Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə47/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   177
Adil Babayev

DİL VƏ NİTQ 
Ta 
qədim 
zamanlardan 
dillə 
nitq 
eyniləĢdirilmiĢdir. Hətta A. A. Saxmatov və Ġ. A. 
Boduen de Kurtene nitqlə dili eyniləĢdirərək «kənd dili», 
«Ģəhər dili», «vilayət dili» kimi terminlər iĢlətmiĢlər. Bu, 
dillə nitqin hüdudlarını qarıĢdırmaqdan irəli gəlir. 
Dillə nitqi ilk dəfə V. Humboldt fərqləndirməyə 
cəhd etmiĢdir. Ferdinand de Sössür isə dillə nitq 
arasındakı mühüm fərqləri göstərmiĢdir. O, dili sosial 
hadisə hesab etdiyi kimi, nitqi də belə xarakterizə edir: 
«nitq həmiĢə fərdidir, ona həmiĢə fərd hakimdir». 
A. A. Reformatski göstərir ki, F. Sössür dillə nitqi 
fərqləndirəndə nə qədər haqlıdırsa, «ictimaini», «psixi» 
ilə eyniləĢdirməkdə bir o qədər yanılır. 
Dillə nitqın oxĢar və fərqli cəhətlərinə nəzər salaq, 
Uyar cənətlər bundan ibarətdir ki: 
a) hər ikisi ilə məlumat vermək mümkündür. 
b) Dil nitq üçün əsas baza, nitq isə dilin ifadə 
formasıdır. 
c) Dil nitq Ģəklində reallaĢır. 
d) həm dil, həm də nitq təfəkkürlə bağlıdır. 
e) Nitq Ģəklində mövcud olmayan dil ölümə 
məhkumdur. 
Fərqli cəhətləri isə daha çoxdur: 
a)
Dil ümumi, ictimai, nitq isə fərdidir. 
b)
Dil fərdin psixoloji prosesləri ilə əlaqədar 
deyil, nitq isa bundan asılıdır. 
v) Dil kodlaĢdırıla bilir. Nitq isə məlumat 


səviyyəsində qalır. 
q) Dil vahidləri ilə nitq vahidləri eyni deyil. 
Məsələn, «Alma, almaya bənzər» cümləsində iki dil 
vahidi, üç nitq vahidi vardır. 
ğ) Dil sabit, nitq isə keçici və anidir. Nitq 
dinamikdir, dil sabit. 
d) Dilin formal qaydaları ilə nitqin qaydaları eyni 
deyildir. 
e)
Dil qanunları ilə nitq qanunları müxtəlifdir. 
ə) Dil maddi deyil, nitq maddidir. 
Nitq hər hansı informasiyanı baĢqasına çatdırmağa 
xidmət edir. Əslində insanlar dillə yox, nitqlə ünsiyyət 
saxlayırlar. Yəni insanlar arasında ünsiyyət vasitəsi 
nitqdir. 
Nitqin öz qanunları vardır. Belə ki, sözlərin 
seçilməsi, dinləyənin Ģəxsi və baĢqa cəhətlərinin nəzərə 
alınması, tonun alçaqdan yüksəyə inkiĢafı, emosionallıq, 
əl hərəkətlərindən və s. istifadə edilməsi nitqin baĢlıca 
Ģərtlərindəndir. Bunların heç birinin dilə dəxli yoxdur. 
Dil öz daxili qanunları əsasında inkiĢaf edən, təkmilləĢən 
ictimai hadisədir. 
Nitq müxtəlif məzmundan asılı olaraq müxtəlif 
formalarda ola bilər. Belə ki, nitqdə veriləcək məlumatın 
xarakterinə görə natiqin seçdiyi üsullar da müxtəlif 
olmalıdır. Bu həm natiqin avazında, həm cümlələrin 
qurulmasında, həm terminlərdən və 
yaxud ümumiĢlək sözlərdon istifado etməsində 
özünü göstərir. Məsələn, ogər natiq elmi-kütləvi 
mözvuda mülıazirn oxuyursa, onda tenninlordən, çoxlu 
konkret faktlardan istifadə edə bilməz. Əgər eyni 
mövzunu elmi auditoriya qarĢısında Ģərh edərsə, bu 


zaman o, hər hansı emosionallıqdan uzaq terminlərlə, 
formul və düsturlarla danıĢmalıdır. 
DĠL VƏ TƏFƏKKÜR 
Təfəkkür termini ərəbcə fikir sözündəndir. Amma 
termin olaraq bu sözün mənası çox geniĢdir. Təfəkkür 
həm psixologiya, həm məntiq, həm do idrak nəzəriyyəsi 
və s. sahələrlə əlaqədardır. Təfəkkür haqqında həm 
dilçilər, həm fıloĢoflar, həm psixoloqlar, həm də baĢqa 
elm sahələrinin nümayəndələri çox danıĢmıĢ və onlarla 
monoqrafik tədqiqat meydana gəlmiĢdir. Bununla belə, 
təfəkkür insan ağlının, zəkasının elə ümmanıdır ki, onu 
tam Ģərh etmək mümkün deyil. Təfəkkürə müxtəlif 
mövqedən yanaĢmaq olar. Bizi isə təfəkkürün dil və 
nitqlə bağlı cəhətləri maraqlandırır. 
Məlumdur ki, dil, konkret halda isə nitq insan 
beynində yaranmıĢ fikrin ifadəsi zəruriliyindən 
yaranmıĢdır. Ġnsan fikirləĢməsə, danıĢa da bilməz, 
hamıya bəllidir ki, təfəkkür özü maddi olmayıb, yüksək 
inkiĢaf etmiĢ materiyanın – beynin məhsuludur. Beyin 
baĢqa canlılarda da vardır. Bəs, onlar niyə danıĢa bilmir? 
Bu məsələni bir qədər geniĢ Ģərh etmək vacibdir. 
Dünyanın elə bir mədəni xalqı yoxdur ki, onun xalq 
yaradıcılığında quĢlar, balıqlar, canavarlar, ayılar və s. 
danıĢmamıĢ, həm öz aralarında, həm də insanla ünsiyyət 
saxlamamıĢ olsunlar. Buna çox vaxt biz Ģərti xarakter 
verir, 
əhəmiyyətini 
düzgün 
qiymətləndirmirik. 
Azərbaycan nağıl və əfsanələrində göyərçinlərin bir-biri 
ilə danıĢması, Nizaminin «Sirlər xəzinəsi»ndə 
«ƏnuĢirəvan və bayquĢların söhbəti», «QuĢ dili bilən 
Ġsgəndər», «QuĢ dili bilən Süleyman», «Sehrkar» və s. 
kimi onlarla inam və parçalarda insan kimi baĢqa 


canlıların da danıĢdığını görürük. QuĢ dili bilən Ġskəndər 
də Süleyman peyğəmbər kimi, bütün quĢların danıĢığını 
baĢa düĢür və onlarla ünsiyyət saxlayır. Ġskəndərlə bağlı 
nağıllardan birində deyilir: 
«Bir naxırçının Ġskəndər adlı bir oğlu var idi. O, 
həddindan artıq ağıllı vo gözəl idi. Naxırçının arvadı 
öldüyündən o, baĢqa arvad almıĢdı. Bir gün naxırçı evdə 
olmayanda anası çay hazırlayanda Ġskəndər eĢidir ki, iki 
bülbül biri digərinə deyir: «Bu oğlan gələcəkdə padĢah 
olacaq, anası onun qabağına xörək gətirəcək, atası əlinə 
su tökəcək». Ġskəndər gülür. Analığı acıqlanır ki, mənim 
nəyimə gülürsən? Koram, keçələm? Oğlan and içir ki, 
sənə gülmürəm- Onda səbəbini de. – Deyə bilmərəm. 
AxĢam naxırçı evə gələndə arvad məsələni qəti 
qoyur ki, ya oğlun, ya mən! Onu evdən rədd eləməlisən. 
Naxırçı əlacsız qalıb oğlunu bir sandığa qoyub dəryaya 
atır. Sandıq suda gəlib baĢqa bir padĢahın ölkəsinə çıxır. 
Balıqçı tor atanda ağır bir Ģey olduğunu görüb sevinir. 
Sandığı açıb içindən gözəl bir oğlan çıxdığını görüb 
sevinir. Oğlanı evə gətirir. Arvadı da sevinir ki, bunu 
özümüzə oğulluğa götürək. Ġskəndər balıqçının evində 
böyüyür. Bir gün vəzirlə tanıĢ olur. Vəzir onu evinə 
dəvət edir və onlar qardaĢlaĢırlar. Bir gün padĢahın 
divanxanasının qabağında çoxlu qarğa toplaĢıb qarıldaĢır 
və padĢahı iĢləməyə qoymurlar. PadĢah nə qədər 
qarğaları qovdurursa, onlar getmir. PadĢah bu iĢi vəzirə 
həvalə edir və qırx gün möhlət verir ki, əgər bir nəfər 
qarğa dili bilən adam tapmasan boynunu vurduracağam. 
Vəzir kefsiz halda evə gəlir, Ġskəndərə heç nə demir. 
Otuz doqquz gün keçir, qırxıncı gün Ġskəndər qardaĢının 
kefsizliyinin səbəbini təkidlə soruĢur. Vəzir yenə demək 


istəmir. Nəhayət Ġskəndər çörəyi yeməyəcəyini dedikdə, 
vəzir bir ah çəkib deyir ki, bu gün boynum vurulacaq. 
-
Niyə, qardaĢ – deyə Ġskondor soruĢur. 
-
Çünki mən bizim padĢaha qırx günün içində 
qarğa dili bilən bir adam tapmalı idim. Bir sürü qarğa 
divanxananın qabağında qarıldaĢıb onu iĢləməyə 
qoymur. Mən də belə bir adamı tapa bilməmiĢəm... 
-
Məni burada qoyub, baĢqa yerə niyə gedirdin? – 
deyə Ġskəndər güldü. 
-
Sən qarğa dilini bilirsən? 
- Nəinki qarğa, bütün quĢların dilini bilirəm. Onlar 
sevincək çörəklərini yeyib padĢahın yanına gəldilər. 
Vəzir Ġskəndəri göstərib – bu oğlan quĢ dili bilir – dedi. 
PadĢah bundan xoĢhal oldu. Divanxananın yanına 
gəldilər. Qarğalar yenə qarıldaĢır, iĢləməyə imkan 
vermirdilər. PadĢah qarğaları Ġskəndərə göstərir. 
Ġskəndər qarğalara müraciət edərək deyir: 
– Sakit olun. 
Dərhal qarğaların səsi kəsilir. PadĢah sevinir və 
deyir: 
-
De görüm nə istəyirlər? 
Ġskəndər deyir: 
-
Bir nəfər danıĢsın. Deyin görüm nə istəyirsiniz? 
Qarğalardan biri qabağa yeriyib: 
-
Keçən il qıtlıq oldu. Bu ata qarğa balaları üstümə 
töküb getdi. Mən çətinliklə balalarımı böyütdüm. Ġndi 
gəlib deyir ki, balalar mənimdir. 
Ġskəndər ana qarğanın dediklərini padĢaha tərcümə 
etdi. PadĢah sərəncam verdi ki, balalar ana qarğanındır, 
ata qarğaya heç nə çatmır. Ata qarğa ağzını çevirib çıxıb 
getdi. Ana qarğa da balalarını götürüb baĢqa tərəfə 


uçdu». 
Bu misalı belə uzun-uzadı verməkdə məqsədimiz, 
o idi ki, dil haqqında qədim insanların anlayıĢları 
mücərrəd olmuĢdur və yaxud qədimdə insanlar baĢqa 
canlıların dilim bilmək qabiliyyətinə malik olmuĢlar. 
Ovçu Pirimin bütün heyvanların, hətta ilanların dilini 
bilməsi haqqında çox oxumuĢuq. Dini təsəvvürlərə görə 
Süleyman peyğəmbər bütün canlıların dilini bilirmiĢ. 
Burada iki Ģeyi aydınlaĢdırmaq lazımdır. 
Birinci, indiyədək ateist-marksist mövqeyimiz hər 
hansı baĢqa bir fikri qəbul etməyi bizə yasaq etmiĢdi. 
Yəni dini mövqedən deyilmiĢ hər hansı bir fikir doğru da 
olsa, ateist- marksist metodologiya tərəfindən rədd 
edilmiĢdir. Bəlkə buna görə biz indiyədək quĢların 
danıĢmasına inanmamıĢıq. Bizə belə gəlir ki, əsatirlərdə 
vo miflərdə yaĢayan heyvan və quĢların danıĢması 
məsələsi Ģərtidir. Bunu iki səbəblə izah etmək olar. 
Birincisi, elə bir adam olmaz ki, bütün heyvanların və 
quĢların dilini bilsin. Axı quĢlarla heyvanların hər birinin 
neçə-neçə növü vardır! Bu qədər dili, özü də heç kəsdən 
öyrənmədən kim danıĢa bilər? 
ikincisi, 
əsatir və miflərdə, hətta xalq 
yaradıcılığının real həyata yaxın növlərində otların da 
dili olması haqqında əfsanə və rəvayətlər vardır. MəĢhur 
«Bir qalanın sirri» filmindəki kiçik bir səhnəyə nəzər 
salaq: əsərin qəhrəmanı ElĢənin hər bir bitkinin – onun 
sirri haqda yazılmıĢ kitabı oxumağa hövsələsi çatmır. 
Kitablar bir-bir ona deyir: – Sən məni oxumalısan, sən 
məni oxumalısan. 
Bu bir daha göstərir ki, insandan baĢqa canlı və 
cansızın danıĢması sırf Ģərti məsələdir. Tutaq ki


heyvanlar və quĢlar dili olduğu üçün danıĢa bilərdi. Bos 
otların danıĢmasını necə izah etmək olar? Deməli, nəinki 
otlar, habelə baĢqa canlılar da təfəkkürü olmadığı üçün 
danıĢa bilməzlər. Heyvanların ağzında olan dil adlanan 
ət parçası onların danıĢıq üzvü deyil. 
Heyvanların 
əhlilləĢdirilməsi 
və 
hətta 
əhlilləĢdirilməmiĢ 
heyvanlar 
üzərində 
aparılan 
təcrübələr göstərir ki, onlar instinktiv hərəkətləri ilə az 
qala 
Ģüurluluq 
dərəcəsinə 
çatırlar. 
Məsələn, 
əhlilləĢdirilməmiĢ ayılar üzərindəki müĢahidələrdən 
birini nəzərdən keçirək. Bir dəfə ayı iki balasını çaydan 
keçirmək istəyir. Su çox olduğu üçün ana ayı belə qərara 
gəlir ki, balasının birini çayın qırağında qoyub, o birisini 
o taya keçirsin. Çayın ortasına çatanda geri baxıb görür 
ki, qoyub gəldiyi bala suya girmək istəyir. Ana geri 
qayıdıb qucağındakı balanı yerə qoyur, o birini götürüb 
bir qədər sahildən uzaqlaĢdırır. Yenə əvvəlki bala 
götürüb çaya girir, ortada keri baxıb balanın qaça-qaça 
suya girdiyini görür. Bu dəfə də əvvəlki kimi eləyir. 
Amma bu dəfə balasını lap uzağa aparır. Bu üç dəfə 
təkrar olunduqdan sonra, ayı balasını yıxıb üstünə bir daĢ 
qoyur. Gəlib əvvəlki balasını çaydan keçirib o taya qoyur 
və geri qayıdır ki, daĢın altındakı balasını götürsün. Bu 
dəfə də bu bala tək qalmaq istəməyib anasının dalınca 
çaya kirir. Ana ayı əvvəlki tək bu balanı da bir neçə dəfə 
sahildən uzaqlaĢdırır, məqsədinə nail olmadığı üçün onu 
da yıxıb üstünə bir daĢ qoyur. Geri qayıdır ki, o taydakı 
balasını da aparsın. Nə görür? Balası daĢın altında 
ölmüĢdür. Ayı hirslə daĢı gətirib çaya atır. Qaça-qaça o 
biri sahilə gəlib, burada da bu biri balasının 
daĢın altında öldüyünü görür və əvvəlki kimi daĢı 


gətirib çaya atır. 
Minlərlə belə misalar vardır. MəĢhur Amerika 
telefilmı «Lessi»ni görənlər itin düĢünülmüĢ, insan 
iradəsinə yaxın hərəkətlər etdiyini təsdiq edəriər. 
Hələ V. L. Durovun qarğaya «söz» deməyi 
öyrətdiyi do məlumdur. 
Bəs heyvanların insanabənzor hərəkətlərini
quĢların «danıĢmasını» necə Ģərh etmək olar? 
Bu, hər Ģeydən əvvəl praktik konkret Ģərtlərlə 
bağlıdır. Heç bir heyvanda nəinki mücərrəd, habelə 
konkret təfəkkür yoxdur. Heyvanların heç biri 
düĢünmür. Ġ.Pavlovun dediyi kimi «düĢünmək yalnız 
insana aiddir». Bir də görürsən inək uzanıb sanki bir 
nöqtəyə baxaraq gövĢəyir. O heç nə haqqında
düĢünmür. Onun gələcək haqqında (mücərrəd) heç bir 
arzu və planı yoxdur. 
Bəzən heyvanların bir-birinə nəsə çatdırmağını da 
onlar üçün dil hesab etmək olmaz. Məs., hava qaralıb 
yağıĢ gözlənəndə bütün quĢlar bir-birinə xəbər verir. 
Göydə qırğı görünən kimi toyuq və baĢqa quĢlar öz 
balalarına – cücələrinə xəbər verir, ana toyuq dən 
tapdıqda cücələrini çağırır. Atlar bir- birinin yanına 
gələndə biri ağzını o birinin qulağına söykəyib qəribə 
səslər çıxarır, bəzən «dinləyən» buna mənfi reaksiya da 
verir. 
Heyvanların bütün hərəkətləri sadə vərdiĢ və 
həyati tələb 
nəticəsidir. Əslində bunun sirrini hələ elm aça 
bilməmiĢdir. 
Bu bir həqiqətdir ki, heyvanların danıĢa 
bilməməsi, bilavasitə onlarda təfəkkürün olmaması ilə 


əlaqədardır. 
I
Təfəkkür yalnız insana aiddir Təfəkkürün dillə 
əlaqəsinə keçməzdən əvvəl, baĢqa bir məsələni do izah 
etmək lazımdır. 
J Bu da Ģüur və təfəkkürün eyni olmaması 
məsələsidir . «ġüur təfəkkürə nisbətən daha geniĢ 
anlayıĢdır. ġüur cəmiyyətin mənəvi həyatının formaları 
məcmusudur... ġüur beynin funksiyası, obyektiv aləmin 
inikası, insanın maddi fəaliyyətinin zəruri cəhətidir. ġüur 
insanın aləmlə real qarĢılıqlı təsiri, onun 
hissi - maddi fəaliyyoti, ictimai-tarixi praktikası 
əsasında yaranır, fəaliyyət göstərir».
1
Yuxarıdakı misallardan gördük ki, baĢqa canlılar 
da növarası ünsiyyət saxlaya bilirlər. Növarası deyirik 
ona görə ki, arının vızıltısının mənasını milçəklər bilmir, 
qarğanın qırıltısının mənasını toyuqlar bilmir və s. Ġnsan 
ünsiyyətinin bir növü olan «bədən dil» bütün baĢqa 
canlıların ünsiyyətindən yüksək olub, təkcə danıĢıq 
dilindən geri qalır. 
Bədən dili dedikdə konkret olaraq nə baĢa düĢülür? 
Buraya ilk əvvəl bədənin duruĢu, jestlər, mimikalar, göz 
bəbəsinin və qapaqlarının vəziyyəti (hətta təması) baĢın 
hamı tərəfindən qəbul edilmiĢ hərəkəti, ayaqların duruĢu 
(qoyuluĢu), oturma forması, oturma üçün seçilən yer, 
geyim, əldə tutulan əĢyalar, kosmetika və makiyaj, 
dodaqların, burunun vəziyyəti (hərəkətləri) əlin, 
barmaqların vəziyyəti (hərəkətləri) və s. 
Bəzən bədən dili daha geniĢ məna ifadə edir və 
onda ixtiyarilik daha çoxdur. Bədən dili insanlar bir-biri 
ilə qarĢılaĢdığı zaman ilk saniyələrdə çox vacibdir. Ġki 
adam qarĢılaĢdıqda bədən dili 80% təsəvvür yaradır və 


bu təsəvvür həmiĢəlik, davamlı olur. 
Bədən dili hər bir adama görə fərdi istifadə tələb 
edir. Bədən dilindən istifadə adamın öz fərdi 
xüsusiyyətindən asılıdır. Bədən dilindən yerli-yersiz 
istifadə etmək olmaz. Ondan düzgün Ģəkildə və yerində 
istifadə edilməlidir. 
Ən qədim dövrlərdə, hələ səsli dil meydana 
gəlməmiĢdən insanlar «Bədən dili» deyilən ünsiyyət 
vasitəsindən istifadə edirmiĢlər. Bədən dili və onun 
elementləri vasitəsilə insanlar öz duyğularını, hər hansı 
bir Ģeydən razı qalıb-qalmadıqlarını, nəyi bəyənib, nəyi 
bəyənmədiklərini, habelə ehtiyaclarını, istəklərini 
bildirmiĢlər. Bədən dili Ģərti və ixtiyari olduğu üçün bu 
haqda bir çox suallar meydana çıxa bilər: 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə