Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə61/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   177
Adil Babayev

FONETĠK HADĠSƏ VƏ QANUNLAR 
Nitq axını zamanı danıĢıq üzvləri sürətlə, tez-tez 
müxtəlif hərəkətlər edir, hər bir səsin öz tələffüz məxrəci 
olduğu üçün danıĢıq üzvləri tez-tez müxtəlif cür 
qurulub-sökülür. Bu proses o qədər sürətlə getməlidir ki, 
bir səsin məxrəc (artikulyasiya) bazası baĢqasına uyğun 
gəlməsin. Bu isə praktik olaraq fizioloji cəhətdən 
mümkün olmur. Ona görə də səs təhrifləri əmələ gəlir. 
Yəni danıĢıq səslərinin bir-birinə təsiri nəticəsində 
fonetik hadisələr yaranır. BaĢqa sözlə desək, yanaĢı 
gələn səslərin baĢlanğıc və son məxrəcinin bir-birinə 
təsiri və sözdə səslərin vəziyyəti ilə əlaqədar olaraq 
fonetik hadisələr əmələ gəlir. Fonetik hadisələr mövqeli 


və kombinator olaraq iki qrupa bölünür: 
Kombinator hadisələr.
DanıĢıq prosesesindo 
tələffüz edilən səslərin bir-birinə təsiri nəticəsində 
yaranan fonetik hadisələr kombinator adlanır. 
Kombinator hadisələrin çox vaxt ədəbi dil 
normasına çevrilə bilmədiyi üçün onları orfoqrafıyada 
məqbul saymaq olmaz. Belə ki, 
gəliilər, Jrbahım, /stəkan
və s. Ģəkildə yazmaq olmaz. 
Bəzi fonetik hadisələr do vardır ki, tarixən 
sabitləĢərək qanuna keçir və ədəbi dil normasına çevrilir, 
(məs: ahənk qanunu, cingiltiləĢmə, karlaĢma və s.) 
Bəzi kombinator hadisələrə nəzər salaq. 
Kombinator hadisələr aĢağıdakılardır: 
UyuĢma (assimilyasiya) 
Dissimilyasiya 
Eliziya 
Akkomodasiya 
Aferezis 
Diareza 
Metateza 
Epenteza 
Proteza 
Qaplologiya 
UyuĢma (assimilyasiya). DanıĢıq zamanı səslərin 
bir- birinə təsir edib onu öz məxrəcinə çevirməsinə 
uyuĢma və ya assimilyasiya deyilir. Bu iki termin 
dilçiliyimizdə yanaĢı iĢlənir. Azərbaycan dilçiliyində bu 
fonetik hadisəyə ilk dəfə 1924-cü ildə prof. B. V. 
Çobanzadə diqqət verib və «Türkcənin səs uyuĢması 
qanunu» adlı məqaləsində bu məsələdən bəhs etmiĢdir. 
Adından da göründüyü kimi, uyuĢma prosesində bir səs 


digərinə təsir edərək onu ya tamamilə öz məxrəcinə salır, 
ya da özünə yaxınlaĢdırır. 
UyuĢmanın keyfiyyətinə və istiqamətinə görə iki 
növü vardır. Keyfiyyətə görə uyuĢma tam və natamam 
olaraq iki qrupa bölünür. 
a) Tam uyuĢma zamanı bir səs baĢqasına təsir 
edərək onu tamamilə öz məxrəcinə sala bilər. Məsələn,
Azərbaycanca: 
gəlirlər – gəliilər, oğlanlar – 
oğlannar, danlamaq – dannamaq
və s.
 
Rusca: 
отдать
– 
оддать, разсориться
– 
рассориться, сватба
– 
свадьба. 
Almança – Zimber - Zimmer. 
Yeri gəlmiĢkən, göstərmək lazımdır ki, bir sıra 
sözlər fonetik uyuĢma Ģəklində sabitləĢmiĢ və ədəbi dilin 
normasına çevrilmiĢdir. Məsələn: indi heç kəs 
свадьба
sözünü 
сватьба 
Ģəklində deyib yazmaz. Əslində isə bu 
söz vaxtilə 
свата
(elçi), 
сватать
(elçilik etmək), 
сватьба
(elçilik) sözündən törənmiĢdir. Eyni səsləri 
топерь – теперь
və s. sözlər haqqında da demək olar. 
b) natamam uyuĢma zamanı bir səs baĢqasına təsir 
edərək onu tamamilə öz məxrəcinə sala bilməyib, özünə 
yaxın məxrəcə salır. Məsələn: 
əlimdən
– 
əlimnən, 
damdan
– 
damnan, adamlar – adamnarva
s. 
Rusca: 
ложка
– 
лошка. 
UyuĢmanın istiqamətinə görə də bu fonetik hadisə 
iki qrupa bölünür: 
1.
Ġrəli 
uyuĢma 
(прогрессивная 
ассимилясия),
2.
Geri 
uyuĢma 
(регрессивная 
ассимилясия). 
İrəli uyuşma.
Bu fonetik hadisə zamanı bir səs 


özündən sonra gələn səsə təsir edir. Məs.: 
qapmaq
– 
qappaq, satdı – sattı.
Geri uyuşma.
UyuĢma zamanı səs özündən əvvəl 
gələn səsə təsir edib öz məxrəcinə salır: Məs: 
azərbaycanca: 
gəlirlər
– 
gəlillər; danışırlar
– 
danışıllar;
rusca: 
легкий – леккий
və s. 
DanıĢıq zamanı səslər öz qonĢusuna təsir etdiyi 
kimi (смежная ассимилясия), yanaĢı olmayan səsə də 
təsir edə bilər, (не смежная ассимилясия). 
Bu, bütün türk dillərindəki ahəng qanununun əsas 
səbəb- lərindəndir. Rus dilində də yanaĢı olmayan səslər 
bir-birinə təsir edir. Məs: indi hamının 
теперь
Ģəklində 
deyib yazdığı söz tarixən 
топерь
formasında olmuĢdur. 
DanıĢıq səslərinin bir- birinə təsiri zamanı yaranan 
fonetik hadisələrdən biri də ahəng qanunudur 
(sinoarmonizm). Bu qanun türk dilləri üçün səçiyyəvidir. 
Bu qanunun türk dillərində sabitləĢməsini həmin dillərin 
iltisaqiliyi ilə izah etmək lazımdır. Türk dillərinin 
hamısında bu qanun artıq ədəbi dil normasına 
çevrilmiĢdir. 
Məs.: 
türkcə: 
Biz 
kendi 
sorunlarımızı 
baĢkalarından daha iyi biliyouruz. 
Azərbaycanca: QıĢın orta ayı idi. Soyuqdan hamı 
qaçıb evlərdə gizlənmiĢdi. 
(S. S. Axundov).
Tatarca: Ul orada süz ikençeqə kitep alınqannamın 
gizqapıq bulur xakında kayqırıĢa dedilər ki, tapılanlar 
çox yazıqdır. 
(Q. İbrahimov).
Türkməncə: ġəxerden sopboĢ, xiç sərin baĢını 
tutman oba qaydı bermeqa kasımın yüreqi etmədi. 
(Abu 
Bakar)
Misallara diqqət yetirsək, görərik ki, bu dörd türk 


dilinin hamısında eyni cinsli səslərin biri digərini izləyir. 
UyuĢmamn bir hissəsi olan ahəng qanunu dilə axıçılıq, 
rəvanlıq və musiqililik verir. Ahəng qanununun, əsasən, 
üç növünü qeyd etmək olar: 
1.
Saitlər ahəngi (uyuĢması). 
2.
Samitlər ahəngi (uyuĢması). 
3.
Saitlərlə samitlərin ahəngi (uyuĢması) 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə