Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə38/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   177
Adil Babayev

AZƏRBAYCAN DĠLÇĠLĠYĠNĠN SAHƏLƏRĠ 
Ümumi 
dilçilik 
respublikada 
«Türk-tatar 
lisaniyyətinə mədxəl» ilə baĢlanır. Bu fənn ali 


məktəblərdə tədris edildikdən sonra N. Məmmədov 
«Dilçiliyin əsasları» (1961), A. M. Qurbanov «Ümumi 
dilçilik» (1977, 1990), A. Axundov «Ümumi dilçilik» 
(1979, 1988) dərsliklərini nəĢr etdirmiĢlər. N. 
Məmmədovun «Azərbaycan dilçiliyinin nəzəri əsasları 
(1961) əsəri də müqayisəli aspektdə yazılmıĢdır. Bundan 
əlavə Z. Verdiyeva, F.Ağayeva və M. Adilovun «Dilçilik 
problemləri» (1982) adlı , əsərində də ümumi dilçiliyin 
problemləri Ģərh edilir. Prof. Ə. Rəcəbovun «Dilçiliyin 
tarixi» (1988) əsəri də bu sahədə uğurlu 
\
addımdır. 
Qrammatika. 
Azərbaycan 
dilinin 
elmi 
qrammatikasını yaratmaq dilçiliyimizin əsas vəzifəsi idi. 
Bu yolda ilk addımlar atılmıĢdı. Amma sabit bir dərslik 
və elmi qrammatika hələ yaradılmamıĢdı. M. 
Hüseynzadə «Müasir Azərbaycan dili» (morfologiya, 
1954, 1983. Bu, beĢcildlik dərsliyin 
III 
cildi idi), Ə. 
Abdullayev, Y. Seyidov, A. Həsənov «Müasir 
Azərbaycan dili» (sintaksis, 1985) kollektiv əsərlərini 
yaratdılar. H. Bayramovun «Tabesiz mürəkkəb cümlə», 
Ə. Z. Abdullayevin «Müasir Azərbaycan dilində tabeli 
mürəkkəb cümlə» (1974), Z.Budaqovanın «Müasir 
Azərbaycan 
dilində 
sadə 
cümlə 
problemləri» 
monoqrafiyaları isə bu yolda atılan addımlardan idi. 
Azərbaycan dilinin qrammatikasının bir hissəsini 
də söz birləĢmələri təĢkil edir. Bu sahədə Y. M. 
Seyidovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. 
Onun «Dil sistemində söz birləĢmələrinin yeri», 
«Azərbaycan ədəbi dilində söz birləĢmələri» (1966) 
monoqrafiyaları təqdirəlayiqdir. 
Milli 
dilimizin 
elmi 
qrammatikasının 
hazırlanmasında Azərbaycan EA Dilçilik Ġnstitutunun da 


xidməti az deyil. Belə ki. iki cildlik «Azərbaycan dilinin 
qrammatikası» (II cild 1959, 1 cild 1960), «Müasir 
Azorbaycan dili» (üç cildlik 1979, 1980, 1981) kimi 
əsərlərdə dilimizin elmi tədqiqi verilmiĢdir. Bundan 
əlavə, Azorbaycan dilinin bu və ya digər sahəsinə aid 
elmi monoqrafiyalar da yazılmıĢdır. Məs. Q. M 
Bağırovun «Azərbaycan dilində felin leksik-semantik 
inkiĢafı» (1966), H. Mirzoyevin «Azorbaycan dilində 
fel» (1986), A. Axundovun «Felin zamanları» (1961), 
M. Rəhimovun «Azərbayçan dilində fel Ģəkillərinin 
formalaĢması tarixi» (1965) və s. göstərmək olar. 
Fonetika sahəsində də səmərəli tədqiqat iĢləri 
aparılmıĢdır Bu sahədə Qulam Ələkbərlinin «Fonenı 
haqqında 
elmi 
mülahizələr»i, 
A. 
Axundovun 
«Azorbaycan dilinin fonemlər sistemi» (1973), 
«Azərbaycan dilinin tarixi fonetikası» (1973), «Azor-
baycan dilinin fonetikası» (1984); Ə. Dəınirçizadonin 
«Müasir Azorbaycan dili» (I hissə, fonetika, 1972); Z. 
Verdiyeva, F Ağayeva, F. Veysəlovun birlikdə 
yazdıqları iki hissədən ibarət «Eksperimental fonetika» 
(1985) və s. əsərlər dilimizin fonetik sisteminin 
araĢdırılmasında mühüm addım olmuĢdur. Bundan 
əlavə, fonetikaya yüzlərlə elmi məqalə həsr edilmiĢdir. 
Leksikologiya Azərbaycan dilçiliyində çox tədqiq 
edilmiĢ sahələrdəndir. Leksikologiya sahəsində S. 
Cəfərovun «Müasir Azərbaycan dili» (1970), H. Ə. 
Həsənovun «Müasir Azərbaycan dilinin leksikası» 
(1988), N. Xudiyevin «Azərbaycan ədəbi dilinin sovet 
dövrü» (1989), H. Bayramovun «Azərbaycan dili 
frazeologiyasının əsaslan» (1978), Z. Verdiyeva, F. 
Ağayeva və M. Adilovun «Azərbaycan dilinin 


semasiologıyası» (1979) və s. əsərləri göstərmək olar. 
Leksikoqrafiya leksikologiyanın davamı kimi həm 
dilçiliyimizin, həm də milli mədəniyyətimizin əsas 
göstəricilərindən biridir. Lüğətçilik iĢi əsasən Azərb. EA 
leksikoqrafiya Ģöbəsində cəmləĢdirilmiĢdir. Bu iĢə uzun 
müddət Ə. Orucov rəhbərlik etmiĢdir. 1949-cu ildə 
«Farsca-azərbaycanca 
lüğət», 
Sonra 
Xudadat 
Əzizbəyovun bir cildlik «Azərbaycanca- rusca lüğət» 
(1965 – 1985); Ə. Orucovun rəhbərliyi ilə üç cildlik 
«Rusca-azərbaycanca lüğət» (1982 – 83); M. T. 
Tağıyevin rohbərliyi ilə «Azorbaycanca-rusca lüğət» 
(dörd cildliyin iki cildi 1986 – 88-ci ildə nəĢr edilmiĢdir) 
kitabları nəĢr edildi. Dördcildlik «Azərbaycan dilinin 
izahlı lüğəti» (I – 1966, II – 1980, III – 1983, IV – 1987) 
elm və mədəniyyətin inkiĢafında bir hadisə oldu. 
Leksikoqrafıyanın ən yüksək inkiĢaf nöqtəsi, heç 
Ģübhəsiz ki, ensiklopedik lüğətlərdir. Oncildlik 
«Azərbaycan Sovet Ensiklopediyasının hazırlanması 
bütün elm və mədəniyyət sahələrinin yüksək 
inkiĢafından xəbər verir. Lüğətin çox qısa müddətdə 
(1976 – 1987) nəĢr edilməsi milli mədəniyyətimizə bir 
töhfə oldu. Bundan əlavə, saysız-hesabsız terminoloji və 
orfoqrafiya lüğətləri də nəĢr edilmiĢdir. 
Dil tarixi bir fənn kimi ali məktəblərdə keçilməyə 
baĢladıqdan sonra dilçiliyin də müstəqil sahəsinə 
çevrilmiĢ və bu sahədə səmərəli araĢdırmalar 
aparılmıĢdır. 
Bu 
sahədə 
ilk 
tədqiqat 
iĢini 
Ə.M.Dəmirçizadə aparmıĢdır. Alim 1935-ci ildən 
baĢlayaraq ardıcıl Ģəkildə dilimizin tarixini öyrənmiĢ və 
bu sahədə ən böyük uğurlar əldə etmiĢdir. Azərbaycan 
dilinin tarixi qrammatikasının öyrənilməsi sahəsindən 


danıĢanda isə N.M.Xudiyevin və M.Cahangirovun 
adlarını da çəkmək lazımdır. H.Ġ.Mirzəzadənin 
«Azərbaycan dilinin tarixi morfologiyası» (1961), 
«Azərbaycan dilinin tarixi sintaksisi» (1968, 1990) 
kitabları bu sahənin təməlini qoymuĢdur. Dil tarixi 
sahəsində T. Ġ. Hacıyevin də xidmətlərini qeyd etmək 
lazımdır. Onun K. Vəliyevlə birlikdə yazdığı 
«Azərbaycan dili tarixi» dəyərli vəsaitdir. Eyni adlı 
əsərin ikinci hissəsini T. Ġ. Hacıyev özü tək yazmıĢdır 
(1987). Bu hissə əvvəlkindən öz elmi dəyəri ilə xeyli 
irəli getmiĢdir. 
Dialektologiya baĢqa dillərdə olduğu kimi, 
Azərbaycan dilində də canlı dialekt və Ģivələri öyrənir. 
Bu iĢ iyirminci illərdə B. Çobanzadə və N. AĢmarin 
tərəfindən baĢlanmıĢ, sonra M. ġ. ġirəliyevin 
«Azərbaycan dialektologiyasının əsaslan» (1962 – 1968) 
əsəri dialektlərimizin öyrənilməsində mühüm addım 
olmuĢdur. Burada o, dialekt və Ģivələrimizin fonetik, 
leksik, morfoloji və sintaktik xüsusiyyətləri haqqında 
geniĢ məlumat verir. M. Ġslamovun «Azərbaycan dilinin 
Nuxa dialekti» (1968), R. Rüstəmovun «Quba dialekti» 
(1961), prof. A. H. Vəliyevin AbĢeron dialekt və Ģivələri 
üzərində apardığı elmi- tədqiqat iĢləri diqqətəlayiqdir. 
Dialektlərimizin hamısı monoqrafik surətdə tədqiq 
edilmiĢdir. Onlar haqqında ya monoqrafiyalar, ya da 
dissertasiyalar yazılmıĢdır. 
Türkologiya sahəsində də mühüm irəliloyiĢ vardır. 
Azərbaycan dilçiliyi üzərində aparılan bütün tədqiqlər 
elə türkologiyaya daxildir. Bundan əlavə, ümumi 
türkologiyanın nəzəri problemləri də alimlərimizin 
diqqət mərkəzindədir. Bu sahədə Bakı Dövlət 


Universitetinin professoru F. R. Zeynalovun xidmətləri 
daha böyükdür. O, universitetdə türkologiya kafedrasını 
yaradaraq bütün ümumi türkoloji tədqiqatları orada 
cəmləĢdirmiĢ, özü həmin kafedranın və elmi iĢlərin 
rəhbəri olmuĢdur. Onun «Türkologiyanın əsasları» 
(1981), «Türk dillərində nitq hissələrinin ənənəvi 
bölgüsü» 
(1957), 
«Принципы 
классификации 
именных частей речи» (1959), «Türk dillərinin 
müqayisəli qrammatikası» (1975) əsərləri ümumi 
türkologiya sahəsində dilçiliyimizin nailiyyəti hesab 
edilə bilər. Ġndi həmin kafedrada ümumi türkologiya 
sahəsində geniĢ elmi tədqiqaı iĢləri aparılır, qədim yazılı 
abidələr aĢkar edilir. S. Əlizadə dilimizin qədim abidəsi 
olan «Oğuznamə»ni iĢləyib nəĢr etdirmiĢ, Ə.Rəcəbov 
«Orxon-Yenisey» abidələri üzərində səmərəli iĢ 
aparmıĢdır. Onun bu sahəyə aid 7 monoqrafiyası vo bir 
lüğəti çap olunmuĢdur. 
Terminologiya elə bir sahədir ki, həm elmi, həm də 
dövlət əhəmiyyəti kəsb edir. Bütün elm sahələri üçün 
terminlər yaradılması məsələsi ümumdövlət səviyyəli bir 
iĢdir. Ona görə də Azərbaycanda terminologiya məsələsi 
daha ciddi Ģəkildə meydana çıxmıĢdı. Azərbaycan 
dilçiliyinin yuxarıda qısaca bəhs etdiyimiz sahələri 
haqqında kifayət qədər ədəbiyyat vardır. Terminologiya 
məsələsinin daha ciddiliyini və bu sahədo ədəbiyyatın 
azlığını nəzərə alaraq bu haqda geniĢ danıĢmaq lazımdır. 
Məlumdur ki, Azərbaycanda terminologiya məsələsi 
iyirminci illərdən baĢlayaraq həm dövlətin, həm də elmi 
ictimaiyyətin diqqətini cəlb etmiĢdir. 20-ci illərdə hələ 
Azərbaycan elmi terminologiya sistemi yaradılmamıĢdı. 
Elmi terminologiyanı necə yaratmaq, hansı bazaya 


əsaslanmaq çox böyük prinsipial əhəmiyyət kəsb edirdi. 
Hələ iyirminci illərin əvvəlində Azərbaycan Xalq Maarif 
Komissarlığı nəzdindo (sonralar tədqiq-tətəbbö və 
Elmlər Akademiyası yanında) terminologiya komitəsi 
yaradılır. 1924-cü ildən bu komitəyə B. Çobanzadə 
rəhbərlik edir. Bu komitənin qoyduğu bünövrə daĢı 
üstündə sonralar tam bir terminoloji sistem yarandığı 
nəzərə alınaraq bu haqda geniĢ bohs olunması vacibdir. 

vaxtlar bütün leksik sistemimiz kimi, 
terminlərimizi do rus dilindən almağı və beləliklə, rus 
dili hesabına dilimizi zənginləĢdirməyi zəruri hesab 
edirdilər. B. Çobanzadə bu yanlıĢ fikrə qarĢı düzgün 
mövqe tutdu. O, termin yaratmaqda yeni bir mərhələ 
olan o dövrü xarakterizə edir və istilah yaratma yollarını 
müəyyənləĢdirirdi. O, yazırdı: «Sxolastik ərəb – fars dili 
əvəzinə müstəqil ədəbi dil yaranmaqdadır. Lakin hələ 
tamamilə yeni, müstəqil Azorbayçan elmi-ədəbi dilinə 
keçilməmiĢdir. Bunun üçün: 
1)
ərəb-fars dillərindən alınmıĢ terminlərlə 
qarĢılıqlı əlaqəni kəsməli; 
2)
ərəb və fars dillərindən alınmıĢ olan 
termin və ifadələrin yalnız elələrini saxlamalı ki, onlar 
ümumxalq leksikonuna daxil olmuĢ, vətəndaĢlıq hüququ 
almıĢ olsun; 
3)
ana dilindən süni surətdə termin 
yaratmaqdan saqınmaq, çünki belə terminlər çox vaxt 
müvəffəqiyyətsiz olur vo elmi- mədəni dildə qarıĢıqlıq 
yaradır; 
4)
beynəlxalq və Avropa terminlərinə qarĢı 
istiqamət götürmək, xüsusilə texniki, ictimai-iqtisadi və 
tibb elmində; 


5)
belə beynəlxalq sözləri kök kimi qəbul 
etmək, qrammatik formalara gəlincə bunlar dilimizin 
qanunlarına uyğunlaĢdırılmalıdır; 
6)
xüsusilə botanika, zoologiya və yerli 
xarakter daĢıyan baĢqa sahələr üçün termin yaratmaqdan 
ötrü xalq leksikonunu öyrənmək».
1
Azərbaycan 
elmi-ədəbi 
dilinin 
yaranması, 
sabitləĢməsi xeyli dərəcədə terminlərdən asılıdır. 
Termin yaratmaq iĢində yenicə təĢkil edilmiĢ Elmi 
Ġstilah Komitəsi müəyyən iĢ görməli idi. Bu komitə 
əvvəllər purizme yuvarlanaraq guya terminləri 
milliləĢdirmək yolu tutmuĢdu. Məs., hər elmin adını 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə