Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə4/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠYĠN VƏZĠFƏLƏRĠ 
Dilçilik elminin hüdudları geniĢləndikcə onun 
qarĢısında yeni-yeni sahələr açılır. Dilçilik dil haqqında 
elm olduğundan, onun birinci vəzifəsi dil üzərində 
tədqiqat aparmaqdır. Lakin dilə yeni yanaĢma üsulları 
meydana gəldikcə, dilçiliyin də fəaliyyot dairəsi 
geniĢlənir. 
Prof. B. N. Qolovin dilçilik elmi qarĢısında duran 
vəzifələri doqquz bənddə ümumiləĢdirir: 
Ümumi dilçiliyin birinci vozifəsi – dilin təbiəti 
və mahiyyətidir. Burada dilin cəmiyyətə və təfəkkürə 
münasibəti əsas götürülür. 
Ġkinci, dilin quruluĢu və qurulmasını əhatə edir. 
Buraya B. N. Qolovin dilin səs və söz tərkibinin 
öyrənilməsini, qrammatik quruluĢu, nitq hissələrini, 
cümlə üzvlərinin və cümlələrin, tədqiqini daxil edir. 
Üçüncü problem kimi B. N. Qolovin dilin 
sisteminin öyrənilməsini irəli sürür. BaĢqa sözlə, 
dildaxili əlaqə və münasibətləri, onların dil vahidlərini 
yaxınlaĢdırması və uzaqlaĢdırması problemləri dili ciddi 
bir sistem kimi öyrənməyi tələb edir. Dil sistemində hər 
hansı bir dil vahidi baĢqaları ilə müxtəlif səviyyəli əlaqə 
və münasibətlərə daxil olur. Bunlar məhz dilin ciddi 
sistem təĢkil etməsi sayəsində ümumi qanunlardan 
kənara çıxmayıb, dilin analoji qanunu əsasında inkiĢafını 


təmin edir. 
Dördüncü problem dilin ümumi qanunları əsasında 
səs və söz səviyyəsində, hətta qrammatik quruluĢun 
səviyyəsində dilin dialekt və ədəbi normalarının 
öyrənilməsindən ibarətdir. 
BeĢinci problem olaraq B. N. Qolovin yazının 
əmələ gəlməsi və inkiĢafı məsələlərini götürür. Qrafika, 
yazı, onun növləri, səsin iĢarəyə nisbəti və s. bu 
problemdə öyrənilir. 
Altıncı problem kimi B. N. Qolovin dillərin 
qrammatik tipi və bu parametrə görə təsnifıni qəbul edir. 
Yeddinci problem dilçiliyin öz obyektinə, 
predmetinə yanaĢma üsullarım, metodlarını əhatə edir. 
Səkkizinci problem ildən ilə geniĢlənən bir sahə də 
maĢın tərcüməsi, dilçilik və məktəbləri, habelə təcrübi 
dilçilik məsələlərini əhatə edir.
Doqquzuncu problem kimi B.N.Qolovin dilçiliyin 
baĢqa elm sahələri ilə əlaqəsini götürür.' 
Göründüyü kimi, bu problemlər dilçiliyin 
qarĢısında duran bütün vəzifələri əhatə etmir. Belə ki, 
dilçiliyin öz tarixi, dünya dillərinin baĢqa parametrlər 
üzrə təsnifı, dillərin gələcək inkiĢaf perspektivləri
dillərarası münasibətlər və s. kimi bir sıra vacib 
məsələlər əhatə olunmur. Müasir dilçiliyin fəaliyyət 
dairəsi çox keniĢdir. Belə ki, dil üzərində aparılan bütün 
tədqiqatlar, dilin sosial və fəlsəfi problemləri bütünlükdə 
dilçiliynn tədqiqat obyektinə daxildir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə