baĢqa növlərini 
avropalılaĢdırır, sonra ġərq onu
Yenidən almalı olurdu. Bunu musiqi, dilçilik, 
riyaziyyat, astronomiya və baĢqa sahələr haqqında 
cəsarətlə demək olar. 
Avropalılar lüğət tərtib etmək prinsiplərini 
ġərqdən götürsələr do onlardan daha irəli gedə bilirdilər. 
Onlardan bir neçəsinə nəzər salaq. Lavrenti Zizani 
1596-cı ildə özünün əvvəllər yazmıĢ olduğu «Slavyan 
qrammatikası» əsərinə əlavə olaraq iri həcmli bir lüğət 
çap etdirir. Bu lüğət müəyyən mənada M. KaĢqainin 
məĢhur əsərini xatırladırdı. Lüğət tərtib prinsipləri və 
rus, Ukrayna və Belorus dillərinə tərcümə edilməsi ilə 
seçilir və slavyan dillərinin ədəbi mətnlərindən 
götürülmüĢ 1061 sözü əhatə edirdi. 
1612-ci ildə «Ġtalyan dilinin akademik lüğəti» nəĢr 
edilir. 1694-ci ildə mütəxəssislər tərəfindən yüksək 
qiymətləndirilən «Fransız akademiyası lüğəti» nəĢr 
edilir. 


Rus ümumxalq danıĢıq dili elementləri əsasında 
toplanıb tərtib edilən, rus dilinin milli dil kimi 
formalaĢmasına çox kömək etmiĢ olan «Rusiya 
akademiyası lüğəti» də leksikoqrafıyanın inkiĢafına çox 
kömək etdi. Bu əsər 1789 – 1794-cü iĠlərdo nəĢr 
edilmiĢdir. 
Bu üç ölkənin akademiyalarının buraxdığı lüğətlər 
Avropada leksikoqrafıyanın inkiĢafına müsbət təsir 
göstərmiĢdi. Doğrudur, Ġngiltərə akademiyası belə bir 
lüğət buraxmamıĢdı. Bununla belə, XVIII əsrin lap ilk 
illərindən baĢlayaraq Ġngiltərədə çoxlu izahlı ədəbi 
tələffüz normaları, orfoqrafkk və s. tipli lüğətlər tərtib 
edilirdi. 
Mütəxəssis dilçilərlə birlikdə, bu dövrdə dövrünün 
görkəmli alim və yazıçıları da dilçilik məsələləri ilə 
maraqlanır və öz ana dillərində qrammatika və lüğətlər 
tərtibi iĢində fəal iĢtirak edirdilər. Bu alim vo yazıçıların 
dilçi alimlərə köməyi, doğrudan da, çox vaxt 
müvəffəqiyyətli olurdu. Hələ XIV əsrdə yeni italyan 
ədəbi dilinin banisi Alikyeri Dante (1269 – 1311) italyan 
dilinin müxtəlif məsələləri ilə məĢğul olmuĢdu. 
Fransada J. Dübelle, P. Ropsar, Rober, Anri Eten 
XVI əsrdə dilçilik məsələləri ilə məĢğul olmuĢlar. XVIII 
əsrdə Ġnkiltə- rodo D. Defo, C. Drayden və baĢqaları 
Rusiyada XVIII əsrin axırlarında Q. R. Derjavin, D. Ġ. 
Fonvizin, Ġ. Boqdanoviç,
Y. B. Knyajnin və baĢqaları ana dilinin nəzəri və 
təcrübi məsələləri ilə yaxından məĢğul olmuĢlar. 
Alim vo ədiblərin dil problemləri ilə məĢğul 
olması 
bir 
tərəfdən 
ədəbi 
dil 
normalarının 
müəyyənləĢməsinə, digər tərəfdən dilin ekstralinqvistik 


cəhətlərinə kömək edirdi. 
Artıq XVII əsrin ortalarında fransız milli ədəbi dili 
formalaĢıb qurtarmıĢdı. Fransız ədəbi dilinin ümummilli 
səviyyəyə yüksəlməsinə əməli və bədii üslubların 
birləĢməsi kömək edirdi. XVII əsr fransız fəlsəfəsini, 
riyaziyyat, dilçilik bir çox baĢqa elmlərini Rene 
Dekardsı/ M 596 – 1650) təsəvvür etmək olmaz. 
R. Dekard fəlsəfi dil ideyasını irəli sürür, elə bir 
fəlsəfi dil yaratmağı təklif edirdi ki, bütün anlayıĢların və 
onlar arasındakı münasibətlərin çıxıĢ məbləği olsun. 
Dekarda görə, belə bir fəlsəfi dilin yaradılması 
həqiqi fəlsəfədən asılıdır. Yalnız həqiqi fəlsəfə 
insanların ideyasını – fikrini sadalayıb deyə bilər. Yalnız 
həqiqi fəlsəfə ideyalar ifadəsini aydın vo sadə Ģəklə sala 
bilər. Dekarda görə, fellərin dəyiĢməsi və söz 
yaradıcılığı sözlərin əvvəlinə artırılan ön Ģəkilçilər 
vasitəsilə ola bilərdi. O, belə hesab edirdi ki, köklərin 
dəyiĢməsi onlara Ģəkilçi artırmaqla daha real ola bilər. 
Bu vaxt o, dildəki daxili fleksiyanı nəzərə almırdı. XVI 
əsrin sonu XVII əsrin əvvəllərində Avropa dilçiliyindən 
danıĢarkən görkəmli ingilis alimi Frensis Bekon (1561 – 
1626) haqqında danıĢmamaq olmaz. O, təcrübəni, 
eksperimenti yeganə tədqiqat üsulu sayırdı. F. B. 
Bekonu ingilis materializminin və müasir eksperimental 
elmin banisi saymıĢlar. 
F. Bekonun fəlsəfi qrammatika baxıĢları, əsasən, 
onun fəlsəfi əsərlərində ifadə edilmiĢdir. O, elə bir 
müqayisəli qrammatika tərtib etmək təklif edirdi ki, bu 
da bütün əhatəsi mümkün olan dillərin materialı əsasında 
yaradılmalı idi. Bekona görə, dildə xalq təfəkkürü 
ideyası əks olunur. Əgər ümumi (xalqların dillərini əhatə 


edən) bir dil yaransa, demək xalqların fikirlərini 
birləĢdirən bir keyfiyyət meydana gələ bilər. Əlbəttə, F. 
Bekon ümumi dil dedikdə bütün dünya dillərini deyil, 
Avropanın əsas dillərini nəzərdə tuturdu. Beləliklə, süni 
dil ideyası meydana
gəlirdi. Bu fikrini F. Bekon «Elmlərin ləyaqəti və 
təkmilləĢməsi» adlı əsərində ifadə etmiĢdir. O, belə 
hesab edirdi ki, təbii dillə yanaĢı, insan cəmiyyətində 
daha baĢqa vasitələr do vardır kı, dil funksiyasını yerinə 
yetirə bilər'. 
XVII əsr Avropa dilçiliyindən danıĢarkən 
görkəmli alman filosofu Qotfrid Vilhelm Leybnisin 
(1646 – 1716) adını xüsusi qeyd etmək lazımdır. 
V. Leybnis fizika, riyaziyyat, fəlsəfə, hüquq, tarix, 
dilçilik və s. kimi elmləri mükəmməl bilmiĢ və onlara aid 
orijinal mövqeyə əsaslanan əsərlər yazmıĢdır. Ġdealist 
filosof Leybnis özündən əvvəlki klassik alman 
filosoflarının fikrini davam etdirmiĢdir. Dünya klassik 
fəlsəfəsinə yaxĢı bələd olan Leybnis Demokrit, Platon, 
Avqııstin, R. Dekard, T. Hobbs. B. Spinoza və 
baĢqalarının ideyalarını müasir biliklər əsasında 
təkmilləĢdirməyə çalıĢmıĢdır. 
Leybnis həqiqətləri iki qismə – zəka və fakt 
həqiqəti qisminə bölmüĢ, birincilərə zərurət, ikincilərə 
təsadüf kimi baxmıĢ, məntiqdə düzgün təfəkkür 
qanunları üzərində tədqiqat aparmıĢ, Aristotel təliminə 
əlavələr etmiĢdir. Təkcə bunu demək kifayətdir ki, kafi 
əsas qanununu ilk dəfə Leybnis iĢləyib hazırlamıĢdır. 
Təfəkkürün baĢqa bir qanunu, eyniyyət qanununu da 
Leybnis iĢləmiĢdir. 
O. 
fizika sahəsində fəzanın, zamanın, 


hərəkətin nisbiliyi təlimini daha da inkiĢaf etdirmiĢdir. 
Leybnis eyni zamanda görkəmli dilçidir. Onun dilçilik 
fəaliyyətini bir neçə istiqamətə bölmək olar. O, dillərin 
müqayisəsi nəticəsində və onların qarĢılıqlı əlaqəsi 
əsasında onların qohumluğunu müəyyənləĢdirməyin 
mümkünlüyü fikrini ilk irəli sürən tərdəndir. 
Leybnis canlı dillərin faktlarının toplanmasına 
böyük əhəmiyyət verirdi. 
Hər Ģeydən əvvəl, filosof olan Leybnis dilin fəlsəfi 
problemləri ilə məĢğul olmuĢ, dilin mahiyyəti və 
xarakteri haqqında maraqlı mülahizələr irəli sürmüĢdür. 
O, təbii dil probleminə də diqqət yetirmiĢ, 1704-cü ildə 
yazmıĢ olduğu «Ġnsan zəkası haqqında yeni təcrübələr» 
adlı əsərində dilin bir 
1
sıra fəlsəfi problemləri ilə yanaĢı, 
dillərin qarĢılıqlı əlaqəsi bu xalqların mənĢəyi 
məsələsinə də toxunur. ModelləĢdirmə prinsipini ilk dəfə 
Leybnis iĢlədiyi kimi, ümumi-fəlsəfi, simvolik dilin 
yaranmasını da o, məntiqi universal modellərin 
yaranması ilə əlaqələndirib dissertasiya iĢində 
«Kombinatorika haqqında» adlı əsərində ümumi dil 
ideyasına gəlmiĢdi. Belə bir dilin meydana gəlməsi üçün 
məntiqi və riyazi quruluĢlardan istifadə etməyi Leybnis 
zəruri hesab edirdi. 
Leybnis formal, süni, ümumi dilin yaranması üçün 
Əbcod hesabına uyğun bir formul da təklif edir. Lakin o, 
samitləri əsas götürürdü. O deyirdi ki, 9 ardıcıl ədəd latın 
əlifbasının 9 samitinə uyğun olmalıdır: I = v. 2=s, 3=d, 
4=f, 5 = g, 6 = n. 7 = I, 8 = m, 9 = n və s. Onluq dərəcələr 
1
Azərbaycan Sovel Ensiklopediyası. II cild. B. 1977. səh. 75 
92 


beĢ saitə uyğun gəlir; 10- a, 100=e, 1000=i, 10000 = u; 
100000 =ıı. Daha böyük vahidləri iki saitlə göstərmək 
olar. Məs., 1000000=ai.' Leybnisin bu ideyası dillərin 
riyazi modelləĢdirilməsi üçün müəyyən əsas verdi. 
Sonradan kibernetika, maĢın tərcüməsi, kompüter iĢlə-
məsi prinsipləri məhz Leybnis təliminə əsaslandı. 
Göründüyü kimi, Fransa, Ġngiltərə və Almaniyada 
dilçilik baĢqa elmlərlə əlaqədar Ģəkildə götürülürdü. 
Dekardın «Ümumi (fəlsəfi) süni dil», Bekonun «Fəlsəfi 
qrammatika» və Leybnisin «Universal simvolik dil» 
konsepsiyaları dilin daxili quruluĢunu öyrənməyə deyil, 
onun fəlsəfi problemlərinə həsr edilmiĢdir. Bununla 
belə, 
bu 
üç 
körkəmli 
alimin 
fəlsəfi-dilçilik 
konsepsiyaları elmi-nəzəri dilçiliyin yaranması üçün 
bünövrə rolunu oynadı. Onların linqvistik konsepsiyası 
yaranmasaydı nə «Por-Royal» qrammatikası, nə də 
miiqayisəli-tarixi dilçilik yarana bilərdi. 
XVII əsrin ikinci yarısında – 1660-cı ildə 
Fransanın Por- Royal monastrında «Ümumi rasional 
qrammatnka» meydana gəldi. Bu əsər müxtəlif cür 
adlanır, gah yarandığı Ģəhərin adı ilə əlaqədar olaraq 
«Por-Royal qrammatikası», gah «Ümumi qrammatika», 
gah 
«Ümumi-nəzəri-tənqidi 
qrammatika», 
gah 
«Rasional qrammatika» və sair adlanır. Belə çoxadlılıq 
ondan 
1
irəli gəlir ki, əsərin adı o qədər uzundur ki, bütün 
bu adlan əhatə edir. 
«Por-Royal qrammatikası» əslində ümumi 
dilçiliyin bir elm kimi fonnalaĢmasının bünövrəsi oldu. 
1
Attmpoııa T. A.. 0/ibXOBHKOB B. A.. I'
OW
/
ICCTBCIICKII

10.
B. 
«O'iepKH no Hcıopmı .'imırmıcTHKiı» M.. 1975. cıp.200 


Bu qrammatikanın məhz R. Dekardın vətəni olan bir 
Ģəhərdə meydana gəlməsi təsadüfi deyildi. Çünki R. 
Dekardın elmi müddəaları ətrafında birləĢən alimlər 
Parisin yaxınlığında yerləĢən Por-Royal monastrını 
özləri üçün elmi mərkəz seçmiĢdilər. 
«Por-Royal qrammatikasının müəllifləri olan iki 
görkəmli alim, professor, filosof və məntiqĢünas Antuan 
Arno və fıloloq-qrammatik Kloda Lanslo idi. Bu 
qrammatika nəĢr edilən kimi məĢhurlaĢaraq dünyanın bir 
çox dilinə tərcümə edildi. Bu əsər Avropada həm 
ümumnəzəri dilçiliyin, həm təsviri qrammatiklərin və 
ümumiyyətlə, dilə hərtərəfli yanaĢmanın bünövrəsi oldu. 
«Por-Royal qrammatikası» dil strukturunun dərin 
təhlilini verməklə yanaĢı, yeni dilçilik ənənəsinin əsasını 
qoymuĢdur. Arno fəlsəfi, Lanslo linqvistik cəhətdən bu 
qrammatikanın mükəmməl olması üçün çox çalıĢmıĢdı. 
Bununla belə, «Por-Royal qrammatikası»nın 
müəyyən qüsurları da var idi. Əvvələn, bu qrammatika 
ümumi qrammatika olduğu üçün müəlliflər iddia 
edirdilər ki, bu əsər bütün dillərin qrammatik quruluĢunu 
əhatə edir. Əslində isə təkcə yunan, latın və qədim 
yəhudi dillərini, müasir dillərdən isə – fransız, italyan, 
ispan, bəzən isə ingilis və alman dilini tədqiq edirdi. Bu o 
demək idi ki, həmin qrammatika yalnız Hind- Avropa 
dillərinin cəmi 2 – 3 qrupunu əhatə edir. BaĢqa dil 
ailələri, onların qrammatik quruluĢundakı müxtəliflik 
Lanslo vo Arno tərəfindən nəzərə alınmırdı. 
Ġkinci, görünür, müəlliflərdən birinin məntiqĢünas 
filosof olduğuna göro burada məntiqlə qrammatika, 
məfhumla söz və dillə təfəkkür, cümlə ilə hökm 
müəyyən mənada eyniləĢdirilmiĢdir. Bütün dünya 


xalqlarının təfəkkürünü əhatə edən, öyrənən bir məntiq 
olduğu kimi, dillərin qrammatik quruluĢunun da 
universal olması haqqında yanlıĢ təsəvvür ümumi 
qrammatikanın baĢlıca nöqsanı idi. Yuxarıda deyildiyi 
kimi, əsərdə, yalnız qohum dillər tədqiq olunurdu. 
Qohum dillərin 
qrammatik quruluĢu, sintaktik konstruksiya 
sistemi eyni olur Ona görə də müəlliflər belə bir qərara 
gəlmiĢdilər ki, onların asəri bütün dünya xalqlarının 
dilinə Ģamil edilə bilər. 
Məlumdur ki, qrammatika konkret dilin 
qrammatik quruluĢundan çıxıĢ etməlidir. Qrammatik 
universallar universal qrammatika demək deyil. Hər bir 
dilin qrammatikası məhz öz qrammatik quruluĢundan 
çıxıĢ etməlidir. Bir dilin qrammatikasını baĢqasını təqlid 
etməklə yazmaq olmaz. 
Bunlar «Por-Royal qrammatikası»nın kiçik 
nöqsanları idi. Bu əsər dilçilik tarixində böyük hadisə, 
elmi-nəzəri linqvistikanın yaranması üçün bünövrə oldu. 
Dil haqqında əsl elmin formalaĢmasına zəmin 
yaratmıĢ konsepsiyalardan danıĢarkən XVII əsr 
görkəmli maarifçi filosof, fransız alimi Jan Jak 
Russonun adını çəkməmək olmaz | (1712 – 1778). 
Russo cəmiyyətĢünas alim kimi bir çox sosial 
problemlərdən, o cümlədən əxlaq problemlərindən bəhs 
etmiĢdir. Dilin mənĢəyi haqqındakı emosional 
nəzəriyyəsi isə onu dövrünün görkəmli dilçi alimi 
etmiĢdir. Russonun fikrincə, insanlar mükəmməl dildə 
danıĢana qədər öz fikirlərini, hiss və | həyəcanlarını 
nidalar vasitəsilə bildirmiĢlər. 
Göründüyü kimi, XVII – XVIII əsrlərdə Avropa 


ölkələrində dilçilik elminə o dərəcədə maraq oyanmıĢdı 
ki, bu elmin müstəqillik kəsb etməsinə real zəmin 
yaranırdı. Bundan əlavə, getdikçə daha çox dilin 
tədqiqata cəlb edilməsi dillərin təbiəti, onların 
ümumi-oxĢar və fərdi-fərqli cəhətləri haqqında qəti bir 
elmi fikir söyləmək üçün nəzəri və əməli baza 
yaranmıĢdı. Məhz belə bir real elmi və ictimai zəmin 
üzərində XIX əsrin əvvəllərində müqayisəli-tarixi 
dilçilik yarandı. 
Müqayisəli-tarixi dilçilik öz əsaslarını «por-royal 
qrammatikasından alsa da, ondan çox-çox irəli gedərək 
onun bir sıra qüsurlarım aradan qaldırdı. 
Müqayisəli-tarixi dilçilik bu elmin inkiĢafında ən 
böyük və birinci inqilab oldu. 
BaĢqa elmlərdə olduğu kimi, dilçilikdə də dil 
faktlarına 
tarixilik 
prizmasından 
yanaĢmaq 
müqayisəli-tarixi dilçiliyin əsas 
Prinsiplərindən biridir. Beloliklə, dilin tarixi 
inkiĢafı və mənĢəyi haqqında müəyyən nəticəyə gəlmək 
olar. 
Müqayisəli-tarixi dilçilik, Hind-Avropa dilləri 
əsasında yaranmıĢdır. Bu dillər daha çox və çoxprofilli 
tədqiq edildiyinə görə müqayisəli-tarixi dilçiliyin 
yaranması üçün real və mütləq zəmin oldu. Bu dilçilik 
metodu elə bir fəaliyyət istiqaməti və düsturu 
müəyyənləĢdirdi ki, tədqiq olunmamıĢ dilləri də əhatə 
edə bilsin. Müqayisəli-tarixi dilçiliyin bərqərar olması 
alimlərin ciddi səyini tələb edirdi. XIX əsr alimləri məhz 
belə bir çətin vəziyyətin öhdəsindən gələ bildilər, dilin 
struktur 
elementlərindən 
tutmuĢ 
fəlsəfəsinə, 
ekstralinqvistik faktorlaradək geniĢ Ģəkildə tədqiq 


edilməyə baĢlandı. 
Vaxtilə XIX əsr alman fəlsəfəsini elə bir bazara 
bənzədirdilər ki, burada istədiyini tapar və istədiyini sata 
bilərsən. Bu sözləri eynilə dilçiliyə də aid etmək olar. 
XIX əsrdə dilçilik elə bir səviyyəyə yüksəldi ki, orada 
hər cür düzkün və yanlıĢ fikir tapmaq olardı. Buna görə 
də bu əsrdə dilçilik sahəsində çoxlu cərəyan və 
məktəblər, müxtəlif platformalı alimlər meydana gəldi. 
Bu alimlərdən bir neçəsi haqqında məlumatı olmadan, 
dilçiliyin yaranma və inkiĢafı haqqında düzgün məlumat 
əldə etmək olmaz. 
Ramus Kristian Rask (1787 – 1832). Danimarka 
alimi Rasmus Rask müqayisəli-tarixi dilçiliyin əsasını 
qoyanlardan birincisidnr. Müxtəlif ədəbiyyatlarda Frans 
Boppun adı ondan əvvəl çəkilir. Amma həqiqət naminə 
Raskın adını birinci çəkmək lazımdır. Bunun iki səbəbi 
vardır. 
1.
Rasmus Rask əsərini Danimarka dilində 
yazmıĢdı. Onu Avropa alimləri baĢa düĢmür və çətinliklə 
tərcümə edirdilər. Müqayisəli-tarixi dilçilik isə, əsasən, 
alman və ingilis dillərinə əsaslanırdı. 
2.
Rasmus Rask müqayisəli-tarixi metoda 
həsr etdiyi «Qədim ġimal və yaxud island dilinin 
mənĢəyi sahəsində tədqiqlər» adlı əsərini iki il Boppdan 
əvvəl yazmıĢ (1814), yalnız 1818- ci ildə nəĢr etdirə 
bilmiĢdir. 
Bu əsərdə Rask alman dilinin latın və ya yunan 
dilləri ilə qohumluğunu sübut edir. 
Rasmus Rask Hind-Avropa dilləri arasındakı 
qohumluğu daha dəqiq öyrənmək və yəqin etmək üçün 
Hindistana, Ġrana səyahət etmiĢ, Rusiyada və Qafqazda 


olmuĢdur. Təxminən yeddi illik səyahəti zamanı Rask 
hindlilərin, farsların, seylon- luların (indiki ġri-Lanka) 
mədəniyyəti və dilləri ilə tanıĢ olmuĢ və çoxlu material 
toplamıĢdır. Hindistanda olarkən 1821-ci ildə ingilis 
dilində ġərq dillərinə aid öz tədqiqlərini nəĢr etdirmiĢdir. 
R. Raskın müqayisəli-tarixi dilçiliyə aid və 
ümumiyyətlə, onu bir alim kimi daha çox tanıdan 
yuxarıda adını çəkdiyimiz əsəridir. Burada o, island 
dilini Qrenlandiya, kelt, bask, fin dilləri ilə müqayisə 
edir. Rask qədim Ģimal dili dedikdə Skandinaviya 
dillərini nəzərdə tutur. 
Rask island dilinin frakiya dilləri əsasında 
yarandığını sübut edir. Frakiya dedikdə isə yunan və 
latın dillərinin əcdadını nəzərdə tuturdu. 
Rasmus Rask tədqiq etdiyi dillər əsasında belə bir 
qəti qərara gəlir ki, dillərin qohumluğu üçün qrammatik 
quruluĢ, leksik tərkib, fonetik uyğunluq əsas 
götürülməlidir. 
Frans Bopp (1791 – 1867) ənənəyə görə, 
müqayisəli-tarixi dilçiliyin banisi hesab edilir. Bu ona 
görədir ki, Boppun bu sahədəki fəaliyyəti Raska nisbətən 
daha geniĢ və dərindir. F. F. Fortunatov Boppun dilçilik 
tarixindəki xidmətlərinə yüksək qiymət verərək yazırdı: 
«Bopp 
Hind-Avropa 
dillərinin 
müqayisəli 
öyrənilməsinin əsasını qoymuĢdur və bu sahədə əldə 
edilmiĢ sonrakı uğurlar öz varlığı üçün ona minnətdar 
olmalıdır. Belə ki, Bopp elə bir doğru yol göstərmiĢdir 
ki, dilçilik tədricən bu yolla kamilləĢə bilər». 
Bir dilçi kimi F. Boppu dillər arasındakı yaxın 
əlaqələr, oxĢar cəhətlər və qrammatik quruluĢlarındakı 
uyğun və fərqli cəhətlər daha çox maraqlandırırdı. Bu 


səbəbdən də o, dillərarası qohumluq münasibətlərini və 
fleksiya elementlərini daha çox tədqiq edirdi. 
F. Bopp 1816-cı ildə onu bütün dünyada 
Ģöhrətləndirən üç cilddən və altı hissədən ibarət 
«Sanskrit, dili felinin təsrif 
1
1
Амирова T. А. Ольховиков Б. А. Рождественский IO. В. 
«Очерки по истории лингвистики» M. 1975. 
с.
267. 


sistemləri latın, fars və alman dilləri felinin təsrifi 
ilə müqayisədə» adlı əsərini yazdı. 
Bu əsər müəllifin sağlığında iki dəfə, vəfatından 
sonra (1868 – 1870) bir dəfə nəĢr edilmiĢdir. Əsər 
müəllifin sağlığında 1856-cı ildə ingilis dilinə tərcümə 
edilərək dünya Ģöhrəti qazanır və Ġ. Nyutonun kəĢfləri ilə 
yanaĢı tutulur. 
Bopp 
öz əsərində dilə tarixi mövqedən 
yanaĢmaqdan baĢqa, hər hansı bir dilin öz mənĢəyi 
əsasında inkiĢaf etməsi məsələsinə də diqqət yetirmiĢdir. 
O, sübut edirdi ki, dilin bu günkü vəziyyətini onun tarixi 
keçmiĢindən təcrid etmək olmaz. Çünki bu günkü durum 
keçmiĢ dəyiĢikliklə əlaqədardır. 
Bopp bu fikrə birdən-birə deyil, öz müasirləri, 
habelə qədim dövr dilçilərinin əsərləri ilə tanıĢ olduqdan 
sonra gəlmiĢdir. 
Bopp qədim sanskrit abidələri ilə tanıĢ olmaq üçün 
Fransaya gedir. Buradan isə Ġngiltərəyə – Londona 
gedərək elmi axtarıĢlarını davam etdirir. Londonda 
olarkən Almaniyanın Britaniya krallığındakı səfiri V. F. 
Humboldtla görüĢüb, onunla sıx əlaqə saxlayır. Onun 
linqvistik biliklərinin zənginləĢməsində Humboldt 
mühüm rol oynayır. 
Bopp hərtərəfli biliyə malik olan bir alim kimi həm 
hind dilçiliyinin, həm də müasir dilçiliyin səmərəli 
cəhətlərini mənimsəmiĢdi. Qədim hind filoloji 
qrammatikasından müsbət mənada bəhrələnən alim söz 
kökü məsələsində tamamilə Panininin mövqeyində 
dururdu. Məhz bu yolla o, müqayisə etdiyi dillərdəki söz 
köklərinin ümumi cəhətlərini görə bilmiĢdi. Dünya 
dilçiliyində qrammatik tip anlayıĢına – köklərin xarak-


terinə görə dillərin təsnifi məsələsini F. Bopp irəli 
sürmüĢdür. O, söz kökləri üzərində apardığı 
müĢahidələrə əsasən dilləri üç qrupa bölürdü: 
Birinci qrupa – əsil köklərdən məhrum olan – Yəni 
baĢqa morfemlərlə qrammatik əlaqəyə girə bilməyən 
dilləri daxil edir. Bu bölgü gələcəkdə A. ġleyxer 
tərəfindən amorf dillər adlandırılır. 
Ġkinci qrupa – birhecalı köklərdən ibarət olan 
dilləri daxil edir. Bu dillərdə köklər baĢqa morfemlərlə 
birləĢərək qrammatik məna yarada bilir. Belə dillərdə 
kök dəyiĢə bilir. Buraya 
Bopp Hind – Avropa dillərini aid edir. Bu dillərin 
kölərində həmiĢə məna olmur. 
Üçüncü qrupa – köklərində məna olan, kökləri üç 
samitdən ibarət əsas məna daĢıyıcısı olan dilləri daxil 
edir. Bu bölgü sami dilləri əhatə edir. 
Göründüyü 
kimi, 
Bopp 
tipoloji 
təsnifin 
bünövrəsini qoysa da, qrammatik tipə lazımi qiymət verə 
bilməmiĢdir. Buna görə də onun təsnifı yarımçıq olub 
bütün dünya dillərini əhatə etmir. F. Boppun dilçilik 
tarixində xidmətləri çox böyükdür. Bu xidmətləri 
aĢağıdakı kimi ümumiləĢdirmək olar: 
1.
Hind 
– Avropa dillərinin ümumi 
mənĢədən törədiyini sübut edən külli miqdarda dil 
materialını toplayıb sistemləĢdirməsi. 
2.
Hind 
– Avropa dillərinin ümumi 
qrammatik quruluĢunun mənzərəsini əks etdirən ilk 
morfoloji sxemin hazırlanması. Məhz bunun əsasında 
sonralar 
Hind 
– Avropa dillərinin müqayisəli 
qrammatikasını hazırlamaq mümkün olmuĢdur. 
Yakob Qrimm (1785 – 1863). Müqayisəli-tarixi 


dilçiliyin görkəmli nümayəndələrindən biri də alman 
alimi Yakob Qrimmdir. O, universitetdə hüquq təhsili 
almıĢ olsa da, özünü tamamilə filologiyaya həsr etmiĢdir. 
O, hətta Qottigen universitetində alman dili və 
ədəbiyyatı kafedrasına rəhbərlik etmiĢdir. Alimin 
yaradıcılığı özündən bir yaĢ kiçik olan qardaĢı Vilhelm 
Qrimmlə bağlı olmuĢdur. Onlar tədqiqat üçün dil 
materialını birlikdə toplayıb sistemləĢdirmiĢ, habelə 
qədim alnıan mədəniyyətinə aid materiallar toplayıb 
lüğət hazırlamıĢdılar. Hər iki qardaĢ qədim alman 
əsatirləri və xalq yaradıcılıqı ilə bağlı çoxlu 
maddi-mədəni abidəni tədqiq etmiĢ, dilçilikdə məĢhur 
Qrimm qanununu kəĢf etmiĢlər. 
Bununla belə, Yakob Qrimm tarixə görkəmli dilçi 
kimi daxildir. 1819-çu ildə Qottingen Ģəhərində 1-ci cildi 
çapdan çıxmıĢ dörd cildlik «Alman qrammatikası» kitabı 
onu müqayisəli-tarixi dilçiliyin banilərindən biri 
etmiĢdir. Əsərdə, demək olar ki, bütün german dilləri 
müqayisə edilir. Əsərin I çildi fonetika mosələlərini 
əhatə edir. Ablaut haqqında, səslərin əvəzlənməsi 
haqqında məĢhur Qrimm qanunu da bu cilddə öz əksini 
tapmıĢdır. II çilddə Y. Qrimm german dillərinin müqa-
yisəli morfologiyasını tədqiq edir. 1831-ci ildə nəĢr 
edilmiĢ III cild isə german dillərində söz yaradıcılığı 
problemlərini əhatə edir. Dörd cildliyin axırıncı cildi 
1837-ci ildə nəĢr edilmiĢdir. Burada german dillərinin 
sintaksisi tədqiq edilir. Əgər F. Bopp morfologiyaya 
daha çox meyl edirdisə, Y. Qrimm fonetika və sintaksisə 
daha geniĢ yer verirdi. 
Y. Qrimm german dillərini tarixi aspektdə 
öyrənərək tarixi qrammatikanın bünövrəsini qoymuĢdur. 


Bununla yanaĢı o, canlı dilləri özünün bütün formaları ilə 
öyrənməyi həm tövsiyə edir, həm də bu sahədə nümunə 
göstərirdi. Buna görə də alman dilinin dialektləri tədqiq 
edilməyə baĢlanmıĢdı. Y. Qrimm dialektologiyanın 
banilərindən biri kimi dilçilik tarixinə daxil olmuĢdur. 
Dövrünün baĢqa görkəmli dilçilərindən fərqli olaraq, Y. 
Qrimm dilçilikdə qrammatika qanunlarına daha çox 
üstünlük verirdi. 
Y. Qrimm dilçilik elminin inkiĢafına çox kömək 
etmiĢ, öz ardınca böyük dilçilər nəslini aparmıĢdır. 
Aleksandr Xristoforoviç Vostokov (1781 – 1864). 
Müqayi- səli-tarixi dilçiliyin dördüncü nümayəndəsi 
böyük rus alimi Aleksandr Xristoforoviç Vostokovdur. 
Vostokov da öz sələfləri kimi geniĢ yaradıcılıq 
diapazonuna malik alim, hərtərəfli bilikli insan 
olmuĢdur. O, əvvəllər quru qoĢunları kadet korpusunda, 
sonra isə Bədaye Akademiyasında təhsil almıĢdır. 
Bədaye Akademiyasında təhsil aldığı vaxtlardan 
baĢlayaraq rus xalq mahnıları və atalar sözləri ilə 
.maraqlanmıĢ, onları toplamıĢ, akademiyada aldığı 
biliklər əsasında rus Ģer yazma sənəti haqqında əsər 
yazmıĢdır. Bununla belə o, Rusiyanın mədəniyyət 
tarixinə görkəmli dilçi alim kimi daxildir. O, «Slavyan 
dili haqqında mülahizələr» (1820), «Rus qrammatikası» 
(1831), «Rumyantsev muzeyindəki rus və slavyan 
əlyazmalarının təsviri» (1842), : «Ostromir Ġncili nəĢri» 
(1843), «Kilsə-slavyan dilinin lüğəti» (1858 – 1861), 
«Kilsə slavyan dili qrammatikası – onların qədim yazılı 
abidələri üzrə Ģərh» (1863) və baĢqa əsərlər yazmıĢdır. 
A, Vostokova müqayisəli-tarixi dilçilikdə Ģöhrət 
qazandıran əsas əsəri 1820-ci ildə yazmıĢ olduğu 


«Slavyan dili haqqında mülahizələr» adlı əsəridir. Əsər 
slavyan dillərinin en qədim yazılı abidələri əsasında 
tərtib edilmiĢ və həmin dillərin qrammatikasına giriĢ rolu 
oynamıĢdır. Əsəri 1865-ci ildə Sankt- Peterburqda tam 
halda Ġ. Sreznevski «Slavyan dili haqqında mülahizə. A. 
Vostokovun filoloji mülahizələri» adı ilə nəĢr 
etdirmiĢdir. 
A. X. Vostokovun bu əsəri iki hissədən 
«mülahizələrdən» və «qeydlərdən» ibarətdir. Birinci 
hissədə slavyan dillərinin IX – XIV əsr materialları 
əsasında qədim kilsə-slavyan dili haqqında öz 
mülahizələrini söyləyir, haqlı olaraq, göstərir ki, qədim 
zamanlarda slavyan dilləri arasında ümumi cəhət daha 
çox olmuĢdur, Müəllif slavyan dillərinin qohumluğunu 
sübut etdikdən sonra qədim rus və yeni rus, polyak və 
serb dilləri arasındakı münasibətləri də göstərir. 
Müqayisəli-tarixi dilçilik bu dörd nəfərlə baĢlasa 
da, böyük bir dilçilər nəslinin yetiĢməsinə səbəb oldu. 
Avropanın bir çox inkiĢaf etmiĢ ölkələrində 
müqayisəli-tarixi dilçiliyin davamçıları meydana gəldi. 
A. F. Pott (1802 – 1887), K. Kurtsius (1820 – 
1885), A. Kup (1812 – 1881), T. Bendfey (1809 – 1881), 
A. ġleyxer (1821 – 1868), Ġ. ġmidt (1843 – 1901) və 
baĢqaları müqayisəli-tarixi dilçiliyin qoyduğu elmi 
bünövrə üzərində dilçiliyin bu və ya baĢqa sahələri 
üzərində geniĢ elmi tədqiqat apardılar. Bu alimlər 
içərisində görkəmli alman alimi Avqust ġleyxer 
haqqında xüsusi danıĢmaq lazımdır. 
Avqust ġleyxer təkcə komparativistika sahəsində 
deyil, ümumi dilçilik sahəsində də özünə Ģərəfli yer 
tutur. A. ġleyxer də Vostokov kimi qədim kilsə-slavyan 


dili 
üzərində 
tədqiqat 
apararaq 
həmin 
dilin 
morfologiyası haqqında öz xülasələrini 1852-ci ildə nəĢr 
etdirmiĢdir. O, habelə Litva dilini də ilk tədqiq 
edənlərdəndir. 
ġleyxer dillərin qohumluğu əsasında – Ģəcərə 
ağacını tərtib edir. Bu ağacın əsasında «ana dil» dururdu. 
O, belə hesab edirdi ki, ümumi kökdən törəmiĢ, bir aqacı 
təĢkil edən dillər bir ailəyə daxildir. Avqust ġleyxer 
slavyan dillərindəki qohumluğu onların fonetik sistemi 
ilə, müəyyən səs fərqlərini isə tarixi dəyiĢmələrlə 
əlaqələndirirdi. Fonetik səs əvəzlənmələri, bu və ya digər 
slavyan dilindəki səs fərqləri məsələsi A. ġleyxerin əsas 
diqqət 
mərkəzində 
dururdu. 
A. 
ġleyxer 
öz 
konsepsiyasını irəli sürür, habelə dilçiliyi dəqiq elmlərlə 
əlaqələndirməyə çalıĢır, Darvinin təkamül nəzəriyyəsini 
dilə tətbiq edirdi. Təkamül nəzəriyyəsinin mahiyyəti 
bundan ibarətdir ki, bütün bioloji varlıqlar doğulur, 
inkiĢaf edir, son həddə çataraq ölür. 
Dili bioloji varlıq hesab edən A. ġleyxer özünün 
təbiət nəzəriyyəsi ilə sübut etməyə çalıĢırdı ki, dil də 
yaranıb inkiĢaf edərək, nəhayət, son həddə çatıb 
ölməlidir. Bu məsələdə A. ġleyxer iki səhvə yol verirdi. 
Birinci, dilin ictimai mahiyyətini təhrif edir, ikinci, 
özünün xidməti olan müqayisəli-tarixi dilçiliyin özünə 
qarĢı çıxırdı. Onun bu görüĢlərini elə XIX əsrin 
axırlarında – ölümündən cəmi 5 – 6 il sonra tənqid 
etməyə baĢladılar. Alman alimi Ġohan ġmidt 
«Hind-german 
dilləri 
arasındakı 
qohumluq 
münasibətləri haqqında» adlı əsərində ġleyxerin 
Hind-Avropa ümumi – «ana dil» müddəalarını tənqid 
edirdi. ġmidt ġleyxerin dil qohumluğu prinsipini tənqid 


edərək göstərirdi ki, ulu hind – Avropa dilini ağaca, 
müasir hind – Avropa dillərini budağa oxĢatmaq olmaz. 
Hind – Avropa dillərini bir zəncirə, ayrı-ayrı dilləri isə 
həmin zəncirin sonsuz halqalarına bənzətmək olar. 
Əslində ġmidtin bu tənqidinin ikinci hissəsi o 
qədər də doğru deyil. Elmi-metodik cəhətdən dil Ģəcərəsi 
ağaca, «ana dibi isə ağacın gövdəsinə bənzətmək daha 
doğru olardı. Ġ. Ġ. MeĢĢaninov da bu prinsipin tərəfdarı 
olmuĢdur. 
Müqayisəli-tarixi dilçiliyin baĢlıca əhəmiyyəti 
bundan ibarət oldu ki, dünya dilləri genealoji cəhətdən 
təsnif edildi. Bu metod əasında dil ailələri və bu ailələr 
içərisində daha yaxın əlamətləri ilə birləĢən dil qrupları 
müəyyənləĢdi. 
Bundan əlavə, dilçilikdə yeni sahələrin və 
Ģöbələrin meydana gəlməsi də müqayisəli-tarixi 
dilçiliklə bağlıdır. Belə ki, etimologiya, semantik sahə, 
morfologiya, qrammatika artıq dilçiliyin müxtəlif və 
əlaqəli sahələrinə çevrilirdi. 
Dilçiliyin formalaĢması, müxtəlif sahələrinin 
yaranması ümumi dilçiliyin öz əlamətlərini baĢqalarına 
münasibətdə diferensiallaĢdırmasma gətirib çıxardı. Bu 
da ümumi dilçiliyin atası hesab edilən görkəmli alman 
alimi Vilhelm Fon Humboldtun (1767 – 1885) adı ilə 
bağlıdır. V. Humbold XIX əsr alman və dünya 
mədəniyyəti tarixində görkəmli alim, dövlət xadimi
diplomat, Ģair, geniĢ və dərin biliyə malik bir insan kimi 
məĢhur olmuĢdur. V. Humbold XIX əsr alman 
fəlsəfəsinin görkəmli nümayəndəsi, böyük elm və təhsil 
təĢkilatçısı kimi də tanınır. Bir neçə il Prussiya 
dövlətində maarif-təhsil naziri olan Humboldt ölkədə ali 


və orta təhsilin dövrün tələbləri səviyyəsinə qaldırılması 
iĢində mühüm rol oynayır, indi onun adını daĢıyan Berlin 
Universitetinin əsasını qoyur. 
ġəxsi həyatı ilə bağlı bir hadisə, alimin haqqında 
çox Ģeyi deyir. Qırx dörd il öz sevimli arvadı Korolina 
Dahroydenə hər gün 100 misralıq Ģer yazmıĢdır. 35 il 
arvadı ilə ömür sürdükdən sonra Karolina vəfat etmiĢdir. 
Arvadının vəfatından sonra da hər gün ona Ģer yazmıĢ, 
bir dəstə güllə qəbrin üstünə getmiĢ və Ģeri oxumuĢdur. 
Bununla belə, Humboldt ümumi dilçiliyin atası 
kimi məĢhurdur. O, ilk növbədə dilçiliyin sərhədlərini 
müəyyənləĢdirmiĢ, 
onun 
metod 
və 
fəlsəfəsini 
formalaĢdırmıĢdır. 
XIX əsrdə ikinci dilçi alimin adını çəkmək olmaz 
ki, V. Humboldt kimi geniĢ və hərtərəfli elmi fəaliyyətlə 
məĢğul olmuĢ olsun. Humboldt təkcə Avropa dillərini 
deyil, habelə bask, sanskrit, Çin, Malayziya, Amerika 
hindularının dili və s. ilə məĢğul olmuĢdur. Onun ilk 
məqalələri, əsasən, bask dilinin yazısına, fəlsəfə və 
tarixə həsr edilmiĢdir. 
V. Humboldt Berlin Akademiyasında etdiyi 
məruzədə özünün təxminən səkkiz illik elmi fəaliyyəti 
dövründə yazdığı linqvistik əsərlərin siyahısını 
vermiĢdir. «Dillərin müxtəlif dövrlərdəki inkiĢafını 
nəzərə almaqla müqayisəli öyrənilməsi» adı ilə 
ümumiləĢdirilmiĢ məruzəsində V. Humboldt öz elmi- 
tədqiqat hesabatı ilə yanaĢı, dilçilik sahəsində gələcək 
planlarını və elmi konsepsiyasını Ģərh edirdi. Humboldt 
dilçilik elminə çoxlu monoqrafiya və elmi məqalə bəxĢ 
etmiĢdir. Onlardan ən sanballıları aĢağıdakılardır: 
1 . 1824-cü , ildə nəĢr edilmiĢ «Hərfi yazı və onun 


dilin quruluĢu ilə əlaqəsi haqqında». 
2.
1827-ci ildə yazdığı «Cüt kəmiyyətlər 
haqqında». 
3.
1827 – 1829-çu illərin elmi axtarıĢlarını 
əhatə 
edən və o vaxta qədərki dilçilik fəaliyyətinin 
zirvəsi olan « Ġnsan dilinin quruluĢunun müxtəlifliyi 
haqqında». 
4.
Təxminən altı illik elmi axtarıĢın məhsulu 
olan üçcildlik «Yava adasındakı Kavi dili haqqında». 
Bu əsər müəllifin vəfatından sonra nəĢr edilmiĢdir. 
Dilin fəlsəfi problemləri məsələsində V.Humboldtun 
fikirləri Ġ. Kantm və Hegelin fikirləri ilə qarĢılaĢır, bəzən 
də onlarla uyğunlaĢırdı. 
V.Humboldt belə hesab edirdi ki, dil ruhun və 
təfəkkürün fəaliyyətidir. Ġnsan ruhunda gerçəkliyin əksi 
vardır. Nə dil, nə də təfəkkür ilkin deyil. Bəs ilkin olan 
nədir? V. Humboldt ruhu ilkin hesab edir. Buna görə 
belə bir nəticəyə gəlirdi ki, dil xalqın ruhundan doğur, 
dillərin müxtəlifliyi xalqların ruhunun müxtəlifliyindən 
asılıdır. O, dilin yaranmasını bəĢəriyyətin daxili tələbatı 
kimi düzgün qiymətləndirərək yazırdı: «Dilin yaranması 
bəĢəriyyətin daxili tələbatı ilə Ģərtləndirilir. O (dil – 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə