Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə2/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev

KĠTABIN 2-CĠ NƏġRĠNƏ ÖN SÖZ 
Dərsliyin ilk nəĢri 1992-ci ildə olmuĢdur. Dərslik 
haqqında alim və mütəxəssislərin dövri mətbuatda 5 
müsbət rəyi çap olunmuĢdu. Bundan əlavə, bir qrup 
tələbə xüsusi bir məqalə ile mətbuatda çıxıĢ etmiĢ, kitabı 
«sadə dildə yazılmıĢ, sanballı dərslik adlandırmıĢdı. Ġndi 
o vaxtdan 12 il keçir. Bu vaxt ərzində dərslik öz 
vəzifəsini uğurla yerinə yetirmiĢdir. Amma yenə bir neçə 
səbəb kitabın yeni nəĢrini zəruri etmiĢdir. Ona görə də 
müəllif kitabın birinci nəĢri üzərində cuzi dəyiĢiklik 
aparmaqla yenidən nəĢr etdirir. Respublika təhsil 
nazirliyinin 14 iyul 2004- cü il tarixli 46-22-3464/17 
saylı məktubu əsasında əsəri köhnə qriflə nəĢr edir. 
Qeyd edək ki, bu nəĢrdə qrammatik kateqoriyalar 
haqqında bəzi dəyiĢiklik edilmiĢ, mətn linqvistikası 
tamamilə çıxarılmıĢ (bu sahə IV kursda «Ümumi 
di!çilik»də geniĢ keçiriləcək) yazının bəzi növləri əlavə 
edilmiĢ, dünya azərbaycanlılarının sayı daha yeni 
məlumatlar əsasında verilmiĢdir və s. 
 
Müəllif
 


 
I FƏSİL 
DĠLÇĠLĠK ELMĠ VƏ ONUN 
MÜXTƏLĠF PROBLEMLƏRĠ 
 
DĠLÇĠLIK 
ELMġÜNASLIQ 
PRĠZMASI 
ALTINDA 
Müasir elmlərin inkiĢafı yeni bir elmi – e 1 m Ģ ü n 
a s 1 ı ğ ı meydana gətirmiĢdir. ElmĢünaslığın obyekti 
ictimai Ģüur forması kimi insan biliklərinin məcmusu, 
predmeti isə bu biliklər sistemindən xüsusi cəhətilə 
ayrılan elmdir. Elm nədir? 
Elmin mütləq tərifini vermək o qədər də asan 
deyil. Bəzən elmə belə tərif verilir: müəyyən biliklər 
sisteminə elm deyilir. Bu tərif elmin müəyyən cəhətini 
əhatə edir. Amma onu Ģərtsiz qəbul etmək olmaz, çünki 
hər biliklər sistemi elm ola bilməz. Məs. əgər bir nəfər 
sistem halında bütün incəsənət adamlarının telefon 
nömrələrini əzbər bilirsə və yaxud bütün nəqliyyat 
növlərinin, o cümlədən təyyarə və qatarların hərəkət 
cədvəlini əzbər bilirsə, bunu elm adlandırmaq olarmı? 
Əlbəttə yox! 
Çünki belə biliklərin daxili əlaqəsi və inkiĢaf 
qanunu yoxdur. Onda elmə belə bir tərif vermək olar ki, 
özünün inkiĢaf qanunlarına malik olan müəyyən biliklər 
sisteminə elm deyilir. 
Bu tərif də cəmiyyət üçün çox lazım olan 
pedaqogika və tibb elmlərini elm çərçivəsindən kənarda 
qoyur. Hətta böyük rus pedaqoqu K. D. UĢinski 
pedaqogika və tibbi elm hesab etməmiĢdir. Elm üçün 


baĢlıca tələb olan daxili inkiĢaf qanunu və 
qanunauyğunluq bu elmlərdə yoxdur. Lakin bu elmlər 
cəmiyyətə çox lazım olduğu üçün cəmiyyət onları 
yaĢadır. 
Elm cəmiyyətdə yaranır və ona xidmət edir. Hər 
bir elmi cəmiyyət öz inkiĢafı xatirinə yaradır. Bu, həm 
maddi, həm də mənəvi inkiĢafı əhatə edir. Əgər kimya, 
aqrokimya, fizika və s. cəmiyyətin maddi inkiĢafına 
kömək edirsə, dilçilik, ədəbiyyatĢünaslıq, tarix, fəlsəfə 
və s. cəmiyyətin mənəvi inkiĢafına kömək edir. Dilçilik 
öz qanunauyğunluğunun əsasında inkiĢaf edir. Buna 
görə də on qədim elmlərdən biri kimi, dilçilik bu gün də 
cəmiyyətin ən böyük nailiyyəti olan dünya dillərini, 
onların keçmiĢ, indiki və gələcək problemlərini öyrənir. 
Dilçilik dil qanunlar vermir, əksinə onun qanunlarını 
ümumiləĢdirir, ədəbi dil normalarını müəyyənləĢdirir, 
dünya dillərinin universal cəhətlərini qeyd edir ki, 
bununla da cəmiyyətə xidmət etmiĢ olur. Dilçiliyin bir 
elm kimi inkiĢafını təmin edən birinci cəhət ondakı 
daxili inkiĢaf qanunlarından baĢqa, digər elmlərin 
nailiyyətlərindən də istifadə etməsi və konkret redmetə 
malik olmasıdır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə