Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə42/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   177
Adil Babayev

PRAQMATĠK DĠLÇĠLĠK 
Praqmatizm həm fəlsəfədə, həm pedaqogikada, 
həm də dilçilikdə ortaq termin kimi iĢlədilir. Hərfi 
mənası - praqma-praq- matos - yunanca iĢ, fəaliyyət 
deməkdir. 
Bir fəlsəfi cərəyan olaraq praqmatizm belə hesab 
edir ki, idrak obyektləri Ģüurdan kənarda mövcud deyil. 
Təfəkkür müvəffəqiyyətin vasitəsidir, anlayıĢ və 
nəzəriyyələr yalnız vasitə və alətdir. Dilçilikdə 
praqmatika - semiotika sahəsinə aiddir. Bu sahəni 
öyrənən dilçilik praqmalinqvistika adlanır. Praqmatik 
dilçilik semiotik sistemi mənimsəyib ondan istifadə 
edəndə (subyektlə) iĢarə sistemi (obyekt) arasındakı 
əlaqəni 
öyrənir. 
Dünya 
dilçiliyində 
praqma 


linqvistikanın əsasını Ç.Pirs qoymuĢdur. Praqmatikanın 
sintaktika və semiotikadan əsas fərqi bundan ibarətdir ki, 
praqmatika funksional fəaliyyət prosesində hər bir
vahidin, 
elementin 
özündə 
ehtiva 
olunmayan 
vasitələri-mənaları əks etdirir. Dildə olan semiotik 
iĢarələrin yeni üslubi çalar alması - bu prosesdə 
danıĢanın düĢünərək yaratdığı üslubi məqama öz 
münasibətini bildirir. 
Dil iĢarələri vahidləri dildə hazır Ģəkildə 
mövcuddur - deməli obyektivdir. Ondan istifadə edənlər 
isə məqsədindən asılı olaraq ona müxtəlif mövqedən 
yanaĢırsa, praqmatik münasibət meydana gəlir. Dildə 
semiotik və sintaktik səviyyədə həmiĢə inkiĢaf və 
dəyiĢmə gedir. Bir dil iĢarəsinin müxtəlif mənalar 
alması, mənasını geniĢləndirməsi, praqmatik prosesdir. 
Praqmatikada əsas problem iĢarə-iĢarələyən-iĢarələnən 
məsələsidir. Dilçilikdə bu məsələnin əsasını böyük 
Ġsveçrə dilçisi Ferdinand de Sössür qoymuĢdur. O, 
ünsiyyət prosesində, bir-birini anlama prosesində iĢarə 
(sema) məsələsinə o dərəcədə yüksək qiymət verirdi ki, 
hətta dilin özünü semiotikanın bir hissəsi adlandırırdı. 
Doğrudur, dil də iĢarələrdən ibarətdir, amma dil 
iĢarələrini baĢqa iĢarələrlə eyniləĢdirmək olmaz. 
Məsələn, baĢqa xalqlarda olduğu kimi, Azərbaycan 
Ģifahi xalq ədəbiyyatında da iĢarələrlə (əĢyavi, söz və 
hərəkət) ən dərin mənaları ifadə etmiĢlər. Amma onların 
mənasını hamı baĢa düĢmür (Məsələn, Ġlyasın, 
DaĢdəmiriıı nağıllarında, “Bir qalanın sirri'‟ filmində çox 
adam əĢyavi və söz-iĢarə mənasını baĢa düĢmür. Buna 
görə də dili heç bir iĢarə sistemi əvəz edə bilməz. Çünki 
dil iĢarələri konkret, baĢqa iĢarələr ixtiyari-çoxmə 


nalıdır. Məsələn, əgər bir kabinetin qapısı açıqdırsa, ona 
verilən mənalar dəqiq deyil ehtimal olacaqdır. Buna görə 
də çox vaxt belə iĢarələr razılaĢdırılır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə