Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə22/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   177
Adil Babayev

Bakı dialekti 
Gəlicek 
Vericək 
Görmicek 
çox 
vaxt 
fonetik 
fərqlənmələrlə 
əlaqədar olur. Məs. 
Qarabağ 
dialekti 
gələjək verəjək görmüjək. 
Dialektal sintaksis cümlə quruluĢu ilə bağlıdır. 
Bakı dialek- tində söz sırası pozulanda xəbər 
tamamlıqdan qabağa keçir: 
gördüm onu, vərdim kitabı.
Üslubiyyat. Elm inkiĢaf etdikcə onun yeni sahələri 
meydana gəldiyi kimi, dil də inkiĢaf etdikcə müxtəlif 
üslubları yaranır. Dilin üslublarının yaranması onun 
inkiĢafından və funksional fəaliyyət dairəsindən asılıdır. 
Üslub sözü qədim yunanlarda (Ģtil) qələm 
mənasında iĢlənmiĢdir. Türk dillərindəki 
şitil
sözünün də 
həmin mənadan törədiyini təxmin etmək olar. 
Ştil – stil
sözü sonradan yazı və nitq tərzi manerast mənaları 
almıĢdır. Elmi termin kimi üslub – stil müsiqiĢünaslıqda, 
ədəbiyyatĢünaslıqda, dilçilikdə, məntiqdə, ritorikada və 
baĢqa sahələrdə iĢlədilir. Qədim Romanın y. e. ə. 106 – 
43-cü illərdə yaĢamıĢ məĢhur natiqi və yazıçısı Mark 
Tulliy Siseron nitq üslubları haqqında 19 traktat yaz-
mıĢdır. O, ritorika haqqındakı traktatlarının birində 
yazırdı: «Əsil natiq o Ģəxsdir ki, adi iĢlər haqqında sadə, 
böyük iĢlər haqqında əzəmətlə, pafosla, orta səviyyəli 
iĢlər haqqında isə yuxarıdakılar arasında orta mövqe 
tutan üslubla danıĢmağı bacarsın» 
Əslində üslub çox geniĢ anlayıĢ olub, həyatın 
bütün sahələrini əhatə edir. Tibbdə, kimyada, fizikada, 
biologiyada üslubdan istifadə edilir. Dilçilikdə isə üslub 
dedikdə müxtəlif Ģəraitdə məqsəddən asılı olaraq 
müxtəlif deyim tərzi nəzərdə tutulur. Üslubiyyat isə 


müxtəlif üslubları elmi cəhətdən ümumiləĢdirən dilçilik 
sahəsidir. 
Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi 
prof. Ə. Dəmirçizadə «Azərbaycan dilinin üslubiyyatı» 
adlı əsərində üslubiyyata gözəl tərif vermiĢdir. Onun 
tərifi üslubiyyata verilən təriflər içərisində nisbətən ən 
elmi və hamının qəbul edə biləcəyi tərifdir: «Üslubiyyat 
dilin ifadəlilik vasitələrinin məqsədəuyğun surətdə 
istifadə edilmə qayda və qanunlarından, xüsusiyyət və 
əlamətlərindən, ifadə vasitələrinin sistem təĢkil etməsi 
xüsusiyyətlərinə körə formalaĢan müxtəlif üslubların 
əlamətdar cəhətlərindən bəhs edən bir elmdir»
1

Bu tərifi tam dürüst qəbul etməsək də, hələlik 
üslubiyyatın ən yaxĢı tərifidir. 
Üslub əsasən, təfəkkürlə bağlı olduğu üçün onun 
formalarını ifadə edir. Bu neqteyi-nəzərdən üslubları 
aĢağıdakı kimi qruplaĢdırmaq olar: 
1)
Bədii üslub 
2)
Rəsmi üslub. 
3)
Rəsmi diplomatik üslub. 
4)
Kargüzarlıq – dəftərxana üslubu. 
5)
MəiĢət üslubu və s. 
Bədii üslub.
Bədii üslubla bədii əsərin üslubunu 
eyniləĢdirmək olma*.. Bədii üslub ümumi və geniĢ 
anlayıĢdır. Bu elə bir üslubdur ki, bədii təfəkkürü ifadə 
edir və bütün bədii əsərlərə aid olur. Məs., ifadəlilik, 
bənzətməlik, obrazlılıq və s. bədii üslubun əsas 
1
Ə M. Dəmirçizadə. «Azərbaycan dilinin üslubiyyatı». B. 1962. s. 
24. 
62 


Ģərtləridir. Bədii əsərin üslubu isə əvvəlcə onun 
janrlarından, ikinci, müəllifin öz üslubundan asılıdır 
Bədii üslubda yalnız bədii təfəkkürə malik olan 
adamlar yazıb danıĢa bilərlər. Çünki hər hansı bir hadisə 
və Ģey haqqında yazan yazıçı fotoqraf kimi «necədir?» 
və «nədir?» əsasında yaza bilməz. Bədii üslub «necə ola 
bilər?» üslubudur. Məs., səhərin açılmasını adi adam adi 
sözlərlə, alim vaxt ölçüsü olan saatla, jurnalist baĢqa 
üsulla, Ģair isə obrazlı ifadələrlə təsvir edir. 
A. Səhhətin kiçik bir Ģeri dediyimizə canlı misal 
ota bilər: 
Od tutub qırmızı atəĢlə yenə yandı üfüq,
ġəfəqin qırmızı rəngilə iĢıqlandı üfüq. 
Bir qədər çaydan uzaq od qalamıĢ dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban. 
YumuĢaq göy çomənin üstə düĢüb Ģeh gecədən. 
Ġsti yoxdur, hələ var bir balaca meh gecədən. 
Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox serindir havası, keçmə bu yaylaqlardan. 
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uyğudan indi oyanır. 
Pəyədən mal-qaranı bəzi çıxardır qırağa. 
Bəzi səhraya gedir iĢləməyə, bəzi bağa'. 
1
1
Azərbaycan ədəbiyyatı tarixi. II c. 1960. s. 849 – 850 
63 


Bu parçada sanki səhərin açılması realist rəssam 
fırçası ilə təsvir edilmiĢdir. Üfüqün qızarması dağda 
çobanın od qalaması, sürünü otarmağa aparması, Ģehin 
düĢməsi, mehin əsməsi, kəndlinin yorulması və s. ola 
bilən hadisələrdir. Amma bunların hamısı bir yerə – Ģair 
təxəyyülünün süzgəcindən keçərək toplaĢmıĢ, nəticədə 
gözəl bir bədii lövhə yaranmıĢdır. Bədii üslubda 
terminlər iĢlədilmir. Dəqiq fakt və rəqəmlər burada 
ağırlıq törədir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə