Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə39/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   177
Adil Babayev

bi 
sözü ilə ifadə etməyə çağırırdı (məs. çoğrafıya – 
yerbil, 
astronomiya
 – göy bi
və s.), sonradan bu 
1 2
komitə öz iĢini düzgün istiqamətləndirdi. Bu iĢdə 
onun sədri B. Çobanzadə xüsusi rol oynayırdı. 1926-cı 
ildə o, Azərbaycan elmi və ədəbi dilinin vəziyyəti və 
onun vəzifələri (terminologiya sahəsində) haqqında 
ətraflı bir məqalə yazmıĢdı. «Elmi və ədəbi dil məsələsi» 
adlanan bu əsərində o, müasir Azərbaycan dilində olan 
termin kasıblığı məsələsindən bəhs edir və bunu tarixi 
amillərlə əlaqələndirirdi: «Türk (Azərbaycan – A. 
B.)
dilini onun tarixi abidələri ilə birlikdə gözdən keçirməli 
olsaq, burada ədəbi təbirlərin, elmi istilahların azlığı, 
kifayətsizliyini görərik... Ədəbi dil məsələsi yəni qəzetə, 
teatro və Ģer dili hər xalqda olduğu kimi, bizdə də 
1
Чобанзадə Б. В.Деятельность Научного совета ВЦКНТЛ после 
IV плсн>ма и проблемы языка. В сборнике «Культура и 
письменность Востока». 1930. Книга 
2 стр. 145. 


müəyyən iqtisadi, içtimai və mədəni mərkəzlərin inkiĢafı 
və bu mərkəzləri təmsil edəcək ədəbi Ģəxsiyyətlərin 
yetiĢməsi ilə bağlı bir məsələdir. Daha doğrusu, zorla, 
iradə ilə olacaq Ģeylərdən deyil»
1

Müxtəlif elmi anlayıĢlar, əldə edilən təcrübi 
biliklər dildə baĢqalarına dürüst çatmaqdan ötrü vahid 
terminlərlə adlandırılmalıdır. Əks təqdirdə həyatda 
qazanılan bilik və təcrübəni nəinki məktəb yaĢlı gələcək 
nəslə, habelə yaĢlı adamlara da vermək çətin olar. Bu 
haqda B. Çobanzadə yazırdı: «Ġstilahların elmi 
əhəmiyyəti burasındadır ki, hər hansı bir tədqiqat 
nəticəsində fərq olunan hadisə, əldə edilən nəticə, yaxud 
çıxarılan qanun bir söz (termin – 
A. B.)
vasitəsi ilə təsbit 
edilmədiyi, müəyyən bir ad almadığı təqdirdə, baĢqa, 
onunla yaxın hadisə və qanunla qarıĢmaq təhlükəsinə 
məruz qalır... ümumiyyətlə, insan, adını bilmədiyi 
Ģeyləri çox tez unuda bilir. Adlar, təbir caizsə, Ģüurdan 
və zehni əməliyyələrdən keçib hafizədə saxlanan 
fikirlərdir». 
Ġstər təhsil sistemi olsun, istər elm sahəsi fərqi 
yoxdur. Yalnız elmi-ədəbi dil hakim olmalıdır. Bu isə 
ədəbi dilin hamı tərəfindən anlaĢılan terminologiyaya 
malik olması ile mümkün ola bilər. Vahid və sabit 
trminologiyaya malik olmayan dilə ədəbi dil demək 
olmaz. Elmi dilin terminlərini yaratmaq üçün son dərəcə 
ehtiyatlı olmaq lazımdır. 
Məlumdur ki, 1926-cı ildə I türkoloji qurultayında 
B. Çobanzadə yeni əlifba layihəsindən baĢqa «Elmi 
1
B. Çobanzadə. Elmi və ədəbi dil məsələsi. «Maarif iĢçisi», 1926, 
N- 5 (13) səh. 28. 


terminologiyanın sistemi haqqında» mövzusunda da 
məruzə etmiĢ, burada o, terminlər sistemi yaratmağın 
əsas üsul və mənbələrini göstərmiĢdi. Həmin məruzədə 
oxuyuruq: «Bizim leksikonumuzda lüğət üçün üç baza 
vardır. Birinci ümumi türk bazası. Mən baĢqa 
məsələlərdən bəhs etmiĢəm... Bundan əlavə, türk dilləri 
arasında ümumi ortaqlıq təĢkil edən zəngin material 
vardır. Həmin baza terminlər yaradılmasında mütləq 
nəzərə alınmalıdır. Bu ümumtürk lüğət bazasıdır. 
Bundan sonra, baĢqa bir baza da vardır. Bizim dilimizi 
yalnız iltisaqilik və ahəngdarlıq cəhətdən müəyyən 
etmək olmaz. Bu bizim dillərimizin (türk dillərinin – 
A. 
B.)bir
qisminə aid olardı, deyək ki, daha təmiz olan 
Qazax dilində çoxlu xarici və özgə elementlər vardır. 
Bizdə aqqlütinasiya və sinqarmonizm türk dilinə aiddir, 
yalnız ərəb və fars dilindən alınma sözlərdə pozulur. 
Üçüncü baza ki, biz terminologiya yaradılmasında 
diqqət 
yetirməliyik, 
bu 
elmi 
anlayıĢların 
qavranılmasında 
(adlandınlmasında) 
ümumi 
oriyentasiya götürməli Ümumavropa istiqa mətidir. 
Men üç baza müəyyənləĢdirirəm – ümumtürk, 
ərəb-fars və Avropa».
1
Akad. M. ġirəliyev də terminlər yaradılmasında 
həmin üç | əsas bazanı qeyd edir
1 2

Terminologiya həmiĢə dövlətin diqqət mərkəzində 
olmuĢdur. Sonralar Terminologiya Komitəsi sədri 
1
B. Çobanzadə. Elmi və ədəbi dil məsələsi. «Maarif iĢçisi», 
1926, N- 5 ( 1 3 ) səh. 28. 
2
M.ġ.ġirəliyev. Ġstilahlar yaradılmasındakı əsas prinsiplər. 
Azərb. SSR EA dil institutunun əsərləri. 1949.1 cild. səh. 27. 


prezident 
özü 
olmaqla 
Respublika 
Elmlər 
Akademiyasına verilmiĢ, milli terminoloji sistemimiz 
sabitləĢmiĢdir. Bu iĢdə M. ġ. Qasımovun araĢdırmaları 
xüsusilə diqqəti cəlb edir. Onun «Azərbaycan dili 
terminologiyasının əsasları» (1973), «Azəri dilində 
terminlər necə yaranır» (1967) monoqrafiyaları bu 
sahədə yazılan dəyərli tədqiqatlardandır. Bu gün də elmi 
terminologiyamızın müxtəlif sahələrinə aid çoxlu 
dissertasiya və monoqrafiyalar həsr edilir.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə