Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə17/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   177
Adil Babayev

Danimarka qlossematikası
adı 
ilə yaĢayan Kopenhagen dilçilik-struktur metodu özünü 
tamamilə müqayisəli-tarixi metoda qarĢı qoyur. Bu 
cərəyan o dərəcədə ənənəvi dilçilikdən ayrılır ki, hətta 
dilçiliyi ənənəvi linqvistika adına çıxıb onu yunanca 
qlossematika adlandırır. Bu cərəyanın baniləri Viqo 
Brondal və Lui Yelmslevdir. 
Funksional Praqa dilçiliyi A
Q
F. de Sössür 
strukturalizminə əsaslanır. Bu dilçilik metodunun 
baĢında Vilem Matezius, V. Skaliçka, F. Travniçek və 
baĢqaları durur. Bu məktəbin xidmətləri də böyükdür. 
Belə ki, N. S. Trubetskoy, R. O. Yakobson, S. O. 
Kartsevski, 
Y. 
Vaxek 
və 
baĢqalarını fonem 
nəzəriyyəsinə dair tədqiqləri indi də öz əhəmiyyətini 
itirməmiĢdir. 
Amerika deskriptiv
strukturalizminə gəlincə, 
göstərmək lazımdır ki, Amerika deskriptivizmi həm 
Kopenhagen, həm də Praqa dilçiliyindən fərqlənir. 
Amerika deskriptivistləri belə hesab edirlər ki, dilçilik 
dil faktlarını tədqiq yox, təsvir 
Etməlidir. Bu məktəbin baniləri Z.Harris. L. 


Blumfild, L. Sepir və baĢqaları dil hadisələrini deyil, dil 
konstruksiyalarım tədqiq etməyi məsləhət bilirlər. 
Areal metod. Bu metod çox gəncdir. Doğrudur, bu 
metodun izlərinə hala XI osrin böyük alimi əl-seyyid 
Mahmud 
Ġbn 
əl 
Hüseyn 
KaĢqarinin 
«Kitabi-divani-luğət-it-türk» adlı əsərində rast gəlmək 
olar. Lakin areallar üzrə dil tədqiqatları XIX osrdəıı. 
gənc qrammatiklardan sonra meydana gəlmiĢdir. Bu 
metodla dünyanın dilçilik xəritəsini hazırlamaq, 
topoformantların 
areallar 
üzrə 
yayılmasını 
müəyyənləĢdirmək, konkret bir dilin və ya dil ailəsinin 
hansı 
areal 
üzrə 
və 
nə 
üçün 
yayıldığını 
müəyyənləĢdirmək mümkündür. 
Eyni zamanda areallardan dillərin coğrafi ərazisinə 
görə təsnifində, bir dilin dialektlərinin bölünmə və 
qruplaĢdırılmasında istifadə edilir. 
Formantlar metodu. Dilçiliyin gənc sahələrindən 
olan toponimikanın özünün xüsusi tədqiqat metodları 
vardır. Coğrafi adların struktur-semantik təhlili 
prosesində ən mütərəqqi metodlardan biri də formantlar 
üzrə todqiqat metodudur. Formantlar üzrə todqiqat 
apararkən tədqiqatçı sözün tipoloji- struktur cəhətini 
əsas götürür. Tipoloji-stuktıır təhlildə etimoloji 
metoddan da istifadə edilir. Lakin etimoloji metodda 
sözün struktur-semantik inkiĢaf xətti və onun ilkin məna 
yuvasından neçə törəməsi və uzaqlaĢması göstərilir. 
Formantlar üzrə todqiqat apararkən bu vo ya digər 
formantın coğrafi regionlar iizro yayılması toponimik 
əsasların funksional təkrarı vo bunun səbəbləri kimi 
faktorlar əsas götürülür. Dillərin tipoloji xüsusiyyətindən 
asılı olaraq bu vo ya digər dilin aid olduğu çoğrafı 


ərazidə toponimlər müxtəlif olur. Bu səbəbdən də 
toponimləri tədqiq olunan ərazidəki dilin tipoloji 
xarakteri mütləq nəzərə alınmalıdır. Bu isə özlüyündə 
formantlar üzrə aparılan tədqiqatın istiqamətini 
müəyyənləĢdirir. Aqlütinativ dillərdə formantlar üzrə 
tədqiqat apararkən əsas diqqət suffıksal metoda 
verilməlidir. Çünki məhz suffıkslər belə dillərdə daha 
məhsuldar olur. 
Topoformantların sistem üzrə tədqiqi XIX əsrdən 
baĢlayır. Bu əsrin əvvəllərində dilçilik bir elm kimi 
formalaĢdığı vaxtdan ümumi metodlarla yanaĢı, 
formantlar metodunun da rüĢeymləri meydana gəldi. Bu 
metod xüsusi olsa da, ümumi müqayisəli- tarixi 
metoddan geniĢ istifadə edir. Bu metod üzrə aparılan 
tədqiqat elmə kütləvi surətdə təkrar olunan 
topoformantları üzə çıxarmağa imkan verir. 
Rusiyada toponimlərdə kütləvi surətdə təkrar olan 
struktur elementlər ilk dəfə görkəmli dilçi Aleksandr 
Xristoforoviç Vostokovun diqqətini cəlb etmiĢdir. А. X. 
Vostokov haqlı olaraq belə hesab edirdi ki, istər nüvə 
mövqeli struktur yarusda çıxıĢ etsin, istərsə də 
diferensial yarusda fərqi yoxdur, hər iki halda formant 
təsadüfi ola bilməz. 
O, 
1812-ci 
ildə yazmıĢ olduğu «Задача 
любителям этимологии» adlı əsərində bu haqda 
yazırdı: «Çay, göl və baĢqa təbii yer adlarının tarixi Ģəhər 
və mahal adlarından daha qədim olmalıdır. Belə ki, 
Rusiyada ən kiçik bir sahədə slavyan söz yaradıcılığı 
əlamətləri geniĢ yayılmıĢdır. Onların müqayisəli 
sadalanmasına baxsaq, istər baĢ sözlərdə, istər baĢ və son 
hərflərdə o qədər oxĢarlıq, yaxınlıq vardır ki, onu təsadüf 


hesab etmək olmaz». А. X. Vostokov 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə