Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə46/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   177
Adil Babayev

DĠLĠN SĠSTEMĠ VƏ STRUKTURU 
Sistem çox geniĢ anlayıĢdır. Obyektiv gerçəklikdə, 
ictimai həyatda, fəlsəfi anlayıĢlarda və s. sistem vardır. 
Sistem anlayıĢı haqqında hələ çox qədim zamanlarda 
alimlərin məlumatı var idi. 
■ Görkəmli yunan alimi Demokrit (y. e. ə. 430 – 
1
Колухов В. И. «Введение в языкознание». М. 1987. стр.22 
1*7 



370) sübüt etmiĢdir ki, «hər bir əĢya kiçik atomlardan 
ibarətdirə, bir bir əĢyanın öz xarici formasının olması isə 
onun atomlarının düzülmə sistemindən asılıdır. Sistem 
eynicinsli elementlərin hər hansı bir Ģəkildə 
birləĢməsindən ibarətdir. Məlumdur ki, vahid, tək bir 
element sistem yarada bilməz. Sistem yaratmaq üçün 
müəyyən birləĢmə toplusu lazımdır. Lakin hər hansı 
elementlər toplusu sistem əmələ gətirməz. ƏĢyalar, 
elementlər çoxluğu qaydasız (xaotik) və qaydalı 
(sistemli) Ģəkildə ola bilər. Məsələn, idarə üsulu sistemi, 
təhsil sistemi və s. müəyyən ierarxık i Ģəkildə 
birləĢmiĢdir, hər hansı bir birləĢmənin tərkibcə çoxluğu „ 
və ya azlığı sistem üçün əhəmiyyətlidir. Düzdür, 
sistemin əvvəli və axırı olmalıdır. Məhz bu cəhətlə 
sistem baĢqa qaydasız birləĢmələrdən seçilir. Məsələn, 
kənd təsərrüfatı briqadası nə inĢaatçılar briqadasını 
müqayisə edək. Kənd təsərrüfatı briqadasında ya 
bağbanlar, ya əkinçilər, ya pambıqçılar birləĢdiyi halda, 
inĢaat briqadasında həm suvaqçılar, həm bənnalar, həm 
rəngsazlar birləĢmiĢ olur. Kənd təsərrüfatı briqadasında 
eyni xarakterli əməklə məĢğul olan adamlar, inĢaat 
briqadasında isə | müxtəlif sənət adamları birləĢmiĢdir. 
ĠnĢaat briqadasını sistemlər sistemi adlandırmaq olar. 
Çünki həmin briqadanı təĢkil edən ayrı-ayrı qruplar eyni 
cinsli sənət sahibləri olub sistem təĢkil edirlər. Onların 
bir-birindən asılı təsəvvürü isə sistemin sistemini 
yaradır. 
Dil də belədir Dil sistemlər sistemidir A. A. 
Reformatski sistemə belə bir tərif verir: «Sistem həmcins 
qarĢılıqlı Ģərtlənən elementlərin birliyidir» 
Bu tərif dilin yarusdaxili sistemlərinə aiddir, Belə 


ki, dil səviyyələri eynicinsli vahidlərdən ibarət olur. 
Məsələn, fonetik sistem fonemlərdən, leksik sistem – 
leksemlərdən, morfoloji sistem morfemlərdən ibarət 
olur. 
Dilin sistemindən danıĢarkən onun strukturunu da 
unutmaq olmaz. Çünki dilin struktur iĢarələri sistem 
təĢkil edir. Bu iki anlayıĢı eyniləĢdirmək mümkün 
olmadığı kimi, onları təcrid etmək də olmaz. A. A. 
Reformatskinin tərifinə görə «struktur bir 
1
vahid tam 
tərkibində müxtəlifcinsli elementlərin biriliyidir» 
Buradan aydın olur ki, dilin strukturu dedikdə dil 
səviyyələrinin birliyi nəzərdə tutulur ki, burada da 
eynicinsli dil elementləri mövcud olur. 
Dilin sistemini sintaktik-üfüqi Ģəkildə, strukturunu 
isə paradiqmatik – Ģaquli Ģəkildə təsəvvür etmək olar 
Struktur ilə quruluĢu eyniləĢdirmək olmaz. 
Struktur müxtəlif cinsli elementlər məcmusu kimi, 
quruluĢ isə sadə, düzəltmə və mürəkkəb forma kimi baĢa 
düĢülür. Dil strukturu dedikdə dil yaruslarının bir-biri ilə 
ierarxik Ģəkildə əlaqələnməsi nəzərdə tutulur 
Dil sistemlər sistemidir dedikdə isə, dilin quruluĢ 
ünsürlərinin bir-birini vasitəli Ģəkildə təĢkil etməsi və 
əlaqələnməsi nəzərdə tutulur. Fonemlor morfemləri, 
morfemlər leksemlərı, leksemlər frazem vo ya 
sintaqmalan, sonuncular cümləni, cümlə isə mətni 
yaradır. Bu da dil vahidlərinin sistemlər sistemini – 
strukturunu yaratması deməkdir. 
' Реформатский Л. Л. «Введение и языкознание». M. 1967, стр. 
25 
В. Н. «Введение в языкознание». Воронеж. 1973. стр. 30 


Dil 
yarusları. 
Dilçilik ədəbiyyatında rast 
gəldiyimiz «Dil səviyyəsi», «Dil yarusu», «Dil karkası» 
terminləri eyni mənada iĢlənir. Dil yarusları haqqında da 
fikirlər bəzən haçalanır. Məs. V.N. Peretruxin dil 
strukturunu iki yarusa bölür: a) diferensial, b) semantık. 
Diferensial yarusa V. N. Peretruxin fərqləndirici 
elementləri – tonemlərı daxil edir. Semantik varusa isə 
«informator iĢarələri» – sözləri, morfemləri. arammatik 
quruluĢu daxil edir
2
Alimin bu fikri ilə razılaĢmaq 
çətindir. Çünki dilin leksem və morfemlərini eyni 
səviyyədə hesab etmək düzgün deyil. Axı hamı 
tərəfindən qəbul edilmiĢdir ki, bir yarusda yalnız eyni 
cinsli elementlər birləĢir. Leksemlər, morfemlər isə 
müxtəlif cinsli dil elementləridir. 
Dil strukturu üç səviyyədən ibarətdir: a) 
diferensial, b) semantik, v) konstruktiv. Diferensial 
yarus dil səviyyəsinin birinci mərtəbəsini təĢkil edir. 
Burada yalnız fərqləndirici elementlər – fonemlər və 
onların sistemi mövcud olur. 
Semantik səviyyə paradiqmanın ikinci mərtəbəsini 
təĢkil edir. Burada leksik-serrantik sistem mövcuddur. 
Bu yarus məna yarusudur. 
Üçüncü yarus – konstruktiv yarus dilin ən yüksək 
mərhələsi, özünəməxsus qrammatik konstruksiyalar 
mərtəbəsidir. Bu yaruslar mütləq və nisbi Ģəkildə 
müstəqildir. Onların mütləq müstəqilliyini Ģərtləndirən 
cəhət 
öz
vahidlərinin olmasıdır. Hər bir yarusun öz 
vahidi vardır. Bu yarusların müstəqilliyinin nisbiliyi isə 
onunla əlaqədardır ki, bunlar arasında qəti sərhəd 
qoymaq olmaz. Belə ki, bir yarusun vahidi baĢqa yarusa 
keçə bilir. Məsələn, «o» səsini götürək. Bu, səs kimi 


diferensial yarusun, iĢarə və Ģəxs əvəzliyi kimi semantik 
yarusun, cümlənin mübtədası və təyini olduqda isə 
konstruktiv yarusun vahidi olur. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə