Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə29/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   177
Adil Babayev

QƏDĠM YUNAN-ROMA DĠLÇĠLĠYĠ 
Yunanıstan 
dedikdə 
təsəvvürdə 
bəĢər 
mədəniyyətinin beĢiyi canlanır. Qədim yunanlar hələ 
eramızdan əvvəl X – VIII əsrdə Misir və finikiyalıların 
yazısı əsasında öz yazı mədəniyyətlərini yaratmıĢlar. 
Yunanıstanda ən qədim yazılı abidə eramızdan əvvəl 
VIII – VII əsrlərə aiddir. Yunanıstan – qədim Ellada 


mədəniyyəti dünya mədəniyyətinin sonrakı inkiĢafına 
bütün əsrlərdə, o cümlədən müasir dövrdə çox güclü təsir 
göstərir. Yunanların yaratmıĢ olduqları ictimai Ģüur 
formaları içərisində fəlsəfə, məntiq, poetika, linqvistika 
və s. xüsusi yer tutur. Yeni eradan əvvəl IV – I əsrlərdə 
yunanlar Ģərqə tərəf hərəkət edərək Misirə qədər gedib 
çatmıĢ, habelə Aralıq denizi hövzəsində geniĢ 
yayılmıĢlar. Bu dövr Yunanıstan tarixində 
ellinizm
adlanır. 
Prof. B. Çobanzadə qədim yunan elmi və 
mədəniyyətinə yüksək qiymət verərək yazırdı: «Ağ 
dəniz hövzəsi ətrafında mədəniyyət sahibi olmuĢ 
millətlər içərisində, hər kəsə məlum olduğu kimi həmən 
ən birinci mövqeyi yunanlar iĢğal edir. Bunlar ġərqdən 
aldıqları mədəni əsaslarını Fales, Herodot kimi alimlərin 
vasitəsilə ġərq mədəniyyətlərinin hər cür xüsusiyyətinə 
vaqif olduqdan sonra özlərinə məxsus üsuli bir 
mədəniyyət meydana gətirmiĢlərdir»
1

Yunan dilçilik məktəbi, əsasən, Ellinizm dövründə 
meydana gəlmiĢdir. Əgər yunan dilçiliyinin birinci 
fəlsəfi dövründə 
1
B.V.Çobanzadə. «Türk-tatar lisaniyyətinə 
mədxəl». B 1924. səh. 135. 
80
dilçilik elmini heç kəsin adı ilə bağlamaq mümkün 
deyildisə, ikinci – qrammatika dövründə artıq görkəmli 
dilçi alimlər meydana gəlirdi. 
F. M. Berezin qədim yunan dilçiliyinin tarixinin 
iki dövrə bölünməsindən bəhs edərək yazır: «Qədim 
yunan dilçiliyi tarixi iki dövrə bölünür: fəlsəfi (y. e. ə. V 
– 111 əsrlər) – bu dövrdə dilçilik məsələləri fəlsəfi 


problemlərlə əlaqədar həll edilirdi və Ġskəndəriyyə dövrü 
(y. e. ə. III əsrdən eramızın IV əsrinə qədər), bu dövrdə 
dilçilik (daha doğrusu qrammatika) müstəqil elm oldu»

2
. Eyni fikrə Ə. Ə. Rəcəbovun «Dilçilik tarixi» əsə- ' 
rındə də rast kəlirik»
2

 
I Qədim yunan filosoflarını düĢündürən birinci ən 
əsas 

məsələ – dilçilik problemi, dilin mənĢəyi idi. 
Onlardan bəziləri 
1
dili ilahi qüvvə ile bağladığı halda, bəziləri əmələ 
gəlməsini obyektiv səbəblərlə izah edirdilər. 
i Ərəstu 
– Aristotel heyvanlarla insanları 
fərqləndirən əsas 
| cəhət kimi dili qəbul edirdi. O, göstərirdi ki, 
heyvanlar da 
j müxtəlif səslər çıxarmaqla öz sevinc və kədərini, 
həyəcan və 
1
qorxularını bir-birinə çatdıra bilər. Lakin nitq 
bütün canlılar içərisində yalnız insana verilmiĢdir. Bu 
nitqlə o, hər Ģeyi, sevinc ı və kədəri, xeyiri və ziyanı 
bildirə bilir. 
Qeyd etmək lazımdır ki, qədim dövrün böyük 
mütəfəkkiri olan Aristotel (y.e.ə. 384 – 322) dilçiliyin bir 
sıra məsələlərinin izahında materialist mövqe 
tutmuĢdur. O, adların mənĢəyindən | bəhs edərək yazırdı: 
1
Березин Ф.М. История лингвистических учений. M. 1975 г. 
стр. 8. 
2
Ə. Ə. R о со b о V. Dilçilik tarixi В. 1987. səh. 22. 
5
Sitat Bcrczinin adı çekilən osərindan (səh. 10) götürülmüĢdür 


«Təbiətdən ad yaranmır, onlar simvollara çevrildikdə 
Ģərti məna alırlar. Yoxsa üzvlənməyən səslər 
heyvanlarda olduğu kimi özlüyündə heç nə demir»
3

Qədim 
yunan 
dilçiliyinin 
görkəmli 
nümayəndələrindən biri də görkəmli filosof Heraklit 
Efessii (y. e. o. 544 – 483 illərdə) idi. O, iddia edirdi ki, 
adlar onların verildiyi əĢyaların təbiəti ilə sıx 
əlaqədardır. 
Əflatun (y.e.ə. 427 – 347) bu iki zidd mövqe 
arasında barıĢdırıcı mövqe tuturdu. Yeri gəlmiĢkən, 
göstərmək lazımdır
ki, bu müddəa yunan dilçiliyinin Ġskəndəriyyə 
dövrünə qədər gəlib çatmıĢdı. Ġskəndəriyyo dilçiliyinin 
adlar təmayülü nümayəndələri bu fikri bir qədər də 
dərinləĢdirmiĢdilər. Bu barədə Azərbaycan dilçiliyində 
ilk dəfə bəhs edən B. V. Çobanzadə yazırdı: 
«Ġskəndəriyyə lisan üləması iki böyük bir- birinə müxalif 
və zidd cərəyana ayrılırdı. Birinci cərəyana tabe 
iiləmayi-tənazürçülər ( «tənazür» – ərəbcə baxıĢ 
deməkdir – 
A. B.)
deyilirdi ki, bunların fikrincə bütün 
dillərdə hökm edən analogiya tənazür qanunu dilin 
müxtəlif qisimləri arasında ahəng və yeknəsəklik 
meydana gətirir, Tənazür sözlərlə fikirlər və bunların 
modelləri 
olan 
əĢya 
arasındakı 
müvazilikdir. 
Tənazürçülərin baĢında namdar Aristrax dururdu. 
Bunların pək müxalifi olan cərəyanı təzadçılar 
(anomalis) təĢkil edirdi ki, bunların da baĢında məĢhur 
filosof Krates bulunurdu. Təzadçılar dildə tənəzürçülərin 
iddia etdikləri «söz və mövqe müvaziliyi- nin 
mövcudiyyətini 
inkar 
edənlərdi». 
Ġskəndəriyyo 
məktəbində bu iki cərayının qovğası, yeknəzərdə zənn 


oluna biləcəyi kimi, heç də faydasız olmadı. Çünki 
tənazürçülərin qeyrəti sayəsində bütün dil hadisələri 
siniflərə və qismlərə ayrıldı. Təzadçıların müxalifəti 
nəticəsində isə dildə bir qrup müstəsna Ģəkillərin, 
hadisələrin olduğu müəyyənləĢdi».
1
Yuxanda deyilənlərdən aydın olduğu kimi, yunan 
dilçiliyi tarixində Misir, ptolomeylərin çarlığının 
paytaxtı olan Ġskəndə- riyyə dilçilik məktobi xüsusi yer 
tutur, Ellinizm dövründə Ġskəndəriyyo qrammatiklər 
məktəbi yarandı. Bu məktəbin on görkəmli 
nümayəndələri Samofrakiyalı Aristrax və onun 
Ģagirdləri Frakiyalı Dionisi və Apollon Diskol idi. 
Frakiyalı Dionisi və Apollon Diskolun yaratdıqları 
qrammatika iki min ilə qədər dərslik rolu oynamıĢdır. 
Onlar bu qrammatikada Homerin, Sofoklun, Esxilin 
əsərlərinin fıloloji Ģərhini vermək və yunan vahid ədəbi 
dilinin normalarını müəyyənləĢdirmək – sabitləĢdirmək 
kimi bir məqsəd izləyirdilər. Müasir dünya dilçiliyində 
bir sıra qrammatik təriflər, bölgülər və s. məhz yunan 
dilçiliyinə əsaslanır. Frakiyalı Dionisinin fel haqqında 
fikirləri indi də öz elmi əhəmiyyətini itirməmiĢdir. 
Yunan dilçiliyindən danıĢarkən mütləq onun təsiri ilə 
yaranmıĢ Latın – Roma dilçiliyi haqqında da bəhs etmək 
lazım gəlir. 
Roma dilçiləri latın dilinin qrammatikasını 
tamamilə yunanlara təqlidən yazmıĢdılar. Belə ki, yeni 
eradan əvvəl 116 – 27-ci illərdə yaĢamıĢ Mark Terrepsi 
Varron «Latın dili» osorini yunan fıloloji qrammatikası 
1
B. V. Çobanzadə. «Türk-tatar lisaniyyətino ınodxol» B 1924. s. 
138. 80 82 


əsasında tərtib edib, onu latın dilino uyğunlaĢdırmıĢdır. 
Bizim eranın IV əsrində yaĢamıĢ Eli Donat və eramızın 
VI əsrində yaĢamıĢ Pristsianın tərtib etdikləri qədim 
qrammatik terminologiya bu günə qədər qalmaqdadır. 
Roma alimləri qrammatik terminləri də yunan dilindən 
götürüb latınlaĢdırmıĢlar. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə