Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə37/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   177
Adil Babayev

ÜMUMĠ TÜRKOLOGĠYADA AZƏRBAYCAN 
DĠLÇĠLĠYĠNĠN YERĠ 
Azərbaycan dilçiliyinin çox qədim tarixi vardır. 
Son vaxtlara qədər biz dilçiliyimizin tarixini XIX əsrdən, 
bəzən isə 20-ci illərdən baĢlayırdıq. Bunun səbəbləri 
vardır. Birinci, Azərbaycan alimləri orta əsrlərdə nəinki 
dilçiliyə, habelə baĢqa elm sahələrinə aid əsərlərini 


ərəbcə yazırdılar. Buna görə də onları tapmaq, oxuyub 
tərcümə etmək çətinlik törədirdi. Ġkinci isə, bu məsələyə 
kifayət qədər diqqət və əhəmiyyət verilmirdi. 
Son vaxtlar ġərq xalqlarının ədəbiyyatı, elmi və 
mədəniyyəti sahəsində yazılmıĢ bir sıra əsərlər ya 
ruscaya tərcümə edilmiĢ, ya da milli dillərdə yenidən 
nəĢr edilmiĢdir. Azərbaycan xalqının tarixi, ədəbiyyatı 
və dilçiliyi sahəsindəki bir sıra monoqrafik əsərləri 
yenidən iĢlənib nəĢr edilmiĢdir. 
Məlumdur ki, ərəb elmini yaradan və inkiĢaf 
etdirənlərin əksəriyyəti ərəb olmamıĢdır. Zamanın tələbi 
ilə orta əsr alimləri əsərlərini ərəbcə yazdıqlarından 
onların çoxu ya itib batmıĢ, ya da istnfadəsiz qalmıĢdır, 
Orta əsr Azərbaycan dilçilərini və onların əsərlərini 
aĢkara çıxarmaqda Nailə Ağayevanın zəhməti xüsusi 
diqqətə layiqdir. O, yazır: «Bizə məlum olan yazılı 
abidələrdən bilmək olar ki, XI əsrdən baĢlayaraq 
Azerbaycanda qrammatika və leksikoqrafıya üzrə bütöv 
bir məktəb yaranmıĢdın?
1

N. Ağayeva Azərbaycan alimlərinin dilçiliklə X 
əsrdən məĢğul olduqlarını da qeyd edir. Lakin onların 
əsərləri zamanımıza qədər gəlib çatmamıĢdır. Bu 
alimlərdən bırı Mühəmməd ibn Zeyd Bin Yadahtovayx 
əl Haysan ol Bərdəridir. Təxəllüsündən göründüyü kimi 
o, Bərdədə anadan olmuĢ, sonra Misirə köçüb orada elmi 
və pedaqoji iĢlə məĢğul olmuĢdur. Ət- Təbərinin 
yazdığına görə, y. e. 912-ci ilin aprelində Ramadan 
Ģəhərində onun mühazirəsini dinləmiĢdir. Alim 
1
A r a e в а H. А. Азербайджанские языковеды средневековья. Б. 
1990. с. 20. 


ədəbiyyat, fəlsəfə, dilçilik və s. sahələrdə fəaliyyət 
göstərmiĢdir. Əgər əsəri tapılarsa, bu Azərbaycan 
aliminin adı dilçilik tariximizi, habelə türkologiya 
tarixini Mahmud KaĢqaridən 150 il daha qədimə apara 
bilər. 
Orta əsr Azərbayçan dilçiləri haqqında qısaca 
olaraq aĢağıdakıları demək olar: 
Əbu Zəkəriyyə Yəhya ibn Əli ibn Məhəmməd 
ƏĢ-ġeybani Əl Xətaib ət-Təbrizi – 1030-cu ildə Təbrizdə 
anadan olmuĢdur. Sonralar Ərəbistana Suriyaya 
köçməyə məcbur olmuĢdur. Burada o, dilçilik, poeziya, 
ədəbiyyatĢünaslıq, fəlsəfə və baĢqa elmləri mükəmməl 
öyrənmiĢ və özü do Ģerlər yazmıĢdır. 
Əl-Ənbari və Yaqut Həməvi Xətib Təbrizinin 
böyük istedadım yüksək qiymətləndirmiĢ, onu sintaksis 
və leksiko-qrafiyanın imamı adlandırmıĢlar. 
Xətib Təbrizi ərəb dilinin bütün sahələri üzrə elmi 
fikir 
söyləmiĢ, 
əsərləri 
(«Əl-lamə 
fin-nəhv» 
(qrammatikaya dair qısa icmal), «Əl muqaddamat 
fi-n-nəhv» (qrammatikaya giriĢ), «Təhzib islah əl 
məntiq» (Ġslah ol-məntiqin təshihi) və s. ilə ərəb 
dilçiliyinin inkiĢafına güclü təkan vermiĢdir. 
Əl Hüveyyi Nasir
(1073 – 1113), 
Əl Mərəndi Əbu 
Mühəmməd Əbdullah bin Nasir bin Ədbil-Əziz bin 
Əbdüllah bin İsmayıl İbn Mühəmməd bin Əhməd
(1089 – 
1146), 
Ət- Tiflisi Abu el Fəzl Hubeyş ibn İbrahim 
Səlmasi Məsud İbn İsmail
(1231 -ci ildə anadan olub), 
Mahmud İbn Mühəmməd İbn Hamid Əbu əs-Sana 
Səfiəddin Ət-Urmovi Əl-Karafi
(1249 – 1323) və onlarla 
baĢqaları fəlsəfə, ədəbiyyat musiqi sahəsində yazsalar 
da, daha çox dilçilik sahəsində fəaliyyət göstərmiĢlər.
 


XIX əsrdə ġərq dilləri kimi Azərbaycan dili də 
həm Rusiyada, həm də Azərbaycanda tədris edilməyə 
baĢladı. Bu iĢə təkcə azərbaycanlılar deyil, qeyri 
millətlər də cəlb edilirdi. Azərbaycan dilinin 
elmi-qrammatik 
əsasda 
tədrisi 
dilimizin 
qrammatikasının yaranması üçün əsas elmi baza 
yaradırdı. Bu haqda geniĢ məlumat verməyi zəruri hesab 
edirik. 
Azərbaycan dilinin öyrənilməsi və tədrisi 
məsələlərindən danıĢarkən mütləq bir neçə cəhəti nəzərə 
almaq lazımdır. Əvvələn, bütün ġərqdə olduğu kimi, 
Azərbaycanda da tək-tük təhsil evlərində (xanəgahlarda) 
ərəb dili öyrədilirdi. Doğrudur, mollaxanalarda oxuyan 
azərbaycanlılar ərəbcə bilmədiklərindən izahları molla 
ana dilində aparırdı. Amma bu, heç də dilimizin 
qanunlarının öyrənilməsi demək deyildi. 
Bundan əlavə, xalqımızın və dilimizin adı belə çar 
Rusiyası dövründə müxtəlif cür (Zaqafqaziya tatarları, 
Qafqaz tatarları və s. Ģəkildə) iĢlədildiyindən dilimizin 
tədrisi tarixini öyrənməkdə çətinlik çəkirik. 
Azərbaycan dilinin Rusnyada öyrənilməsi zəruri 
idi. Çünki çar Rusiyasının hökmranlığını bərqərar etmək 
üçün yerli dilləri məmurlar və zabitlər bilməli idilər. 
Azərbaycan dili isə çox sadə qrammatik quruluĢa malik 
olan elə bir dil idi ki, onunla bütün Zaqafqaziyanı 
dolaĢmaq olardı. Bunu M. Lermontov və Bestu- 
jev-Marlinski də qeyd etmiĢdi. 
Dilimiz Rusiyada keçən əsrin I rübündən tədris 
edilməyo baĢlamıĢdır. 
1850-ci ildən Azərbaycan dili Moskvada ġərq 
dilləri Ġnstitutunda tədris edilməyə baĢlanmıĢ, sonra bu 


iĢi, həmin kafedra üzrə kiçik asiyalı yunan həkim Stavr 
Yelevteriyeviç Sakov davam etdirmiĢdir. O, Tolstoyun 
əsərlərindən kiçik mətnlər və eyni zamanda cağatay 
dilini də tərcümə edirdi. 1884-cü ildə nədənsə Sakov 
Azərbaycan dilinin saatını azaldıb cığatay dilinə verməyi 
təklif etdi. Onun bu təklifi qəbul olunur. Amma Qafqaz 
ölkəsi üçün zəruri dil kimi bir neçə saat Azərbaycan 
dilinin tədrisinə ayrılır. 
1901 -ci ildən isə həmin institutda 3 türk dili – 
Azərbaycan, türk və özbək dili tədris edilməyə baĢlayır 
ki, bu iĢi Azərbaycan alimi Mirzə Abdulla Qaffarov 
davam etdirmiĢdir. 
Yeri gəlmiĢkən onu demək lazımdır ki, o vaxt 
stabil dərslik olmadığından fənni tədris edən müəllimlər 
özləri vəsaitlər tərtib edirdilər. Bunlardan bəzilərinin 
adlarını çəkmək yerinə düĢərdi: 
Ġncizadə Zeynalabdin. Anadan olduğu il və öldüyü 
il bəlli deyil. Azərbaycan, rus və fransız dilini öyrənmək 
üçün dərslik tərtib edib. Dərslik sual-cavab xarakteri 
daĢıyıb. Müvazi olaraq mətnlərlə təchiz edilib. Kitab 
belə adlanır, «Ruscadan türkcə və fransızcaya sərf». 
Məmmədov Mirzə Cabbar anadan olduğu və 
öldüyü 
il 
məlum 
deyil. 
Ġrəvan 
müəllimlər 
seminariyasında Azərbaycan dilini tədris edib. O dövr 
üçün çox əhəmiyyətli olan təkbaĢına öyrənənlər üçün 
Azərbaycan dili dərsliyi yazmıĢdır. Dərslik akademik 
Krımski tərəfindən yüksək qiymətləndirilmiĢdir. Eləcə 
də rus dilini öyrənən azərbaycanlılar üçün faydalı dərslik 
yazmıĢdır. 
Mirzə Cəfər TopçubaĢov (1790 – 1869). Gəncədə 
anadan olmuĢ, uĢaq ikən atası onu Tiflisə aparıb 


mədrəsəyə qoyur. Qısa müddətdə Mirzə Cəfər ana 
dilindən əlavə, ərəb, fars, rus, gürcü dillərini öyrənir. 
Sonra Peterburqa köçür, müxtəlif yerlərdə fars və 
Azərbaycan dillərinnn tədrisi ilə məĢğul olur. 1843-çc 
ildən baĢlayaraq universitetdə əməkdar professor, sonra 
kafedra müdiri olmuĢ, 1849-cu ildə səhhətinə görə iĢdən 
çıxıb öz yerini M. Kazımbəyə vermiĢdir. 
Mirzə ġəfi Vazeh XIX əsrdə Azərbaycan 
ədəbiyyatının görkəmli nümayəndəsidir. Alimin anadan 
olması haqqında bir neçə məlumat var. Bunlardan 
1794-cü il daha inandırıcıdır. Gəncədə anadan olub 
orada da ilk təhsilini almıĢdır. 1840-cı ildə M. F. 
Axundov öz yerini müəllimi Mirzə ġəfiyə verməklə 
onun Tiflisdə ilahiyyat və Azərbaycan dili üzrə müəllim 
kimi iĢə götürülməsinə kömək edir. 1848-ci ildə 
Gəncəyə qayıdıb qəza məktəbində dərs deyir. Ġki il sonra 
Tiflisə qayıdıb elmi-pedaqoji fəaliyyətini davam etdirir, 
1852-ci ildə «Azərbaycan dili» dərsliyi – müntəxəbatı 
tərtib edir. Əsər 1855-ci ildə Təbrizdə nəĢr edilib. 
Buraya Azərbaycan-rus dilləri üzrə lüğət də daxil 
edilmiĢdir. 
Çernyayevski Aleksey Osipoviç (1840 – 1897). 
Azərbaycan mədəniyyəti tarixinə xeyirxah və zəhmətkeĢ 
bir rus ziyalısı kimi daxil olmuĢdur. O, ġamaxı Ģəhərində 
anadan olmuĢ, uzun müddət Azərbaycan dilini tədris 
etmiĢdir. Tiflisə getdikdən sonra Zaqafqaziya müəllimlər 
seminariyasında tatar – Azərbaycan dili müfəttiĢi, sonra 
isə, Qori müəllimlər seminariyasında Azərbaycan dili 
Ģöbəsinin müdiri iĢləmiĢdir. O.Çernyayevski dilimizin 
fonetik xüsusiyyətlərini nəzərə alan dərslik yazmıĢdır. 
1882- ci ildə əsər ilk dəfə, sonralar dəfələrlə yenidən 


iĢlənərək nəĢr edilmiĢdir. Çemyayevski habelə 
Azərbaycan dilinin tədrisi metodikasına aid də əsər 
yazmıĢdır. 
Mirzə Məhəmməd Əli Qasım oğlu Kazım bəy 
dövrünün ən böyük alim və mütəfəkkirlərindən biri 
olmuĢdur. Bəzi mənbələrdə Mirzə Ağasəlim bəy kimi də 
qeyd edilir. Çox güman ki, sonralar o, rus təbəəliyini 
qəbul etdikdən sonra götürdüyü Aleksandr adı da 
buradandır. Bəzən belə iddia edirlər ki, Mirzə Kazım bəy 
Dərbənddə anadan olmuĢdur. Bu fikir onun qardaĢı 
Əbdüssottar Qasımoğlu Kazım bəylə Mirzə Məhəmməd 
Kazım bəyi eyniləĢdirməkdən irəli gəlir. Əbdüssottar 
Kazım bəy 1820- ci ildə Dərbənddə anadan olmuĢ, o da 
qardaĢı kimi Azərbaycan, fars və rus dillərini mükəmməl 
bilmiĢdir. 1839-cu ildə 19 yaĢında ikən qardaĢının 
məsləhətilə Qazan Ģəhərinə gəlir. Prof. Kazım bəy 
fəlsəfə fakültəsi rəhbərlərinə yazırdı: «Bu yaxınlarda 
daimi yaĢamaq üçün buraya gəlmiĢ mənim doğma 
qardaĢım Əbdüssottar Kazım bəyi muzdsuz müəllim 
kimi türk (Azərbaycan – 
A. B.)
dili dərsi deməyə 
buraxmaq olmazmı? Onun biliyinə gəlincə onun fars və 
türk – Azərbaycan (sonuncu onun ana dilidir) dilləri üzrə 
biliyi birinci dərəcəli türk-tatar Ģöbəsində yüksək 
səviyyədə dərs deməsinə imkan verir». Həmin xahiĢə 
əsasən 18 – X – 1839-cu ildən o , türk-tatar Ģöbəsində 
müvəqqəti iĢə qəbul edilir. Bu vəzifədə o 1845-ci ilə 
qədər çalıĢmıĢdır. 1855-ci ildə Qazan universitetindən 
ġərq dilləri Ģöbəsinin Sankt-Peterburq universitetinə 
keçməsi ilə əlaqədar olaraq tədris hissəsinin və qardaĢı 
Mirzə Kazım bəyin təkidinə baxmayaraq o, iĢdən azad 
edilmiĢdir. Mirzə Məhəmməd Əli Kazım bəy isə ġərq 


fəlsəfəsini, islamĢünaslığı Avropa və rus elmini 
mükəmməl mənimsəmiĢ çox görkəmli bir alim 
olmuĢdur. O, rus xalq maarifinin, dilçiliyin inkiĢafında 
eləcə 
də 
türkologiyanın 
inkiĢafında, 
habelə 
türkologiyanın Rusiyada yayılması və inkiĢafında 
misilsiz xidmətləri olmuĢ görkəmli Ģəxsiyyətdir. 
Mirzə Məhəmməd Əli Qasım oğlu Kazım bəy 22 
iyul 1802-ci ildə Ġranda RəĢt Ģəhərində anadan olmuĢdur. 
Onun atası 
Hacı Məhəmməd Qasım Kazım bəy ġərqi səyahət 
edərkən RəĢt Ģəhərinin qubernatoru Mir Bağır xanın qızı 
ilə evlənmiĢdir (1801). 
Mirzə Kazım bəyin 5 yaĢı olanda atası Hacı 
Məhəmməd Qasımı Dərbənd Ģəhərinə ġeyxülislam dəvət 
etmiĢlər. O, bu vəzifədə 1820-ci ilədək iĢləmiĢdir. 
Mirzə Kazım bəy 9 yaĢı olanda – yəni 1811 -ci 
ildən anası ilə birlikdə Dərbəndə – atasının yanma 
köçmüĢ, burada o təhsilini mükəmməlləĢdimiĢdir. Hələ 
Ġranda ikən M. Kazım bəy Quranı oxumağa həvəs 
göstərirdi. Sonralar atası onun istedadını görüb özü kimi 
oğlunu da ġeyxülislam etmək fikrinə düĢdü. Buna görə 
də oğlu ilə özü bilavasitə məĢğul olmağa baĢladı. 
Atasından ilahiyyatı, ərəb, fars və Azərbaycan dilini 
mükəmməl öyrənən Mirzə Kazımbəy 17 yaĢında ikən 
«Ərəb dili qrammatikasının təcrübələri» adlı elmi əsərini 
yazdı. Atası oğlunun bu istedadını Nəcəf və Kərbola 
kimi Ģəhərlərdə oxutmaqla daha da inkiĢaf etdirmək 
istəyirdi. Lakin onun arzusu baĢ tutmur. Çar hakimiyyəti 
orqanları Hacı Məhəmməd Qasımı Ġran hökumətinə 
casusluq etməkdə ittiham edir və əsassız dəlillərlə onu 
məhkəməyə verərək 1820-ci ildən HəĢtərxan Ģəhərinə 


sürgün edir. 
M. Kazım bəy Rusiyadan Ġrana köçmək qərarına 
gəlir. Ona görə də heç olmazsa, bir dəfə atası ilə 
görüĢmək üçün 1821 -ci ildə HəĢtərxan Ģəhərinə gəlir. 
Bir il xristianlar içərisində yaĢayan Məhəmməd Qasım, 
oğlunu missionerlərlə tanıĢ edir, islam dininin 
üstünlüklərini sübut etməyi xahiĢ edir. Lakin gənc bunun 
əvəzində ərəb və fars dillərini bildiyini sübut edir. O, 
islam dinini mükəmməl bildiyi kimi, xristianlığın da 
mahiyyətini öyrənməyi qarĢısına məqsəd qoyur və bu 
məqsədlə yəhudi və ingilis dillərini öyrənir. 
M. Kazım bəy 1826-cı ildən Qazan universitetində 
ġərq dillori üzrə mühazirələr oxuyur. 1828-ci ildə 
türk-tatar dilləri kafedrası yarandığı gündən Kazım bəy 
onun müdiri olur. Bu vaxtdan baĢlayaraq onun Ģöhrəti 
bütün Rusiyaya yayılır. 
1829-cu ildən Londonda kral Asiya cəmiyyəti 
Kazım bəyi özünün həqiqi üzvü seçir. 1830-cu ildə 
Qazan universiteti onu ġərq dilləri üzrə adyunt seçir. 
Həmin il o, fars dilində «Ərəb dili tarixinə bir nəzər» adlı 
dissertasiya yazır. Bundan sonra o «Krım xanlığının 
tarixinə dair» (1832), «Krım xanlığının tatarlar 
tərəfindən alınması (1835) vəs. monumental əsərlərini 
yazır. 1839-cıı və 1846-cı illərdə «Türk dili ümumi 
sərfi» adlı əsəri ilə dilçiliyimizə böyük töhfə verir. Bu 
əsərdə o, Azərbaycan dilinin əsas cümlə-cəhətləri: 
fonetik sistemi və qrammatik quruluĢu haqqında 
müfəssəl məlumat verir. Əsər indi de türkologiyanın və 
Azərbaycan dilçiliyinin ən mötəbər mənbələrindən biri 
sayılır. 
1845-ci ildə Mirzə Cəfər TopçubaĢovun pensiyaya 


getməsi ilə əlaqədar olaraq Peterburq universitetinin 
ġərq dilləri kafedrasına dəvət edilir. 
V. Qriqoryev yazırdı ki, M. Kazım bəy ərəb-fars, 
rus, ingilis, fransız və Azərbaycan dillərini mükəmməl 
bilir, həmin dillərdə mühazirə oxuyur və elmi əsərlər 
yazırdı. 
M. Kazım bəy 1870-cı ildə Sankt-Peterburq 
yaxınlığında Pavlov Ģəhərində vəfat etmiĢ, orada da dəfn 
olunmuĢdur. 
Azərbaycanda da XIX əsrin II yarısından 
baĢlayaraq dilimiz bir fənn kimi tədris edilməyə 
baĢlamıĢdır. Bu iĢdə S. Ə. ġirvaninin, M. ġ. Vazehin, M. 
T. Sidqi, M.Ə.Sabir, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid 
Ünsüzadə, 
Süleyman 
bəy 
Vəlibəyov, 
C. 
Məmmədquluzadə, RəĢid bəy Əfəndiyev, Soltan Məcid 
Qənizadə, Həbib boy Mahmudbəyov, Məhəmmədağa 
ġahtaxtinski, 
N. 
Nərimanov, 
Mahmud 
bəy 
Mahmudbəyov, Abbas Səhhət Mehdizadə, Abdulla ġaiq, 
Firidun bəy Köçərli, Fərhad Ağazadə və onlarla baĢqa 
qabaqcıl ziyalılar dilimizin tədrisi ilə məĢğul olmuĢlar
1

20-ci illərdən sonra dilimiz ali və orta məktəblərdə geniĢ 
tədris edilməyə baĢladı. Bu vaxtdan baĢlayaraq 
Azərbaycan 
dilçiliyi 
inkiĢaf 
edərək 
ümumi 
türkologiyanın ön xəttinə çıxmıĢdır. Ġyirminci illərin 
əvvəllərində Azərbayçan dili və ədəbiyyatı məktəblərdə 
tədris edilməyə baĢladı. O vaxtlar öz milli kadrlarımız 
kifayət qədər olmadığından baĢqa Ģəhərlərdən dəvət 
edilmiĢ alimlər milli filologiya elmimizin inkiĢafına çox 
1
A. M. B a b a y c v. «B. V. Çobanzadənin universitet Ibaliyyəti»
A DU elini usurlari filoloji seriya 1970.
1
5 – 6. soh. 45. 


kömək edirdilər. Bunlardan Ġ.Ġ.MeĢĢaninovu, N. Y. 
Marrı, A. Sa- moyloviçi, N. Asimi, Köprülüzadəni və s. 
göstərmək olar. Hə min illərdə – 1924-cü ildə Bakıya 
dəvət edilmiĢ prof. B.V.Çobanzadənin adını xüsusi 
çəkmək lazımdır. B.V.Çobanzadə (1893 – 1937) milli 
filologiya elmimizin banilərindən biri kimi, dilçilik, 
ədəbiyyatĢünaslıq, onların tədrisi metodikası sahəsində 
çox qiymətli əsərlər yazmıĢdır. Alimin Azərbaycan 
elminin və mədəniyyətinin inkiĢafında və milli filoloq 
kadrlarımızın hazırlanmasındakı misilsiz xidmətlərini 
nəzərə alaraq onun haqqında bir qədər geniĢ məlumat 
vermək lazımdır. 
Bəkir Çobanzadə 1893-cü ildə mayın 15-də Krım 
quberniyasının Qarasubazar kəndində çoban ailəsində 
anadan olmuĢdur
1
. 1906-cı ildə RüĢdiyyə məktəbinə 
girib 1909-cu ildə həmin məktəbi əliyyül əla 
Ģəhadətnaməsi ilə bitirir. Elə həmin il təhsilini davam 
etdirmək üçün Türkiyəyə gedərək «Sultaniy- yo»yə 
daxil olur. Burada o, eyni zamanda universitetin üç illik 
orob və fransız dili üzrə ali kursunda oxuyur. 1915-ci 
ildə «Sultaniyyə»ni do əliyyül əla Ģəhadətnaməsi ilə 
bitirib vətənə qayıdır və həmin məktəbin zəmanəti ilə 
1916-çı ildə Macarıstana gedərək PeĢte universitetinin 
filologiya-fəlsəfə fakültəsinə daxil olur. Dörd il Dyul 
Nemetin mühazirələrinə qulaq asır. D Nemet ona Ģəxsən 
rəhbərlik edir və fərdi məĢğul olurdu. 1919- cu ildə 
həmin universiteti də əlaçı diplomu ilə bitirərək fəlsəfə 
doktoru adı alır. B. Kaymas həmin diplomda belə 
1
B. Kaymas. «Türk dili araĢdırmaları illiyi». Ankara 


yazıldığını göstərir: «Macarıstan darülfünununu türk 
filologiyası, ərəb və macar ədəbiyyatı tarixi üzrə icmal 
edən Bəkir Sidqi əfəndinin imtahanlar nəticəsində 
fəlsəfə doktoru ixrac etdiyinə dair»
2

Universiteti bitirdikdən sonra D. Nemetin təklifi 
və rəhbərliyi ilə «Kodeks – Kumanikusda zahiri ahəng 
uyğunsuzlu- ğu və türk dillərində məxrəc bazası 
problemləri» adlı doktorluq dissertasiyası müdafiə etmiĢ, 
filologiya elmləri doktoru alimlik dərəcəsi adı almıĢdır. 
1922-ci ildə Krım universitetinə dəvət edilir , iki ildən 
sonra həmin ali məktəbin rektoru olur. 1924-cü ildə 
S.A.Ağamalı oğlu onu Bakıya dəvət edir. Həmin ilin 
sentyabrında Bakıya gələn alim çox geniĢ elmi və ictimai 
iĢ aparır. O, Bakı Yeni Türk Əlifbası Komitəsinin elmi 
Ģurasının sədri, Azərbaycan Dövlət Universitetinin türk 
dili və ədəbiyyatı kafedrasının müdiri, ġərq fakültəsinin 
dekanı, Maarif Nazirliyi nəzdində terminologiya 
komitəsinin 
rəhbəri, 
Azərbaycan 
tədqiq-tətəbbö 
cəmiyyəti rəyasət heyətinin elmi katibi, həmin 
cəmiyyətin tarix vo dilçilik seksiyasının rəhbəri idi. O, 
milli filoloq kadrlarımızın hazırlanmasında çox böyük 
rol oynamıĢdır. Təsadüfi deyil ki, Azərbaycanın ən 
tanınmıĢ filoloqları onun tələbəsi və ya aspirantları 
olmuĢdur. Bunlar arasında M. M. DadaĢzadəni, M. A. 
ġirəliyevi, M. C. Cəfərovu, F. S» Qasmızadəni, Ə. M. 
Dəmirçizadəni, M. H. Hüseynzadəni, Q. K. Bağırovu, Ə. 
Cəfəri və baĢqalarını göstərmək olar. 1932-ci ildə o, 
Paris Beynəlxalq Linqvistlər cəmiyyətinin üzvü 
seçilmiĢdi. Bu qədər ciddi iĢlə məĢğul olmasına 
baxmayaraq, Azərbaycan dili və ədəbiyyatı və onların 
məktəblərdə tədrisi metodikasına aid ilk əsərləri yazır, 


bu sahədəki boĢluğu doldururdu. Cəmi 13 il 
respublikamızda 
yaĢamasına 
baxmayaraq, 
milli 
filologiya elmimizə 15 kitab və 150-dən artıq elmi 
məqalə həsr etmiĢ, Füzuli, Nəvai və «Dədə Qorqud» 
dastanlarının dili» adlı nəĢr edilməmiĢ monoqrafiyaları 
olmuĢdur. 
Türkologiyada özünə Ģərəfli yer tutan ilk ümumi 
dilçilik əsəri olan, 1924-cü ildə Bakıda nəĢr edilmiĢ 
«Türk-tatar lisaniyyətinə mədxəl» adlı əsəri ilə o, 
respublikamızda ümumi dilçiliyin əsasını qoymuĢdur. 
Alimin əsas əsərləri təxminən aĢağıdakılardır (təxminən 
ona görə deyirik ki, onu həbs edəndə bütün əlyazmarını 
məhv 
etmiĢlər): 
«Türk 
dilinin 
metodikası» 
(Məmmədzadə ilə birlikdə) (1932), «Türk dili» (evdə 
pedtexnikum), (Bakı 1928), «Türk dili və ədəbiyyatının 
tədrisi üsulu» (I qism 1926, II qism 1927. Əsər M. F. 
Axundov adma Respublika kitabxanasının xüsusi 
fondunda 494.362 (077) (1- 63) N-li Ģifrlə saxlanılır), 
«Türk-tatar dialektolojisi (1927), «Elmi qramerin 
əsasları» (Q. Bağırzadə ilə birlikdə) (Bakı, 1932), «Türk 
dili» (1928), «Türk dili sərflərinin ümumi qüsurları» 
(1925), «Türk qrameri» (F. Ağazadə ilə birlikdə. Əsər 
Moskva Dövlət kitabxanasında Azərb. 3 – 5575 a N-li 
Ģifrlə saxlanılır, inventar – N- 244 – 72). 
Bunlar alimin dərslik və monoqrafiyalarının tam 
siyahısı deyil. B. Çobanzadənin əsasını qoyduğu 
Azərbaycan elmi dilçiliyi sonradan bütün sahələr üzrə 
sürətlə inkiĢaf etmiĢdir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə