Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor


ELMLƏR SĠSTEMĠNDƏ DĠLÇĠLĠYĠN YERĠ



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə5/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev

 
ELMLƏR SĠSTEMĠNDƏ DĠLÇĠLĠYĠN YERĠ 
VƏ BAġQA ELMLƏRLƏ ƏLAQƏSĠ 


Elmləri öz obyektinə görə iki yerə bölürlər: 
1) təbiət və onun qanunlarını öyrənən elmlər, 2) 
cəmiyyət və onun qanunlarını öyrənən elmlər. 
Birinci qrupa daxil olan elmlər öz obyektini dəqiq 
faktlar və rəqəmlər əsasında öyrənir. Bu elmlər 
təbiət elmləri
və ya 
dəqiq elmlər
adlanır. Buraya 
fizika, kimya, biologiya, geologiya, fiziologiya, 
geodeziya, okeanoqrafiya və s. Ġkinci qrupa daxil olan 
elmlər cəmiyyəti, onun inkiĢaf qanunauyğunluqlarını, 
cəmiyyətlə bağlı bütün sosial problemləri və s. öyrənir. 
Bu elmlər 
ictimai elmlər
adlanır. Ġctimai elmlərdə 
qarĢılaĢdırma, müqayisə, mühakimə, ümumiləĢdirmə, 
səbəb, nəticə münasibətləri əsas rol oynayır. Buraya 
fəlsəfə, məntiq, dilçilik, ədəbiyyatĢünaslıq, tarix, 
sosiologiya, siyasətĢü- naslıq və s. daxildir. 
Dilçilik elmi öz tədqiqat obyektinə görə ictimai 
elmlər sırasında durur. Amma Öz tədqiqat metodları ilə 
ictimailik çərçivəsindən çıxaraq bütün elmlərlə 
yaxınlaĢır. 
Dilçiliyin 
dəqiq 
elmlərlə, 
xüsusilə 
riyaziyyatla yaxın əlaqəsi onun çox vaxt ictimai elmlərin 
riyaziyyatı adlanmasına səbəb olmuĢdur. 
Hər bir elmin müstəqil Ģəkildə yaĢayıb inkiĢaf 
etməsi üçün onun obyektinin öz daxili qanunlarına malik 
olması əsas Ģərtdir
1
. Lakin müasir inkiĢafla ayaqlaĢa 
bilmək 
üçün öz daxili qanunları çərçivəsində 
məhdudlaĢmaq olmaz. Əgər hər hansı bir elm təkcə öz 
qanunları çərçivəsində məhdudlaĢıb qalsa, baĢqa 
elmlərin nailiyyətlərindən istifadə etməsə, elmlərlə 
1
Головин Б. H. Введение в языкознание. Москва. 1073. стр. 7 – 



əlaqəsini itirər və nəticədə elmlər sırasından çıxar. BaĢqa 
sözlə desək, elmlərlə əlaqəsi olan inkiĢaf edib irəli gədər, 
elmlərlə əlaqəsi olmayan inkiĢafdan qalar. Əksinə, baĢqa 
elmlərlə əlaqə hər bir elmin qarĢısında yeni-yeni sahələr 
açır, onun inkiĢafı üçün Ģərait yaradır. Elmlərin 
kompleks inkiĢafı müasir dövrün əsas tələbidir. Buna 
görə də dilçiliyin baĢqa elmlərlə əlaqəsi onu ən inkiĢaf 
etmiĢ elmlər sırasına çıxarmıĢdır. Əlbəttə, dilçilik 
ictimai elm olduğu üçün onun ilk növbədə və ən sıx 
əlaqəsi ictimai elmlərdir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə