Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə41/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   177
Adil Babayev

 


MÜASĠR DÜNYA DĠLÇĠLĠYĠ HAQQINDA 
QISA MƏLUMAT 
Dünyada elə bir mədəni xalq yoxdur ki, dil 
haqqında bu və ya digər dərəcədə fikir yürütməsin. Elə 
bir inkiĢaf etmiĢ ölkə yoxdur ki, orada dilçilik 
konsepsiyası olmasın. BaĢqa elmlər kimi dilçilik də bir 
ölkədə geniĢ yayılmıĢ, baĢqasında zəif inkiĢaf etmiĢdir. 
Bu, birinci növbədə dünya xalqlarının bir- birinin dilinə 
olan marağı ilə bağlıdır. Müasir dünya dilçiliyi bütün 
ölkələrdə yayılmasına baxmayaraq, bu elm bir ölkədə 
daha çox inkiĢaf edərək məktəbə, nəzəriyyəyə çevrilmiĢ, 
baĢqasında isə aĢağı səviyyədə qalmıĢdır. Müasir dünya 
dilçiliyi dedikdə isə əvvəl: ənənəvi dilçilik, 
strukturalizm: 
Danimarka 
qlossematikası, 
Çexo-Slovakiya 
funksional 
dilçiliyi, 
Amerikan 
deskriptivizmi və etnolinqvistikası nozordə tutulur. 
Ənənəvi dilçilik. Dünyanın ən qabaqcıl dilçilik 
məktəblərindən biri olan ənənəvi dilçilik müqayisəli 
tarixi metoda əsaslanır. Müasir qrammatikaların, demək 
olar ki, hamısı ənənəvi dilçilik nümunosidir. Ənənəvi 
dilçilik 
dedikdə 
yalnız 
ənənəyə 
bağlı 
olub 
modernləĢməkdən uzaq bir dilçilik nəzərdə tutulmur. 
Ənənəvi dilçilik dil faktlarının forması ilə yanaĢı, 
mahiyyətinə də fikir verir. Belə ki, söz birləĢmələri 
arasındakı semantik münasibətlər, cümlə üzvləri 
arasındakı 
həm 
qrammatik-sintaktik, 
həm 
də 
semantik-məntiqi 
mənasibətlər ənənəvi dilçiliyin 
diqqətindən yayınmır. Bundan əlavə, ənənəvi dilçilik dil 
faktlarının dil sistemindəki yerini, onların sintaktik 
funksiyasını müqayisəli-tarixi dilçiliyin qənaətləri 
mevqeyindən izah edir. Ġstər nitq hissələrinin bölgüsü


istərsə də cümlə üzvlərinin və cümlə tiplərinin 
müəyyənləĢdirilməsi 
ənənəvi 
dilçiliyə 
əsaslanır. 
Ənənəvi dilçilik belə hesab edir ki, dil sisteminə daxil 
olan bütün vahidlərin dildəki mövqeyini müəyyən-
ləĢdirərkən onların forması (tipi) ilə yanaĢı, mahiyyətini 
də nəzərə almaq lazımdır. Bu cəhət ənənəvi dilçiliyi 
struktura- 
üzmə yaxınlaĢdırır. Ənənəvi dilçilik 
müqayisəli-tarixi metoda əsaslandığı üçün riyazi, 
eksperimental və s. bu kimi metodları o qədər də məqbul 
saymır. Dilin mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu 
və s. ekstralinqvistik cəhətləri də ənənəvi dilçilikdə 
öyrənilir. Dil inkiĢafının prosesləri, mərhələləri, 
qarĢılıqlı əlaqələri və s. ənənəvi dilçiliyin obyektinə 
daxildir. 
Strukturalizm. 
Dünyanın 
qabaqcıl 
dilçilik 
məktəblərinin çoxu struktur metoda əsaslanır. Görkəmli 
Ġsveçrə dilçisi Ferdinand de Sössürün təlimi əsasında 
formalaĢan Avropa və Amerika strukturalizmi iki ən 
böyük qola ayrılır. Ümumiyyətlə, dünyada struktur 
dilçilik məktəbi çoxdur. Onların hər biri F. de Sössür 
təlimindən müxtəlif cəhətləri götürür. Bütün struktur 
dilçilik məktəbləri üçün ümumi bir cəhət bundan 
ibarətdir ki, 
onlar dildən kənar faktorları rədd edir, yalnız dil 
iĢarələrini) təĢkil etdiyi dil strukturunu öyrənir. Bu 
səbəbdən də semiotik; struktur dilçiliyin əsasını təĢkil 
edir. Avropada struktur dilçilik «gənc qrammatiklər»in 
əsas kimi qəbul etdikləri dil faktlarınır toplanması, lakin 
onları sistem halında götürüb dil strukturundakı yerini 
müəyyənləĢdirməmək kimi meyllərini tənqid etməklə 
yaranmıĢdır. 
Struktur 
dilçilik 
dil 
vahidlərinin 


(iĢarələrinin) qarĢılıqlı əlaqə və münasibətlərinə də 
əhəmiyyət verir. (Bununla o, ənənəvi dilçiliyə 
yaxınlaĢır). 
Ferdinand de Sössür vəfatından üç il sonra nəĢr 
edilmiĢ olan «Ümumi dilçilik kursu»nda dörd əsas 
müddəa irəli sürmüĢdür ki, bu müddəaların hər biri 
sonradan yaranmıĢ struktur dilçilik məktəbinin elmi 
əsası olmuĢdur. Həmin əsərdə alim iddia edirdi ki, 
«Dilçiliyin həqiqi obyekti dildir», «Dil xüsusi 
sistemdir», «Dil substansiya deyil, formadır», «Dilin hər 
vəziyyətindo hər Ģey münasibətlərə əsaslanır». Bu 
müddəalar struktur dilçiliyin təməl daĢıdır. Burada alim 
dil elementlərinin spesifika, sistem, forma və münasibət 
cəhətlərini təsdiq edir. 
Ferdinanad de Sössürün təlimində aĢağıdakı 
problemlər (dixotomiyalar) aparıcı sahələrdir: dil və 
nitq; dil sistem kimi; dil iĢarəsi sistemi ; sinxroniya və 
daxroniya ; xarici və daxili dilçilik ; sintaqmatik və 
assosiativ əlaqələr. 
50-ci illərdə strukturalizm çox güclü surətdə 
inkiĢaf edib, ənənəvi dilçiliyi sıxıĢdırmağa baĢlamıĢdı. 
Sonralar ənənəvi dilçilik öz sabitliyini qoruyub saxlaya 
bildi. Strukturalizmin görkəmli nümayəndələrindən V. 
N. Belozarovu, A. A. Zoleznyanı, L.R.Zinderi, V.N. 
Ġvanovu, Y.Ġ.Levini, M.Ġ.Lekomtsevi, Ġ.Ġ.Revzini və 
baĢqalarını göstərmək olar. Ġ. Ġ. Revzin strukturalizmin 
osas cəhətlərindən bəhs edərək yazır: «ModelləĢdirmə 
ideyası ilə bağlı olan təbii dillərin tədqiqinə mücərrəd 
yanaĢma buna gətirib çıxardı ki, təbii dillər iĢarələr 
sisteminin xüsusi hissəsi kimi öyrənildi. Dilçilik isə 
tədricən semiotikanın tərkib hissəsi oldu. 


Semiotika – iĢarələr sisteminin qanunları və 
funksional fəaliyyətinin ümumi cəhətləri haqqında 
elmdir»
1

1
Revzin. Ġ. 1. Sovremenaya struktunaya 
linqvistika. M. 1977. s. 33. 148 150
I Praqa funksional dilçiliyi. Bu məktəbin adı 
dilçilik 

ədəbiyyatında müxtəlif cür çəkilir; funksional 
dilçilik, Praqa 

dilçiliyi, Praqa funksional dilçiliyi, funksional 
Çexo-Slovakiya dilçiliyi. Bu məktəbin yaranması Vilem 
Mateziusun adı ilə 
bağlıdır. O, 1926-cı ildə Praqa Ģəhərində dəmək 
təĢkil etmiĢ və F. de Sössürün təlimindəki əsas 
müddəalardan dil sistemini və spesifikasını nəzərə 
almıĢdır. Avropa və Amerikanın baĢqa struktur dilçilik 
məktəblərindən fərqli olaraq, funksional dilçilik məktəbi 
nümayəndələri dil vahidlərinin məna cəhətinə də əhə-
miyyət verir. Bununla belə, onlar hər bir dil vahidini və 
bütövlükdə dili funksional fəaliyyətdə qiymətləndirirlər. 
Əslində bu düzgündür. Çünki hər bir dil faktı öz 
mahiyyətini fəaliyyət prosesində reallaĢdırır. Funksional 
dilçiliyi ənənəvi dilçiliyə yaxınlaĢdıran cəhətlər də 
vardır. Belə ki, dildəki ekstralinqvistik faktorlara 
əhəmiyyət verməklə onlar müqayisəli-tarixi dilçilik 
prinsiplərinə əsaslanırlar. Funksional dilçilər belə hesab 
edirlər ki, dilçilik məntiq vo fəlsəfədən ayrılmalıdır. 
Praqa 
dilçilik 
məktəbinin 
nümayəndələri 
funksional əlaqə dedikdə dil vahidlərinin vahid bir 
struktur daxilində bir-birindən asılılıq münasibətlərini 


deyil, qarĢılıqlı əlaqəni nəzərdə tuturlar. Bu cəhətlə onlar 
dilin ən kiçik vahidi olan fonemlərin də müstəqil iĢarə 
kimi müəyyən funksiya daĢıdığını bir daha təsdiq etdilər. 
Beləliklə, onlar fonologiyanın müstəqil dilçilik sahəsi 
kimi elmi əsasını qoydular. 
Funksional dilçiliyin on görkəmli nümayəndələri 
aĢağıdakılardır: V. Matezius, B. Trika, U. Vaxek, 
V.Skaliçka, N. S. Trubetskoi, R. O. Yakobson və s. Bu 
alimlərin hər biri həmin məktəbin bir sahəsinin əsasını 
qoymuĢlar. Belə ki, Vilem Matezius cümlənin aktual 
üzvlənməsi (tema, rema problemi), N. S. Trubetskoy – 
fonologiya prinsiplərini, habelə «dil ittifaqı» anlayıĢını, 
R. Yakobson isə diaxronik tədqiqatda və dilin diaxronik 
inkiĢafında sistem anlayıĢını irəli sürmüĢdür. Bu alimlər 
içərisində rus alimi N. Trubetskoyu xüsusi qeyd etmək 
lazımdır. O, özünün fonologiyaya həsr edilmiĢ əsərini 
alman dilində yazmıĢdır. Əsər müəllifin ölümündən 
sonra ana dilinə tərcümə edilmiĢdir. Bu əsərdə N. S. 
Trubetskoy 
fonologiyanı 
bir elm sahəsi kimi 
əsaslandıraraq yazırdı: «Nitq səsləri haqqında bir deyil, 
iki elm yaratmaq təklif edilir. Onlardan biri nitq aktına, 
digəri isə dilə yönəlməlidir. Müvafiq olaraq səslər 
haqqında hər iki elm tədqiqat üçün tamamilə müxtəlif 
metodlar totbiq etməlidir. Nitq aktı səsləri haqqında elm 
hansı ki, konkret fiziki hadisələrlo əlaqədardır, o. təbii 
metodlardan istifadə etməlidir. Dil səsləri haqqında elm 
isə, əksinə, linqvistik (yaxud sosial-elmi) metodlardan 
istifadə etməlidir. Biz nitq aktı səsləri haqqındakı elmi 
fonetika, dil səsləri haqqındakı elmi fonologiya 
adlandırırıq»
1

Praqa funksional dilçilik məktəbi son illərdə daha 


böyük uğurlar əldə etmiĢdir. Onun bəzi müddəaları 
Almaniyada da özünə tərəfdarlar tapmıĢdır. Ġndi dil 
vahidlərini, səsləri, morfemləri, leksemləri, cümlə 
üzvlərini və cümlələri funksional fəaliyyət prosesində 
götürmək və onların öz potensial imkanlarını 
reallaĢdırma yolları həm dilçilik nümayəndələrinin, həm 
də Z.ġmidt, A. Dresler kimi alman dilçilərinin 
konsepsiyalarının əsasını təĢkil edir. 
Praqa funksional dilçiliyi əsasında yaranana «Mətn 
dilçiliyi» müasir dilçiliyin on aparıcı sahələrindəndir. 
XX əsrin II yarısından baĢlayaraq bu sahə Azərbaycanda 
da geniĢ tədqiq edilir. Bu sahədə K.M.Abdullayevin, 
Ə.Abdullayevin, A.Y.Məmmədovun, N.Novruzovanın 
və b. adlarını xüsusi çəkmək lazımdır. 
Müasir alman dilçiliyi. Almaniyada nəzəri 
dilçiliyin əsasları hələ XIX əsrdə qoyulmuĢdur. XX əsrin 
birinci yarısında burada dilçilik tədqiqatları bir qədər 
azalır. 20-ci illərdən baĢlayaraq Almaniyada həm 
struktur dilçilik, həm də müqayisəli-tarixi dilçilik inkiĢaf 
edir. Dilçilik sahəsində bir çox konsepsiyanın vətəni 
Almaniya olmuĢdur. Yuxarıda adlarinı çəkdiyimiz 
Ziqfrid ġmidt və Avqust Dresler mətn linqivistikası və 
sintaktik tam üzərində yeni tədqiqatları ilə diqqəti cəlb 
edirlər. Onlar sübut etdilər ki, mətn dil vahididir. 
Beləliklə, dilin ən böyük vahidi kimi cümlə öz statusunu 
itirir. Onlar habelə mətnin quruluĢu, sxemi, hüdudu və 
növləri haqqında ideyalar irəli sürdülər. Almaniya 
Elmlər Akademiyası Dilçilik 
1
Зиндер 
Л.
P. «Общая 
фонетика». M. 1979. стр. 7 – 8. 152 
Ġnstitutuna uzun müddət rəhbərlik etmiĢ Günter 
Foydel müasir alman dilinin aktual problemlərini tədqiq 


etmiĢdir. Almaniyanın ali məktəblərində dərslik kimi 
istifadə edilən V. ġmidtin «Alman dili nəzəriyyəsi» adlı 
əsəri dilə yeni mövqedən yanaĢma əsasında yaranmıĢdır. 
K. F. Mayer isə dil, və təfəkkür problemlərini 
iĢıqlandırır. Almaniyada yeni yetiĢən dilçilər nəsli yeni 
Humboldtçuluqdan tədricən uzaqlaĢırlar.
1
Almaniyada 
müxtəlif 
problemlər 
üzərində 
aĢağıdakı alimlər iĢləyir: 
1)
Vilhelm 
ġmidt 
– 
nəzəri 
dilçilik.sosialinqvistika. 
2)
Verner Noyman – struktur dilçilik, 
sosialinqvistika. 
3)
Rudolf Qrosse – dialektologiya. Alman 
ədəbi dili problemi üzrə. 
4)
Qabriele ġib – alman dili tarixi. 
5)
Ġ. ġmidt – alman dili tarixi, ədəbi dilin 
normaları məsələsi. 
6)
Renata BauduĢ – alman dilinin 
leksikologiyası. 
7)
Rut 
Klapenbax 
– alman dilinin 
leksikoqrafıyası. 
8)
Ġoannes Fridrix – yazı problemləri və s. 
Danimarka qlossematikası. Danimarka və ya 
Kopenhagen qlossematikası öz ideyasını F. de Sössür 
təlimindən alan Avropa struktur dilçiliyinin inkiĢaf etmiĢ 
qollarındandır. 
Danimarka 
qlossematikasının 
ən 
görkəmli nümayəndələri – V. Broyndal, L. Yelmslev, X. 
Uldall və baĢqalarıdır. 
Qlossematika termini «qlossa» – söz haqqında elm 
deməkdir. GeniĢ menada qlossematika sözün, daha 
doğrusu, dil vahidlərinin təcrübəyə qədər və təcrübəsiz 


anlaĢılmasını əsas götürən, onun «substansiyasına» 
diqqət verməyən dilçilik cərəyanıdır. Qlossematiklər dili 
çılpaq əlaqələr sistemindən ibarət hesab edirlər. Onlar 
belə hesab edirlər ki, dil vahidlərinin oxĢar və fərqli 
cəhətlərini müqayisə edərək aĢkara çıxarmaq lazım 
deyil. Qlossematika məktəbinin nümayəndələrinin 
əsaslandığı apriora metodu əslində idealist metod olub 
sübut etməyə çalıĢır ki, dil faktları haqqında məlumatı 
biz onları təcrübi Ģəkildə 
Öyrənmədən daha əvvəl alırıq. Məzmun, ifadə, 
semantik- məntiqi cəhətlərinin öyrənilməsi, habelə 
cümlə üzvləri və mürəkkəb cümlə tərkibinə daxil olan 
sadə cümlələrin sintaktik və semantik münasibətlərinin 
öyrənilməsi inkar edilir. Beləliklə, onlar dili sırf əlaqələr 
sistemi kimi götürüb, onun yalnız struktur cəhətlərinə 
əhəmiyyət verirlər. 
Amerika deskriptivizmi. Deskriptiv sözü ingiliscə 
des- kription sözündən olub, təsvir deməkdir. Deskriptiv 
dilçilik struktur dilçiliyin bir Ģaxəsidir . Amerikada 
dilçilik elmi Avropaya nisbətən çox gec yaranmıĢ və 
əslində praktik tələbdən irəli gəlmiĢdir. Belə ki, 
Amerikada hinduların dillərinə maraq artdıqdan sonra 
yazısı olmayan dilləri, tədqiq etmək, onlar üçün yazı 
sistemi yaratmaq yeni bir sahəni «Amerikanistika» 
sahəsini yaratdı. Həmin məktəbin banisi Frans Boas 
(1858 – 1942) hinduların dili üzərində təsvir-tədqiq iĢləri 
aparır. 
Bundan 
əlavə, 
deskriptiv 
məktəbinin 
nümayəndələri 
ġimali 
və 
Cənubi 
Amerika 
Eskimoslarının, Kvakitul, Omeyda, Tsimit və s. dillərini 
tədqiq etməyə baĢlamıĢdılar. 
Deskriptiv dilçiliyin əsas müddəaları həmin 


məktəbin banisi F. Boasın 1911 -çi ildə nəĢr etdirdiyi 
«Amerika hindularının dillərinə aid rəhbərlik» adlı 
əsərinin giriĢ hissəsində verilmiĢdir. Burada o, göstərirdi 
ki, hər bir dil öz xüsusi tipi, səsləri, forma və mənası 
əsasında təsvir edilməlidir. Buradan aydın olur ki, 
deskriptiv dilçilik dil vahidlərinin tədqiqini – 
mahiyyətcə araĢdırılmasını ikinci plana çəkirlər. Və belə 
bir yanlıĢ nəticəyə gəlirlər ki, dilçiliyin əsas vəzifəsi dili 
tədqiq etmək deyil, təsvir etməkdir. Bu səbəbdən do 
onlar heç özlərinin danıĢa bilmədikləri hinduların, 
eskimosların və s. dilləri üzərində iĢ aparmağa 
baĢladılar. 
Bundan sonra amerikan dilçiliyində dilə, onun 
hərtərəfli öyrənilməsinə həvəs daha da artır. Belə ki, 
1924-cü ildə «Amerika dilçilik cəmiyyəti», 1926-cı ildə 
həmin cəmiyyətin nəzdində dilçilik institutu təĢkil edilir. 
Ölkənin Harvard, Miçiqan, Pensilvan universitetlərində 
və baĢqa elmi müəssisələrində dillərin tədrisi baĢlanır. 
Dərslik və qrammatikaların hazırlanması üçün zərurət 
yaranır. Buna görə də görkəmli Amerika dilçisi Leonard 
Blumfildin 1933-cü ildə məĢhur «Dil» 
adlı əsəri meydana gəldi. Bu əsər deskriptıv 
dilçiliyin ən görkəmli nümunəsi idi. Bu əsərdə müəllif 
dil faktlarının çılpaq Ģəkildə təsvirini verməklə avropalı 
həmkarları olan qlosse- matiklərə yaxınlaĢır, digər 
tərəfdən isə dilçiliyi dəqiq elmlər cərkəsinə keçirməyə 
cəhd edirdi. Blumfild «Dil» adlı əsərində bir sıra 
cəhətlərlə öz sələflərindən ayrılır. Belə ki, o, dildə gedən 
fonetik dəyiĢikliyi zəruri, qanunauyğun və analoji əsasda 
baĢ verən hadisə hesab edir və belə bir qərara gəlirdi ki, 
dildə səs dəyiĢmələri müntəzəm gedir. Blumfild dili 


cəmiyyət həyatının üzvi atributu hesab edirdi. Dilin 
nitqdən fərqini düzgün müəyyənləĢdirən L. Blumfild 
məhz nitqi ünsiyyət vasitəsi, danıĢanla dinləyən arasında 
əlaqə yaradan vasitə hesab edirdi. Blumfıldin bir sıra 
dünyakörüĢləri Avropa müqayisəli-tarixi dilçiliyilə də 
səsləĢir. O, formadan bəhs edərkən bütövlükdə dil 
sözündən istifadə edir və burada məna əlaqələri do 
axtarırdı. 
L. Blumfild qrammatika məsələlərində də orijinal 
mövqe tuturdu. O, qrammatikanın özünü forma hesab 
etməkdən əlavə, dildə sadə və mürəkkəb formalar 
olduğunu da göstərirdi. 
Blumfildin vəfatından sonra Z.Harris «Struktur 
dilçilikdə metodlar», Q. Qlison «Deskriptiv dilçiliyə 
giriĢ» əsərləri ilə deskriptiv dilçiliyi daha da inkiĢaf 
etdirdilər. Deskriptiv dilçiliyin inkiĢafı Amerikada yeni 
dilçilik sahələrinin: nyazı dilçilik, kibernetika dilçiliyi, 
maĢın dilçiliyi və baĢqa sahələrin meydana gəlməsinə 
səbəb oldu. 
Amerikan etnolinqvistikası. Adından göründüyü 
kimi, etnolinqvistika dili etnoqrafiya, mədəniyyət tarixi, 
psixologiya, antropologiya sahələri ilə əlaqəli Ģəkildə 
götürür. Doğrudan da, dilin mənĢəyi, dil strukturundakı 
özünəməxsusluq və s. Cəhətlər yuxarıdakı problemlərlə 
az və ya çox dərəcədə əlaqədardır. Bu, xüsusilə xalqın 
tarixini, onun ənənəsini dil materialı əsasında öyrənirkən 
meydana çıxır. Məlumdur ki, dili xalq əxlaqı, ruhu, 
ənənəsi, tarixi və s, ilə əlaqələndirmək ideyasını V, F. 
Humboldt meydana atmıĢ, F. Boas Amerikada bu fikri 
geniĢləndirmiĢdi. Bu ideyalar əsasında da Amerikada 
yeni bir dilçilik məktəbi – etnolinqvistika yarandı. Yeri 


gəlmiĢkən göstərmək lazımdır ki, etnolinqvistika 
deskriptiv dilçiliklə demək olar ki, eyni vaxtda yaranmıĢ 
və özünə daha çox tərəfdar tapmıĢdır. 
Bunun səbəbi, hər Ģeydən əvvəl, etnolinqvistikanın 
daha sado ideyalara malik olması idi. Amerikan 
etnoiinqvistikasının banisi və ən görkəmli nümayəndəsi 
Edvard Sepir (1884 – 1934) idi. O, «Dil» (1921) və 
«Dilçiliyin elm kimi mövqeyi» (1926) əsərlərində 
etnolinqvistikanı elmi cəhətdən əsaslandıraraq dili xalq 
həyatı, mənəviyyat tarixi, ənənəsi və s. cəhətlərlə 
əlaqələndirirdi. O, etnolinqvistikanın əsasını qoysa da, 
desk- riptiv dilçiliyin də inkiĢafında mühüm rol 
oynamıĢdır. E. Sepir dili cəmiyyət həyatı, onun 
dünyagörüĢü ilə sıx bağlayırdı. O, belə hesab edirdi ki, 
dil nəinki xalqın keçmiĢ mədəniyyət tarixini öyrənməyə 
kömək edir, habelə cəmiyyətdə mədəniyyətin gələcək 
inkiĢafı üçün də çox mühüm rol oynayır. O, habelə dili 
insan davranıĢı ilə də əlaqələndirirdi. Edvard Sepirin 
davamçısı Bencamenli Uorfdur (1897 – 1941). Uorföz 
müəllimi (onun mühazirəsini dinlədiyi və dilçilik 
ideyalarının təsiri altına düĢdüyü üçün E. Sepiri 
müəllimi hesab edirdi) E.Sepirin fikirlərini daha da 
dərinləĢdirmiĢdi. Uorf fəlsəfi anlayıĢlar olan zaman və 
materiya anlayıĢlarının müxtəlif dillərdə müxtəlif cür 
təzahür etməsini dilin daxili mahiyyətində məkan və 
zaman anlayıĢlarının müxtəlif dillərdə müxtəlif cür ifadə 
edilməsini dilin qrammatik quruluĢunda deyil, xalq 
ruhunda axtarırdı. Bu əlbəttə yanlıĢ fikir idi. 
Dünya strukturalizmində ümumi çəhət olaraq 
aĢağıdakıları göstərmək olar: 
1.
Dil müəyyən strukturdan ibarətdir. O, qarĢılıqlı 


əlaqəli,
bir-birini Ģərtləndirən elementlərin məcmusudur. 
2.
Dil hər Ģeydən əvvəl sinxron Ģəkildə 
öyrənilməlidir. 
3.
Dilin öyrənilməsi onun formasından çıxıĢ edərək 
aparılmalıdır. 
4.
Dilçilik çalıĢaraq dəqiq elmlər sırasına 
keçməlidir. 
Kiçik fərqlərlə Amerika dilçiliyini üç məktəbə 
(istiqamətə) ayırmaq olar: 
l.
Blunfildin 
tələbəsi olan Yel məktəbinin 
nümayəndələri - C.Treycer, B.Blok, Z.Hərris, Y.Smit; 
2.
En-Arbar 
(Miçiqan 
Ģtatı) 
məktəbinin 
nümayəndələri - K.Payk, C.Friz, Y.Nayda; 
3.
Transformasion təhsil məktəbi nümayəndələri 
- N.Xomski, P.Liz. Son vaxtlar U.Çeyfın tədqiqatları 
diqqəti daha çox cəlb edir. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə