Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə53/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   177
Adil Babayev

(Sabir) 
və ya 
Cümlə maarif əhlinin haləti göz önündədir, – 
Vəchi-maaĢı bir belə, dordi, bəlası bir belə! 
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq 
edəm? Dərsin əzası bir belə, xalqın ədası bir belə! 
(Sabir) 
Bu beytləri deyən adam mütləq əl hərəkətlərindən 
istifadə edir. Əks təqdirdə fikir zəif ifadə edilir. 
6.
Dilin mənĢəyi haqqında akad. N. Y. 
Marrm «Y a f ə s» nəzəriyyəsi də olmuĢdur. Bu 
nəzəriyyə əsrimizin əvvəlində, Yəni materialist 
dünyagörüĢünün artıq formalaĢdığı bir dövrdə meydana 
gəlmiĢdir. Bu nəzəriyyə haqqında geniĢ danıĢmağı vacib 
hesab edirik. Çünki əvvələn, bu nəzəriyyə bizim 
dilçiliyimizə və dilçi kadrlarımıza çox güclü mənfi təsir 
göstərmiĢdir. 
Bu nəzəriyyə haqqında çox deyilmiĢ və yazılmıĢsa' 
da, bu gün gənc dilçilər və tələbələr bu haqda demək olar 
ki, az Ģey bilir. 
N. Y. Marr görkəmli alim idi. Onun on cildlik əsəri 
vardır. O, öz konsepsiyasını müasir dilçilikdə yeni təlim, 
dünya dilçiliyində isə inqilab hesab edirdi. Əslində isə 


heç Yafəslə əlaqəsi olmayan bəzi məsələlərin onun adı 
ilə bağlanması düzgün deyil. Bu nəzəriyyənin 
mahiyyətini düzgün qiymətləndirmək üçün Yafəs 
haqqında bəzi Ģeylər demək lazımdır. Yafəs haqqında 
məlumatı N.Y.Marr özü 
1
uydurmamıĢdır. 
Yafosin 
kimliyi 
haqqında 
məlumatı biz həmdullah Müstəvfi Qəzvininin (1281 – 
1349 – 50) «Tarixi-Kuzidə», XV əsrdə yaĢamıĢ 
Xandəmirin «Xülasətül-əxbar», ycno XV əsrdə (1433 – 
1488) yaĢamıĢ Miraxundun 7 cilddən ibarət olan 
«Rövzətüssəfa», A. Bakıxanovun (1794 – 1847) «GülüĢ- 
tani-Ġrəm» adlı əsərlərindən alırıq. 
H. Qəzvini və Xandəmirin məlumatına görə 
Yafəsin 8, Miraxundun məlumatına görə 11, 
A.A.Bakıxanovun məlumatına görə 9 övladı olmuĢdur. 
Əlbəttə, oğlanları nəzərdə tutulurdu. A. Bakıxanovun 
yazdığına görə, Yafəsin hər bir oğlu bir xalqın yaranması 
üçün əsas olmuĢdur. Yafəsin oğlanlarının kimlər 
olduğunu bilmək, kimin Yafəs xalqlarına aid olduğunu 
müəyyənləĢdirməyə kömək edər. 
Yafəsin birinci oğlu Türkdür. A. Bakıxanov yazır: 
«Türk Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və 
rəiyyətpərvər bir padĢah idi. Bütün Yafəs nəslinin 
1
Меликсстбсков Л. М. «Академик Н. Марр и его яфетическан 
теория» – Тифлис. 1926; Мещанинов И. И. «Яфетическая 
теория» БСЭ (первое издание) М. 1931, том 55.столб 8109 – 
821; Мещанинов И. И. "Яфстидология и марксизм” доклад 
проф. Мещанинова. 18 октября 1929 из-во АзГНИИИ Баку. 
1930; Мещанинов И. И., «Краткие очерки основных положений 
в яфетидологии» – из. общество обследования и изучения 
Азербайджана том 9. № 19 26 стр. 63 – 76. 


qəbilələri bunun adı ilə türk adlanırlar. Atasının 
vəfatından sonra özü üçün Türküstanda isti və soyuq 
bulaqlı bir çox otlaqlar seçmiĢdir. Bura Suluq deyilir».' 
Elə həmin səhifədə də A. Bakıxanov Yafəsin 
Ġranın və bütün Sam nəslinin hökmdarı Kəyumərsin 
müasiri və türklərin ilk hökmdarı olduğunu göstərir. 
Yafosin oğlanları aĢağıdakılardır: 
1 ) Türk. 
2)
Xəzər. 
3)
Rus. 
4)
Qərrə-Bolqar. 
5)
Komari-komok, Bolqar. 
6)
Soqlab-slavyan 
7)
Çin. 
,
8)
Boric-firəng. 
9)
Məsək-monqol, Yəcuclar (səh. 31 – 35). 
Əlimizdə olan baĢqa mənbələrdə Yafəsin əfsanəvi Nuh 
peyğəmbərin oğlu olduğu göstərilir. Akademik Ġ. 
MeĢĢaninov Yafəs sözünün 
1
A.A.Bakıxanov. «Gülüstani-Ġrəm». Bakı, 1951, 
səh.31 
202 
Ġncildən götürüldüyünü vo Nuhun oğlu olduğunu 
qeyd edir və bir ağac sxemi ilə Yafəs nəslinin inkiĢafını 
göstərir
1 2
1
McıııamiHOB И. И. Яфетическая теория: НС) (первое 
издание). M. IУ.Ч 1 
HIM 
$5 стр. 809. 
„Мещанинов И. И. «II.Я, Марр», изл. ЛИ СССР. 1%0. стр. 9. 
2
Вопросы грамматики (сборник сгатс!) посняш. 75-.теиж> акал 
Мещанинова) шл. ЛИ СССР. 1960. стр. 3. 


Qeyd etmək lazımdır ki, bir vaxtlar akad. 
MeĢĢaninov da Yafəs nəzəriyyəsinin qızğın tərəfdarı idi. 
O, 1929-cu il oktyabrın 28-do Bakıda Azərbaycan 
Elmi-Tədqiqat Ġnstitutunda marksistlərin elmi-tədqiqat 
assosiasiyasının iclasında etdiyi məruzədə Yafəs 
nəzəriyyəsini müdafiə edirdi. O, bu nəzəriyyəni 
linqvistikada marksist metodologiyasının əsası hesab 
edirdi. Bu mülahizələrin ilkin rüĢeymləri alimin hələ 
1925-cı il noyabrın 21-də Azərbaycan tədqiq-tətbiq 
cəmiyyətində «Yafəs nəzəriyyəsinin əsas müddəalarının 
qısa oçerki» adlı məruzəsində irəli sürülmüĢdür. 
Yeri gəlmiĢkən, demək lazımdır ki, 1935-cı ildə 
Marrin vəfat etməsindən sonra Yafos nəzəriyyəsi təftiĢ 
və tənqid edilməyə baĢlanmıĢdı. Hətta Ġ. Ġ. MeĢĢaninov 
bu nəzəriyyədən uzaqlaĢmağa baĢlayırdı. 1945-cı ildə 
Marrın vəfatının 10 illiyi ilə əlaqədar olaraq yazdığı 
məqalədə o, əvvəlcə Mam böyük alim kimi təqdim edir. 
Sonra 
isə 
onun 
səhvlərinə 
toxunur. 
Yafos 
nəzəriyyəsindən uzaqlaĢdığını Ġ. MeĢĢaninovun 75-illiyi 
münasibətilə nəĢr edilən məqalələr məcmuəsi də təsdiq 
etməkdədir 
ki, 
sonralar 
o, 
Marr 
təlimindən 
uzaqlaĢmıĢdır‟ 
O dövrdə bu nəzəriyyənin islər Rusiyada, istərsə 
də Azərbaycanda çoxlu tərəfdarları vardı. Hətta hami və 
Sami dillərinin indi də mövcud olmasından istifadə 
edərək bəziləri bu nəzəriyyəni xalqların və dillərin 
yaranması haqqında ən düzgün təlim hesab edirdilər. 
Bəllidir ki, Yafəs nəzəriyyəsi xalqların etnik mənĢəyini, 
dillərin vo milli mədəniyyətlərin əmələ gəlməsi və 
inkiĢafını əfsanəvi Nuhla, onun oğlu Yafəslə bağlayırdı. 
O vaxtlar Marr filologiyanın, xüsusilə dilçiliyin on 


nüfuzlu rəhbəri hesab edilirdi. Ona və onun səhv 
müddəaları olan «sənət sənət üçündür», «dil sinfidir, 
üstqurum 
kateqoriyasıdır» 
fikirlərinə, 
«Yafəs 
nəzəriyyə»sinə qarĢı
çıxmaq olmazdı. Bəllidir ki, onu Bakıda bircə prof. 
B. Çobanzadə tənqid etmiĢdi. Buna görə do Azərbaycan 
Proletar Yazıçıları Cəmiyyəti B.Çobanzadə haqqında 
yeddi bənddon ibarət qərar çıxarmıĢdı. Qərarın dördüncü 
bəndində deyilir: «Çobanzadənin lisaniyyata aid 
prinsipləri materialist lisaniyyat nəzəriyyəsinə – yoldaĢ 
Mamn Yafetik nəzəriyyəsinə vo marksist dilĢünaslığa 
düĢmən prinsipləridir».
1 2 3 4 5 6
Halbuki, Marr konsepsiyasını düzkun mövqedən 
tənqid etdııyinə görə, onu tərifləmək lazım idi. Marrın 
dilçiliyə, dilçi kadrların inkiĢafına vurduğu zərər 
haqqında çox deyilmiĢdir. Xüsusilə V. Vinoqradov və 
Serebrennikovun bu haqda sanballı fikirləri vardır: 
«Dilçilikdə 30 ilə qədər hökmranlıq edən marrizm onun 
inkiĢafına çox qüvvətli zərər vura bildi».
2
1
«Ġnqilab və mədəniyyət». 1931 
1
3 – 4. salı. 63. 
' Виноградов U. В.. Серебренников b. Л. «О состоянии и задачах 
советского 
языкознания» «Известия» ЛИ СССР от лит. и яз. 1954. вмп. 4. т. 
XVIII. стр. 317. 
I ллкина-Фелорук К. М. «Язык как общественное явление» М. 
1954. стр. 13: ««тин н с в В. Л. «Актуальные проблемы 
современного теоретического 
• н.гкознамия» Вестник МГУ. 1961. Xs 2. стр. 5; N. N. 
Mommodov. "Marksizm klassikləri dilin mənĢoyi haqqında”. 
Ədəbiyyat vo dil institutunun əsərləri 1954. VI. 
6 cild, səh 67. 


Yuxanda dediyimiz kimi, dilin yaranmas? 
problemini insanın özünün yaranması ilə əlaqəli Ģəkildə 
götürmək lazımdır. Əslində dilin mənĢəyini izah etmək 
təkcə dilçiliyin imkanı xaricindədir. Ona görə, də bu 
problemin Ģərhində məntiq, tarix, etnoqrafiya kimi 
elmlərdən də istifadə edilməlidir. Hələ bəzən buraya 
fiziologiya, coğrafiya, arxeologiya, kimya, torpaq-
Ģünaslıq və s. kimi elmləri də cəldb etmək lazımdır. Dilin 
mənĢəyini düzgün qiymətləndirmək üçün ona düzgün 
mövqedən yanaĢmaq, onun mahiyyətini düzgün 
qiymətləndirmək lazımdır. 
Dilin ictimai mahiyyətini heç kəs inkar etmir. Dilin 
mənĢəyi problemini məhz bu mövqedən əks etdirmək 
lazımdır. Müasir dilçilik dilin mənĢəyi haqqında bütün 
fikirləri saf-çürük etməli, hamısının müsbət cəhətlərini 
nəzərə almalıdır. Məhz- bundan sonra bu problemi həll 
etmək mümkün olar. Hələlik ənənəvi dilçilik yalnız 
marksist-materialist mövqedən çıxıĢ «etdiyi üçün, heç 
bir dini baxıĢla barıĢmadığı üçün bu mövqeyi də tam və 
qəti hesab etmək olmaz. Bizə belə gəlir ki, dilin mənĢəyi 
probleminə hələlik nöqtə qoymaq olmaz. Dilin mənĢəyi 
problemi də baĢqa fəlsəfi-linqvistik məsələlər kimi 
yenidən iĢlənməli və tamamlanmalıdır. 
Bütün deyilənlərdən aydın olur ki, dil: 
H)
Ġctimai hadisədir. Cəmiyyət həyatının 
məhsuludur. 
b) Cəmiyyətdən kənarda dil ola bilmədiyi kimi 
dilsiz do cəmiyyət ola bilməzdi. Cəmiyyət təĢkil 
etməyən insanın dili olmaz. Çünki ona belə bir Ģey lazım 
deyil. 
v) Dili cəmiyyət özü yaratmıĢdır. Dil ictimai 


zərurət nəticəsində insan cəmiyyəti ilə birlikdə 
yaranmıĢdır. 
q) Ġnsan əvvəlcə nitq elementlərini, sonra isə dil 
elementlərini yaratmıĢdır. Bu onu göstərir ki, dil 
ünsiyyət ehtiyacından yaranmıĢdır. Dillə nitq dialektik 
vəhdətdə olub, bir-birinin eyni deyil. 
ğ) Dil təfəkkürlə dialektik vəhdətdədir, amma 
onun eyni deyil. Təfəkkür bəĢəri, dil millidir. 
d)
Dil cəmiyyətin inkiĢafı ilə inkiĢaf edir. 
ĠnkiĢaf onu ölümə aparmır. 
e)
Dil yalnız nitq Ģəklində mövcud 
olmadıqda, cəmiyyət özü öldükdə ölür. 
ə) Dildə ciddi sistem vardır. Dilin quruluĢ ünsürləri 
sistem təĢkil edir. 
l) Dil iĢarələrdən ibarətdir. 
j)Dil sinfi deyil. 
i) Dil bazis üzərində üstqurum kateqoriyası deyil. 
u) Dil tarixi kateqoriyadır. 
y) Dil bioloji, fizioloji, psixoloji hadisə deyil. 
k) Dilin əmələ gəlməsində səs təqlidinin, nidaların 
və s. də rolu olmuĢdur.
Müasir dövrdə dillərin dəqiq sayını bilən, demək 
olar ki, yoxdur. Məs., Almaniyada nəĢr edilmiĢ «Dilçilik 
və dil ünsiyyəti vasitələri haqqında sorğu kitabı»nda 
dünyada 5651 dil olduğu göstərilir. Bəzi mənbələrdo 
3000-ə qədər dil qeyd edilir. 1400 dil hələ 
müstəqilləĢməmiĢ, ya da ölü dillər sırasında olduğu üçün 
qeydə alınmamıĢdır. Bundan əlavə, dünya dillərinin bir 
çoxunda həddindən az adam danıĢır. Belə ki, Avstra-
liyada 250 dildə cəmi 40 min adam danıĢır. Müstəqillik 
həddinə qalxmıĢ olan 4200 dildən cəmi 500-ü lazımi 


səviyyədə öyrənilmiĢdir. 1500 dil isə tamamilə 
tədqiqatdan kənarda qalmıĢdır. 
Dünya dillərinin çoxluğuna vo onların öyrənilməsi 
məsələsinə diqqəti cəlb etməkdə məqsəd onların 
inkiĢafındakı proses və mərhələlərin çox mürəkkəb bir 
problem olduğunu göstərməkdir. 
Bu, bir tərəfdən dillərin hamısının eyni səviyyədə 
inkiĢaf etməməsi ilə, digər tərəfdən isə onların 
öyrənilməməsi ilə əlaqədardır. Bundan əlavə, hansı dil 
müstəqil hesab edilməlidir? – sualına cavab olaraq vahid 
bir meyarın da olmaması bu iĢi çətinləĢdirir. Doğrudan 
da, elə dillər vo onların dialektləri (məs. Çin dilinin 
Pekin və ġanxay dialektləri) vardır ki, həmin dialektlərin 
nümayəndaləri bir-birini baĢa düĢmür. Belə dialektləri 
müstəqil hesab etmirik. Amma azərbaycanlılarla 
qaqauzlar bir-birini çox asan baĢa düĢdüyü halda, onların 
dillərini müstəqil hesab edirik. Bütün bunlar onu göstərir 
ki, dünya dillərinin hamısı öyrənilməyincə onların bir 
sıra problemləri də qaranlıq qalacaqdır. 
Konkret olaraq dillərin hamısının eyni inkiĢaf 
prosesi keçirdiyini səyləmək olmaz. 
Bununla belə, dillərin inkiĢafı üçün məntiqi vo 
səciyyəvi olan iki proses olmuĢdur. Bunlardan biri 
ayrılma – diferensiasiya, ikinci isə birləĢmə – 
inteqrasiyadır 
Diferensiasiya dilin təkamül dövrünün ilkin 
mərhələsinə aiddir. Belə ki, ibtidai icma quruluĢunda və 
hətta ondan sonra da feodalizm Ģəraitində müxtəlif 
siyasi, iqtisadi və sosial faktorların təsiri ilə tayfalar 
parçalanmağa baĢlayırdı. Tayfa nümayəndələri özləri ilə
öz dialektlərini də aparırdılar. Sonradan yeni yerə köçən 


tayfaların həyat tərzi, məiĢəti, coğrafi Ģoraiti vo digər 
siyasi və sosial faktorların tosiri ilə bağlı olaraq onların 
dialektləri arasında fərqlor meydana gəlirdi. Zaman 
keçdikcə bu fərqlər dialektin bütün sietemində, bütün 
səviyyələrində inkiĢaf etməyə baĢlayırdı. Beləliklə, 
fərqli cəhətlərin çoxalması dillərin müstəqilləĢməsini 
Ģərtləndirirdi. Bununla belə, həmin dillərin ümumi kökü 
– ana kökü dəyiĢməz olaraq qalırdı. Buna görə də 
müstəqilləĢmiĢ, diferensiallaĢmıĢ dillər qohum dillərin 
yaranmasına xidmət edirdi. Deməli: a) diferensiasiya 
qohum dillərin yaranmasının əsas səbəbidir; b) 
diferensiasiya dillərin sayca çoxalmasına xidmət edir. 
Ġnteqrasiya. Bu proses diferensiasiyanın tam 
əksidir. Ġnteqrasiya dillərin sayca azalmasına səbəb olur. 
Ġnteqrasiya müxtəlif dillərin və dialektlərin 
birləĢərək vahid bir dil yaratmasıdır. Dildaxili 
inteqrasiya ilə dillərarası inteqrasiyanı fərqləndirmək 
lazımdır. ĠnkiĢaf və təkmilləĢmə prosesində dialektlərin 
ümumi cəhətləri və birləĢməsi əsasında vahid bır dilin 
yaranması dildaxili inteqrasiyadır. Tayfa dili ilə, 
dialektlərin birləĢərək xalq dilini yaratması buna misal 
ola bilər. 
Bundan əlavə, (müstəqil hesab edilən dillər 
arasındakı sıx əlaqə də vahid dilin yaranmasına kömək 
edə bilər ki, bu da dillərarası inteqrasiya deməkdirf 
Vaxtilə 
– 
əsrimizin 
əvvəllərində 
oğuz-səlcuq 
yarımqrupuna vo baĢqa qruplara daxil olan türk 
dillərinin ümumi bir dilə çevrilə bilməsi ideyası mövcud 
olmuĢdur. Ġndi belə bir ümumiliyə həm meyl, həm do 
Ģərait yaranmıĢdır. Dillərin inteqrasiyasından danıĢarkən 
mütləq çarpazlaĢma məsələsinə toxunmaq lazımdır, 


ÇarpazlaĢma əslində bioloji və fizioloji aləmlərdə 
mövcud olur. XIX əsrdə görkəmli alman alimi A. 
ġleyxer Darvinin təkamül nəzəriyyəsini dilə tətbiq etmiĢ 
və bu prosesdə gedən çarpazlaĢma problemini də dilə aid 
etmiĢdir. O, belə hesab edirdi ki, dil əvvəllər köklərdən 
törənmiĢ – I mərhələ, yeni Ģəkillər almıĢ – II mərhələ, 
daxili məna dəyiĢmələri, kəsb- etmiĢ – 111 mərhələ, ali 
mərhələdir. 
Beləliklə, o, köksözlü dilləri inkiĢafın aĢağı, 
iltisaqi-aqqlütinativ dilləri orta, flektiv dilləri isə ali 
inkiĢaf mərhələsində qəbul edirdi. Buradan da belə bir 
nəticəyə gəlirdi ki, sırf amorf, iltisaqi və flektiv dil 
yoxdur, yəni tipoloji cəhətdən kök sözlü dildə iltisaqilik, 
iltisaqi dildə isə flektivlik elementi olmalıdır, bu isə 
çarpazlaĢmanın nəticəsidir. Əlbəttə, bu yanlıĢ mövqe idi. 
XX əsrdə N. Y. Marr ġleyxerin bu fikrini daha da 
geniĢləndirmiĢ, 
müqayisəli-tarixi 
metoda 
qarĢı 
qoymuĢdur. N.Marrin çarpazlaĢma prosesində iki dil 
əsasında heç birinə bənzəməyən üçüncü dilin yaranması 
fikri də düzgün deyil. Əslində, dilləni çarpazlaĢması 
müəyyən tarixi proses olub, heç bir yeni dil yaratmır. 
Dialektlərin özünün çarpazlaĢmasını belə götürsək, yenə 
onların heç biri sıradan çıxmır, öz elementləri ilə yeni 
yaranmıĢ dildə yaĢayır. N. Marr dillərin çarpazlaĢması 
kimi tarixi prosesin rolunu həddindən artıq böyüdərək 
müqayisəli-tarixi dilçiliyin gəldiyi nəticəni – «ana dil» 
anlayıĢını inkar etmiĢ və bu nəzəriyyəni «burjua 
nəzəriyyəsi» adlandırmıĢdır. «Dilçilik elminin baĢçısı» 
müqayisəli-tarixi metoda qarĢı öz Yafəs nəzəriyyəsini 
qoyur və belə bir yanlıĢ nəticəyə gəlirdi ki, elə bir tayfa , 
və xalq yoxdur ki, onun dili çarpazlaĢma nəticəsi 


olmasın . O hətta dillərin sonrakı inkiĢafını da 
çarpazlaĢma 
ilə 
əlaqələndirirdi. 
ÇarpazlaĢmanı 
çoxdillilikdən uzaqlaĢma prosesi kimi qəbul edən N. Y. 
Marr belə bir yanlıĢ fikrə gəlirdi ki, nə vaxtsa bu proses 
vahid dilliyə aparıb çıxara bilər. Bu konsepsiyası ilə 
N.Y.Marr və onun ardıcılları müqayisəli-tarixi dilçiliyin 
mühüm nailiyyəti olan «dillərin qohumluğu» məsələsinə 
qarĢı çıxır və onu burjua millətçiliyi ilə əlaqələndirirdi. 
Halbuki, bunlar müxtəlif anlayıĢlardır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə