Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə50/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   177
Adil Babayev

DĠLĠN ƏMƏLƏ GƏLMƏSĠ HAQQINDA 
NƏZƏRĠYYƏLƏR 
Dilin mənĢəyi haqqında düĢüncələr dilçiliyi 
yaradan əsas fəlsəfi məsələlərdəndir. Bu məsələ 
ətrafında çox qədim zamanlardan baĢlamıĢ son vaxtlara 
qədər tez-tez söhbət açılır. Bəzən dilin mənĢəyinin uzaq 
keçmiĢə aid olduğuna istinad edərək bu barədə heç 
danıĢmamağı məsləhət görürlər. XIX əsrdə Fransa 
vo
ümumdünya dilçiliyinin inkiĢafına çox kömək etmiĢ 
olan beynəlxalq linqvistlər cəmiyyəti müxtəlif 
ölkələrdəki dilçi alimlərə məktub göndərərək deyirdi ki, 
dilçiliyin bütun sahələrinə aid məqalə yazıb göndərin, 
çap edərik. Bircə dilin mənĢəyi haqqında yazmayın. 
Çünki bu çox çətin və mübahisəli məsələdir. 
Məsələ böyük olduğu üçün də mübahisəlidir. 
Ġndiyədək dilçilikdə dilin mənĢəyi izah edilərkən bütün 


dini ədəbiyyat mütləq tənqid edilməli, oradakı səmərəli, 
inandırıcı fikirlər altüst edilməli idi. Bu mövqe bütün 
ictimai elm sahələrinin bizdə geri qalmasına səbəb 
olmuĢdu. 
Ġndi isə bütün tarixi kateqoriyalara, o cümlədən 
elmi problemlərə müstəqil, azad mövqedən və açıq gözlə 
yanaĢmaq mümkündür. Bu səbəbdən biz dini 
ədəbiyyatın da qənaətlərini Ģərh etməyi vacib bilirik. 
Ġndiyədək dilin mənĢəyi haqqındakı fikirlər iki 
yerə ayrılır, iki cür də adlandırılırdı, birincilərə idealist 
fərziyyələr, ikinciyə isə materialist təlim, nəzəriyyə adı 
verilirdi. Biz də hələlik 
köhnə çərçivəni saxlamağı lazım bilir və idealist 
adı altında konara atdığımız mülahizələri – nəzəriyyələri 
Ģərh etməyi lazım bilirik. Ġdealist baxıĢlar, hər Ģeydən 
əvvəl dini kitablarda 
öz 
əksini tapmıĢdır. Tövrat, Zəbur, 
Ġncil. Quran kimi mötəbər dini kitabların dördünün də 
insan, onun dili, mənĢəyi haqqında da mövqeyi eynidir. 
Həmin kitablarda dilin əmələ gəlməsini insanın əmələ 
gəlməsi ilə əlaqəli Ģəkildə götürürlər. Qurani- Kərimin 
ikinci surəsi olan «Baqara»nın 29 – 30-cu ayələrində 
deyilir: «Allah-Taala yeri iki günə yaratdım, onu böyük 
dağlarla möhkəmlətdi. Yer sakinlərinin bütün 
ehtiyaclarını isə dörd günə hazırladı. Sonra qazabənzər 
maddə ilə yeri iĢıqlandırıb, göyü yaratmağa baĢladı və 
hər ikisini öz iradəsi dairəsinə daxıl etdi. Daha sonra dua 
oxuyan, ibadət edən mələkləri yaratdı. Sonra iradəsinin, 
hikmətinin tələbi ilə Adəmi və onun nəslim yaratmaq 
istədi. O, mələklərə xəbər verdi ki, elə bır məxluq 
yaradacaq ki, yerdəki xəlifəsi olsun, orada məskən 
salsın, nəsli hər yana yayılsın, toıpaqda bitənlərdən yesin 


və onun dərinliklərindən nemətləri, bərəkətləri üzə 
çıxarsın. Mələklər insanın təbiətindəki hikməti vo 
tanrının ona öz yerinə xəlifə təyin etməsini bilmirdilər. 
Bir yandan da Allah-Taala mələklərə belə vəhy vermiĢdi 
ki, bu növ fərdlərin çoxu dindarlıq və ibadətdə, itaət və 
dua etməkdə onların səviyyəsinə çatmır. Ona görə də 
mələklər ilahi dərgahında söylədilər: «Yer üzündə fitnə 
törədən, qanlar tökən bir kəsini Özünə caniĢin edirsən? 
Axı biz dua qılırıq, ibadət edirik!» 
Bu anda Allah-Taalanın cavabı onları heyrət və 
Ģübhədən qurtardı. Cavabın xülasəsi belə idi: «Siz bu 
yaradılmıĢını sirrindən xəbərsizsiniz və mən bildiyimi 
siz bilmirsiniz». Tanrı bunu deyib mələklərə buyurdu: 
«Ġnsana səcdə etməyə hazır olun. Ġndicə insanın bədənini 
düzəldib, ona can üfürəcəyəm». 
Tanrı insanın bədənini gildən düzəldib, ona can 
üfürdü. Onun bədəninə həyat nəfəsi dəydi və ağlı, 
iradəsi, hissləri iĢə düĢdü. Sonra Allah-Taala ona mərifət 
və nemət bəxĢ etdi. Öz nurundan ona bir iĢıq verdi, 
aydınlıq saçdı və yaradılmıĢların adlarını (kursiv 
bizimdir – A.B.) sirrlərini öyrətdi. Sonra o. məxluqun 
uzaqdan görünən Ģəklini təsvir etdi və mələklərin 
zəifliyini, biliklərinin nöqsanlı olduğunu bildirmək
insanın 
üstünlüyünü anlatmaq üçün onlara buyurdu: «Əgər 
düz deyil sinizsə, onların adlarını vo sirrlərini mənə 
söyləyin». Mələkin bu imtahan qarĢısında ĢaĢqın qalıb 
cavab vrə bilmədilər. Çarəsi mələklər acizliklərinə, elm 
və mərifətcə gücsüz olduqların etiraf edib dedilər: «Biz 
səndən öyrəndiyimizdən baĢqa heçzad bilmirik. Əsl alim 
və bilici sənsən». Ancaq Adəmin mənəvi nemət 


mənbəyindən feyziyab olmaqda, ilahi elminin nurundat 
bəhrələnməkdə istedadı olduğundan yaranmıĢların 
adların (dili – A.B.) öyrənmiĢ, sirrlərini dərk etmiĢdi. 
Ona görə də Allahın əmri ilə yaradılmıĢlar haqqında 
bildiklərini mələklərə söylədi vo bu yolla ilahinin 
yaradıcı mövqeyinin hikmətini açıb, dedi». 
Quranın Ərrəhman surəsində deyilir: «Allah insanı 
yaratdı, ona danıĢmağı (fikrini boyan etməyi) öyrətdi». 
Demək olar ki, dini kitabların hamısının insanın və 
onun dilinin yaradılması haqqında mövqeyi eynidir. 
Məs. Ġncilə göro dünyam Allah-Taala altı günə yaradıb, 
yeddinci gün yaranmıĢlara həyat vermiĢdir. Voskrosenie 
– dirilmə sözü da buradandır. Buna görə də rus-xristian 
həftəsi voskresenie ilə baĢa çatır. Xristian dininə görə hər 
Ģeyə qadir olan allah öz bəndəsi Qriqoriyə tapĢırmıĢdır 
ki, əĢyaları yaratsın vo onlara ad versin. 
Dilin mənĢəyi haqqındakı nəzəriyyələri iki qrupa 
bölmək olar: birinci idealist, ikinci materialist 
nəzəriyyələr. Ġdealist nəzəriyyələr do öz növbəsində iki 
qrupa 
bölünür: 
fərdi-ilahi 
vo 
ictimai-idealist 
nəzəriyyələr. Fərdi idealizmə göro dili bir nəfər 
yaratmıĢdır. Bu fikir əvvəllər dini kitablarda deyildiyi 
kimi, allahın adı ilə bağlıdır. Yəni xəila-qül-aləm kainatı 
və insanı yaratdığı kimi, onun dilini də yaratmıĢdır. 
Allahın iradəsindən (ideyasından) kənarda heç bir 
varlığın olmadığını göstərən, dini mövqedən çıxıĢ 
edənlər, dilin allah tərəfindən yaradılıb hazır Ģəkildə 
adamlara bəxĢ edildiyini təsdiq edirdilər. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə