Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə55/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   177
Adil Babayev

IV FƏSĠL FONETĠKA 
Fonetika yunanca phone – səs, soslənmə 
deməkdir.
1
Qədim hind, ərəb və Ġskəndəriyyə – yunan 
dilçilik məktəbləri nümayəndələrinin danıĢıq səsləri 
haqqında əhəmiyyətli fikirləri olmasına baxmayaraq, 
sonralar bu sahəyə maraq azalmıĢ, dil səsləri hətta 
tədqiqatçıların diqqətindən yayınmıĢdır. Fransa alimi 
Kordemuanın, XVII əsrdə Y. Krujaniçin və XVIII əsrdə 
rus alimi M. V. Lomonosovun danıĢıq səsləri haqqında 
bəzi mülahizələri istisna edilərsə, XIX əsrin ortalarına 
qədər bu sahə dilçilərin diqqətindən və tədqiqatdan 
kənarda qalmıĢdır. Çar Rusiyası dövründə ucqarlarda 
1
Alman alimi Hersin kəĢfidir. Sos dalğalarının vahididir. Bir 
saniyədəki dalğaların sayına bərabərdir. 


yaĢayan xalqların dilini öyrənmək lazım gəldiyi kimi 
Amerika, Ġngiltərə və Fransa kimi kapitalist dövlətlərinin 
müstəmləkələrində də yerli dilləri öyrənmək zərurəti 
meydana gəlmiĢdi. Buna görə də müstəmləkə xalqlarının 
dil elementlərini təsvir etmək, xüsusilə canlı dil 
faktlarını toplamaq, onların səslərini lentə yazmaq və 
s.
kimi iĢlər istər-istəməz fonetikanın meydana gəlməsi 
üçün həm elmi, həm də ictimai zəmin yaradırdı. 
Beləliklə, dilçiliyin xüsusi sahələrindən biri olan 
fonetika yarandı. Bəllidir ki, fonetika bir linqvistik sahə 
kimi bütün səsləri deyil, yalnız ictimai səsləri öyrənir. 
Dünyada olan bütün səsləri qeyd etmək, onları 
öyrənmək mümkün deyil. Amma müasir elmi-texniki 
tərəqqinin xüsusi meyarları ilə bütün səsləri akustik və 
ictimai deyə iki qrupa bölmək olar. Bu səslərin özünün 
də bir neçə növləri vardır. 
Fonetika 
dilçiliyin 
ən 
çox 
iĢlənmiĢ 
sahələrindəndir, həm ümumi, həm də xüsusi dilçilikdə 
fonetika haqqında çox deyilmiĢ və yazılmıĢdır. Xüsusi 
dilçiliyin (Müasir Azərbaycan dili, alman, fransız və 
ingilis dilinin fonctikasını) təkrar etməmək üçün bu 
barədə geniĢ danıĢmağa lüzum yoxdur. 
Bax:
Л. Л. Л x u 
n d o v. «Azərbayçan dilinin fonetikası» (1984) A, M. 
Qurbanov «Müasir Azərbaycan ədəbi dili» (1985); Ə. M. 
Dəmirçizada. «Müasir Azərbaycan dili» (1972); F. Y. 
Veysəlov «Alman dilinin fonctikası» (1980); S. M. В a b 
а у c v. M. Q. Qarayeva «Ġngilis dilinin fonctikası» 
(1983); К O. DadaĢov «Fransız dilinin fonctikası» 
(1989); Zindcr L. R. «Обшая фонетика» (1979. M ); 
Матусевнч M. И. «Современный русский язык» 
(фонетика. М. 1976); Реформатский А. А. «Из 


истории отечественной фонологии» (1970). 
Akustik səslər adlandırdığımız səs qrupu insan 
iradəsi ilə və daha çox ondan kənarda yaranan səslərdir. 
Belə ki, Yer üzündə insan peyda olmamıĢdan qabaq da 
təbiətdə səslər baĢ verirdi. Ġndi də bizdən asılı olmayan 
səbəblərdən səslər yaranır. Ġnsan fəaliyyəti nəticəsində 
də 
akustik səslər 
yaranır. 
Bu 
səslərin bütün 
xüsusiyyətlərini fizika – onun xüsusi sahəsi olan 
akustika öyrənir. 
Fonetika isə yalnız insan səslərini, ictimai ünsiyyət 
elementi olan səsləri öyrənir. 
Ġstər fiziki səs olsun, istər ictimai, fərqi yoxdur. O, 
durğun mühitdə dalğalar Ģəklində ətrafa yayılır. Bunu 
eĢitmək üçün canlılarda xüsusi bir üzv – qulaq vardır. 
BaĢqa canlıların eĢitmə qabiliyyəti insandan daha 
yüksək olmasına baxmayaraq, insan səsləri daha yaxĢı, 
mükəmməl surətdə eĢidib təhlil edir. Artıq çoxdan sübut 
olunmuĢdur ki, insan qulağı 16 hersdən 20000 hersə 
qədər olan səsləri qəbul edib, onları fərqləndirir. Ondan 
aĢağı səslər qulaq pərdəsini rəqsə gətirə, bilmədiyi üçün, 
ultra səsləri isə qəbul edə bilmədiyi üçün insan eĢidə 
bilmir. Ümumi və xüsusi dilçilik sahələri olduğu kimi, 
ümumi və xüsusi fonetikalar da vardır. Ümumi dilçilikdə 
dilin ümumi problemləri öyrənildiyi kimi, ümumi 
fonetikada da bütün bəĢər övladının tələffüz edə biləcəyi 
səsləri, onların akustik və linqvistik cəhətlərini öyronir, 
səslərin tədqiqat metodlarını hazırlayır. Xüsusi fonetika 
isə konkret bir dilin səs sistemini öyrənir, öz 
tədqiqatlarını, əsasən, ümumi fonetika çərçivəsində 
aparır və onun bəzi müddəalarını konkret dilin fonemləri 
əsasında daha da dəqiqləĢdirir. 


Fonetikanın dilçilikdə əhəmiyyəti böyükdür. Belə 
ki, hər hansı bir dilin qrammatik quruluĢunu yaxĢı 
mənimsəmiĢ bir adam əgər səsləri düzgün tələffüz 
etmirsə, onun orfoepik normalarını pozursa, nitqi 
anlaĢılmaz olar. Bu səbəbdən do hər hansı bir dili 
öyrənmək istədikdə mütləq onun sos sistemindən 
baĢlamaq lazımdır. Bundan əlavə, hər hansı bir dilin 
fonetik sistemini yaxĢı mənimsəmiĢ bir adam, həmin 
dildə iĢlənən sözlərin mənĢəyini dərhal müəyyənləĢdirə 
bilər. Dilin qrammatikasını öyrənmək üçün də 
fonetikanın əhəmiyyəti böyükdür. Sintaksisdə fonetik 
vasitələrin, fonetik ritmin əhəmiyyətli dərəcədə rol 
oynadığım da bura əlavə etsək, dilin səs sistemini 
öyrənməyin nə qədər lazımlı olduğunu asanlıqla baĢa 
düĢmək olar. Sözlərin keçirdiyi tarixi inkiĢaf və təkamül 
prosesi onların daxili formalarında dəyiĢiklik getməsinə 
də səbəb olur. Bu isə özlüyündə etimologiyanı tarixi 
fonetikadan asılı edir. 
FONETĠKANIN NÖVLƏRĠ 
Fonetikanm səsləri öyrənmə aspektinə görə və 
tədqiqat metodlarına görə müxtəlif növləri vardır. 
DanıĢıq səslərinin öyrənilməsi aspektlərinə görə 
fonetikanm üç növü vardır: akustik, fizioloji, sosioloji. 
Akustik fonetika – səsin akustik cəhətlərini 
öyrənir. Buraya səs mənbəyi, səs dalğası, səs 
amplitudası, dalğa uzunluğu, səs tezliyi, tembr, səsin 
gücü və s. kimi cəhətləri daxildir., Səsin akustik cəhətləri 
dedikdə, habelə onun uzanması, qısalması və s. kimi 
keyfiyyətləri də nəzərdə tutulur. Müasir aparatlardan 
kimoqramların, assiloqramların, palatoqramların köməyi 
ilə danıĢıq səslərinin akustik keyfiyyətləri öyrənilir. 


Fizioloji fonetika – səsi fizioloji aspektdən öyrənir. 
Yəni səsin əmələ gəlməsi səbəbləri, səs aparatı, onun 
quruluĢu, danıĢıq üzvlərindən hər birinin xarakteri, fəal 
və qeyri fəallığı, havanın ekskursiya və rekursiyası, səs 
məxrəci, səsin eĢidilməsi prosesi, qulaq, onun quruluĢu, 
beynin eĢitmə mərkəzi, analiza- torlar və s. cəhətləri 
fizioloji fonetika fiziologiya elminin qənaətləri əsasında 
Ģərh edir. 
Sosioloji fonetika isə danıĢıq səslərini ictimai 
mövqedən öyrənir. Burada səsin ictimai cəhəti – məna 
yaratma, məna fərqləndirmə xüsusiyyətləri öyrənilir. 
DanıĢıq səslərini tədqiq etmə metodlarına görə isə 
fonetikanın aĢağıdakı növləri vardır: təsviri, tarixi, 
müqayisəli, eksperimental. 
Təsviri fonetika dünya dillərinin fonetık sistemini 
müasir inkiĢaf səviyyəsində öyrənir. Konkret dillərin 
təsviri fonetikası (xüsusi fonetika) bu və ya digər dilin 
fonetik sistemim müasir səviyyədə tədqiq edir. Bu 
fonetikanın 
əhəmiyyəti 
məhz 
canlı 
dılə 
əsaslanmasındadır. Hər hansı bir dilin səs sistemi, səs 
dəyiĢmələri fonetik qanunları və qanunauyğunluqlar 
məhz təsviri fonetikada öyrənilir. Bu fonetika 
orfoqrafiya normaları və ədəbi tələffüz qaydalarının 
müəyyənləĢdırilməsınə kömək edir. Təsviri fonetikanın 
çıxardığı nəticələr səslə məĢğul olan baĢqa elmlər üçün 
də əhəmiyyətlidir. Təsviri fonetikada bəzi səs 
dəyiĢmələri nəticəsindo müxtəlif anlaĢılmazlıqlar da 
yarana bilər. Bu vaxt təsviri fonetika öz nəticələrini tarixi 
fonetika əsasında yoxlayır. 
Tarixi fonetika. Dilin ümumi inkiĢafı ilə əlaqədar 
olaraq dilin səs sistemində də inkiĢaf və dəyiĢmə prosesi 


gedir. Sözün müxtəlif quruluĢ ünsürlərində fonetik 
dəyiĢmə getməsi dilin öz qanunudur. Dildə gedən səs 
dəyiĢmələrim, bu və ya digər səsin no vaxt dildə peyda 
olması və ya dildən çıxması, baĢqası ilə əvəz edilməsi və 
s. bu kimi cəhətlər tarixi fonetikada öyrənilir. Dildə 
gedən tarixi səs dəyiĢmələrinin nəzərə alınması təkcə dil 
tarixi üçün deyil, habelə etimoloji tədqiqat üçün do 
əhəmiyyətlidir. Məs.: Azərbaycan dilində 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə