Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə44/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   177
Adil Babayev

III
 
FƏSĠL 
DİL VƏ ONUN CƏMİYYƏTDƏ ROLU 
DĠLĠN MAHĠYYƏTĠ 
Dil haqqında elmin uğurlu inkiĢafı dilin 
mahiyyətini düzgün dərk etməkdən asılıdır. Dilin ictimai 
mahiyyətindən bəhs edərkən xüsusi bir məsələni də qeyd 
etmək lazımdır ki, bu da dilin cəmiyyətin üzvü olan 
konkret fərdlərlə əlaqəsi məsələsidir. Elmi dilçilikdə və 
ədəbi dilin bir sıra üslublarında tez-tez belə ifadələrə rast 
gəlirik: «Vaqifin dili», «əsərin dili», «PuĢkin dilinin 
lüğəti», «ölü dil», «yazıçının dili», «obrazın dili», 
«musiqi dili», «qəzet dili», «quĢ dili», «kitab dili», 
«ayaqqabı dili», «alovun dili» və s. Yuxarıda adları 
çəkilən dil sözləri geniĢ mənada iĢlənmiĢdir. 
Buradakı dil sözlərini 4 qrupa bölmək olar: 
1
Fizioloji mənada iĢlənənlər 
(mal dili)
– bu, 
müəyyən orqanizmin adıdır. 
2
Çoxmənalılığa görə – ümumi oxĢarlıq və 
funksional oxĢarlığa görə iĢlənənlər 
(ayaqqabı dili, 
alovun dili).
3
Ümumi 
ifadəlilik 
mənasında 
– 
fikir 
ekspressivliyini təmin etdiyinə görə 
(musiqi dili, 
tablonun dili).
Məlumdur ki, musiqi əsəri təğənni səslərdən ibarət 
olub musiqi alətləri ilə ifa edilir. Burada forma və 
mahiyyət mövcud olur. Yəni forma dedikdə – «əsər nədə 
ifa edilir»; mahiyyət dedikdə isə «əsər nə kimi fikir 
aĢılayır» məsələsi nəzərdə tutulur. Bəllidir ki, musiqi ilə 
həyəcanlı, Ģadlıq, qəzəb, kədər və s. dərin hisslər ifadə 
etmək və yaratmaq olar. Burada ikitərəfli münasibət 
olduğundan musiqi dilin kommunikativ funksiyasına 


yaxınlaĢmıĢ olur. Qeyd etmək lazımdır ki, musiqi ilə 
fikir ifadə edilə bilməsinə baxmayaraq, o, dili əvəz edə 
bilməz. Çünki dilin ifadə etdiyi konkret mənaları 
«musiqi dili» ilə ifa etmək olmaz. «Musiqi dili» ilə 
mücərrəd va həyəcanlı fikirləri ifadə etmək olar. 
4
ġərti mənada iĢlədilən dil (məs. 
quş dili)
istər 
bədii ədəbiyyatda, istər Ģifahi xalq ədəbiyyatında 
quĢların guya 
danıĢmasına dair çoxlu misala rast gəla bilorik. Ġlk 
baxıĢda adama elo gəlir ki, doğrudan da, quĢlar danıĢa 
bilər və ya nə vaxtsa danıĢmıĢlar. Elo dahi Nizaminin 
«Sirlər xəzinəsi»ndəki «ƏnuĢirəvan və bayquĢların 
söhbəti» hekayətini götürək. Burada bayquĢlar guya 
danıĢır və hətta onlar padĢahı tənqid edir. Bu nə 
deməkdir? Dahi Ģair yalanmı danıĢır? QuĢlar danıĢarmı? 
kimi suallar meydana çıxır. Nağıllarımızda quĢların 
danıĢmasına aid nə qədər misal var! 
Bütün bu sual və müəmmalara düzgün cavab 
vermək üçün dilin mahiyyətnni düzgün qiymətləndirmək 
lazımdır. 
Müqayisəli 
dilçiliyi 
baĢqa 
cərəyan 
və 
məktəblərdən fərqləndirən baĢlıça cəhət, onun dili 
ictimai hadisə kimi qəbul etməsi, mahiyyətini düzgün 
qiymətləndirməsidir. Dil ictimai hadisədir dedikdə 
burada çoxlu fikir və ideyalar əhatə edilmiĢ olur. Hər 
Ģeydən əvvəl bu o deməkdir ki, dil insan cəmiyyətinin 
üzvi atributudur. Onu insan məhz cəmiyyətdə öyrənir, 
Cəmiyyətdən kənarda olan adama dil lazım deyil. 
Elmə çoxlu hadisə məlumdur ki, insan övladı 
cəmiyyətdən kənarda qaldıqda dildən də məhrum olur. 
Tarzan, Mauqli və s. məhz belələrindəndir. Ġndiyədək 


ateist dünyagörüĢü uĢaqların qorxunc ruhlar tərəfindən 
oğurlanmasını qeyri-elmi hesab edirdi. Lakin bir neçə 
hadisə sübut etdi ki, insan cəmiyyətdən kənarda insan ola 
bilməzdi. Qurd, xallı pələng, ayı və baĢqa heyvanların 
uĢaqları aparıb «tərbiyə» etmələri haqqında elmə çoxlu 
hadisə məlumdur. Prof. N. Məmmədov «Dilçiliyə 
giriĢ»in 1966-cı il nəĢrində, «Azərbaycan gəncləri» 
qəzetindən (12. IV. 1957. N- 44) «Tarzan vardırmı?» 
adlı məqaləni eynilə vermiĢdir. Dilin ictimai hadisə 
olmasını düzgün sübut etmək üçün həmin hadisəni 
əsərdən eynilə vermək faydalı olardı: 
«...Almaniya Respublikasında çıxan «Noye 
berliner illyustrirte» jurnalında bir neçə belə hadisə 
haqqında' yazılmıĢdır. 
Üç il bundan əvvəl 1954-cü ildə (yanvarın 17-də) 
Hindistanın Laxnau Ģəhərində belə bir hadisə baĢ 
vermiĢdir. 
Dəmir yol çeĢidləmə stansiyasının fəhləsi kömür 
vaqonlarının birinə girəndə vaqonun küncündən qəribə 
bir səs eĢitdi. Fəhlə səs gələn tərəfə baxıb, qarĢısında 
diĢləri bir-birinə dəyən çox qəribə, insanabənzər bir canlı 
görüb, çox təəccüblənmiĢ vo qorxuya düĢmüĢdür. 
Tamamilə lüt olan bu canlının bədənində çoxlu çapıqlar 
və cırmaq yerləri var idi. Canlının baĢından uzun, 
kilgələnmiĢ hörüklər sallanırdı. 
Dəmiryolçu özünə gələndən sonra qarĢısında 
«qurd uĢaqları» adlananlardan birinin durduğunu baĢa 
düĢdü. Dəmiryolçunun vaqonda rast gəldiyi 9 yaĢlı oğlan 
uĢağı idi. Bu uĢağı Laxnau Ģəhərindəki xəstəxanaya 
gətirdilər. Xəstəxananın direktoru doktor ġırana oğlana 
Ramu adı verdi. 


Qurd 
tərəfindən 
yemləndirilmiĢ 
uĢağın 
xəstəxanada olması xəbəri ətrafa yayıldıqdan sonra 
naxpurlu meyvəsatan Maxebra Prasad adlı birisi 
xəstəxanaya gəlib dedi ki, 8 il bundan qabaq qurdlar 
onun oğlunu oğurlamıĢlar. O vaxt uĢaq 13 aylıq imiĢ. 
Əlbəttə, qurdların yanında böyümüĢ oğlanla 
mütənasib bədənli Mauqli arasında yerlə göy qədər fərq 
var idi. 
Ramu 
iməkləyə-iməkləyə 
gəzirdi. 
Onun 
ayaqlarında və əllərində çox uzun dırnaqları var idi. 
Ramunun dizinin dərisi çox kobudlaĢmıĢdı. Onun çənəsi 
son dərəcə irəli çıxmıĢ, diĢləri isə ağzından bayıra 
uzanmıĢdı. Həkimlər uĢağa insan xasiyyətləri 
aĢılayacaqlarma Ģübhə edirdilən). 
Budur, baĢqa bir hadisə! Hindistan kəndlərindən 
birində qorxuya düĢmüĢ sakinlər gecələr kəndə «meĢə 
ruhlan» gəldiyindən danıĢırdılar. Bu ruhlar kəndə 
gecələr iki adam Ģəklində gəlirdilər. Ġməkləyə-iməkləyə 
qaçan bu insanları iki diĢi, iki erkək qurd müĢayiət 
edirdi. Kəndlilər ruhların gəldiyi qurd yuvalarını kəndin 
ruhanisi Sinqhə göstərdilər. Ertəsi gün ovçular yuvanı 
əhatə etdilər. Yuvadan iki qız tapıldı. Qızlardan birinə iki 
yaĢ, o birinə isə 8 və ya 9 yaĢ vermək olardı. YaxĢı, bəs 
bu qızlar qurd yuvasına hardan düĢmüĢdür? Yəqin ki, 
onları qurdlar oğurlamıĢlar. 
Ruhani kiçik qızı Amala, böyük qızı isə Kamala 
adlandırdı. Çox keçmədən Amala uĢaq evində öldü. 
Kamala isə hələ 
bundan sonra bir neçə il də yaĢadı. Ruhani 
Kamalanın necə «insanlaĢdığı» barəsində xüsusi 
gündəlikdə qeyd edirdi. 


Kamala əvvəllər iməkləyə-iməkləyə gəzirdi. O, 
günəĢin parlaq Ģüalarından, oddan, onu çimdirmək 
istəyəndə isə sudan bərk qorxurdu. «Cəngəllik» uĢağı 
otağın qaranlıq küncündə, həm də üzü divara çevrilmiĢ 
halda əyləĢməyi daha çox sevirdi. Kamala əllərinin 
köməyi olmadan əti çiy yeyirdi. O, əti diĢləri ilə didib 
dağıdır, sonra yalnız döĢəmənin üzərinə qoyulduqda 
yeyirdi. Kamala əsla yağlı Ģeylər yemirdi. Ġlk günlər 
Amala və Kamala gecələr üç dəfə: axĢam saat 10-da, 
gecə saat 1-də və 3- də ulaĢırdılar. Yalnız iki il keçdikdən 
sonra Kamala ayaq üstə durmağa alıĢdı. Daha iki il 
keçəndən sonra isə o, ayaq üstə yeriyə bildi. Lakin o 
ayaq üstə qaçmaq istədikdə əllərini də yerə qoyurdu. 
Kamala danıĢmağı da öyrənmiĢdi. O, dörd ildə yalnız 6 
söz öyrənmiĢdi. Bundan sonrakı üç ildə isə əlavə olaraq 
39 söz bilirdi. Kamalanı qurd yuvasında tapanda 9 yaĢı 
var idi. Buna baxmayaraq, onun inkiĢaf səviyyəsi 6 aylıq 
uĢağın inkiĢaf səviyyəsində idi. Kamala 17 yaĢına 
çatanda onun inkiĢaf səviyyəsi dörd yaĢlı uĢağın inkiĢaf 
səviyyəsinə bərabər idi. 
Bu misalı təfsilən verməkdə məqsədimiz bundan 
ibarətdir ki, insan övladı cəmiyyətdən kənarda dil öyrənə 
bilməz. 
Xalq arasında çoxlu rəvayətlər vardır ki, guya 
bizim cəmiyyətlə əlaqəsi olan, amma tam insan 
keyfiyyətinə malik olmayan varlıqlar da mövçuddur. 
Hətta onlarla hesablaĢmaq, onları nəzərə almaq lazımdır. 
Məhz keçmiĢdə unu dəyirmandan evə gətirəndə kisənin 
üstünə dəmir parçası qoyarmıĢlar ki, hal, «bizdən 
baĢqalar»ı aparmasınlar. Deyilənə görə, at sahibləri 
səhər tövləyə gedəndə dəfələrlə atları tərli görmüĢlər. 


Deməli, «bizdən baĢqaları» kecə ikən atları minib 
yormuĢlar. 
Bir neçə dəfə geyilməmiĢ paltarda xörək izi və ya 
yağ ləkəsi görmüĢlər. Güman ki, paltarları «bizdən 
baĢqaları» geyib məclisə getmiĢlər. 
1
BaĢqa bir misal. Deyilonə görə, keçmiĢdə ġəfa adlı 
bir qarı evə qayıdanda bir nəfər əcaib qadının evdə 
qovurma yediyim görmüĢdür. Qadının baĢı kilgələnmiĢ, 
diĢləri uzanmıĢ, dırnaqları caynağa çevrilmiĢ, əynində 
isə nimdaĢ paltar var imiĢ. ġəfa qarı özünü itirmədən 
ehmalca qadına yanaĢmıĢ və öz yaxasındakı iynəni 
(deyirlər hal poladdan və dəmirdən qorxur) onun 
yaxasına sancmıĢdır. Əcaib qadın iynəni çıxarmaq üçün 
çox yalvarmıĢsa da. ġəfa qarı çıxarmamıĢ və qadını evdə 
saxlayıb ən ağır iĢlərdə iĢlədirmiĢ. Amma hal cinsindən 
olan qadın tərsa imiĢ, yəni hər Ģeyi tərsinə edərmiĢ. Buna 
görə də ġəfa ona əmr verəndə öz istəyinin əksini 
deyərmiĢ. Bir gün hal uĢaqlardan xahiĢ etmiĢdir ki, 
döĢündəki iynəni çıxarsınlar. UĢaqlar iynəni çıxardıqdan 
sonra hal sərbəstləĢmiĢ və evin damına qalxaraq ġəfanı 
səsləmiĢ və demiĢdir: «Evində erkək nəsli, ocağında kül 
qalmasın». Sonra hal yoxa çıxmıĢdır. YaĢlılar təsdiq 
edirdi ki, ġəfa qarının əri, üç oğlu dalbadal ölmüĢ, 
beləliklə onların nəsli kəsilmiĢdir. 
Bu hadisələr müasir adama qəribə gəlir. Necə 
1
N. Məmmədov, A. Axundov. «Dilçiliyə giriĢ». B. 1966. səh. 10 – 
11. Eyni hadisəni В. И. Кодухов («Введение в языкознание». M. 
1987. ст. 29 – 30). В. Н. Перетрухин («Введение в языкознание». 
Воронеж. 1973. стр. 19). М. Сидоров («Как человек стал 
мыслить». М. 1965. ст. 13 – 27) misal göstərirlər. 


olmuĢdur ki, hal qadın azərbaycanca danıĢa bilmiĢdir. 
Bəlkə qaçqın dövründə qız uĢağı ata-anasından ayrı 
düĢmüĢdür? Bu sirri açmaq hələ mümkün deyil. Bəs indi 
hamının danıĢdığı və hətta gördüyü qar adam necə? Bu 
bir daha sübut edir ki, «bizdən baĢqaları» vardır, amma 
gözə görünmürlər. Əgər adi bir insanı da cəmiyyətdən 
təcrid etsən o danıĢa bilməz. Bu bir daha təsdiq edir ki, 
dil ictimai hadisədir, cəmiyyətlə bağlıdır. Cəmiyyətsiz 
dil yaĢaya bilməz, habelə dilsiz də cəmiyyət təĢkil etmək 
olmaz. 
Dil xüsusi ictimai hadisədir O, fizioloji, bioloji, 
psixoloji hadisələrdən və bütün 
baĢqa ictimai 
hadisələrdən öz xüsusi əlamətləri ilə ayrılır. 
Dil fizioloji hadisə deyil. Molumdur ki, fizioloji 
faktorlar bütün canlılara irsən keçir. Belə ki, fiziki 
gümrahlıq, sifət quruluĢu, saçların və gözlərin rənki, 
sağlamlıq və Ģ. ata-anadan övlada irsən keçir. Dil isə 
irsi-fizioloji faktor deyil. Əgər bizim ana dilimiz 
Azərbaycan dilidirsə və bu dildə danıĢırıqsa, bu, heç də 
ata-anamızın azərbaycanlı olduğuna görə deyildir. 
Bunun səbəbi odur ki, biz Azərbaycan dili mühitində 
yaĢayırıq. Bunu çox asan sübut etmək olar. Bir 
azərbaycanlı uĢağı öz ana dilini 
Bilməyən ailədə böyüdükdo (belə hallar çoxdur) 
bu dili bilməyəcəkdir. Əgor dil irsi keçsə idi, yəqin ki, 
həmin uĢağın valideynlərinin babaları ana dilini 
mükəmməl bilən azərbaycanlı olduğu üçün onların dili 
öz övladlarına və nəvələrinə keçərdi.Bu məsələ dilin 
mahiyyətini dərk etmək, düzgün qiymətləndirmək üçün 
tutarlı arqumentdir. Dilin irsən keçməsi haqqında hələ 
qədim dövrlərdə də fikir söyləyənlər olmuĢdur. 460 il 


bundan əvvəl Hindistan padĢahı Əkbərin sarayındakı 
alim-kahinlər dilin irsən keçməsi haqqında təkidlə fikir 
irəli sürmüĢdülər. Hökmdar onların fikri ilə 
razılaĢmamıĢ və apardığı dəhĢətli bir təcrübə ilə fikrini 
sübut etmiĢdir; təzə anadan olmuĢ, müxtəlif irsə mənsub 
olan bir neçə uĢağı valideynlərindən alıb adamlardan 
təcrid etmiĢdi. UĢaqlara xidmət edən qızların dilini 
kəsmiĢdi ki, onlarla danıĢa bilməsinlər. Xidmətçi qızlar 
uĢaqların bütün maddi və fizioloji ehtiyaclarını təmin 
edir, amma onları dindirə bilmirdilər(onları dindirmək 
qadağan olmuĢdu). Bir neçə il keçdikdən sonra padĢah 
saray alimlərini toplayıb, uĢaqların gətirilməsini əmr 
edir. Balaca uĢaqlar bir neçə yaĢında olmalarına 
baxmayaraq, nəinki baĢqaları ilə, habelə bir-biri ilə 
ünsiyyət saxlaya bilmirlər. Bununla hökmdar öz fikrini, 
dilin irsən keçmədiyini sübut etmiĢ hesab edir. 
Dil psixoloji hadisə də deyildir (Dili insan ruhu, 
psixikası, geniĢ mənada xalq psixologiyası ilə 
əlaqələndirmək cəhdləri çox olmuĢdur. Doğrudur, xalqın 
psixologiyası, dünyagörüĢü bu və ya digər dərəcədə 
dildə əks etdirilə bilər, amma insan psixologiyasının dilə 
təsir etməsindən danıĢmaq yanlıĢ olardı. Dili insan 
psixologiyası ilə əlaqələndirən XIX əsrin psixoloji 
cərəyan nümayəndələri də dili fərdi psixoloji akt hesab 
edirlər. Əslində bir nəfərin psixoloji vəziyyətinin dilə 
heç bir təsiri yoxdur. Bu, ancaq danıĢanın nitqinə təsir 
edə bilər. Dili psixoloji hadisə hesab etmək, baĢlıça 
olaraq, dillə nitqi eyniləĢdirməkdən irəli gəlir. Dil fərdi 
psixoloji hadisə olsa idi, onda adamın danıĢması üçün 
heç də cəmiyyət lazım olmazdı, hər kəs öz-özünə 
danıĢardı. Bundan əlavə, dil psixoloji hadisə olsaydı, hər 


kəsin öz dili ola bilərdi. Onda dil ümumi yox, xüsusi 
olmalı idi. 
Dili bioloji hadisə də hesab etmək olmaz. XIX 
əsrdə alman alimi Avqust ġleyxer məhz belə hərəkət 
etmiĢ, dili bioloji hadisələr sırasına daxil etmiĢdi. Buna 
görə də belə bir nəticəyə gəlmiĢdi ki, dil bioloji faktor 
olaraq, təkamül nəzəriyyəsində deyildiyi kimi yaranır, 
inkiĢaf edir, öz yüksək dərəcəsinə çatıb, nəhayət, ölür. 
Dilin inkiĢaf edərək daha da təkmilləĢməsi sübut edir ki, 
dil bioloji hadisə deyil. Əgər dil bioloji hadisə olsaydı, 
ölərdi. Molumdur ki, dilin ölmə səbəbi onun inkiĢafının 
nəticəsi deyil. Dil yalnız nitq Ģəklində mövcud 
olmadıqda, yəni canlı Ģəkildə iĢlədilmədikdə istifadədən 
qaldıqda ölür. 
Deməli, dil ona görə inkiĢaf etmir ki, ölsün, o 
cəmiyyətin inkiĢaf etmiĢ tələblərini daha yaxĢı ödəmək 
üçün inkiĢaf edir. 
Bu dediklərimizdən belə bir nəticə çıxarmaq olar 
ki, dil fizioloji, psixoloji, bioloji hadisə deyil, ictimai 
hadisədir. 
Dil ictimai hadisə olaraq cəmiyyətlə bağlıdır. 
Cəmiyyətlə bağlı olan bütün hadisələr ictimaidir. 
Yuxanda dediyimiz kimi, dil spesifik ictimai 
hadisədir. Bu, dilin baĢqa ictimai hadisələrlə nə dərəcədə 
oxĢar və ya fərqli olduğunu da izah etməyi tələb edir. 
Dilin sinflliyi haqqında. Məlumdur ki, hər bir 
sinfin, ictimai zümrənin həyatda öz mənafeyi, öz həyat 
tərzi, öz mövqeyi vardır. Buna görə də həmin zümrənin 
Ģüuru məhz öz zəminində formalaĢır və baĢqalarından 
seçilir. 
30
ilə qədər dilçilikdə hakim mövqe tutan N. Y. 


Marr nəzəriyyəsi dilçiliyi- yanlıĢ yola aparmıĢ, vulqar 
materializm platformasından çıxıĢ edərək dili sinfi 
kateqoriya hesab etmiĢdir. O, «Dil və təfəkkür» adlı 
əsərində Ģüurla təfəkkürün fərqini görə bilmədiyi üçün 
sinfi Ģüur əvəzinə sinfi təfəkkür və sinfi dil olduğunu 
iddia etmiĢdir. N. Y. Marr yazırdı: «Belə rəy deməyin nə 
qədər məsuliyyətli iĢ olduğunu tamamilə baĢa düĢərək, 
bu məsələdə öz yoldaĢlarımın çoxundan əsaslı surətdə 
ayrılaraq, mən israr edirəm ki, sinfi olmayan dil yoxdur, 
demək, sinfi olmayan təfəkkür də yoxdur».
1
N. Y. Martin bu fikrini Ģərh etməyə ehtiyac 
yoxdur. 
O, 
dilin ictimai mahiyyətini düzgün 
qiymətləndirə bilmədiyi üçün onun 
təfəkkürlə əlaqəsini, cəmiyyətdəki mövqeyini də 
düzgün izah edə bilmirdi. Onun dili bazis üzərində 
üstqurum kateqoriyası hesab etməsi dediklərimizə 
sübutdur. Marra görə, hər bir bazisin özünəməxsus əxlaq 
normaları, təhsil sistemi olduğu kimi dili də olmalıdır. 
Bu fikirlərin hər ikisi yanlıĢdır. Əgər dil sinfi 
olsaydı, hər bir sinfin öz dili olmalı idi. Əksinə, dildə 
bütün sinif, zümrə və təbəqələrin dil yaradıcılığı eyni 
Ģəkildə öz əksini tapır. 
Dili bazis üzərində üstqurum kateqoriyası hesab 
edən Marr tezisini də çox asanlıqla təkzib etmək olar. 
Əgər dil üstqurum kateqoriyası olsaydı, bazis dəyiĢən 
kimi o da dəyiĢməli idi. Halbuki dünya tarixində yüzlərlə 
dövlət dəyiĢmiĢ, özü ilə dil yaradan bir bazis olmamıĢdır. 
Bəs onda dili baĢqa ictimai hadisələrdən 
1
N. Y. M a r r. «Dil vo təfəkkür». M. 1931, soh. 4. 168 


fərqləndirən nədir? Dil spesifik ictimai hadisə olaraq heç 
bir hadisəyə oxĢamır. Dili baĢqa ictimai hadisələrdən 
aĢağıdakı fərqlər ayırır: 
1
Dil bütün ictimai hadisələrdən qədimdir. Bunu 
sadə məntiqlə sübut etmək olar. Əgər bütün ictimai 
hadisələr cəmiyyət formalaĢdıqdan sonra meydana 
gəlirsə, cəmiyyətin formalaĢması üçün dil lazım idi. 
2
Dilin inkiĢaf qanunları vardır. BaĢqa ictimai 
hadisələr isə daxili qanunlarından daha çox səbəb-nəticə 
əlaqəsinə bağlıdır. 
3
Dil obyektivdir, heç bir subyektə, onun iradəsinə 
tabe deyil. BaĢqa ictimai hadisələr isə subyektiv olub, 
müəyyən subyektdən asılıdır. Məs., seçkilər keçirilməsi, 
bu və ya digər yubileyin keçirilməsi, xarici müğənnilərin 
konserti cəmiyyətlə əlaqədar olduğu üçün ictimai 
hadisədir. Hər hansı bir subyekt – ixtiyar sahibi olan 
adam seçkilərin və ya yubileyin keçirilməsinə, konsertə 
həlledici təsir edər və onları hətta qadağan edə bilər. 
Amma heç kəs dil haqqında əmr verə bilməz, heç kəs 
deyə bilməz ki, filan dil inkiĢaf etdirilsin, filan dilin 
inkiĢafı dayandırılsın və yaxud sabah heç kəs təyin 
budaq cümləli tabcli mürəkkəb cümlə iĢlətməsin. Bu 
məsələni görkəmli Azərbaycan yazıçısı Y. V. 
Çəmənzəminli belə izah edir: «Dil qayırmaqlıq (sünilik) 
sevməz, zor və gücü də qəbul etməz. Dil öz kökü üstə 
bitər, 
qalxar, qol-qanad açar və bu asudəlik və təbiilik 
sayəsində elə gözəl, zərif və geniĢ bir hala gələr ki, 
hamını heyra qoyar. Dilin kökü camaatımızın əsrlərlə 
yaratdığı el ədəbi) yalındadır. Gərək onlar toplanılsın, 
öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın 


arasında gəzsin».
1
4)
BaĢqa ictimai hadisələrin hamısına nisbətən 
dil dahi sabit və uzunömürlüdür. BaĢqa ictimai 
hadisələrin cəmiyyət dən çıxması ona o qədər do təsir 
etməz. Amma dilin ölül cəmiyyətdən çıxması həmin 
cəmiyyotin sonu deməkdir. 
5)
Cəmiyyətin varlığı üçün heç bir hadisə dillə 
müqayisə edilə bilməz. BaĢqa hadisələr öz əhəmiyyətinə 
görə dildən çox aĢağıda dayanır. 
6)
BaĢqa ictimai hadisələr subyektiv olduğu üçün 
sinfi xarakter daĢıyır. Dil isə sinfi deyil. 
7)
BaĢqa ictimai hadisələr bazislə əlaqədardır, ona 
xidmət edir. Dil isə bazislə əlaqədar olsa da, ondan asılı – 
yəni onun üstqurumu deyil. 
DĠLĠN CƏMĠYYƏT HƏYATINDA ROLU 
Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada 
dildən 
istifadə 
edilməsin. 
Cəmiyyət 
özünün 
mövcudluğu, inkiĢafı üçün dilə borcludur. Əgər dil 
olmasaydı, insanlar nəinki müasir inkiĢaf mərhələsinə 
çata bilməzdilər, habelə kollektiv Ģəkildə də birləĢə 
bilməzdilər. Yəni dil – ünsiyyət olmasa, insanlar özləri 
nə fərd, nə cəmiyyət üzvü ola bilərdi. BəĢəriyyətin 
inkiĢafında çoxlu kəĢflər olmuĢdur. Lakin bütün 
bəĢəriyyotin kəĢflərinin heç biri öz əhəmiyyətinə görə 
dillə müqayisə edilə bilməz. Əslində dil və cəmiyyət 
qarĢılıqlı asılılıq münasibətin- dədir. Dil cəmiyyətin 
varlığı üçün hansı rolu oynayırsa, cəmiyyət də dilin 
yaĢaması və inkiĢafı üçün həmin rolu oynayır. Əgər dil 
olmasa, insanlar bir-birini baĢa düĢməsə, müxtəlif konti- 
nentlərdən olan insanlar arasında necə münasibətlər 
yaranardı? 


Sitat Y.Seyidovun «Yazıçı və dil» (B.1979 s.247) 
kitabından götürülmüĢdür.170
Dil olmasa, insanlar bir-biri ilə yalnız heyvanların 
olduğu səviyyədə anlaĢa bilərdilər. Bu isə insan 
cəmiyyətinin. BəĢəriyyətin ümumi inkiĢafını təmin edə 
bilməzdi. Bu haqda maraqlı bir faktı xatırlamaq yerinə 
düĢərdi. 
Hind yazıçısı Balvanti HarĢ nağıl edir ki. «BeĢ 
ölkənin (Çin. Yaponiya, Koreya, Vyetnam və Hindistan) 
yazıçıları Moskvada olarkən bir yerdə bir stolda nahar 
edirdilər. Həmin günə kimi biz bir-birimizlə Ģəxsən tanıĢ 
deyildik, yalnız dilimizə tərcümə edilərək qəzet və 
jurnallarda dərc edilən əsərlərimizə görə bir- birimizi 
tanıyırdıq. GörüĢdə iĢtirak edən yazıçılar bir-birinin 
arxasınca ayağa qalxaraq sağlıqlar deyir, iki kiĢi və üç 
qadından ibarət tərcüməçilər isə onların dediklərini bizə 
çatdırırdılar. Biz baĢımızın iĢarəsi ilə razılığımızı 
bildirir, bir-birimizin əlini sıxır, qucaqlayır, öpür, dünya 
yazıçılarının sağlığına, xalqlar arasında sülh və dostluq 
Ģərəfinə sağlıqlar deyirdik. 
Əgər bizimlə tərcüməçilər olmasaydı, onda biz 
baĢqa bir dilin – hərəkət dilinin, əl dilinin köməyinə 
möhtac olardıq. BeĢ müxtəlif ölkənin beĢ dili əlin 
barmaqları 
kimi 
bir-birindən 
ayrılırdı. 
Lakin 
tərcüməçilər həmin beĢ barmağı birləĢdirir, bir- birinə 
məhəbbət və ehtiramla bağlayırdılar. Tərcüməçim məni 
hər yerdə müĢayiət edirdi. Mənimlə baletə, teatr 
tamaĢalarına, mitinqə, konfransa, idman oyunları olan 
yerlərə, mağazalara gedirdi. Məni maraqlandıran hər 
Ģeyi o, yorulmadan tərcümə edirdi. Ancaq bir dəfə 


nədənsə tərcüməçim yox idi və mən nahar etdiyim 
zaman su içmək istədim. Çünki mən bir hindli kimi 
çoxlu su içirəm, elə bil tropik qurĢağın istiliyi mənim 
sümüklərimə çökmüĢdü. Lakin mən nə istədiyimi stola 
xidmət edən adama baĢa sala bilmədim. Stəkanı götürüb 
ağzıma yaxınlaĢdırdım. Xidmətçi gedib çaxır gətirdi. 
Mən öz dilimizdə ona dedim: «Çox sağ ol, istəmirəm». 
Bundan sonra o, əvvəlcə mənə araq gətirdi, mən onu da 
qaytardım. Sonra iso kofe, çay, mineral su, meyvə Ģirəsi, 
bir sözlə ağlına hər nə gəldi gətirib verdi. Yalnız bircə 
adi suyu gətirmədi. ĠĢarə dili mənim məhz nə demək 
istədiyimi ona çatdıra bilmədi».
1
Ə. S. B a y r a m o v. 
Ġnsan danıĢmağı və fikirləĢməyi necə öyrənmiĢdir. Bakı. 
1963. səh. 28 - 29. 
Bu misal dilin cəmiyyət, geniĢ mənada bəĢəriyyət 
üçün nə dərəcədə beyük əhəmiyyətə malik olduqunu çox 
aydın Ģəkildə göstərir. Ġndi Yer üzündə üç minə qədər dil 
varır. Bunlar vasitəsilə Yer kürəsinin bütün guĢələrində 
olan adamlar bir-biri ilə ünsiyyət yarada bilir. 
Bir xalqın həyatında dil hansı rolu oynayır? YaxĢı 
deyilmiĢdir ki, dil millət varlığının birinci, bəlkə də 
yeganə amilidir. Xalqın müstəqilliyi – formalaĢmıĢ 
olması onun ana dilinin varlığından asılıdır. Əgər bir 
xalqın ana dili yoxdursa, həmin xalq yaĢaya bilməz. 
Burada ana dili ilə ana vətəni müqayisə etmək olar. 
Vətənin millət və ya xalq üçün əhəmiyyətim kiçiltmədən 
demək olar ki, onların varlığı üçün dil daha vacibdir. 
Belə ki, tarix neçə-neçə vətənsiz xalq tanıyır. Amma 
onlar ana dilləri əsasında nəinki öz milli varlıqlarım 
qoruyub saxlamıĢlar, habelə milli mədəniyyətlərini də 
yaratmıĢlar. Və yaxud bir xalqı öz ölkəsindən baĢqa yerə 


köçürsən, o, ölməz, öz dili əsasında özünün tarixini, 
ədəbiyyatını, elmini və s. yaĢada bilər. Bunıın əksinə 
olaraq bir xalqa hər Ģeyi ver. Onu maddi cəhətdən 
maksimum təmin et, Vətənini laləzara çevir, amma ana 
dilini əlindən al. Həmin xalq insan kimi yaĢayar, amma 
millət olaraq elər. Dilin bir nəfər üçün də əhəmiyyəti 
vardır. Doğrudur, dil ümumi cəmiyyətə məxsusdur. 
Bununla belə, ayrı- ayrı fərdin cəmiyyət üzvü ola bilməsi 
üçün onun dilini bilməsi vacib Ģərtdir. Dil bilmək ayrıca 
götürülmüĢ bir fərd üçün no kimi əhəmiyyətə malikdir. 
Əvvələn, nahaq yerə demirlər ki, dil hünər sahibi 
xəzinəsinin açarıdır. Neçə dil bilsən bir o sayda adamsan 
və s. Bəs, ümumiyyətlə, danıĢa bilməyənlər, lallar 
cəmiyyətdə nə kimi mövqe tuturlar? 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə