Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə43/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   177
Adil Babayev

MƏDƏNĠYYƏTĠN 
ĠNKĠġAFINDA 
VƏ 
XARĠCĠ 
DĠLLƏRĠN 
ÖYRƏNĠLMƏSĠNDƏ
DĠLÇĠLĠYĠN ROLU 
Dilçiliyin özünün bir elm kimi inkiĢafı 
mədəĢiyyətin inkiĢafından xəbər verir. Bütün elmlər 
mədəni inkiĢafın nəticəsidir. Onların hamısı bu və ya 
digər dərəcədə mədəniyyətin inkiĢafına xidmət edir. 
Ġctimai elmlər isə milli mədəniyyətin inkiĢafına daha çox 
kömək edir. Bu sahədə dilçiliyin xüsusi yeri vardır. 
Mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada dildən 
istifadə edilməsin. Bu isə ədəbi dilin üslubi diferensial 
xüsusiyyətlərini Ģərtləndirir. Məs., ədəbi dilin mətbuat 
üslubu, poetik üslub və s. məhz dil normalarına əməl 
etməklə yaranır ki, bunu da tənzim edən, ümumiləĢdirən 
dilçilik elmidir. Əgər səhnə üslubu elmi üslub ilə 
eyniləĢmiĢ olsa, onda dramaturgiyada bədiilikdən 
danıĢmaq olmaz. 
Mədəniyyətin inkiĢafında dilçiliyin tətbiqi sahəsi 
daha çox iĢtirak edir. Məs., leksikoqrafıyanı götürək; 
dilçiliyin bu sahəsi bu və ya digər elm və mədəniyyət 
sahəsi üçün lüğətlər hazırlamaq, ensiklopediyalar tərtib 
etmək üçün elmi əsas verir. Bir xalqın milli 
ensiklopediyasının yaranması onun milli mədəniyyəti 
üçün çox vacib meyarlardan biridiı. 
Tətbiqi dilçiliyin tərcümə nəzəriyyəsi dünya elm 
və 
ədəbiyyatı ilə tanıĢ olmaq üçün lazım olan tərcümə 
iĢlərim 
düzgün 
istiqamətləndirir 
və 
onun 


elmi-metodoloji 
əsaslarını 
hazırlayır. 
Tərcümə 
prinsipləri, metodları, tərcüməçinin mövqeyi, tərcümə 
edilən əsərin növ və janr xüsusiyyətləri və s. nəzərə 
alınmadan əsəri uğurla tərcümə etmək olmaz. Bu 
prinsipləri hazırlayan, sistemləĢdirən məhz dilçilikdir. 
Orfoqrafıya nəinki yazı mədəniyyəti, habelə elmi 
düzgünlük vo yazıda dəqiqlik deməkdir. Bu gün dünya 
dilləri əsasında çoxlu mətbuat, kitab, jurnal, qəzet vo s. 
nəĢr edilir. Əgər bu metodu orqanların hər biri istədiyi 
kimi yazsa, daha doğrusu, ümumi prinsiplər olmasa, 
onda yazıda hərc-mərclik yaranar, çox vaxt yazanla 
oxuyan arasında düzgün kommunikativ münasibət 
yaranmaz. Dilçilik elmi belə bir çətin vəzifənin 
öhdəsindən gələrək ümumi düzgün yazma prinsiplərini 
müəyyənləĢdirib həyata keçirir. 
Məlumdur ki, elmi-ədəbi dil normalarını dilçilik 
elmi hazırlayır. Orfoqrafıyada olduğu kimi, düzgün 
ədəbi tələffüzdə (orfoepiyada) də xüsusi, hamının riayət 
etməli olduğu normalar mövcuddur. Orfoqrafıya ilə 
orfoepiyanın qarĢılıqlı münasibətini do dilçilik müəyyən 
edir. Belə ki, «DanıĢdığımız kimi yazmalımı və ya 
yazdığımız kimi danıĢmalıyıqmı?» prinsipinin tətbiqi 
dilçiliyin mühüm sahəsidir. Yazdığımız kimi danıĢsaq, 
dildə bayağı tələffüz formaları yaranar, çox vaxt ağırlıq 
törənər. Bu, müxtəlif sahələrdə – səhnə nitqində
televiziya və radio diktorlarının nitqində, elmi məruzə və 
mühazirə oxuyan natiqlərin dilində qeyri-normal, 
qeyri-sabit vəziyyət yaradar ki, bu da milli mədəniyyətin 
inkiĢafına mənfi təsir göstərər. Dilçilik elminin yaratdığı 
orfoqrafıya prinsipləri və orfoepiya normaları bu sahələr 
arasındakı nisbəti tənzimləyir. 


Bu və ya digər xalqın dilində olan ədəbi, bədii irsi 
müəyyənləĢdirmək, onların elmi-tənqidi mətnini 
hazırlamaq məhz dilçiliyin vəzifəsidir. 
Ümumiyyətlə, normativ qrammatikalardan tutmuĢ 
dilçiliyin geniĢ elmi problemlərinə qədər elə bir sahəsi 
yoxdur ki. bu və ya digər dərəcədə mədəniyyətin inkiĢafı 
ilə əlaqədar olmasın. 
Xarici dillərin öyrənilməsində də dilçilik əvəzsiz 
rol oynayır. Məlumdur ki, dili iki yolla öyrənmək 
mümkündür. Birinci, dilin öz qrammatik quruluĢundan 
öyrənilməsi. Bu, dil mühitində dilin sərbəst öyrənilməsi 
deməkdir. Bu vaxt nə qrammatikanı,
nə də dilçiliyin baĢqa sahələrini bilmək tələb 
olunur. Bu üsulla dilin öyrənilməsi asan baĢa gəlsə də, 
adamı dilçi etmir, ona kömək edir. Xarici dili mükəmməl 
elmi əsaslarda öyrənmək, həm də qrammatika vasitəsilə 
öyrənmək üçün dilçilik problemlərini yaxĢı bilmək 
lazımdır. Ana dilinin təbii materialının əsasında xarici 
dili öyrənmək üçün dilçiliyin müqayisə-tutuĢdurma 
metodundan istifadə etmək lazımdır. Müqayisə eyni sis-
temli dillər arasında aparılırsa, müxtəlif sistemli dillər 
arasında tutuĢdurma-qarĢılaĢdırma metodundan istifadə 
edilir. 
Dilçilik 
elmi 
tutuĢdurma-qarĢılaĢdırma 
metodunun elmi-üsulu əsaslarını hazırlayır. Dilçiliyin bu 
metodundan 
istifadə 
edilməsə, 
Azərbaycan 
auditoriyasında xarici dili tədris etmək mümkün olmaz 
TutuĢdurma-qarĢılaĢdırma 
həm 
fonetik, 
həm 
leksik-frazeolojı, həm morfoloji, həm də sintaktik 
səviyyədə aparılır. Cümlə quruluĢu konstruksiyalarının 
izahında, cümlə üzvlərinə suallar verilməsində mütləq 
xarici dili ana dili ilə qarĢılıqlı müqayisə etmək lazım 


gəlir. 
Xarici dili öyrədərkən onun qrammatik tipi, 
qrammatik qanun və kateqoriyaları haqqında düzgün 
məlumat vermək üçün həmin dilin tipoloji cəhətdən 
hansı dil qrupuna aid olduğunu izah etmək lazım gəlir ki, 
bu da dilçilikdəki dillərin tipoloji- morfoloji təsnifı 
haqqında dərin məlumatı olmadan mümkün deyil. 
Öyrənilən xarici dilin hansı dil ailəsinə, həmin 
ailədə hansı qrupa (yarımqrupa) daxil olmasını bilmək 
çox zəruridir. Xarici dili elmi Ģəkildə öyrədə bilmək 
üçün həmin dilin daxil olduğu konkret dil ailəsinin digər 
nümayəndələri haqqında da geniĢ məlumat vermək 
lazımdır. Bu isə dünya dillərinin genealojı təsnifıni 
bilmədən mümkün deyil. Məs., öyrədilən dilin roman və 
ya german qrupuna daxil olmasını izah edərkən mütləq 
həmin qrupa daxil olan baĢqa dillərin fonetik, leksik, 
morfoloji, hətta sintaktik cəhətdən oxĢar və fərqli 
cəhətlərini və bu fərqlərin səbəbini izah etmək lazımdır. 
Nəhayət, bunu demək kifayətdir ki, xarici dil 
dərsliklərinin özü ümumi dilçilik çərçivəsində və ondan 
çıxıĢ edərək tərtib edilir. Belə ki, ingilis, alman, fransız 
dilində fonem məsələsini izah edərkən Ġ. A. Boduen de 
Kurtenenin ümumi fonem nəzəriyyəsini əsas götürmək 
lazım gəlir. Bu fikri dilin baĢqa vahidlərinə də aid etmək 
olar. Bir sözlə, xarici dil müəllimi hazırlamaq üçün 
birinci növbədə tələbədə ümumi dilçilik haqqında əsaslı 
elmi bilik formalaĢdırmaq lazımdır. Əks təqdirdə tələbə 
öyrəndiyi dilin qayda və qanunlarından sərbəst baĢ 
çıxara bilməz. Bundan əlavə, öyrəndiyini praktik Ģəkildə 
müqayisələrlə əsaslı surətdə baĢqasına çatdıra bilməz.



Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə