Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə45/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   177
Adil Babayev

DĠLĠN FUNKSĠYALARI 
Dilin funksiyası dedikdə onun yerinə yetirdiyi 
vəzifələrin məcmusu nəzərdə tutulu. ĠĢlənmə dairəsindən 
və genealoji mənsubiyyətindən asılı olmayaraq dillər 
müəyyən funksiyaları yerinə yetirməlidir. Belə ki, bəzi 
funksiyalar vardır ki, onları yerinə yetirməzsə, dil adlana 
bilməz. Dilin baĢlıca funksiyaları ilə yanaĢı, onun 
struktur elementlərinin yerinə yetirdiyi funksiyalar 
vardır ki, onlar da bütövlükdə dil funksiyasına aid 
edilir. Məs., inteqral və diferensial funksiyalar 
əslində fonemlərə aiddir. Fonemin isə öz funksiyasını 
məhz dil sistemində reallaĢdırdığım nəzərə alaraq bu 
funksiyaları da dilə aid edirlər. Çünki fonemlərdə olduğu 
kimi, dildə də inkiĢaf prosesində inteqrasiya və 
diferensiasiya 
prosesləri 
gedir. 
Dilin 
osas 
funksiyalarından bir neçəsinə diqqət yetirək: 
I) 
kommunikativ, 2) ekspressiv, 3) nominativ, 4) 


idrakı 
5) 
emotiv 
6)inteqrallaĢdırma, 
7)diferensiallaĢdırma. 
Kommunikativ funksiya. Bu funksiyanın adı latın 
mənĢəli – communicatia məlumat vermə mənasındadır. 
Bu funksiya dilin insanlar arasında ünsiyyət vasitəsi 
olmasını Ģərtləndirir Ġnsanlar dildən baĢqa, əl hərəkətləri, 
üzün mimikası, Ģərti iĢarələr, siqnallar, musiqi, rəsm 
əsəri və s. vasitələrlə də ünsiyyət saxlaya bilər, müəyyən 
fikir ifadə edə bilərlər. Amma bunların heç biri insanlar 
arasında dil qədər dərin, dəqiq, sabit ünsiyyət yarada 
bilməz. Buna görə də «Dil insanlar arasında ən mühüm 
ünsiyyət vasitəsidir» fikri tamamilə doğrudur. 
Dil danıĢanla dinləyən arasında ikitərəfli 
münasibət yaratmalıdır. Yəni danıĢanla dinləyən 
arasında anlaĢma olmalıdır, belə ki, danıĢanı dinləyən 
baĢa düĢməli, danıĢan öz düĢündüyü ətrafında dinləyəni 
daĢındırmalıdır.(Kommunikasiya o vaxt baĢ verir ki, 
danıĢanla dinləyən arasında tam mənalı düĢünmə və 
daĢınma prosesi getsin. Əks təqdirdə iki adam bir- birini 
baĢa düĢməz. 
Bu, dilin kommunikativ funksiyasını yerinə yetirə 
bilməməsi deməkdir. 
Dilin ünsiyyət vasitəsi ola bilməməsi bir neçə 
halda mümkündür: a) danıĢan dinləyənin bilmədiyi dildə 
fikrini ifadə etdikdə, b) bir dilin leksik materialını baĢqa 
dilin qrammatik qəlibində təqdim etdikdə və s. 
Birinci halda dinləyən eĢitdiyi sözləri öz təfəkkür 
süzgəcindən (analizatorlarından) keçirə bilmədiyi üçün, 
həmin eĢidilən material yalnız birinci siqnal sistemi 
səviyyəsində qalacaq. Hətta eĢitdiyinə düzgün reaksiya 
da verə bilməyəcək. Nəticədə ikinci siqnal (siqnallar 


siqnalı) dil yaranmayacaq. 
Ġkinci halda kommunikasiyanın yaranmamasının 
səbəbi dillərin müxtəlif qrammatik quruluĢa malik 
olmasıdır. Məsələn, Azərbaycan dili materialını rus 
dilinin qrammatik qəlibində vo əksinə təqdim etdikdə 
fikir anlaĢılmır. Rus dilindəki «Qde mı naxodımsa?» 
cümləsini Azərbaycan dilinə hərfi tərcümə etsək «Biz 
harada yerləĢirik?» kimi tərcümə etsək, fikir alınmaz, 
hətta belə suala cavab da verməzlər. 
Ekspressiv funksiya. Ekspress indi artıq hamının 
baĢa düĢdüyü tez çatdırma mənasındadır. Dilçilik 
termini olaraq ifadəlilik, fikri ifadə etmə, çatdırma 
mənasında iĢlənir. Dilin bu funksiyası onun fikir ifadəsi 
vasitəsi olmasını Ģərtləndirir. 
Görkəmli gürcü alimi A. S. Çikobava dilin bu iki 
funksiyasını müqayisə edərək üstünlüyü kommunikativ 
funksiyaya verir. O, yazır: «Dil üçün daha vacib olan 
nədir – ünsiyyət vasitəsi, ya fikir ifadəsi vasitəsi olmaq? 
Ġlk baxıĢda elə görünə bilər ki, axırıncı (fikir ifadəsi 
vasitəsi olmaq - A.B) çünki dediyini əvvəlcədən 
düĢünməsən onu sözlərlə ifadə etmək olmaz. Bununla 
belə, dilin əsas vəzifəsi – ünsiyyət vasitəsi olmasından 
ibarətdir (kommunikativ funksiya)»
1

Bunu A. Çikobava aĢağıdakı fikirlə sübut edir ki, 
dil insan cəmiyyətində fikir ifadəsi vasitəsi kimi deyil, 
ünsiyyət vasitəsi kimi, yaranmıĢdır. 
A. Çikobavanın fikri ilə qeydsiz-Ģərtsiz razılaĢmaq 
olmaz. Çünki ibtidai insan fikrini ifadə etmək üçün 
baĢqasına müraciət etmiĢdir. 
Ġkinci tərəfdən, danıĢan fikir ifadə etməzsə, 
dinləyən nə baĢa düĢəcək? Belə olduqda onlar arasında 


ünsiyyət olacaqmı? Halbuki, fikir ifadə etmədən, Yəni 
obyektiv gerçəklikdoki əĢya və hadisələr haqqında heç 
bir məlumat vermədən danıĢmaq olar. Məs., ġerbanm 
məĢhur «nıoyıca» Ky3ztpa uıreKO öyruıa- Hyna 6oxpa 
u KyapauHT öoKpeHKa» cümləsini götürək. Burada rus 
dilinin bütün qrammatik qanunlarına əməl edilmiĢdir. 
Amma sözlərin mənası olmadığı üçün fikir ifadə 
edilməmiĢdir. 
Azərbaycan dilində do buna yüzlərlə misal 
göstərmək olar. Məs., 
Buzovna dağ ciyərinin ayağı 
altındakı dairəvi kvadratdan
doyunca doğrayıb raket 
plovu oldu.
Bu cümlədə qrammatik cəhətdən hor Ģey öz 
yerindədir. Amma cümlə bütövlükdə fikir if'adə 
etmədiyi üçün, ünsiyyət də yarada bilmir. Bu səbəbdən 
də demək lazım gəlir ki, bu funksiyalar bir-biri ilə 
qarĢılıqlı olaqədədir. Bunun əksini düĢünmək dillə 
təfəkkürü təcrid etmək, birinciyə üstünlük vermək kimi 
yanlıĢ nəticəyə gətirər. 
Nominativ funksiya. Adından da göründüyü kimi, 
bir dilin adlandırma funksiyasıdır. Yəni danıĢan nəyi isə 
adlandırmalı, nədənsə bəhs etməlidir Bu da təfəkkürün 
elementləri olan anlayıĢlarla bağlıdır. Fikir anlayıĢlar 
zəncirindən ibarot olduğu kimi, cümlə də sözlər 
zəncirindən ibarətdir. Əgər danıĢan heç nəyi 
adlandırmasa, heç nədən bəhs etməsə, heç bır fikir ifadə 
etməz, bunsuz isə onu baĢa düĢməzlər – kommunikasiya 
yaranmaz. Bunu çox asanlıqla sübut etmək olar 
Avtosemantik (müstəqil mənalı) sözlər iĢlədilməyən söz 
yığımını cümlə hesab etmək olmaz, Məsələn, 
Ah, 
görəsən, necə, bəli. kaş, heç, amma, qədər, ki, sonra.
Bu söz yığımı da heç bir məna ifadə etməyib. 


Çünki buradakı dil vahidlərinin müstəqil-nominativ 
mənası yoxdur. Bu söz yığımı nə fikir ifadə edir, nə də 
ünsiyyət üçün yarayır. Bu, bir daha subut edir ki, dilin 
funksiyaları bir-biri ilə sıx surətdə əlaqədar olub, biri 
digərini Ģərtləndirir. 
Ġdraki funksiya. Dilin idraki funksiyası dil 
vasitəsilə obyektiv gerçəklikdəki əĢya və hadisələri
ictimai həyatdakı mücərrəd kateqoriyaları dərk etməyə 
xidmət edir Ġnsan bütövlükdə dünyanı dil vasitəsilə dərk 
edir. Ġlk əvvəl konkret və gündəlik həyatda lazım olan 
əĢyalar haqqında adamda anlayıĢlar yaranır. Məsələn, 
çörək, daĢ, su, xörək və s. haqqında üç-dörd yaĢlı uĢağın 
məlumatı olduğu halda, məhəbbət, xoĢbəxtlik, xəyanət, 
sədaqət və s. haqqında onun heç bir anlayıĢı ola bilməz. 
Mücərrəd anlayıĢları dərk etmək üçün mücərrəd təfəkkür 
inkiĢaf etməlidir. Bu isə məhz dil vasitəsilə ola bilər. 
Atalar sözündə deyilir ki, kar olsun o qulaq ki gündə bır 
söz eĢitməsin. Yəni gündə bir söz eĢitməklə insan öz 
idrakını, dərk etməni, təmin etdiyi kimi, öz təfəkkürünü 
zənginləĢdirir. Ġdrak prosesində insanın aldığı ilkin 
məlumat daha çox sözlərlə ifadə edilir. Bir sözlə, insan 
öz dili vasitəsilə təbiət vo cəmiyyət sirlərini öyrənmiĢ və 
baĢqasına çatdırmıĢdır. Özündən əvvəl yaranmıĢ bütün 
elmi idraki xəzinəni dil vasitəsilə əxz edir, özünün 
yaratdığı biliklər sistemini dil vasitəsilə gələcək nəslə irs 
qoyur. 
Emotiv funksiya. Məlumdur ki, insan öz fikirləri 
ilə yanaĢı, həyəcan, duyğu, hiss və s. bu kimi daxili 
cəhətləri də baĢqasına çatdırır. Bunun üçün dildə xüsusi 
vasitələr vardır. Belə ki, hiss, həyəcan, Ģadlıq, təəccüb, 
qəzəb və s. kimi daxili keyfiyyətləri ifadə etmək üçün 


dildə nidalar mövcuddur. Doğrudur, bu hisslər nidalarla 
ifadə edildikdə emosionallıq daha yüksək, ekspressivlik 
daha güclü olur. Dilin qüdrəti ondadır ki, ani hiss və 
həyəcanı sabit Ģəkildə ifadə edə bilir, hiss, həyəcan həm 
ani, həm də subyektiv olur. Onların dillə ifadəsi isə sabit 
– daimi vo obyektiv olur. Məsələn, bir adamın əlinə iynə 
batdıqda o, «uf!» deyir. Bunun əvəzində o, «əlimə iynə 
batdı» cümləsini də iĢlədə bilər. 
Ġnteqral (birləĢdirici) funksiya. Dilin sosial-ictimai 
funksiyalarından bəhs edərkən ünsiyyət prosesində onun 
birləĢdirici vəzifəsindən də danıĢmaq lazımdır Əslində, 
dildaxili inteqrasiya dilin xalq dili kimi formalaĢdığı 
dövrdə baĢ verir. Yəni dil dialektlərarası oxĢar və fərqli 
cəhətləri seçir, dialektlər əsasında yeni bir keyfiyyət 
yaranır. Müasir dilçilikdə inteqral funksiyadan 
danıĢarkən beynəlmiləl dillərin vəzifəsindən bəhs edilir. 
Bu barədə V. Ġ. Koduxov yazır: «Dil öz inteqral 
funksiyasını o vaxt yerinə yetirir ki, o, beynəlmiləl və 
dünya səviyyəli ünsiyyət vasitəsi kimi istifadə edilsin. 
...xalqlar arasında ünsiyyət vasitəsi kimi istifadə 
edilməyən dil isə diferensial (fərqləndirici) funksiyanı 
yerinə yetirmiĢ olur».
1

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə