Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə24/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   177
Adil Babayev

Fərdi üslub.
Fərdi üslub daha çox yaradıcılığa 
aiddir. Fikrin ifadəsində hər kəsin öz uslubu ola bilər. 
Alimin fərdi üslubu onun dilinin təmiz və sadə olması ilə 
müəyyənləĢdirilir. Hər hansı elmi müddəam Ģərh 
edərkən alim fikrini terminlərlə ağırlaĢdıra bildiyi kimi, 
onu sadə dildə də ifadə edə bilər. Yazıçıların fərdi üslubu 
daha geniĢ yayılmıĢdır. Hər bir yazıçı 
bədii üslubdan istifadə edir. Bununla belə, elə 
yazıçı var ki, sözləri bədii yüklə yükləyə bilir, onları elə 
seçib iĢlədir ki, oxucu çətinlik çəkmədən əsəri oxuyur. 
Elə yazıçı da vardır ki, onun ya elmi təfəkkürü bədii fikrə 
üstün gəlir (cümlələri quru, elmi alınır), ya da savadsız, 
bədii 
ifadəlilikdən 
məhrum 
olur. 
Məs., 
C.Məmmədquluzadənin, 
Ə.Haqverdiyevin, 


S.Rəhimovun, M.S.Ordubadinin əsərlərində fərdi üslub, 
yazıçının üslubi dəstxətti dərhal seçilir. M. Hüseynin 
əsərlərində isə cümlənən bütün üzvləri yerli-yerində 
iĢlədilir. Xalq yaradıcılığı xəzinəsindən bəhrələnməyə 
hər bir sənətkarın həm imkanı, həm də ixtiyarı vardır. 
Amma hamının həmin xəzinədən istifadə etmək üçün 
qüdrəti çatmır. Ġstər bədii üslub olsun, istər memarlıq, 
istər musiqi olsun, istər rəssamlıq, fərqi yoxdur, hər bir 
sənətkar öz fərdi üslubunu müəyyənləĢdirəndə xalqın 
yaratmıĢ olduğu zəngin xəzinədən istifadə etməlidir. 
Belə olduqda sənətkarın öz üslubu, öz dəsti-xətti 
formalaĢır. Bütün bu və ya buna bənzər məsələlər 
üslubiyyatın obyektidir. Üslubiyyat təkcə dilçiliyin 
deyil, baĢqa elmlərin də müĢtərək sahəsidir. Bədii üslub 
xüsusilə, mübahisə doğurur. Lakin bu üslubun 
ədəbiyyatĢünaslıq və ya dilçilik sahəsi olması haqqında 
mübahisə etməyə dəyməz. Əgər bədii üslubda müəllif 
ədəbi priyomlardan, obrazlı ifadələrdən çıxıĢ edib ədəbi 
effekt alırsa, bu, Ģübhəsiz, ədəbiyyatĢünaslığa aiddir. Dil 
materialını seçib onları xüsusi məna yükü ilə yükləyirsə, 
sözləri düzkün seçə bilirsə və yaxud yerində iĢlədə 
bilmirsə, bu məsələ dilçiliyə aiddir. Məs. S. Rəhimovun 
«ġamo» romantndakı bir cümləyə diqqət yetirək: «ġehli 
kəndinin axĢamı çökürdü». Bu cümlədə həm ədəbi, həm 
də linqvistik üslubiyyatm payı vardır. Müəllif ġehli 
kəndinə axĢam düĢürdü iĢlətsəydi, cümlə həm dilçilik, 
həm də ədəbiyyatĢünaslıq baxımından zəif çıxardı. Nə 
üçün «ġehli kəndinin axĢamı?» Bununla müəllif axĢam 
düĢəndə ġehli kəndinin aldığı gözəlliyə, füsunkarlığa, 
qəribəliyə, bənzərsizliyə diqqəti cəlb etmiĢdir. Nə üçün 
dildə «axĢam düĢdü» ifadəsi olduğu halda, müəllif 


«çökürdü» iĢlətmiĢdir. Məlumdur ki, düĢmək birdən-birə 
olur, özü də hər cür poetik çalardan məhrumdur. 
Çökmək isə yavaĢ-yavaĢ oturmaq deməkdir. 
Demoli, müəllif öz bədii-fərdi üslubuna sadiq 
qalaraq sözləri bacarıqla seçmiĢ və onları məna yükü ilə 
yükləyə bilmiĢdir. 
Dil strukturunu bütövlükdə öyrənən sahələrdən 
biri də dil tarixidir. 
Dil tarixi – dilçilik fənləri içərisində özünəməxsus 
yeri olan sahələrdəndir. Bu, hər Ģeydən əvvəl onun elmi 
əhəmiyyətini izah edir. Hər hansı bir dilin keçirdiyi 
inkiĢaf və təkamül dövrünün izlənməsi bütünlükdə 
gələcəkdə bütün dünya dillərinin tarixini öyrənməyə 
gətirib çıxara bilər ki, bu da ümumi dilçiliyin böyük 
nailiyyəti olardı. Bu və ya digər dilin inkiĢaf və 
formalaĢma tarixinin öyrənilməsi müxtəlif xalqların öz 
tarixlərinin öyrənilməsinə çox kömək edir. Görkəmli 
alman dilçisi German Paul özünün məĢhur «Dil tarixinin 
prinsipləri» adlı əsərində dil tarixini öyrənməyin çoxlu 
problemləri ilə yanaĢı, dilin xalq həyatının əksetdiricisi 
olması məsələsinə toxunaraq ona yüksək qiymət verir: 
«Mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada inkiĢaf 
Ģəraiti dildəki qədər dəqiq müəyyənliyə malik olsun»
1

Dil tarixi dedikdə dilin bütün struktur 
elementlərinin tarixi nəzərdə tutulur. Bunu geniĢ və dar 
mənada baĢa düĢmək olar. GeniĢ mənada dilin ümumi 
Ģöbələrinin (üslubların, dialektlərin və s.) tarixi haqda 
1
П а у л Г. Принципы истории языка, səh. 29. Sitat H. 
Mirzəzadənin 
«Azərbayçan 
dilinin 
tarixi 
qrammatikası» 
əsərindən'götürülüb В. 1990. səh. 11 


hələ heç nə deyilməmiĢdir. Amma dar mənada dil tarixi 
dedikdə dil strukturunu öyrənən dilçilik sahələrinin 
tarixi nəzərdə tutulur. Bunlar aĢağıdakılardır: 
1)
Tarixi fonetika. 
2)
Tarixi leksikologiya. 
3)
Tarixi qrammatika. 
Tarixi 
fonetika. 
Dilin 
ümumi 
inkiĢaf 
qanunlarından biri olan «dil yaruslarının qeyri-bərabər 
inkiĢafı» qanundan bilirik ki, dilin diferensial səviyyəsi – 
fonetik tərkibi on ləng dəyiĢən yarusdur. Lakin bu o 
demək deyildir ki, dilin fonetik sistemində dəyiĢiklik 
getmir. Doğrudur, dilə yeni fonemlərin daxıl olması və 
yaxud çıxması nadir hadisə sayılır. Məs, , Azərbaycan 
dili tarixində bircə «sağır nun» ədəbi dil formalaĢdıqdan 
sonra 
dilimizi tərk etmiĢdir. Bu səsə yalnız 
dialektlərimizdə rast kəlirik. 
Dildə fonetik deyiĢmələr hər halda baĢ verir. Məs., 
birhecalı sözlərdə hecaların açılma prosesi buna misal 
ola bilər. Vaxtilə Azərbaycan dilində 
kim, ol, suv
və s. 
sözlər 
ki, o, su 
formalarında iĢlənir. Xzərbaycan dilində 
b-m, b-v, d-t
və s. dəyiĢmələr, 
t-s
yerdəyiĢməsi və s. kimi 
fonetik proses baĢ vermiĢdir. Dilin fonetik tərkibində 
gedən dəyiĢikliyin izlənməsi bir neçə cəhətdən 
lazımlıdır. 
Tarixi leksikologiya. Dilin leksik tərkibində gedən 
tarixi dürüstləĢmə və səlisləĢmə prosesini, hər bir sözün 
dildə nə vaxt peyda olması və nə üçün dildən çıxması 
kimi məsələləri tarixi leksikologiya öyrənir. Məlumdur 
ki, dildəki təkamül prosesi onun leksik sferasına da 
aiddir. Dildə söz mənalarının dəyiĢməsi, yeni mənalar 
alması da tarixi leksikologiyanın tədqiqat obyektinə 


daxildir. Dilin ən sürətlə dəyiĢən səviyyəsi semantnk 
yarusdur. Bu yarus təfəkkürlə bağlıdır. Ġctimai həyatda 
baĢ verən hər hansı bir dəyiĢiklik əvvəlcə məfhum kimi 
Ģüurda, sonra isə söz kimi dildə öz əksini tapır. Beləliklə, 
dilin bu yarusunda sürətli dəyiĢiklik gedir. Bunun 
nəticəsində dildən çoxlu sözlər çıxır və külli miqdarda 
yeni sözlər dilə daxil olur. Bütün bunlar tarixi 
leksikologiya tərəfindən öyrənilir. 
Tarixi qrammatika. Tarixi qrammatika bəzən elə 
dil tarixi anlayıĢını ifadə edir. Tarixi inkiĢaf ilə tarixi 
dəyiĢiklik anlayıĢını eyniləĢdirmək olmaz. Əgər dilin 
semantik yarusunda dəyiĢiklik sürətlidirsə, dilin 
konstruktiv yarusunda (qrammatik quruluĢunda) inkiĢaf 
və təkmilləĢmə güclüdür. Dilin bütün qrammatik qanun 
və kateqoriyaları inkiĢaf, rəvanlaĢma prosesi keçirir. 
Dilin tarixi qrammatikasını öyrənmək üçün bir 
neçə mənbə vardır. Tarixi qrammatika üçün birinci 
mənbə hər hansı bir dilin yazılı abidələridir. Ġstər ingilis 
dili olsun, istər alman, fransız və ya Azərbaycan dili, 
fərqi yoxdur, yazılı abidələr dilin tarixi mənzərəsini əks 
etdirməkdə müəyyən rol oynayır. Hansı dildə yazılı 
abidə daha qədim dövrə aiddirsə, dilin tarixini də o 
əsasda müəyyənləĢdirirlər. 
Tarixi- qrammatika üçün material verən zəngin 
sahələrdən biri də xalq yaradıcılığıdır. Xalq 
yaradıcılığında dilin bütün inkiĢaf səviyyəsi əks olunur. 
Məs., «Sallanıban gələn dilbər, yaxan düymələ, 
düymələ» xalq mahnısında 
-ıban
feli bağlama 
Ģəkilçisinin olması bu Ģəkilçinin dilimizin tarixində 
iĢlənməsindən xəbər verir, halbuki bu forma indi 
-ıb
Ģəklində iĢlənir. Xalq dilinin dialektlərində də dil tarixi


üçün maraqlı materiallar hifz olunur. Məs., təsirlik hal 
Ģəkilçisi kimi dialektlərimizdə iĢlənən 
«yı», «vi» (qapıyı, 
əlivi)
və s. dilimizin tarixində də iĢlənmiĢdir. 
Tarixi qrammatika, adətən, iki sahəni – tarixi 
morfologiyanı və tarixi sintaksisi əhatə edir. Azərbaycan 
dilinə aid yazılı abidələrin dili əsasında bircə məsələni 
izah edək. Bəllidir ki, məkani halların qrammatik 
formaları müxtəlif olmuĢdur. Əvvəllər hər üç hal üçün 
bircə forma (da, də) olmuĢ, sonralar müvazi iĢlənmiĢ və 
nəhayət, hər bir halın öz forması meydana gəlib 
daĢlaĢmıĢdır. Əvvəlcə Əlinin (XIII əsr) «Qisseyi Yusif» 
əsərinə baxaq: 
Yaqub baqdı ol məqamda avaz çıxar,
Bəs Yusifin fəraq ahı bağrın yaqar. 
Yaralı Yaqub yığlayu anda baqar,
Yusifi görsəm, deyi istər imdi. 
Könlü zarı yığlayu evə gəldi... 
Oğlanları ağlayu anda gəldi. 
Qulağına ağlamaq üni girdi... 
Anı eĢidüb, Yaqubun əqli ĢiĢdi Bir çağıruq uğundı, 
yerə düĢdü.
1
«Oğuznamədə» isə daha çox müasir vəziyyətdə 
olduğu formaya rast gəlirik. Məs.: 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə