Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə21/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   177
Adil Babayev

Məhəlli dialektlər – 
xalq dilinin əsas mənbəyidir. 
Müəyyən ərazidə yaĢayan hər gün ünsiyyətdə olan 
adamların nitqindəki fonetik. morfoloji leksik və 
sintaktik xüsusiyyətlərin məcmusu məhəlli dialekti təĢkil 
edir. Ġlkin inkiĢaf mərhələsində, feodal münasibətlərinin 
hökm sürdüyü dövrlərdə məhəlli dialektlər daha güclü 
olur. Çünki pərakəndə halda yaĢayan tayfaları nə 
iqtisadi, nə də ictimai amillər birləĢdirirdi. Buna görə də 
o dövrdə dialektlər arasında diferensial xüsusiyyətlər 
daha çoxdur. Hər bir dialekt aid olduğu tayfanın 
təsərrüfat həyatı, məiĢəti, adət-ənənəsi, dünyagörüĢü 
haqqında çox geniĢ material verir. Buna görə də 
dialektlərdə bir-birindən fərqli cəhətlər çox olur. 
Dialektləri tədqiq etməyin əhəmiyyəti təkcə ümumxalq 
dilinin köklərinin müəyyənləĢdirilməsi ilə bitmir. 
Onların monoqrafik tədqiqi bir də ona görə lazımdır ki, 
ədəbi dilin təsiri ilə dialektlər sıradan çıxır. Onları 
vaxtında sistem halında tədqiq etməklə xalqın keçmiĢi 
haqqında nəinki linqvistik, habelə tarixi-etnoqrafik 
məlumat da verilmiĢ olur. Belə ki, adi bir söz bütöv bir 
sahə haqqında məlumat əldə etməyə imkan verir. Məs., 
vəl
sözünü götürək. Ġndi bu əĢya özü təsərrüfatda 
iĢlədilmədiyi kimi, adı da dildən çıxıb, arxaikləĢmiĢdir. 
Və eni 50 – 60 sm, boyu 1 m, 1 m 20 sm olan taxtadır. 


Onun altına daĢ və dəmir parçaları vurulur. Onları 
bir-birinin yanına bənd edib xırmanda küləĢin üstündə 
dolandırmaqla taxılı döyüb çıxarırdılar. Dialektlərin 
öyrənilməsi dialektologiyanın baĢlıca vəzifəsidir.
1
Azərbaycan dilinin bütün dialektlori, demək olar 
ki, monoqrafik Ģəkildə tədqiq edilib qurtarmıĢdır. Amma 
bu, yalnız ġimali Azərbaycan dialektlərinə aiddir. 
Azərbaycan dilinin ,çönüb qrup dialektləri (Naxçıvan 
MR istisna olmaqla) heç tədqiq edilməmiĢdir. Çox geniĢ 
bir ərazini təĢkil edən Azərbaycan dialek- tlərinin tədqiqi 
milli dialektologiyamızın qarĢısında duran ən böyük 
vəzifədir. 
İctimai diaiektior
məhəlli dialektlərdən öz yayılma 
əhatəsinə və keyfiyyətinə görə seçilir. Əvvələn, ictimai 
dialekt ədəbi dil normalarına daha yaxın olur. Ġkinci, 
ictimai dialekt daha geniĢ sahədə iĢlədilir. Ġctimai dialekt 
müəyyən sosial qrupun özünəməxsus xüsusiyyətləri ilə 
seçilən danıĢıq tərzidir. Bu da iki qrupa bölünür : a) peĢə 
dialekti, b) sosial qrupun dialekti. PeĢə dialekti hər hansı 
bir sənət və peĢə sahiblərinin iĢlətdikləri peĢə termin və 
sözləri ilə birlikdə istifadə etdikləri danıĢıq tərzidir. 
Sosial qrupun dialekti dedikdə dar, məhdud sahədə 
olan adamların danıĢıq tərzi nəzərdə tutulur. Məs. 
inqilabdan əvvəlki ziyalıların dili. 
Etnik dialekt
xalqın və ya tayfanın adət-ənənəsi ilə 
bağlı olan söz və ifadələri əhatə edir. Etnik diaiektior 
məhəlli dialektlərdən ayrılır. Belə dialektləri də tədqiq 
etmək çox vacibdir. Çünki xalqın keçmiĢ adət-ənənəsi 
1
M. ġ. ġ i r ə M usayev. «Azərbaycan dialektologiyasının əsasları». 
B 1968; M. Ġslamov. Azərbaycan dilinin Nuxa dialekti. B. 1968. 


sıradan çıxdığı kimi, həmin sözlər də sıradan çıxır. Məs., 
üzgörməsi, dizdi- rəyi, sözkəsdi, həri almaq və s. 
Belə dialekt sözlərini ayrıca tərtib etmək və etnik 
dialekt lüğəti tərtib etməklə xalqın keçmiĢ adət və 
ənənələri haqqında sanballı bir mənbə yaratmaq olar. 
Sinfi dialekt
əslində ictimai dialektin tərkib 
hissəsidir. Cəmiyyət siniflərə bölündüyü vaxt hər bir 
sinif özünəməxsus, öz mənafeyinə uyğun surətdə əĢya və 
hadisələrə ad verir vo yaxud öz düĢüncə tərzinə görə dil 
vahidləri yaradır. Cəmiyyətdə təbəqələĢmənin özü də 
belə dialektlərin meydana gəlməsinə səbəb olur. Məs.,
Kasıb deyir: – Pul ol çirkidir. 
Dövlətli deyir: – Nuri-çeĢmimmisən. ey pul, ya 
canımmısan? 
(Sabir) 
 


Qazax dialekti 
Oxumoyuf 
Görmör 
Gözdör 
Qarabağ dialekti 
Oxumuyuf 
Görmür 
Gözdüyür 
Ordubad dialekti 
Oxumeyib Görmer 
Gözlüyür və s. 
Bütün bu və ya buna bənzər məsələləri öyrənən 
dilçilik sahəsi dialektologiya adlanır. Bəzən dialekt 
materialı toplayıb tədqiq etməyi sırf praktik məsələ kimi 
qiymətləndirirlər. Amma əslində burada güclü müqayisə 
vo ümumiləĢdirmə tələb olunur. Hər hansı bir rayonun 
dialektini tədqiq edən adam baĢqa rayonların 
dialektlərini bilməli, onları müqayisə etməlidir. Bundan 
əlavə, hər bir dialekt faktı ümumxalq dili fonunda, onun 
inkiĢaf tarixi ilə əlaqədar Ģəkildə götürülməlidir. 
Dialektoloq 
tədqiq 
etdiyi 
obyektin 
tarixini, 
etnoqrafiyasını da yaxĢı bilməlidir. Dil strukturunu 
öyrənən dialektologiya isə dialektal fonetikaya, dialektal 
leksikaya və dialektal qrammatikaya bölünür. Dialektal 
fonetika öz əhatəsinə vo material bolluğuna görə 
baĢqalarından 
seçilir. 
Dialektlərdəki 
fonetik 
xüsusiyyətlər daha çox sabit olub, uzun müddət özünü 
qoruyub saxlayır. Bu gün milli dil səviyyəsinə yüksəlmiĢ 
dillərdə belə fonetik xüsusiyyətlərə rast gəlirik. Bu 
mənada rus dilindəki o-IaĢmanı, Azərbaycan dilinin 
ġəki, Bakı, Qazax, Ordubad dialektlərinin fonetik 
xüsusiyyətlərinn göstərmək olar. Bir neçə misala diqqət 
yetirək:
Dialektal morfologiya dialektal fonetika ilə sıx 
bağlıdır. Çünki qrammatik kateqoriyalardakı müxtəliflik 



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə