Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə30/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   177
Adil Babayev

ƏRƏB DĠLÇĠLĠYĠ 
Ərəblər dünyanın ən qədim və mədəni 
xalqlarından biridir. Ərəblər çox qədim (erkən 
padiĢahlıq) dövlət quruluĢuna malik olmuĢ və ədəbiyyat, 
fəlsəfə, coğrafiya, riyaziyyat və s. elmlərlə hələ 
eramızdan çox-çox əvvəl tanıĢ olmuĢlar. Ticarətin, 
incəsənətin, kustarlığın inkiĢafı ərəb mədəniyyətinin 
inkiĢafına xüsusi təsir göstərmiĢdir. Qədim Ġran və Ellin 
mədəniyyətinin ərəblərə güclü təsiri olmuĢsa da, 
ərəblərin mədəniyyəti xilafət dövründə çiçəklənmiĢ, 
tayfa pərakəndəliyi aradan qaldırılmıĢ vo onlar xalq kimi 
formalaĢmıĢlar. Eramızın VII əsrindən baĢlayaraq 
Ərəbistanda bütün elmlər, o cümlədən, dilçilik inkiĢaf 
etməyə baĢlamıĢdır. 
Ərəb dilçiliyi Çin, hind və yunan dilçiliyindən 
sonra yaranmasına baxmayaraq, onlara nisbətən sürətlə 
və qüvvətlə inkiĢaf etdi. Ərəb dilçiliyinin inkiĢafına bir 
neçə faktor kömək edirdi. Onlardan: 
1)
Ərəb alimləri özlərindən əvvəl yaranmıĢ 
dünya dilçilik məktəbləri ilə tanıĢ idilər. Buna görə də 
həm onların səmərəli cəhətlərindən istifadə edir, həm də 
metodik cəhətdən onlara əsaslanırdılar. 
2)
Ġslam dininin meydana gəlməsi. Ġslam 
ehkamına görə həm bu, həm də axirət dünyası üçün 
yeganə qabil itil ərəb dilidir?Ona görə do hamı ərəbcə 


öyrənib danıĢmalıdır. Bu, ərəb olmayan müsəlmanların 
ərəbcə öyrənməsini məcburi etdiyi kimi, ərəb dilçiliyinin 
inkiĢafına da kömək edirdi. 
3)
Ġslam dini ərəb aləminə yeni mədəniyyət 
gətirdiyi kimi, elmin bütün sahələrinin inkiĢafı üçün 
Ģərait yaratmıĢdı. Buna görə də ərəb alimləri Aristotelin 
«Poetika»sını və hindlilərin «Kəlilə və Dimnə» əsərini 
ərəbcəyə çevirib ġərqdə tərcümənin əsasını qoydular. 
4)
Ərəb dilçiliyi əvvəllər iki məktəbdən 
(Kufə və Bəsrə) ibarət idi. Bu məktəblər sonralar 
birləĢərək vahid Bağdad dilçilik məktəbini yaratdı ki, bu 
da ərəb dilçiliyinin inkiĢafına öz təsirini göstərməyə 
bilməzdi. 
5)
Ərəb olmayan alimlərin də öz tədqiqatını 
ərəbcə aparması ərəb dilçiliyinin inkiĢafına səbəb 
olurdu. Bu problem, müəyyən mənada təəssübkeĢlik 
duyğulan da doğurmuĢdu. Buna görə də iki tikir 
meydana gəlmiĢdi: birincilər doğru olaraq iddia edir ki, 
milliyyətcə ərəb olmayanların ərəbcə yazdıqları əsərlər 
ərəb dilçiliyinin inkiĢafına kömək etmiĢdir. Məs., B. 
Çobanzadə yazır: «Bütün ərəb və fars ədəbiyyatının bir 
qismi türk və tatar alim və Ģairlərinin səyi 
nəticəsindədir»
1

BaĢqa bir yerdə B. Çobanzadə yenə yazırdı: 
«ġərqdə birinci türk sərfçisi Mahmud KaĢğarı əsərini 
ərəbcə və ərəblərə türkcəni öyrətmək niyyəti ilə 
yazmıĢdır. Bunun arxasınca gələn Cəmaləddin ibn 
1
B.V.Çobanzadə. «Türk-tatar lisaniyyətinə mədxəl». B. 1924 səh. 
142. 
:
B.V.Çobanzadə. Türkcə sərf və nəhv istilahları. Jur. «Maarif 
iĢçisi». 1927. № 5, səh. 48. 


Mühənna, Məhəmməd ibn Qeys kimi müəlliflər də eyni 
yoldan eyni məqsədlə keçmiĢlər»
2

Rus alimlərindən V. A. Zveqintsev və B. N. 
Qolovin isə bunun tam əksini söyləyir. Onlar ərəb, türk 
dillərini bilmədiklərindən M. KaĢqarini ərəb hesab 
etmiĢlər. Bununla onlar türk xalqlarının elmi 
təfəkkürünün qədim olmadığım dolayı yolla sübuta 
yetirməyə çalıĢırlar. B. N. Qolovin B. A. Zveqintsevin 
sözlərinə əsaslanaraq yazır: «Görünür ərəb alimləri 
xarici dilləri də ciddi öyrənmiĢlər. Bu haqda dolayısı ilə 
Mahmud əl KaĢqarinin 1073 – 1074-çü ildə yazılmıĢ 
çoxcildlik «Türk dilləri divanı» əsəri əsasında fikir 
yürütmək 
olar. V. A. Zveqintsevin fikrincə, bu əsər əsl türk 
ensiklopediyasıdır ki, əsasında müqayisə prinsip kimi 
qoyulmuĢdur»
1

Ümumi dilçilik aspektində bir sıra alimlər ərəb 
dilçiliyi haqqında bir-birindən fərqli olsa da maraqlı 
fikirlər söyləmiĢlər. Türkologiya aləmində isə ərəb 
dilçiliyinin görkəmli tədqiqatçısı sayılan ərəbĢünas alim 
Vasim 
Məmmədəliyevin «Ərəb dilçiliyi» adlı 
monumental əsəri daha çox diqqəti cəlb edir. 
Türkologiyada ərəb dili haqqında maraqlı fikirlər olsa 
da, onların heç biri prof. V. M. Məmmədəliyevin bu əsəri 
səviyyəsində deyildir. Əsərdə
2
müəllif ərəb dilçiliyinin 
təĢəkkülündən baĢlamıĢ bütün mübahisəli məsələlərinə 
qədər geniĢ və dərin təhlilini vermiĢdir. 
Ərəb dilçiliyinin əsasını qoyanlardan biri VII əsrdə 
yaĢamıĢ Əli ibn Əbu Talib olmuĢdur. Onun göstəriĢi ilə 
Əbül-Əsvad Quranın lüğətini hazırlamıĢ, nəhvə 
(qrammatikaya) dair əsər yazmıĢdır. 


Xəlil ibn Əhməd əl-Fərahidi də ərəb dilinin 
lüğətinin hazırlanmasında xüsusi rol oynamıĢdır. 
Ərəb 
dilçiliyinin 
təĢəkkülü 
dövründə 
leksikoqrafıya 
xüsusi 
templə 
inkiĢaf 
edirdi. 
Əl-Firuzabadinin tərtib etdiyi 60 cildlik «Qamus» adlı 
lüğəti daha geniĢ yayılmıĢdır. Qamus ərəbcə okean 
deməkdir. Bu lüğət o qədər müvəffəqiyyətli çıxmıĢdır ki, 
ərəbcə çıxan bütün lüğətlərə sonralar «Qamus» (okean) 
adı verilmiĢdir. Əlifba prinsipi ilə tərtib edilən ilk 
lüğətlər Əl- Cauharinin lüğətindən baĢlanır. 
Ərəb dilçiliyinin inkiĢafında bir neçə məktəbin 
xüsusi rolu olmuĢdur. Bunlardan biri Bəsrə məktəbidir. 
Bəsrə məktəbi. Bu Ģəhər ərəb mədəniyyətinin 
inkiĢafında mühüm rol oynadığına görə baĢqa elm və 
sənət sahələri kimi dilçilik do burada inkiĢaf etmiĢdi. 
Bəsrə məktəbinin təĢəkkülündə və inkiĢafında aĢağıdakı 
alimlərin xüsusi xidmətləri olmuĢdur: 
1) Ġbn Əbu Ġshaq əl-hədərani (o eyni zamanda 
Quranın mahir oxucusu olmuĢdur). 
1 2
1
Головин Б. H. Введение в языкознание. M. 1973. стр. 290-291 
2 M. M e ın m o d о I i у c v. Əreb dilçiliyi. B. 1985 


3)
Əbu Əmr bin əl-Əla. 
4)
Ġsa bin Ömər əl-Səqəfı (710 – 770). 
5)
Yunis bin Həbib. 
6)
Xəlil 
ibn 
Əhməd 
Əbu-Əbdürrəhman 
Əl-Fərahidi. 
7)
BiĢrəl Əmir bin Osman ibn Qənbər əl 
Bəsri-Sibəveyhi. 
Sonuncunun Bəsrə dilçiliyinin inkiĢafında rolu 
daha 
böyükdür. O, Xəlil ibn Əhmədin Ģagirdidir. Əslən 
ərəb olmayan Siboveyhi ərəb dilində mükəmməl təhsil 
almıĢ, sonra bütün Bəsrədə Ģöhrət qazanmıĢdır. 
Xüsusilə, öz müəllimi Xəlil ibn Əhmədin vəfatından 
sonra Bəsrə dilçilik məktəbinə rəhbərlik etməsi və 
«Əl-Kitab» əsərini yazması onun Ģöhrətini daha da 
artırmıĢdır. Onun Ģəxsi həyatı ilə bağlı olan bir hadisə 
Bəsrə məktəbinin Kufə dilçilik məktəbi ilə birləĢməsi 
üçün zəmin yaradır. Sibəveyhi bir dəfə Bağdad Ģəhərinə 
gəlir. Abbasi xəlifələrindən olan Harun ər RəĢidin 
sarayında Harunun oğlanları Əmin və Məmunun 
müəllimi Kufə dilçilik məktəbinin banisi Kisayi ilə 
görüĢür. Onlar arasında elmi mübahisələr olur. Məs., 
bəsrəlilər belə hesab edirdilər ki, felin ilkin forması 
birinci Ģəxsin təki, kufəlilər isə belə hesab edirdilər ki, 
baĢlanğıc forması məsdərdir. Prof. V. Məmmədəliyev 
Sibəveyhi ilə Kisayi arasında gedən mübahisələrdən 
birini belə təsvir edir: «Kisayi Sibəveyhiyə bir sözün 
müəyyən bir tərkib daxilnndə nə cür hallanması barədə 
sual verir. Sibəveyhi cavab verdikdə kufəli rəqibi onun 
haqlı olmadığını bildirir. Məlumdur ki, ərəb 
qrammatikləri hər hansı bir məsələ barəsində mübahisə 


etdikdə və bir-biri ilə razılaĢmadıqda, kimin haqlı 
olduğunu bilmək üçün səhraya gedib əsil, xalis ərəb 
hesab edilən bədəvilərdən həmin söz və ifadənin onların 
ləhcələrində nə cur iĢlədilməsini soruĢurlarmıĢ. Münsif 
rolunu oynayan bədəvilərin verdiyi cavabı Ģərtsiz qəbul 
edirmiĢlər, bununla da mübahisəyə son qoyularmıĢ. 
Sibəveyhi Kisayi ilə mübahisə etdiyi zaman qapının 
ağzında və ya həyətdə Ģəhərdə yaĢadıqları üçün 
bəsrəlilər tərəfindən ləhcələri o qədər də «təmiz» hesab 
edilməyən hummə əĢirətinə mənsub ərəblərdən biri 
durubmuĢ. Bir rəvayətə görə, Kisayi tərəfindən ələ 
kətirilmiĢ bu ərəb sualı təkrar etdikdə Sibəveyhinin 
deyil, Kisayinin haqlı olduğunu təsdiq edir və beləliklə, 
mübahisə bitmiĢ hesab olunur. Sonrakı
ərəb qrammatiklorinin etiraf etdiyi kimi, əslində 
haqlı olan Sibəveyhi bu «moğlubiyyotdən» uzun müddət 
özünə gələ bilməmiĢ, hər Ģeyi ataraq pərt halda vətənə 
qayıtmıĢ, nisbətən gənc yaĢlarında (qırxdan bir qədər 
artıq), bir rəvayətə görə, ġirazda, dikər rəvayətə görə isə 
Həmədanda və ya Savədə vəfat etmiĢdir»
1

Kufə məktəbi. Kufə böyük dini mərkəz idi. Məkkə 
və Mədinə kimi Kufə də Ġslam Ģərqinin həm elmi, həm 
də mədəni mərkəzlərindən biri olmuĢdur. Məhəmməd 
Peyğəmbər və onun əshabələri Kufədə yaĢadıqları 
dövrdə bura daha çox diqqəti cəlb etməyə baĢlamıĢdı. 
Xəlifə Əli ibn Əbu Talibin vaxtında Kufə Ġslamiyyətin, 
xilafətin paytaxtı oldu. Bu müddətdə burada fiqh, 
Qarelər (Quranı yaxĢı, avazla oxuyanlar), qrammatiklər 
məktəbi yarandı. Kufə qrammatiklər məktəbi Bəsrəyə 
nisbətən gcc yaranmıĢdı. Kufə qrammatiklər məktəbinin 
banisi Əbul Həsən Əli ibn Həmzə ibn Abdulla ibn 


Osman ibn Feyruz əl- Kisayi idi. O, milliyyətcə fars idi, 
əyninə geydiyi parçanın rənginə və materialına (kisədən) 
görə ona Kisayi ləqəbi verilmiĢdi. Kisayi əvvəllər Kufə 
məktəbinin görkəmli nümayəndələri olan Muaz ibn 
Miislim Əl-hərranın və sonra onun qardaĢı oğlu Əbu 
Cəfər ər-Ruasinin yanında oxumuĢ, sonra onlardan daha 
irəli gedə bilmiĢdir. O, ərəb dili qanunlarını, Quranı 
mükəmməl öyrəndikdən sonra Bağdada köçmüĢ və 
xəlifə harunun oğlanları Əmin və Məmunun müəllimi 
olmuĢdur. Sibəveyhi ilə də burada görüĢmüĢdür. Kisayi 
«Kitabi müxtəsərin nəhv», «Kitabül-qiraət», «Kitabül 
ədəd», «Kitabun- Novadirilkəbir vos-səcir», «Risalətü 
ma təlhənu fihil-avami», «Kitabu məanil-Quran» adlı 
monumental əsərlərin müəllifidir. Bu əsərlərin çoxu 
itib-batmıĢ, zəmanəmizə qədər yalnız bir əsər, «Risalətü 
ma təlhənu fihil-avami» (avam camaatın buraxdığı 
səhvlər barədə kitab) gəlib çatmıĢdır. Kisayi Bəsrə 
dilçilərindən fərqli olaraq, qrammatik qayda-qanunları 
fəlsəfi mahiyyətlə birgə götürmüĢdür. 
Bağdad dilçilik məktəbi. Bəsrə vo Kufə məktəbləri 
birləĢərək Bağdad dilçilik məktəbini yaratmıĢlar. 
Beləliklə, 
1
V. M. Mə m m ə də I i y ev. Ərəb dilçiliyi. B 
1985. Səhv. 30. 84 87
Bəsrə və Kufə məktəbləri öz fəaliyyətini faktik 
olaraq dayandırır. Yəni Bəsrə məktəbi Əbul-Əsvad 
əd-Dıioli ilo baĢlayıb Əbu Əli əl-Farisi ilə, Kufə məktəbi 
isə Əbu Cəfər ər- Ruasi ilə baĢlayaraq Əbu Əmr 
əz-Zahidlə qurtardı. Bağdad qrammatikləri bəsrəlilərdən 
daha çox kufəlilərin qrammatik konsepsiyasına 
əsaslanırdılar. Bundan əlavə, Bağdad qrammatikləri 
öz
nəzəri konsepsiyalarını təcrübəyə yönəldirdilər. Bağdad 


dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən biri 
Əbu Məhəmməd Abdulla ibn Quteybə əl-kufi 
əd-Dinəvən (828 – 889) idi. Kufədə doğulmuĢdur. 
Valideynləri 
Xorasandandır. 
;«Uyunul 
Əxbar», 
«Ədəbul-Kitab», «ƏĢ-Ģeru VaĢĢuara». «Əl maarif», 
«Qaribul-hədis» və «Ġrabul-Quran» kimi əsərlərin 
müəllifidir. Quteybə bəsrəlilərlə kufəlilərin elmi 
müddəalarını müqayisə edir, bəzən bu, bəzən də digər 
tərəfə üstünlük verirdi. 
Bağdad dilçilik məktəbinin baĢqa bir nümayəndəsi 
də Ġranın Dinəvər Ģəhərində olan Ġbn Qüteybənin 
həmĢəhərlisi 
Əbu hənifə Əhməd Ġbn Davud 
əd-Dinəvəridir. Onun anadan olması ili elmə məlum 
deyil. 895-ci ildə vəfat etmiĢdir. Əbu hənifə Dinəvəri 
Bağdad dilçiləri içərisində ən çox ensiklopedik biliyə 
malik olması ilə seçilir. O, dövrünün həndəsə, coğrafiya, 
bitki aləmi, riyaziyyat, təbiətĢünaslıq, astronomiya 
sahəsində geniĢ biliyə malik olmuĢdur. Bundan əlavə, 
Quran ayələrinə təfsir yazan məĢhur islamĢünas kimi 
tarixə düĢmüĢdür. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə