Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə49/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   177
Adil Babayev

su içməlidir
hökmündə bir 
istisna, ziddiyyət do vardır. Yəni bütün sular içməli 
deyil. 
Kafi əsas qanunu tələb edir ki, hər hansı bir fikri 
ifadə etmək üçün kifayət qədər əsas, dəlil olduqda daha 
artıq dəlil gətirmək lazım deyil. Məs., isimlərə misal 
çəkərkən bütün əĢyaların adlarım çəkmək lazım deyil. 
Üçüncünü istisna qanunu öyrədir ki, gerçəklik 
haqqında hökm ya təsdiq, ya da inkar ola bilər. 
2
Dillə təfəkkürün ikinci fərqi bundan ibarətdir 
ki dil milli, təfəkkür bəĢəridir. ÜmumbəĢəri dedikdə nə 
nəzərdə tutulur? Bu o, deməkdir ki,
bəĢər üçün təfəkkür 
səciyyəvidir. Bütün dünya xalqlarının təfəkkürü eynidir. 
Yəni təfəkkürün qanunları bütün dünya xalqları üçün 
eynidir. Təfəkkür və məntiq bütün insanlar üçün eynidir. 
Belə ki, məntiq qanunlarının obyektivliyi, subyektin 
iradəsindən asılı olmadığı üçün eynidir. Təfəkkürün 
yüksək inkiĢaf etmiĢ beynin məhsulu olması, onun məhz 
praktikaya əsaslanması, materiyaya bağlı olması onu 
millilikdən çıxarır. Bu və ya digər fərdin, geniĢ mənada 
xalqın obyektiv gerçəkliyə, bu və ya digər kateqoriyaya 
münasibəti müxtəlif ola bilər. Burada subyektiv 
mülahizələr aparıcı rol oynayır. Subyektiv fikir və 
münasibətlər fərdi və ictimai Ģüurla bağlı olub, təfəkkürə 
aid deyil. Məs., köçəri tayfalar üçün insanın əsas əlaməti 
cəldlik,
qorxmamaq, at yükləyə bilmək, ağır Ģələ götürmək 
və s. bu kimi cohətlərdir. Bir Ģəhərli, incə, gözəl qız 
həmin qrup adamlar üçün məqbul deyil. 


Əlbəttə, belə qiymətləndirmədə təfəkkür yox, Ģüur 
rol oynayır. 
Dildə isə bəĢərilik yox, millilik əsasdır, hər bir xalq 
öz ana dilini yaratmıĢdır. Dilin müstəqilliyi onunla 
müəyyən edilir ki, onun müstəqil fonetik sistemi, leksik 
tərkibi və qrammatik quruluĢu olsun. Müstəqil quruluĢ 
isə dilləri bir-birindən fərqləndirir. Dilin nəinki bütün 
quruluĢu, habelə onun ayrı-ayrı vahidləri daha çox 
frazeoloji birləĢmələri məhz onu daĢıyan xalqın 
dünyagörüĢü 
əsasında 
formalaĢır. 
Biz 
dilin 
funksiyalarından danıĢanda bu məsələyə dolayı yolla 
toxunmuĢuq. Bir dilin materialı baĢqa dilin konstruktiv 
qəlibində məna vermir. Bu o deməkdir ki, dil milli 
keyfiyyətə malikdir. Dilin cümlə konstruksiyası milli 
simasını daha yaxĢı əks etdirir. Təsadüfi deyil ki, bu və 
ya digər dildə düĢünüb, baĢqa dilə tərcümə edəndə dərhal 
hiss olunur. 
3. Dili təfəkkürdən fərqləndirən cəhətlərdən biri do 
budur ki, dil qrammatik qanunlarla, təfəkkür isə məntiqi 
qanunlarla əlaqədardır. Dilin qrammatikası forma, 
təfəkkürün məntiqi isə mahiyyətdir. Yəni hər hansı bir 
qrammatik məna forma ilə müĢayiət edilirsə, məntiqdə 
formadan daha çox daxili mahiyyətə fikir verilir. Burada 
məntiqlə 
qrammatika 
öz 
sərhədlərini 
müəyyənləĢdirməlidir. Doğrudur, bir çox hallarda 
qrammatik təhlil və təriflər məntiqin köməyinə möhtac 
olur. Amma bu, onları eyniləĢdirməyə əsas vermir. Məs. 
hər hansı bir sözün hansı cümlə üzvü edilməsində, hətta 
morfologiyada nitq hissələrinin hansına aid edilməsində 
məntiqdən istifadə edilir. Çox vaxt fel növlərinin, nəticə 
və dərəcə budaq cümlələrinin, səbəb və zaman 


zərfliyinin müəyyən edilməsində məntiqin köməyindən 
istifadə edilir. 
4) Dili təfəkkürdən fərqləndirən cəhətlərdən biri 
do onların elementlərinin müxtəlifliyidir. 
Dil elementləri fonem, morfem, leksem, frazem, 
sintaqm, söz birləĢməsi, cümlə və mətndir. 
Təfəkkür elementlori isə məfhum, mühakimə, əqli 
ümumiləĢdirmə – əqli nəticədir. 
Məfhumla söz bir-birini Ģərtləndirir. 
Mühakimə, müqayisə, sübut və s. kimi cəhətlər 
dildə yoxdur. Mühakimə əqli ümumiləĢdirmə üçün 
əsasdır. Məsələn, təcrübədən bilirik ki, yağıĢ yağanda 
yer yaĢ olur. Səhər tezdən yerin yaĢ olduğunu gördükdə 
heç hadisəni görməsək belə, gecə yağıĢ yağdığını yəqin 
edirik. Ru yəqinlik mühakimə nəticəsində əldə edilir 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə