Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə20/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   177
Adil Babayev

Dilçiliyin sahələri 
Dilçilikdə sahə və Ģöbə anlayıĢı çox qədim deyil. 
Bu terminlər məhz dilçiliyin bir elm kimi 
formalaĢmasından sonra meydana gələ bilərdi. Bütün 
elmlərdə olduğu kimi, dilçiliyin də ilkin inkiĢaf 
mərhələsində sahə və Ģöbə anlayıĢı ola bilməzdi. Çünki 
sahələrə bölünmə, Ģöbələrə ayrılma məhz inkiĢafın 
nəticəsidir. Prof. A. Qurbanov haqlı olaraq qeyd edir ki, 
sahə anlayıĢı Ģöbəyə nisbətən daha geniĢdir. Buna bənzər 
fikrə V. A. Zveqintsevdə do rast gəlirik.
1 2
Dilçiliyin sahələrinin meydana gəlməsi onun 
yeni-yeni Ģöbələrinin yaranmasını da Ģərtləndirir. 
Dilçiliyin sahələrini iki parametr əsasında 
1
A. M. Qurbanov. Ümumi dilçilik. Bakı. 1977. soh. 110 
2
Звегиндсв В. А. «Теоретическая и прикладная лингвистика». 
М 1968. стр 4 


müəyyənləĢdirmək olar: 
1)
Əhatəsinə görə, miqyasa görə 
2)
Tədqiqatın xarakterinə görə. 
Dilçilik sahələrinin dəqiq bölünməsini belə 
təsəvvür etmək olar: 
Göründüyü kimi, dilçiliyin sahələri arasında qəti 
sərhəd qoymaq olmaz. Çünki bu sahələr bir-biri ilə 
qırılmaz 
olaqodardır. Belə bir olaqə dilçilik sahələrinin 
inkiĢafına kömək edər. 
Ümumi dilçilik – dilçilik elminin əsl simasını 
müəyyənləĢdirir. Dünya ümumi dilçilik elminin atası 
sayılan körkəmli alman alimi Vilhlem Fon Humboldt 
XIX əsrin əvvəllərində ümumi dilçiliyin əsasını qoymuĢ, 
hüdudlarını müəyyənləĢdirmiĢdir. Humboldt dili fəlsəfi 
və linqvistik mövqedən öyrənməyi və bu mövqeləri 
əlaqələndirməyi bir konsepsiya kimi irəli sürmüĢdür. O, 
dilin mənĢəyindən tutmuĢ, struktur elementlərinin 
xarakterinə qədər bütün elmi problemlərdon bəhs etmiĢ 
və dünya dilçiliyinin inkiĢafına çox güclü təkan 


vermiĢdir. V. F. Humboldt dilçilikdə elə bir təməl 
yaratmıĢdır ki, bu təməl üzərində yeni-yeni dilçilik 
cərəyan və məktəbləri yaranmıĢdır. Ġstər XIX əsr, istərsə 
də müasir dünya dilçilik məktəblərinin hamısında 
Humboldtun bu və ya dikər nəzəri müddəası özünü 
göstərir. Ümumi dilçiliyin hüdudları daha mübahisəli 
məsələdir. Belə ki, dilin fəlsəfi problemlərini öyrənməyə 
dilçilik giriĢməlidirmi? - sualına çoxları mənfi çavab 
vermiĢlər. Məs., cəmiyyət qanunları, düzgün məntiqi 
təfəkkür qanunları çox vaxt dilçilik elminin tədqiqat 
çərçivəsindən kənarda təsəvvür edilir. V. Humboltdan 
sonra aydın oldu ki, dilçilik dilin əlaqədar olduğu bütün 
problemləri öyrənməli olduğu kimi, dillə bağlı bütün 
tədqiqatlar da ümumi dilçiliyə daxildir. Humboldtun bu 
konsepsiyası sonradan dilçiliyin baĢqa elmlərlə 
əlaqəsində və müxtəlif dilçilik metodlarının meydana 
gəlməsində özünü doğrultdu. 
Ümumi dilçilik metodika və metodlarını 
yaratmaqla xususi dilçilik üçün də fəaliyyət istiqaməti 
müəyyənləĢdirir. Bu gün ümumi dilçilik dedikdə 
bütövlükdə dünya dilçilik nəzəriyyə və tərcübəsi nəzərdə 
tutulur. Çox vaxt tipologiyanı ümumi dilçilikdən 
kənarda təsəvvür edənlərə rast gəlirik. Əslində tipoloji 
dilçiliyin özü də öz nəzəri qidasını ümumi dilçilikdən 
alır. 
Xüsusi dilçilik isə ümumi dilçilik çərçivəsində 
fəaliyyət göstərən konkret elm sahəsidir. Xüsusi dilçilik 
dedikdə konkret bir dil və ya dil ailəsi üzərində aparılan 
tədqiqat nəzərdə tutulur. Xüsusi dilçiliyin nə metodu, nə 
də metodolokiyası olur. O, öz tədqiqat metodlarını 
ümumi dilçilikdən hazır Ģəkildə alır. Bəzən xüsusi 


dilçilik öz sərhədlərini o dərəcədə geniĢləndirir ki, 
ümumi dilçiliyi təkrar edir. Ümumi dilçilik dünya 
dillərinə xas olan ümumi problemləri həll etdiyi halda, 
xüsusi dilçilik öz çərçivəsindən kənara çıxmamalıdır. 
Məs., müasir Azərbaycan dili bir elmi fənn kimi məhz 
ümumi dilçilik dairəsində fəaliyyət göstərməli, yalnız öz 
problemlərini ümumi dilçiliyin metodologiya və 
metodları əsasında tədqiq etməlidir. Məs., yazı məsə-
ləsindən danıĢarkən yalnız Azərbaycan yazısı və onun 
əhəmiyyəti, tarixi, müasir problemləri haqqında bəhs 
etməli, yazının ümumi problemlərinə toxunulmamalıdır. 
Bunu dilin baĢqa sahələrinə də aid etmək olar. Bir sözlə, 
xüsusi dilçilik hər hansı bir məsələni problem kimi deyil, 
öz əhatə dairəsində tədqiq edir. Bununla da tədqiqatın 
miqyası, əhatəsi müəyyənləĢmiĢ olur. Bir sıra məsələlər 
vardır ki, onlar yalnız ümumi dilçiliyə aid olub, xüsusi 
dilçilik çərçivəsinə sığmır. Məs, , dilin mənĢəyi 
problemini ümumi dilçilik problemi kimi götürmək 
mümkündür. Belə ki, müxtəlif elmlərin köməyilə bəĢər 
dilinin nə üçün, nə vaxt, hansı Ģəraitdə yarana bilməsi 
haqqında müəyyən fikir söyləmək olar. Konkret bir dilin 
dəqiq yaranma tarixi haqqında fikir söyləmək çox 
çətindir. 
Heç bir dilə aid olmayan dilçilik problemləri də bu 
qəbildəndir. Məsələn, dil və təfəkkür, dil və nitq, dil və 
cəmiyyət və s. kimi mövzular xüsusi dilçiliyə aid deyil. 
Dilçiliyin sahələrindən biri do nəzəri dilçilikdir 
Nəzəri dilçilik ümumi dilçiliyin ən aparıcı sahəsidir. 
Dilçiliyin bu sahəsi dilin nəzəri problemləri; o cümlədən 
fəlsəfi sosial və linavistık problemlər, onların dil 
sisteminə təsiri, dillərin inkiĢafındakı əsas proses və 


mərhələlər, 
dillərin 
müxtəlif 
iqtisadi- 
ictimai 
formasiyalarda inkiĢaf xüsusiyyətləri və qarĢılıqlı təsiri, 
substrat və superstrat problemləri, dil stnıkturunun 
öyrənilməsi və s. daxildir. Dildaxili problemlərlə məĢğul 
olan nəzəri dilçilik dilçiliyin Ģöbələrini öyrənir. (Bu 
haqda irəlidə danıĢılacaq). 
Nəzəri dilçilik həm ümumi, həm do xususi 
dilçi-liyi əhatə edir. 
Dilçiliyin əhəmiyyətli sahələrindən biri də tətbiqi 
dilçilikdir. Tətbiqi dilçiliyin tarixi nəzəri dilçilikdən 
daha qədimdir. Bunu çox asan izah etmək olar. Ġstər 
dəqiq, istərsə içtimai elmlərin ilkin inkiĢaf mərhələsində 
nəzəri müddəalar, elmi istiqamətlər bərqərar olmazdan 
əvvəl onun tətbiqi- təcrübi- əməli sahələri meydana 
gəlir. Dilçilikdə də belə olmuĢdur. Alimlər dilin nəzəri 
problemlərindən daha çox onun əməli cəhətləri ilə 
məĢğul olmuĢlar. Dilin leksik materialının toplanıb 
sistemləĢdirilməsi, müxtəlif əsərlərin bir dildən digərinə 
tərcüməsi, yazı və qrafika məsələləri və s. bu 
qəbildəndir. Tətbiqi dilçiliyi nəzəri elementlərdən 
məhrum kimi də düĢünmək səhv olardı. Elə bir tətbiqi 
dilçilik sahəsi yoxdur ki, orada bu və ya digər linqvistik 
nəzəri metoddan istifadə olunmasın. 
Tətbiqi dilçiliyin aĢağıdakı sahələri vardır: 
1)
Yazı – qrafika problemləri. 
2)
Lüğətçilik. 
3)
Sinxron-avtomat tərcümə. 
Yaz ı – q r a f i k a məsələləri əməli dilçiliyin ən 
qədim sahələrindəndir. Az-çox dil problemləri ilə tanıĢ 
olan adamlar yazı haqqında düĢünmüĢ, onun 
əhəmiyyətini dərk etmiĢ, onu bir sistem kimi meydana 


gətirmiĢdir. 
Hələ 
semiotik 
iĢarələr 
meydana 
gəlməmiĢdən çox-çox əvvəl yazının bu və ya digər 
funksiyasını ifadə etmək üçün müxtəlif vasitələrdən 
istifadə edilmiĢdir. Ġlk əvvəl qrafika müəyyən müstəvi 
üzərində nə isə bir Ģey cızmaq mənasında iĢlənsə də, 
sonralar bütöv bir yazı sistemi mənasında iĢlənmiĢdir. 
Əvvəlcə anlayıĢın, sonra fikrin ifadəsindən baĢlamıĢ 
səslərin iĢarələnməsi və əlifba sisteminin yaranması ilə 
məĢğul olan alimlər dilçiliyin məhz əməli-təcrübi 
məsələləri ilə məĢğul olmuĢ, yazı inkiĢaf etdikdən sonra 
yeni bir problemi – düzgün yazmanı bir zərurət kimi irəli 
sürmüĢlər. Düzgün yazı qaydalarının elmi əsaslarının 
iĢlənib hazırlanması, tətbiqi dilçiliyin bu sahəsinin də 
uğurlu inkiĢafına səbəb olmuĢdur. Orfoqrafıya 
qaydalarının tərtibi əməli-mədəni tələblərdən irəli gəlir. 
On görə də düzgün orfoqrafıya, sabit yazı qaydalarına 
malik olmayan xalq mədəni sayıla bilməz. 
Lüğətçilik bəzən sənət hesab edilir. Bunu 
qeydsiz-Ģərtsiz 
qəbul 
etmək 
olmaz. 
Əgər 
leksikoqrafıyanı sənət kimi qəbul etsək belə, yenə nəzərə 
almaq lazımdır ki, bu sahədə müəyyən müddət çalıĢan 
adam elmi-praktik biliklər sistemini ya mənimsəyir, ya 
da özü yaradır. Doğrudur, qədim leksikoqraflar dildəki 
sözləri, ümumiyyətlə, toplamaqla məĢğul olmuĢ, müəy-
yən sistemə əsaslanmamıĢlar. Lakin zaman keçdikcə 
leksiko- qraflar özləri sözlərin toplanıb tərtib edilməsi, 
sistemləĢdirilməsi 
üçün 
müəyyən 
prinsiplərə 
əsaslanmıĢlar. Beləliklə, tematik lüğətlər, sinonimlər 
lüğəti və s. meydana gəlmiĢdir. Sonra nəzəri dilçilik bu 
sahəyə də nüfuz etmiĢ, leksikoqrafıyanın elmi-nəzəri 
əsaslarını iĢləyib hazırlamıĢdır. Müasir leksiko- qrafıya 


artıq sırf təcrübi-tətbiqilik çərçivəsindən çıxmıĢdır. Ġndi 
lüğət tərtibinin bütün sahələri üçün elmi əsaslar vardır. 
Doğrudur, bu elmi-nəzəri müddəaları mənimsəmək çətin 
deyil. Amma bununla belə, lüğət tərtibində ümumi 
əsaslarla yanaĢı, hər bir lüğətin öz xarakterindən, 
növündən asılı olaraq öz konkret prinsipləri vardır. 
Sinxron-avtomat tərcümə tətbiqi dilçiliyin ən gənc 
sahəsidir. Bu, dilçiliyin yüksək inkiĢafı və dilə riyazi 
modelləĢmə və proqramlaĢdırma kimi mürəkkəb 
problemlərin tətbiqi nəticəsində mümkün olmuĢdur. 
Riyazi dilin hazırlanması və bu dil əsasında maĢtna 
proqram verilməsi nəticəsində maĢın istənilən mətni 
tərcümə edə bilir. Ġndi proqramlaĢdırma artıq tədris 
prosesinə də müvəffəqiyyətlə tətbiq edilir. Mürəkkəb 
EHM sinxron-avtomat tərcümo maĢınlarından, baĢqa, 
texniki təlim vasitəsi kimi iĢlədilən sadə maĢınlar da 
proqramlaĢdırma əsasında iĢləyir. Bu prosesin 
(proqramlaĢdırmanın) gediĢində nəzəri dilçiliyin elmi 
müddəalarından o qodər də istifadə etmək lazım gəlmir. 
Təkcə riyazi dili hazırlamaq lazım olur. 
Dilçiliyin sahələrindən danıĢarkən son onilliklərin 
məhsulu olan ekstralinqvistika və sosioloji dilçilikdən də 
bəhs etmək lazım gəlir. Axmanova ekstrlinqvistikanı 
dilçiliyin xüsusi sahəsi kimi göstərir. Əslində, 
ekstrlinqvistika dildən kənar faktorların təhlilinin 
məcmuyudur. Dildən kənar faktorların dilə təsirini inkar 
etmək olmaz, Dili bazis üzərində üstqurum kateqoriyası 
hesab edən Marrın bütün müddəalarını mütləq mənada 
inkar edən müasir dilçilik belə bir qənaətə gəlmiĢdi ki, 
bazisin dilə heç bir təsiri yoxdur. Çünki dil bazis 
üzərində üstqurum kateqoriyası deyil. Ġndi açıq nəzərlə 


məsələyə baxdıqda aydın olur ki, bazis dilə həlledici təsir 
etməsə də, hər halda bu və ya digər dərəcədə ona müsbət 
və ya mənfi mənada təsir göstərir. 
N. Marrın tənqidçiləri iddia edirdilər ki, bazis 
dəyiĢəndə bütün üstqurum kateqoriyalar da dəyiĢir. Əgər 
dil tamamilə dəyiĢmirsə, deməli bazis dilə təsir etmir. 
Bu, dilə ekstra- linqvistik faktorların təsirini inkar etmək 
idi. Bazis dilin həm leksik tərkibinə, həm qrammatik 
quruluĢuna (az da olsa), həm təcrübi sahələrinə, həm də 
funksional fəaliyyətinə təsir göstərir. 
Funksional fəaliyyətdən danıĢarkən dilin hansı 
sahələrdə fəaliyyət göstərməsindən, dillərin bir-birinə 
qarĢılıqlı təsirindən də bəhs etmək lazım gəlir. Dilçiliyin 
bu sahəsi sosioloji dilçilik (sosialinqvistika) adlanır. 
Molumdur ki, bu və ya digər dil ictimai həyatda necə 
fəaliyyət göstərməsindən asılı olaraq öz istifadə dairəsini 
geniĢləndirir. Əks halda isə dilin iĢlənmə – fəaliyyət 
dairəsi daralır və nəhayət, məiĢət dili çərçivəsinə düĢür. 
Sosioloji tədqiqat metodları ilə dilin tədqiqi sayəsində 
meydana gələn sosioloji dilçilik sürətlə inkiĢaf 
etməkdədir. Sosioloji dilçiliklə ekstralinqvistikanı 
eyniləĢdirmək və təcrid etmək olmaz. Sosioloji dilçilik 
ekstralinqvistika əsasında yaranmıĢdır. Sosioloji dilçilik 
öyrədir ki, dillərin inkiĢafı üçün bərabər Ģərait 
yaradıldıqda onlar bərabər surətdə inkiĢaf edir və 
bir-birini zənginləĢdirir. Sosioloji dilçilik neçə illər 
siyasətin təsiri altında olduğundan düzgün istiqamətdə 
getməmiĢdir. Çünki heç nəyi öz adı ilə adlandırmamıĢıq. 
Hakim millətçilik və hakim dillilik hökm sürdüyü halda, 
təmtəraqlı ifadələrlə, mötəbər saydığımız adamların 
əsərlərindən gətirilən gurultulu ibarələrlə, hətta 


«mötəbər» partiya və dövlət sənədlərindən götürülən 
maddələrlə həqiqəti pərdələmiĢdilər. Bu, o qədər geniĢ 
yayılmıĢ bir dəbə çevrilmiĢdi ki, milli dillərin sıxıĢdırılıb 
ictimai həyatın bir sıra sahələrindən çıxarıldığı vaxtda 
dilçilər Lenin milli siyasətindən ağızdolusu danıĢır, guya 
onların inkiĢafı üçün hər cür Ģərait yaradıldığını təsdiq 
edirdilər. Konstitusiyada xüsusi maddə olmasına 
baxmayaraq, 
«dövlət 
dili» 
bütün 
idarələrdən 
çıxarılmıĢdı. Sosioloji dilçilik isə bu faktları olduğu kimi 
göstərə bilmirdi. Ġndi isə sosioloji dilçiliyin qarĢısında 
geniĢ imkanlar yaranmıĢdır. Məhz azad alim sözü 
əsasında istər ümumi, istərsə də milli sosioloji 
dilçiliyimizi dünya tədqiqatları səviyyəsinə qaldırmaq 
mümkündür. Ġndi artıq sosial dilçiliklə məĢğul olanlar 
bizdə substrat, superstrat haqqında açıq danıĢa bilər. 
Sosioloji tədqiqat dilçiliyin inkiĢafına baĢqa 
sahələrdən az xidmət etmir. 
DĠLÇĠLĠYĠN ġÖBƏLƏRĠ 
Dilçiliyin sahələri ilə yanaĢı, onun müxtəlif 
Ģöbələri də vardır. Bu, əlbəttə, dilçiliyin ümumi 
inkiĢafının nəticəsidir. Bütün sahə və Ģöbələrin 
ayrılması, müstəqilləĢməsi üçün dilçiliyin yüksək 
səviyyədə inkiĢaf etməsi zəruri idi. Görkəmli rus alimi 
N. V. KmĢevski hələ keçən əsrin axırında qeyd edirdi ki, 
«elmin bölünməsini onun hələ bir sıra Ģöbələrinin 
toxunulmadığı bir dövrdə təsəvvür etmək çətindir». 
Bununla belə, alim dilçiliyin Ģöbələrini bu elmin o vaxtkı 
inkiĢaf səviyyəsində aĢağıdakı kimi təsəvvür edir: 


Göründüyü kimi, dilçiliyin Ģöbələrə bölünməsi 
bugünkü mövqedən yanaĢdıqda çoxlu mübahisə doğura 
biləcək səviyyədə idi. Hələ XIX əsrin sonralarında belə 
dilçilikdə qrammatika ilə leksikologiyanın hüdudları 
müəyyənləĢməmiĢdi. 
Prof. 
N.V.KruĢevskinin 
bu 
sxemini verməklə bir daha göstərmək istəyirik ki, a) 
dilçiliyin bütün sahələri və Ģöbələri inkiĢaf etməsə, o 
haqda qəti elmi nəticəyə gəlmək olmaz, b) dilçiliyin 
müasir Ģəkildə sahə və Ģöbələrə bölünməsi məhz XX 
əsrdə mümkün olmuĢdur. Müasir dövrdə dilçiliyin 
Крушевский Н. В. Предмет, деление и метод науки 
о языке. Хрестоматии по истории руского языкознания. 
М. 1973. стр 414. 


Ģöbələrini aĢağıdakı kimi təsnif etmək olar: 
1)
Dil strukturunu öyrənən Ģöbələr. 
2)
Dilçiliyin ümumi Ģöbələri. 
Dil strukturunu öyrənən Ģöbələr bunlardır: 
fonetika, leksi- kologiya (frazeologiya, onomastika, 
leksikoqrafıya), morfologiya və sintaksis. Bu Ģöbələrin 
hər birinin öz vahidi vardır. Belə ki, fonetika – 
fonemləri; leksikologiya – leksemləri, morfologiya – 
morfemləri, sintaksis – sintaqm və baĢqa sintaktik 
vahidləri öyrənir. Bu Ģöbələr haqqında irəlidə ətraflı 
bəhs ediləcəyini nəzərə alaraq burada onların Ģərhini 
verməyə lüzum yoxdur. 
Dilçiliyin ümumi Ģöbələrinin isə öz vahidi yoxdur. 
Ona görə do onlar dilin bütün quruluĢ elementlərini 
öyrənir. Məs., dialektologiya həm dialektal leksikanı, 
həm dialektal fonetikanı, həm dialektal morfologiyanı, 
həm də dialektal sintaktik sistemi öyrənir. Dilçiliyin 
ümumi Ģöbələri bunlardır: 
a)
dialektologiya,
b)
üslubiyyat,
v) dil tarixi. 
Dialektologiya – dilçilik sahəsi kimi çox qədim 
tarixə malikdir. Hələ XI əsrin görkəmli alimi M. 
KaĢqarinin «Kitabi- divani-lüğət-it-türk» əsərində türk 
tayfalarının dialektləri haqqında geniĢ məlumat 
vermiĢdir. Dialekt - bir dilin müəyyən konkret bir 
ərazidə yaĢayıb həmiĢə ünsiyyatdə olan adamların 
bir-birini baĢa düĢərək iĢlətdikləri variantıdır. Vaxtile 
tayfa dili ilə dialekt arasında çoxlu uyğun cəhətlər 
olduğu qeyd edilirdi. Əslində ədəbi dillər müxtəlif 
dialektlər əsasında yaranır. Xalq dili yarananda müxtəlif 


dialektlərin elementləri orada iĢtirak edir. Ümumxalq 
ədəbi dil dialektlərdən seçmə və əvəzetmə üsulu 
əsasında yaradılır. Dialektlərin aĢağıdakı növləri vardır: 
1)
məhəlli dialektlər,
2)
ictimai dialektlər,
3)
etnik dialekt,
4)
sinfi dialekt və s. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə