Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə3/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠK 
ELMĠNĠN 
OBYEKT 
VƏ 
PREDMETĠ 
Məlumdur ki, hər bir elmin müstəqilliyyini 
Ģərtləndirən ilk növbədə onun ez müstəqil obyekt və 
predmetinin olmasıdır. Dilçilik elminin do öz obyekt və 
xüsusi predmeti vardır. Uzun müddət dilçilikdə obyektlə 
predmet bir-birindən fərqləndirilməmiĢdir. Bunun əsas 


səbəbi bu iki sözün eyni mənalı olmasıdır. 
Latın dilində obiektium – əĢya, predmet deməkdir. 
XVII əsrə qədər həm məntiqdə, həm də fəlsəfədə obyekt 
qnesioloji mənada dərk edilmiĢdir. Artıq XVIII əsrdən 
obyekt subyekt tərəfindən dərk edilən, onun Ģüurundan 
kənarda mövcud olan reallıq kimi dərk edilməyə 
baĢlandı. Müasir dövrdə obyektin bir çox mənası vardır: 
predmet – əĢya, üzərində iĢ icra edilən (sintaktik obyekt), 
tikinti obyekti, tədqiqat obyekti, cinayət obyekti və s. 
Elmi-tədqiqat obekti hər hansı bir elm sahəsindəki 
subyektin yanaĢaraq onu dərk etmə prosesinin 
komponentidir. Əlbəttə, ilkin inkiĢaf mərhələsində 
elmlər hələ ümumi obyektdə birləĢir; Özünəməxsus 
cəhətləri baĢqalarından ayıra bilmir. Zaman keçdikcə bir 
obyektdə birləĢən elmlər özünü diferensiallaĢdıraraq 
baĢqalarından fərqlənir və müstəqil olur. Bu, onun öz 
predmetini seçməsi ilə Ģərtləndirilir. Elmi obyekt 
anlayıĢı predmetə nisbətən daha keniĢ anlayıĢdır. Obyekt 
bir neçə elmi özündə birləĢdirə bildiyi halda, hər bir 
elmin bir' konkret predmeti olmalıdır. BaĢqa sözlə desək, 
bir neçə elmin bir obyekti ola bilər, hər bir elm bu ümumi 
obyektdən öz xüsusi predmetini seçə bilməlidir. Bu 
vaxta qədər Azərbaycan dilçiliyində bu məsələ düzgün 
izah edilməmiĢdir. Belə ki, N. Məmmədov və A. 
Axundovun «Dilçiliyə giriĢ» kitabında obyekt vo 
predmet sözünün heç adı çəkilmir, A. M. Qurbanovun 
«Ümumi dilçilik» əsərində də predmetdən danıĢılmır, 
yalnız dilçiliyin obyektinin dil olduğu göstərilir, A. 
Axundovun «Ümumi dilçilik» əsərində isə predmet 
xatırladılır, obyektdən bəhs edilmir. V. N. Peretruxin bu 
məsələdən bəhs edərkən maraqlı bir müqayisə ilə obyekt 


və predmetin eyni olmadığını izah edir. O göstərir ki, yer 
bir obyekt olaraq geologiya, geofizika, həndəsə, 
geodeziya, coğrafiya, aqrokimya vo sair elmlər 
tərəfindən öyrənilir. Lakin bu elmlərin hər biri ümumi 
obyekt olan yerdən öz predmetini seçir
1
. Yaxud baĢqa 
misal kötürək. Ġnsan anatomiya, fiziologiya, tibb, onun 
müxtəlif sahələri – kardiologiya, urologiya, nevrologiya, 
psixologiya vo s. elmlərin obyektidir. Aydın məsələdir 
ki, bu elmlərin hər biri insanı müəyyən cəhətdən tədqiq 
edir. Yəni hər bir elm insandan öz predmetini seçib 
ayırır. 
Dilçilik elminin də ohvekti insanın nitq fəaliyyəti 
olan danıĢıqdır. Nitq bir sıra elmlərin obyektidir. Məntiq, 
psixologiya, loqopediya, dilçilik və s. hər biri insan 
nitqindən öz predmetini seçir. Məntiq nitqin təfəkkür 
qanunları ilə əlaqədar problemlərini öyrənir. Məs. kafi 
əsas qanunu tələb edir ki, fikrin ifadəsi üçün kifayət 
qədər material olduqda onu əlavə dəlillərlə yükləmək 
olmaz. Deyək ki, isim haqqında danıĢanda bütün canlı və 
cansız isimlərin hamısını sadalamaq lazım deyil. Əks 
təqdirdə, dil qanunları pozulmasa da, məntiq – təfəkkür 
qanunu 
pozulur. 
Psixologiya 
nitqdən 
nitqin 
psixolinqvistik mexanizmini öyrənir. Yəni insanın psixi 
proseslərinin və psixi vəziyyətinin onun nitqinə təsirini 
psixolokiya öyrənir. Loqopediya isə nitq qüsurları vo 
onların təshihi yollarını öyrənir. Əgər bir adam ĢüĢə 
əvəzinə – süsə, göyərir əvəzinə – köyəyiy və s. Ģəkildə 
tələffüz etsə, dil qanunu o qədər də pozulmur. Bununla 
1
Перетрухни В. H. Введение в языкознание. Воронеж, 1975, 
стр. 34. 


loqopediya məĢğul olur. Dilçilik isə insan nitqindən dil 
qanunlarını öyrənir. Beləliklə, dilçiliyin obyekti insan 
nitqi, predmeti isə dildir. Buna görə də dilçilik dil 
haqqında elmdir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə