Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə14/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   177
Adil Babayev

DĠLÇĠLĠKDƏ ƏSAS METODLAR 
METOD VƏ METODOLOGĠYA 
Metodologiya yunanca (metod+logos) sözlərindən 
yaranmıĢdır, hərfi mənası metod haqqında elmdir. 
Fəaliyyətin strukturu, məntiqi təĢkili metodologiyanın 
mahiyyətini təĢkil edir. GeniĢ mənada metodologiya 
subyektin (alimin) obyektə olan münasibəti və ya ona 
yanaĢma mövqeyidir. R. Dekard metodologiyanı idrak 
prosesinin fəlsəfi cəhətdən əsaslandırılması hesab 
etmiĢdir. Bu o deməkdir ki, hər hansı bir subyektin 
müəyyən obyektə yanaĢma mövqeyi – fəlsəfi 
platforması olmalıdır. Alimin öz tədqiqatında gələcəyi 
nəticə ilk növbədə onun öz obyektinə hansı platformadan 
– fəlsəfi mövqedən – metodologiyadan yanaĢmasından 
asılıdır. Subyekt öz obyektini o vaxt doğru, düzgün dərk 
edə bilər ki, onun mahiyyətini bilsin və ona düzgün 
mövqedən yanaĢsın. Dilçilik tarixində müxtəlif 
platformalar, metodologiyalar olmuĢdur. 


Göründüyü 
kimi, 
idealist 
vo 
materialist 
metodologiyaların özləri do müxtəlif növlü və müxtəlif 
xarakterli olmuĢdur. Son vaxtlara qədər materialist 
metodologiya idealist platformanın bütün tezislərini rədd 
edirdi. Halbuki, sosial idealizmin səmərəli cəhətlərindən 
istifadə etmək olar və lazımdır. Dilə ictimai hadisə kimi 
yanaĢan materialist platforma dilin mahiyyəti haqqında 
düzgün və əsaslı təlim yarada bilmiĢdir. Lakin 
marksaqədərki materialistlərin - Demokrit, Dekard vo 
baĢqalarının xidmətlərini inkar etmək olmaz. Elmi 
metodologiya elə fəlsəfi baxıĢlar mövqeyidir ki, bir sıra 
elmlər həmin mövqedən çıxıĢ edə bilər. Məs., materialist 
fəlsəfə materialist dilçilik, materialist ədəbiyyatĢünaslıq 
və s. elmlərin metodoloji əsasıdır. Dilin mahiyyətini dərk 
etmək, onun haqqında düzgün nəzəri biliklər sistemi 
yaratmaq üçün elmi metodun da əhəmiyyəti böyükdür. 
Materialist metodologiyaya əsaslanan dilçiliyin dil 
haqqında qənaətləri belədir: 
1.
Dil ictimai hadisədir, cəmiyyət inkiĢafının 
məhsuludur. 
2.
Dil bioloji, fizioloji hadisə deyil. 
3.
Dil insanlar arasında ən mühüm ünsiyyət 


vasitəsidir. 
4.
Dil təfəkkürlə dialektik vəhdətdədir. Lakin 
onun eyni deyildir. 
5.
Dil nitqin maddi əsası, nitq dilin mövcudluq 
formasıdır. 
6.
Dil tarixi kateqoriyadır. 
7.
Dil cəmiyyət həyatının üzvi atributudur. 
8.
Dil sistem xarakterindədir. 
9.
Dil obyektivdir, heç bir subyektin təsirinə 
məruz qalmır. 
10.
Dilin öz daxili qanunları vardır. 
11.
Dilin inkiĢafı onu ölümə aparmır. 
12.
Dil müxtəlif cinsli iĢarələrdən ibarətdir və s. 
Hər bir elm inkiĢaf etdikcə özünü geniĢləndirir, 
müxtəlif tədqiqat aspektləri və üsulları yaradır. Obyekti 
tədqiq etmə yolu olan metod mütərəqqi və düzgün 
mövqeyə əsaslanırsa, həmin obyektin tədqiqi uğurlu 
olur. Dilçilik elminin uğurları da məhz onun son 
vaxtlardakı mütərəqqi və çoxcəhətli metodlarından 
asılıdır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə