Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə51/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   177
Adil Babayev

'Bax:
«Xəzər» jurnalı, 1990, № 2, səh. 32 – 33. 
2
Quran 1991. Səh. 545-546
Həmin.
1991. C.5-6 
Əslində isə dilləri Allah yaratmamıĢ, insana fikrini 


bəyan etmək (danıĢmaq) üçün qabiliyyət vermiĢdir ki, 
bunun əsasında insan özünə dil yaratmıĢdır. 
Dili bir nəfərin adı ilə bağlayanlar sonralar iddia 
etməyə baĢlamıĢdılar ki, dil bir nəfər çox qabil və qadir 
adamın iradəsi ilə yaranmıĢdır. Uzağa getmək lazım 
deyil. Bizim ulu babalarımızın təsəvvürünə görə 
Azərbaycan dilini Dədə-Qorqud yaratmıĢ, ancaq dörd 
sözün adını düz qoya bilməmiĢdir. 
Gəlinə ayran demədi ol Dədə Qorqud,
Ayrana doyran demədi ol Dədə Qorqud. 
Ġynəyə tikən demədi ol Dədə Qorqud Tikana sökən 
demədi ol Dədə Qorqud. 
Göründüyü kimi, guya Azərbaycan dilini Dədə 
Qorqud yaradarkən gəlin əvəzinə ayran (ata-ananı 
oğuldan ayırdığı üçün), ayran əvəzinə doyuran (ayran 
içəndə adam doyduğu üçün), iynə əvəzinə tikən (tikdiyi 
üçün), tikana sökən (doğrudan da, tikan paltara iliĢib onu 
sökür) deməli imiĢ. Amma aydın idrak duyğusu ilə 
məsələyə yanaĢdıqda dilin mahiyyətini düzgün 
qiymətləndirdikdə hamıya aydın olur ki, kim olur-olsun, 
bir nəfər xalq üçün dil yarada bilməz. Heç kəs bütün bir 
dil üçün leksik sistemi, qrammatik quruluĢu, morfemlər 
sistemini, sintak- sis konstruksiyanı yarada bilməz. 
Ġctimai idealist nəzəriyyələr isə dili bir nəfərin adı ilə 
bağlamasa da, onun mahiyyətini düzgün qiymətləndirə 
bilmədikləri üçün, mənĢəyi haqqında tam, düzgün 
mülahizə irəli sürə bilmirlər. Belə, nəzəriyyələrdən bir 
neçəsinə diqqət vetirək: 
L Səs təqlidi nəzəriyyəsi. Bu nəzəriyyə ictimai 
idealistlərin dilin mənĢəyi haqqında ilkin fikri idi. Hələ 
qədim yunan və Roma filosoflarının: materializmlə 


idealizm arasında tərəddüd edən rasionalist qrupu belə 
iddia edirdi ki, insan özü bir vaxt təbiətin bir hissəsi 
olmuĢ, sonra ondan ayrılmıĢdır. Ġnsan təbiətdən 
ayrılarkən öz dilini də göydən, mücərrəd aləmlərdən 
deyil, elə təbiətin özündən almıĢdır. Yəqin insan suların, 
küləyin, havanın, heyvan və quĢların səslərini 
yamsılayaraq özlərinin ilkin sözlərini yaratmıĢ, beləliklə, 
onu inkiĢaf etdirib dil Ģəklinə salmıĢlar. Əlbəttə, bu 
mülahizə XIX – XX əsrlərdə do özünə tərəfdarlar 
tapmıĢdır. Bu nəzəriyyənin torofdarları adı məntiqdən 
çıxıĢ etmiĢso də, məsələyə çox sadəlövhcəsinə 
yanaĢmıĢlar. Doğrudur, onların «insan dilini mücərrəd 
aləmdən deyil, təbiətdən götürmüĢdür» fikrində cüzi də 
olsa, həqiqət vardır. Amma diqqət verdikdə aydın olur 
ki, dili təbiətdən götürməklə təbiətlə təmasda olmaq 
ayrı-ayrı məsələdir, insan öz dilini təbiətlə təmasda, 
zərurət nəticəsində yaratmıĢdır. 
Bu nəzəriyyəni asanlıqla təkzib etmək olar. 
Birinci, sözlər səsləri təqlidən yaranmıĢdır fikri bütün 
əĢyaların adlarını əhatə etmir. Çünki səs çıxarmayan 
əĢyalar da vardır. Ġkinci, qrammatik mənaları, mücərrəd 
anlayıĢları təqlidən yaratmaq olardımı? Üçüncü, insan 
səsi (lap elə indinin özündə də) təqlid edə bilmək üçün 
yüksək inkiĢaf etmiĢ səs orqanına malik olmalı idi. Bəsit, 
inkiĢaf etməmiĢ boğazla insan təbiətdəki səsləri təqlid 
edə bilməzdi. Buna misal olaraq göstərmək lazımdır ki, 
indi də səs cihazı yaxĢı inkiĢaf etmiĢ adam baĢqalarını 
təqlid edə bilir. Amma bu, hamıya müyyəssər olmur. 
Dünyada elə bır dil olmaz ki, orada yamstlama 
əsasında söz yaranmamıĢ olsun. Məsələn: 
Azərbaycan dilində: 
qarğa, qurbağa.


Rusca: 
кукушка, кря-кря. 
Farsca: 
bol-bol
və s. belə sözlər dildə çox azdır. 
_2. Nidalar nəzəriyyəsi. Bu nəzəriyyə də qədim 
yunan fəlsəfəsindən baĢlanır. Yeni eradan əvvəl (341 – 
-270-ci illərdə) yaĢamıĢ, qədim yunan materialist 
filosofu Epikür tərəfindən əsası qoyulan bu nəzəriyyə 
əslində səs təqlidi nəzəriyyəsini rədd etmək prosesində 
yaranmıĢdır. Atomist nəzəriyyənin ilkin rüĢeymlərini 
meydana gətirmiĢ olan Epikür təlimində dili insanın özü 
ilə, öz iradəsi ilə bağlamaq əsas yer tutur. Epikürə görə, 
Allahlar heç vaxt insanın iĢinə qarıĢmır. Dili insanın özü 
yaratmıĢdır. Yəni ibtidai insanlar daxili hiss və 
həyəcanlarını ifadə etmək üçün müxtəlif səslər 
çıxarırmıĢlar. Bu, onların «təbii səsləri» idi. Bu səslər 
daxili hiss, həyəcan, Ģadlıq, təəccüb, qəzəb və s. kimi 
hissləri ifadə edir. Bu fikri görkəmli fransız maarifçisi, 
filosofu Jan Jak Russo (1712 – 1778) müdafiə edib 
dərinləĢdirmiĢdir. O, sübut etməyə çalıĢır ki, dilsiz 
insanlar cəmiyyətə öz emosiyaları ilə gəlmiĢlər. Bu 
fikirdə bır qədər həqiqət vardır. Yəni insanlar fikirlərini 
ifadə etmək üçün nidalardan istifadə etmiĢlər. Nidalar 
nəzəriyyəsinin əsas arqumentlərindən biri də budur ki
nidalar bütün dillərdə eyni cürdür. Yəni 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə