Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə48/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   177
Adil Babayev

Bədən dili daha ekspressivtdir, ya adi danışıq dili? 
Bədən dilindən necə düzgün şəkildə istifadə etmək 
olar? 
Bədən dilinin işlədilməsi-istifadəsi üçün yaş 
faktorunun əhəmiyyəti varmı? 
GeniĢ məlumat üçün bax: ASE 1987. X cild. səh. 
585,186 
Bədən dili üçün zaman və məkanın əhəmiyyəti
varmı? 
Bədən dili ayrıca götürülmüş fərddən asılıdırmı'? 
Bədən dilinin səhv istifadə edilməsi (xüsusilə yol 
hərəkətini tənzimləyərkən) nə baş verə bilər
?
 
Bədən dilini gizlətmək olarmı ? 
Bədən dilini ayrıca tədris etməyə dəyərini və s. 
Bu sualların hamısı haqqında interaktiv metodla 
müzakirə açmaq olar. Çünki həmin suallara birmənalı 
cavab vermək çətindir. 


Hamı bilir ki, yaşıl işıq nədir. 
Hamı bilir ki, göy gurultusu nə deməkdir. 
Hamı bilir ki. üç rəng bayrağımızda nə deməkdir. 
ĠĢarələrin xarici görkəminin mənası olduğu kimi, 
onların funksiyaları da mənalı və müxtəlifdir. Prof. 
V.Veysəlli R.Yakob- sonun fikrinə əsaslanaraq iĢarənin 
6 funksiyasını göstərir. 
1.
 
Ekspressiv və emotiv funksiya (bunlar 
bütövlükdə dilə də aiddir). 
2.
 
Əmr, xahiş, göstəriş, nəsihət funksiyası. 
3.
 
Referentiv 
(məlumatverici, 
şərhedici) 
funksiyası. 
4.
 
Fatik funksiya - Yancı dil - bədən üzvləri 
ilə reallaşan funksiya. 
5.
 
Poetik və ya estetik funksiya (Bu da sözə və dilə 
aiddir). 
6.
 
Metadil funksiyası (Dildəki simfollarla 
dilin özünü öyrənməyə yönəlir
1
). 
Bu iĢarələr sistemi geniĢ mənada dilçiliyin 
müstəqil sahəsini praqmatikanı yaratmıĢdır. Praqmatika 
geniĢ sahədir: buraya sintaksis, siqmatika və semantika 
daxildir. 
Siqmatika 
müəyyən 
mənada 
sintaksislə 
semantikanın vəhdətindən hasil olur: çünki semantika = 
iĢarə -ı əks olunmadırsa. Siqmatika hər bir iĢarənin 
konkret obyektlə əlaqə və münasibətini göstərir. 
Onda praqmatikanın mənası aydınlaĢır: yəni 
Praqmatika (P) iĢarənin insan və cəmiyyət (Ġ(C) 
1
F.Veysəlli. Dil. B. 2008, səh.81-82. 
187 


münasibətindən ibarətdir.
P=Ġ + Ġ(C). BaĢqa sözlə desək, iĢarənin insan və 
cəmiyyətdə 
doğurduğu 
məna 
və 
münasibət 
praqmatikadır. Praqmatika deyilən bir sözdən və ya 
göstərilən bir iĢarədən çıxanla bilən nəticədir. 
ġüur ictimai vo fordi ola bilor. Təfəkkürlə Ģüuru 
ayıran cəhətlərdən baĢlıcası bundan ibarətdir ki, təfəkkür 
hamıda vardır. ġüur isə fərdi vo vo həyatda 
qazanılmadır. ġüurun formalaĢmasına müxtəlif amillər: 
fərdi dünyagörüĢü, savadı, aldığı tərbiyə, həyatdakı 
mövqeyi və hətta maddi vəziyyəti təsir edir. Bu 
baxımdan Ģüuru hər hansı bir fərdin gerçəklikdəki əĢya 
və hadisələrə münasibəti kimi izah etmək olar. Həyatda 
davranıĢ, hər Ģeyə, hər kəsə münasibət məhz fərdi Ģüurun 
məhsuludur. Harın və qayğısız bir ailədə böyümüĢ bir 
gənclə, zəhmətkeĢ, halal, vicdanlı bir ailədə böyümüĢ 
gəncin həyata insanlara, xalqa, vətənə, acizlərə və 
kasıblara münasibəti arasındakı fərq onların qazandığı 
fərdi Ģüurun məhsuludur. Ġnsan hər bir Ģeyi öz Ģüuru 
səviyyəsində qiymətləndirir. Obyektiv aləmi öz Ģüuru ilə 
əks etdirir. Əgər insan obyektiv gerçəklikdəki əĢya və 
hadisələri öz Ģüurunda əks etdirə bilirsə, bu, onun 
mücərrəd təfəkkürünün sayəsində baĢ verir. Belə ki, 
təfəkkür olmasa, ictimai Ģüur da olmazdı. Deməli, Ģüurla 
təfəkkürü bir-birindən təcrid etmək və onları 
eyniləĢdirmək olmaz. ġüurla təfəkkür bir də öz 
formalarına görə seçilir. ġüurun fərdi forması olduğu 
kimi, ictimai forması və onun da bir neçə növü vardır. 
Elm, inçəsənət, din, əxlaq, fəlsəfi anlayıĢlar və s. ictimai 
Ģüurun formalarıdır. Çünki bu sahələrdə insanın reallığa 


və mücərrəd aləmə qarĢı münasibəti əks olunur. 
Dillə Ģüurun əlaqəsinə gəldikdə, bu, daha çox 
nitqlə bağlıdır. DanıĢanın obyektiv hadisə və aləmə qarĢı 
münasibəti əsasında və baĢqa faktorlar mövqeyində 
onun nitqi formalaĢır. 
Ġnikas prosesi ilə idrakı eyniləĢdirmək olmaz 
Ġnikas əsasən, Ģüurla, idrak təfəkkürlə bağlıdır, Ġnsan 
təfəkkürü məhz idrakın nəticəsidir. Yəni insanda 
təfəkkür olmasa, dünyam dərk edə bilməz, dünyanı dərk 
etməsə, təfəkkürü olmazdı. 
Ġnsan maddi dünyam, onun sirrlərini dərk 
etməsəydi, təfəkkürü formalaĢıb inkiĢaf etməz, öz real 
səviyyəsində dayanıb mücərrəd gələcək haqqında 
düĢünə bilməzdi. Bu 
səviyyədə ona dil də lazım olmazdı. Fizioloji 
mənada insanla baĢqa canlılar tam eynidir. Ġnsanı bütün 
canlıların əĢrəfi edən onun mücərrəd təfəkkürüdür. 
Ġnsanda mücərrəd təfəkkürün formalaĢmasını 
əməklə, zəhmət prosesi ilə bağlamaq xüsusi bır 
konsepsiyadır. Əməyi həyatın, ictimai Ģüurun, 
təfəkkürün baĢlanğıcı hesab etmək bu konsepsiyanın 
əsas tezisidir. Ġdrak prosesində təfəkkürün və dilin 
zənginləĢməsi prosesi də gedir. Yuxarıda qeyd etdiyimiz 
kimi, dilin idraki funksiyasının effektiv inkiĢafı məhz 
maddi aləmin dərk edilməsi ilə bağlıdır. Ġdrak özü “canlı 
müĢahidə” əsasında baĢlanır. Maddi dünyanın dərk 
edilməsi hiss üzvlərinin (görmə, eĢitmə, dad-bilmə, 
hamısı və iybilmə) verdiyi məlumatla baĢlayır. Canlı 
müĢahidə fəlsəfədə iĢlədildiyi kimi, fiziologiyada da 
buna hissi idrak deyilir. Dünyanı hiss etməklə onun dərk 
edilməsi baĢlanır. 


Hiss üzvlərinə təsir edən hər hansı bir qıcıq 
obyektiv gerçəklik haqqında insanın ilk biliyidir. Bu 
bilik yanlıĢ ola bilər. Lakin onu əhəmiyyətsiz hesab 
etmək olmaz. Məsələn, bilirik ki, ağ rəngli pendir 
keyfiyyətli olur. Yalnız görmə vasitəsilə dərk 
(müĢahidə) edirik ki, bu pendir ağdır. Bu bilik hələ onun 
forması haqqında məlumat olub, məzmunu, mahiyyəti 
haqqında 
heç 
nə 
demir. 
Onun 
mahiyyətim 
qiymətləndirmək üçün baĢqa hiss üzvünün (dadbilmə) 
köməyi ilə onu yoxlayırıq kn, bu da «təcrübə» adlanır. 
Sonra görmə və dadbilmə vasitəsilə aldığımız biliklər 
toplusu həmin əĢya haqqında əqli ümumiləĢdirməyə 
gətirib çıxaracaqdır ki, bu mücərrəd təfəkkürdür. 
Bütün bu dediklərimizdən belə bir nəticəyə gəlmək 
olar ki, təfəkkür insanın əmək fəaliyyəti nəticəsində 
meydana gəlmiĢdir. Ġnsan öz tələbatını ödəmək üçün 
həyatda, kündəlik yaĢayıĢına lazım olan əĢyaları 
müqayisə etmiĢ, fərqləndirmiĢ və bunun əsasında onların 
oxĢar və fərqli cəhətlərim aĢkar edərək hissi idrak 
pilləsindən məntiqi idrak pilləsinə qədəm qoymuĢdur. 
Burada dilin yaranmasına, idrakı funksiyasının 
kamilləĢməsinə zəruri ehtiyac da yaranmıĢdır. Bu həm 
də ayrı- ayrı əĢya və hadisələrin insan Ģüurunda 
ümumiləĢmiĢ inikası deməkdir. 
Təfəkkürün (mücərrəd təfəkkür nəzərdə tutulur) 
baĢlıça xüsusiyyətləri bunlardır: gerçəkliyi ümumiləĢmiĢ 
Ģəkildə əks etdirir (anlayıĢlar və əqli ümumiləĢmə 
vasitəsilə); gerçəkliyi vasitəli Ģəkildə əks etdirir (duyğu, 
qavrayıĢ və təsəvvür vasitəsilə); dillə dialektik vəhdət 
təĢkil edir. 
Dillə təfəkkürün qarĢılıqlı əlaqəsini, onun 


mahiyyətini düzgün dərk etmək, onu real mövqedən 
qiymətləndirmək dilçiliyin bir sıra mühüm məsələlərinin 
həllini asanlaĢdırır. Belə ki, dilin mənĢəyini, inkiĢaf 
qanunauyğunluqlarını, 
cəmiyyətdəki 
rolunu, 
funksiyalarını, məntiqlə qrammatikanın sərhədlərini, 
cümlə vo hökmün fərqlərini, məfhumla anlayıĢın ayrılan 
xüsusiyyətlərim və s. bu kimi problemləri həll etmədən 
dillə təfəkkürün müxtəlifliyi və vəhdəti haqqında düzgün 
fikir söyləmək olmaz. 
Ġnsanlar öz fikirlərini məhz dil vasitəsilə bir-birinə 
çatdırır. Dilsiz insan beynində yaranmıĢ dərin məzmunlu 
və geniĢ əhatəli fikirləri ifadə etmək olmazdı. Dil nəinki 
fikir ifadəsi vasitəsidir, habelə o, fikrin formalaĢmasında 
mühüm rol oynayır. Ġnsanların beynində hər hansı bir 
fikir məhz dil əsasında formalaĢır. Məhz öz dilləri – 
ünsiyyət saxlaya bilmələri sayəsində ibtidai insanlar 
müəyyən qruplar halında birləĢib cəmiyyət yaratmıĢlar. 
Buna görə də qətiyyətlə demək olar ki, dil insanı 
cəmiyyət halında birləĢdirən əsas bağ, əsas vasitədir. 
Ġ. Pavlovun iĢləyib hazırladığı «siqnallar» 
haqqında təlim insan dilinin həm təfəkkürün inkiĢafında, 
həm də ümumiyyətlə, xarici aləmdən alınan 
məlumatların analiz-sintez edilməsində vo nəhayət, 
alman siqnala cavab hazırlanmasında (ikinci siqnal) 
rolunu düzgün qiymətləndirir. 
Bir sözlə, dillə təfəkkür elə sıx vəhdətdədir ki, 
onların mexaniki təcrid edilməsi hər ikisinin – həm dilin, 
həm də təfəkkürün mahiyyətini təhrif etməyə gətirib 
çıxarar. Onların vəhdətini belə ümumiləĢdirmək olar: 
a) Dil fikrin maddi cildidir. Təfəkkür ancaq dil 
materialı əsasında inkiĢaf edə bilər. Məs., adam gördüyü 


hər hansı hadisə və əĢya haqqında beynində mənalı 
məfhumi anlayıĢ yaranır. Bu onun ana dili əsasında 
maddi gerçəkliyi dərk etməsidir, Ġnsan hansı dil əsasında 
gerçəkliyi qiymətləndirir – dərk edirsə, bu onun ana 
dilidir. Fikrin ilkin ifadəsi də məhz 
beyində formalaĢmıĢ ilkin dil əsasında olur. Lazım 
gəldikdə onu tərcümə edir. Deməli dil «fikrin bilavasitə 
gerçəkliyidir». 
b) Dil təfəkkürün fəaliyyət dairəsini geniĢləndirir, 
onu zənginləĢdirir. Dilsiz təfəkkürün zənginləĢməsi 
mümkün olmazdı Çünki dilsiz cəmiyyət yaranmaz, 
cəmiyyətdə insan təfəkkürü inkiĢaf üçün düzgün yön 
götürə bilməzdi. 
v) insan təfəkkürünün bütün nailiyyətləri di! 
vasitəsilə tarixə düĢür, nəsildən-nəslə, bir xalqdan baĢqa 
bir xalqa keçir 
q) Dil cəmiyyətdə mövcud olan müxtəlif təfəkkür 
tərzlərim ümumiləĢdirir, onları nizama salır. 
ğ) 
Təfəkkür 
də 
öz 
növbəsində 
dilin 
zənginləĢməsinə, onun lüğət tərkibində yeni-yeni 
sözlərin yaranmasına kömək edən Yəni insan təfəkkürü 
zənginləĢdikcə, çoxlu anlayıĢlar meydana gəlir ki
onların dildə ifadə vasitəsi sözlərdir. Buradan belə bir 
noticəyə gəlmək olar ki, dilin lüğət tərkibinin zənginliyi 
onun əlaqədar olduğu təfəkkürün zənginliyi deməkdir. 
Çünki dildə söz çoxluğu – anlayıĢ zənginliyi deməkdir. 
d)
Təfəkkür dilin cəmiyyət səviyyəsində 
dayanmasına kömək edir. Məlumdur ki, cəmiyyət 
inkiĢaf etdikcə onun təfəkkürü də inkiĢaf edir. Yeni 
anlayıĢlar yarandığı kimi, çoxlu keyfiyyətlər köhnəlib 
sıradan çıxır. Bu da həmin keyfiyyətlərin dildəki iĢarəsi 


olan sözlərin istifadədən çıxmasını Ģərtləndirir. 
Beləliklə, dil köhnələrdən – arxaiklərdən təmizlənmiĢ 
olur. 
e)
Təfəkkür dildə lazımsız söz birləĢmələri 
və cümlələrin yaranmamasını Ģərtləndirir Bu, o 
deməkdir ki, dildə qrammatik cəhətdən düzgün 
qurulmuĢ bir sıra söz birləĢmələri və cümlələr yarana 
bilər ki, onlar gerçəkliyi əks etdirməz. Təfəkkür belə 
halların qarĢısını alır. Məs. Dağ təkəri, raket plovu və s. 
Göründüyü kimi, təfəkkürün dillə bir çox ümumi 
əlaqəli cəhətləri vardır. Lakin bu iki ictimai hadisə 
bir-birindən fərqlənir. Dillə təfəkkürü fərqləndirən 
cəhətlərdən aĢağıdakıları qevd etmək olar: 
1
Dilin öz aanunları. təfəkkürün öz qanunları 
vardır. Dil qanunları bünlardır: fal Dil yaruslartnın 
qeyrı-bərabər inkiĢaf 
qanunu; b) analoji inkiĢaf qanunu; v) təkamül üzrə 
inkiĢaf qanunu. 
Dilin birinci qanunu onun sabitliyini, ikinci 
qanunu onun öz kökü üzərində inkiĢaf edib, ondan 
ayrılmamasını, 
üçüncü qanun isə dilin daxili 
quruluĢunda yalnız təkmilləĢmə, rəvanlaĢma, səlisləĢmə, 
daĢlaĢma getməsini təmin edir. 
Təfəkkürün isə məntiqi qanunları bunlardır: 
a)
Eyniyyət qanunu. 
b)
Ziddiyyət qanunu. 
v) Kafi əsas qanunu. 
q) Üçüncünü istisna qanunu. 
Eyniyyət qanunu tələb edir ki, eyni olan iki cəhət 
arasında bərabərlik iĢarəsi qoymaq olar. Hər Ģey 
özü-özünün eynidir. Müxtəlif eyniliklər bir-birini inkar 


edə bilər. 
Ziddiyyət qanunu öyrədir ki, hər eyniyyətdə bir 
ziddiyyət də vardır. Məs., 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə