Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə25/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   177
Adil Babayev

Yönlük hal: 
Eyilik də edərkən kendünə,
Yaramazlıq edərsən kəndünə (63)
1
T. I. H a c ı y e v, K. N. V ə I i y e v. Azərbaycan dili tarixi. B. 1983. 
s. 106. ‟«Oğuznamə», Bakı. 1987. 


Ox atmaq, yazu yazmaq, suda 
üzmək, Gərəkdir bu üçü hər Ģəxsə düzmək. (31). 
Yerlik hal: 
Asılanda olan toynağımız bəlirdür. (63) 
Dəgirməndə unlığın süpürüncə xırman Yerində 
süpürgən bir artıq qol. (99) 
ÇıxıĢlıq hal: 
Adəmi var, qızıl alma naqĢıdur. 
Adəmi var, heyvan ondan yaqĢıdur. 
Adəmi var, söhbətində baĢ yiyər Adəmi var 
söhbətində can bitər. (66) 
Misallardan göründüyü kimi, XIII əsrdən 
baĢlayaraq XVI əsrə qədər müxtəlif formalar müvazi 
iĢlənmiĢ, sonradan getdikcə indiki Ģəkil daha üstünlük 
təĢkil edərək daĢlaĢmıĢdır. 
Tarixi morfologiya dedikdə təkcə qrammatik 
formalar deyil, habelə köməkçi nitq hissələrinin iĢlənmə 
tarixi də nəzərdə tutulur. Burada qoĢmaların, 
bağlayıcıların, ədatların dildə iĢlənməsi və sabitləĢməsi 
tarixi izlənilir. 
Tarixi sintaksis. Ədəbi dil tarixi, əsasən, cümlə 
quruluĢunun inkiĢafını izlədiyi halda tarixi sintaksis 
söz 
birləĢmələrindən tutmuĢ cümlədə sözlərin sırasına 
qədər bütün sintaktik məsələləri öyrənir. Prof. H. 
Mirzəzadə yazırdı: «Müasir və tarixi sintaksisin 
mövzusu eynn olsa da, həmin mövzuya olan 
münasibətlərə, tədqiqat üsullarına görə fərqlənirlər. 
Tarixi sintaksis sintaktik məsələləri tarixi planda 
nəzərdən keçirir, onların inkiĢafını izləyir; dilin tarixi 
inkiĢaf qanunlarını mühafizə etməklə bərabər, xalqın 


ictimai və mədəni həyatında baĢ vermiĢ hadisələrlə 
əlaqədar olaraq dildə əmələ gələn dəyiĢiklikləri, ölmüĢ 
və yeni yaranmıĢ və yaranmaqda olan keyfiyyətləri 
aĢkara çıxarın)
1

Bütün dillərə aid «tarixi sintaksis» fənni baĢqa 
sahələrə nisbətən gec yaranmıĢdır. Belə ki, dilin tarixi 
fonetikası, morfologiya və leksikası daha tez tədqiq 
edilməyə baĢladığı halda, tarixi sintaksis çox gec tədqiq 
edilməyə baĢlamıĢdır
2

1
H. Mirzəzadə. Azərbaycan dilinin (arixi sintaksisi. B. 1968. səh. 
17. 
:
Соколова M. А. Очерки по исторической грамматике русского 
языка. Л. 1962. с. 236 


Ədəbi dil qanunlarının və normalarının bərqərar 
olması ilə əlaqədar olaraq cümlə, söz birləĢməsi kimi 
əsas sintaktik vahidlər də formalaĢıb sabitləĢməyə 
baĢlayır. 
Bütün 
dillordə 
cümlənin 
qrammatik 
konstruksiyası öz doğma dilinin qrammatik quruluĢu 
əsasında yaranır. Tarixən bu və ya baĢqa bir dilin təsiri 
altında meydana gəlmiĢ qrammatik-konstruktiv forma 
sonradan öz yerini dilin köklü qanunlarına, formalarına 
verir. Məs., Azərbaycan dili uzun müddət ərəb-fars 
dillərinin təsiri altında olduğu üçün təyini söz 
birləĢmələrinin çoxu izafət Ģəklində formalaĢmıĢdı. Məs. 
qabili-idrak, 
qabili-dərman, 
izhari-zillət, 
izhari-mohəbbot, şəbi-hicran, əmri-forman, zikri-camal, 
xaki- pa, nuri-didə, zülfi-pərişan
vo s. Artıq odəbi dil 
formalaĢmağa baĢladığı vaxtdan onun normaları 
meydana gəlir. Bu normalardan biri də dilin öz doğma 
qanunlarının bərqərar olmasıdır. Cümlədə və söz 
birləĢməsində sözlərin sıralanma- sının hər hansı bir 
dilin öz qrammatik quruluĢuna əsaslanması çox vacib 
Ģərtdir. Ġndi müasir Azərbaycan dilində, demək olar ki, 
xarici təsirlər tamamilə aradan qalxmaqdadır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə