Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə54/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   177
Adil Babayev

DĠLLƏRĠN 
ĠNKĠġAFINDA 
ƏSAS 
MƏRHƏLƏLƏR 
Dillərin inkiĢafında tarixi proseslər getdiyi kimi
tarixi mərhələlər də olmuĢdur Tarixi proses və 
mərhələlərin bütün dünya dillərində eyni vaxtda vo eyni 
xarakterdə olmasını qəti söyləmək səhv olardı. Bu, hər 
Ģeydən əvvəl, dillərin inkiĢaf tarixi və yerli Ģəraitlə 
bağlıdır. Dillərin inkiĢafını onu daĢıyan cəmiyyətin tarixi 
və həyat Ģəraiti ilə bağlı Ģəkildə götürmək lazımdır. 
Dünya tarix elminin qəbul etdiyi kimi, insanların sinifsiz 
cəmiyyətdə birləĢərək yaratdığı ilkin icma, qəbilə ol-
muĢdur. Qəbilə üzvləri yalnız qan qohumluğu əsasında 
birləĢirdi. Dünya üzərində qəbilə quruluĢunun erkən 
Paleolitlə son Paleolit arasındakı bir dövrdə mövcud 
olduğu güman edilir. Zaman keçdikcə qəbilənin icma 
quruluĢu forması da dəyiĢmiĢdir. Qan qohumları ilə 
evlənməyi qadağan edən adət qəbilələrin baĢqalarından 
təcrid edilmiĢ Ģəkildə yaranmasına imkan vermirdi. 
Təknigahlılığa keçid, habelə əkinçiliyin, maldarlığın 
inkiĢafı və baĢqa iqtisadi amillər qəbilə üzərindəki 
matriarxatı, pat- riarxat ilə əvəz etməyi zəruriləĢdirdi. 
Yeni iqtisadi, təsərrüfat və istehsal münasibətləri 


qəbilənin dağılmasını, yeni bir keyfiyyətin meydana 
gəlməsini Ģərtləndirirdi. Aydındır ki, qəbilə özü primitiv 
olduğu üçün onun dili də primitiv olmalı idi. 
Tarixi zərurət nəticəsində qəbilələr birləĢərək və 
ya inkiĢaf edərək Fratriyaya keçirdi. Tayfa daxilindəki 
qəbilələr hələ də müəyyən vahid qurum kimi yaĢayırdı. 
Tayfanın əsas əlaməti ümumi ərazi, istahsal 
sistemlərindəki 
ümumilik, , təsərrüfat həyatının 
əvvəlkinə nisbətən ümumiləĢməsi, əməyin son nəticəsi 
üçün bir-birinə yardım ənənəsinin yaranması, qəbilə 
dillərinin 
birləĢmə-intenrasiya 
nəticəsində 
ümumiləĢməsi və s. idi. Yeri gəlmiĢkən, qeyd etmək
lazımdır ki, qəbilədə tayfa elementləri olduğu kimi
tayfada da qəbilə elementləri qalır. Bu cəhət sonralar da 
davam edir. Tayfanı əmələ gətirən sosial- iqtisadi 
problemlər içərisində feodal istehsal münasibətlərinin 
yaranması əsas yer tutur. Feodalizm cəmiyyəti üçün 
pərakəndəlik əsasdır. Bir xalqı əmələ gətirəcək feodal 
tayfaları bir-birindən əlaqəsiz Ģəkildə mövcud olur. Belə 
ki, tayfalar arasında ictimai-mədəni və iqtisadi əlaqə 
demək olar ki, olmur. Bu səbəbdən də hər bir tayfa öz 
ənənəsini, öz təsərrüfat həyatını, məiĢət tərzini, o 
cümlədən dilini müstəqil Ģəkildə saxlayır. Tutaq ki, 
Azərbaycan xalqını əmələ gətirəcək bır neçə tayfa 
Azərbaycanın müxtəlif yerlərində yaĢayır. Bunlar 
arasında ümumi əlaqə olmadığı kimi, dilləri – dialektlər 
arasında da ümumilik yoxdur. Eyni anlayıĢlar müxtəlif 
sözlərlə ifadə edilir. Böyüklük anlayıĢını ifadə etmək 
üçün biri – böyük, digəri – yekə, baĢqası – iri, bir baĢqası 
– nəhəng və s. iĢlədir. 
Zaman keçdikcə tarixi inkiĢaf tayfalar arasındakı 


iqtisadi, siyasi, habelə sosial olaqolori zərurət kimi irəli 
siirür. 
Eyni 
zamanda tayfaların öz ərazisini 
geniĢləndirməsi, sayca artması, yuxanda dediyimiz 
faktorların zəruriliyi müxtəlif tayfaların birloĢmosi və ya 
çarpazlaĢmasına gəririb çıxarmıĢdır. Beləliklə, feodal 
istehsal münasibətləri inkiĢaf edərək yeni keyflyyətlərin 
yaranmasına səbəb olurdu. Təsərrüfatm bütün sahələri 
inkiĢaf etmiĢ tayfaların tələblərindən geri qalırdı. Yəni 
feodal təsərüfat ənənələri. istehsal münasibotlori 
tayfaların zəruri, tarixi inkiĢafını təmin etmirdi. Bu 
səbəbdən 
də 
feodal 
təsərrüfatmda 
kapitalist 
münasibətləri meydana gəlirdi. Kapitalist istehsal 
münasibətləri kəndli-feodal təsərrüfatında iqtisadi 
inteqrasiya yaratdığı kimi, sənaye sahələrinin do 
meydana gəlməsini tələb edirdi. Mevddna gəlmiĢ sənaye 
sahələri feodal təsərrüfatından kütləvi surətdə iĢçi 
qüvvəsini özünə cəlb edir. Məs., konkret olaraq 
Azərbaycanı götürsək XIX əsrin ikinci yarısında Tiflis- 
Bakı dəmir yolunun çəkilməsi. Bakıda neft sənayesinin 
yaranması Azərbaycanın bütün ucqarlarından – istər 
Güney, islərsə də Quzey Azərbaycandan – iĢçi 
qüvvəsinin kütləvi axınını özünə cəlb etdi. Vahid sənaye 
ətrafında birləĢən çoxlu tayfa nümayəndələri buraya öz 
dil elementləri – dialektləri, adət- ənənələri, 
dünyagörüĢləri ilə daxil olurdu. Bu o deməkdir ki, xalq 
dili heç bir dialekt əsasında deyil, bütün dialektlərin 
əsasında yaranır. 
Əlbəttə, xalq dilinin yaranmasında hər hansı bir 
dialektin payı digərinə nisbətən çox ola bilər. Amma bu 
o demək deyil ki, bir dil məhz bir dialekt əsasında 
yaranıb. Deməli ümumxalq dilində bütün dialektlərin 


payı vardır. 
Kapitalist sənaye sisteminin yaranması istehsalı 
təmərgüzləĢdirdiyi kimi, tayfa elementlərinin də 
inteqrasiyasını Ģərtləndirirdi. 
Beləliklə, 
feodal-tayfa 
münasibətləri 
yeni 
kapitalist münasibətlərinə keçdiyi kimi, tayfalar da 
birləĢərək yeni insan birliyi forması olan xalqı yaradırdı. 
Göründüyü kimi, hələ ümumxalq ədəbi dilindən söhbət 
gedə bilməz. 
Vahid sənaye – kapitalist istehsal münasibətləri 
ətrafında birləĢən tayfalar öz dil elementləri ilə buraya 
daxil olduqda, yeni yaranmıĢ xalq dili – əvvəlki 
dialektlərin məcmusu kimi meydana çıxır. 
Ümumxalq danıĢıq dili sərbəst – azad dildir. 
Yuxarıda 
dediyimiz 
kimi, 
dildəki 
sinonimlər 
tayfa-dialekt elementləridir. 
Belə bir Ģərait ümumxalq ədəbi dilinin yaranması 
üçün do real zəmin yaradır. Deməli, kapitalist istehsal 
münasibətləri iqtisadiyyat sahəsində irəliləyiĢ yaratdığı 
kimi, sosial-mədəni sahədə də irəliləyiĢ yaradır. 
Mətbuat-qəzet – təhsil sisteminin yaranması bu 
qəbildəndir. Mətbuatın, kitab nəĢrinin meydana gəlməsi 
yeni bir dilin – normativ dilin yaranmasını tələb edir. 
Belə ki, əgər xalq danıĢıq dilində bütün dialekt 
nümayəndələri 
sərbəst 
Ģəkildə 
öz 
dialekt 
elementlərindən istifadə edirdilərsə, qəzet və kitabda 
bu
mümkün deyil. Mətbuat eyni qrammatik və 
leksik-mənanı ifadə edən müxtəlif forma və vahidlərdən 
ancaq birini seçib iĢlədir. Yəni seçmə və əvəzetmə 
prosesi baĢlanır ki, bu da ədəbi dilin normalarının 
yaranması deməkdir. Yeri gəlmiĢkən, köstərmək 


lazımdır ki, külli miqdarda eyni mənalı dialekt sözləri 
ədəbi dilin normalarına uyğun gəlmədiyi üçün dili tərk 
etməli olmuĢdur. Məsələn, dızıxmaq – qaçmaq, nalça – 
kiçik döĢək və s. kimi sözlər dilə daxil ola bilməmiĢdir. 
Göründüyü kimi, tayfalar birləĢərək, çarpazlaĢaraq 
yeni bir xalqı və onun dilini – xalq dilini yaratmıĢdır. 
Ümumxalq ədəbi dili süni dil kimi xalq danıĢıq dili 
əsasında seçmə, əvəzetmə üsulu ilə yaranıb. 
Zaman keçdikcə xalq inkiĢaf edərək bütün 
tayfaları onların ərazisini əhatə edir. Bir xalq kimi 
formalaĢdıqdan sonra tayla adətləri də aradan çıxmağa 
baĢlayır. Beləliklə, yeni nkiĢaf prosesi - xalqın inkiĢaf 
edərək 
vahid 
psixoloji 
baxıĢlarının, 
ümumi 
adət-ənənələrinin, 
ərazi 
bütövlüyünün 
və 
dil 
ümumiliyinin yaranmasına səbəb olur. Beləliklə, millət 
və onun dili yaranmıĢ olur. 
Ümumxalq ədəbi dili cəmiyyət həyatının bütün 
sferalarında 
iĢlənməyə 
baĢladıqdan, 
dialekt 
elementlərini sıxıĢdırıb çıxardıqdan sonra artıq 
ümumxalq ədəbi dili hesabına zənginləĢir. Bununla belə, 
millət və xalq arasında qəti sərhəd qoymaq olmaz. Çünki 
onların elementləri biri digərində yaĢayır. 
Ümumxalq ədəbi dili ilə ümummilli ədəbi dil 
arasında quruluĢca fərq yoxdur. Fərq yalnız onların 
keyfiyyətində və iĢlənmə dairəsindədir. Belə ki: 
a) Ümumxalq ədəbi dilinin yazılı forması yalnız 
yüksək təbəqəni əhatə edir, aĢağı təbəqəyə belə bir 
formada ünsiyyət gedib çatmır. Bu, onunla əlaqədardır 
ki, ümumxalq ədəbi dili bütün təbəqələri əhatə edə 
bilməmiĢdir. 
I Ümumxalq ədəbi dili dialektlər hesabına 


zənginləĢir. Ümummilli dildə isə dialektlər və dialekt 
fərqi olmur. 
v) Ümummilli ədəbi dilin normaları ümumxalq 
ədəbi dilinə nisbətən daha çox sabitləĢmiĢ olur. 
Bu cəhət bir də ondan xəbər verir ki, ədəbi dillə 
milli ədəbi dili eyniləĢdirmək olmaz. Ədəbi dil milli 
dildən əvvəl yaranır Belə ki, XII – XIII əsrlərdə artıq 
Azərbaycan ədəbi dili formalaĢmıĢdı. Azərbaycan milli 
ədəbi dili isə yalnız XIX əsrin sonlarında meydana gəldi. 
Tarixdə bu proses bütün xalqlarda belə olmuĢdur. 
Məsələn, rus ədəbi dili XII əsrdə formalaĢdığı halda, rus 
milli ədəbi dili XIX əsrin ikinci yarısında meydana gəldi. 
Fransız ədəbi dilinə aid materiallar X – XI əsrlərə 
aid olduğu halda, franstz milli ədəbi dili ondan çox sonra 
XVII – XVIII əsrlərdə formalaĢmıĢdır. Eyni sözləri 
italyan dili haqqında da demək olar. 
XIII əsrdə italyan ədəbi dili əsasında Dante öz 
əsərlərini yazmıĢdır. Amma italyan millətinin ümumi 
dili olmaq üçün bu dil yeddi əsr formalaĢma dövrü 
keçirmiĢdir. 
Daha baĢqa bir misal: hələ yeni eradan çox-çox 
əvvəl yunan ədəbi dilində çoxlu bədii və elmi əsər 
yazılmıĢdır. Amma yunan millətinin formalaĢması, 
yunan dilinin milli dil ola bilməsi üçün bir çox əsrlər 
keçmiĢdir. 
Bu proses indi də davam etməkdədir. Ġndi yüksək 
inkiĢaf etmiĢ milli dillərlə yanaĢı xalq və tayfa dilləri do 
qalmaqdadır. Müasir tayfa dillərinə misal olaraq ġimali, 
Mərkəzi və Cənubi Amerikada yaĢayan atap, alqon, 
irokez, arovak, mayya, habelə Afrika və Asiyada 
yaĢayan bir sıra azsaylı tayfaların, Dağıstanda yaĢayan 


saxur, rutul, andi, dido tayfalarının dillərini göstərmək 
olar. Azərbaycanda isə Quba rayonunun Xınalıq,
Ordubad rayonunun Kilit kəndində yaĢayan 
azsaylı – 80 – 100 nəfər – tayfaların danıĢdığı 
dilləri 
tayfa dillərinə misal 
göstərmək olar. 
Xalq dili səviyyəsində olanlar isə avar, darkin, 
ləzgi, kumık, lak, noqay, tabasaran, altay, çukot, talıĢ, 
karaçay, balkar və s. xalqların dilləridir. Adətlərin 
itməsinə gəlincə, qeyd etmək lazımdır ki, adətlər daha 
sabit vo dəyanətli olur. Milli dildə tayfa elementi 
olmadığı halda, millətlər tayfa adətlərindən çətin xilas 
ola bilir. Belə ki, əfqanlarda köçərilik, azərbaycanlılarda 
qan intiqamı və yerlibazlıq, Rusiyada ducl və s. tayfa 
adətləridir.

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə