Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə60/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   177
Adil Babayev

DANIġIQ SƏSĠ VƏ FONEM 
DanıĢıq səsi ilə fonemi eyniləĢdirmək olmaz. 
Əlbəttə, bunlar bir-birindən ayrı da deyil. Lakin müxtəlif 
əlamətlərlə danıĢıq səsləri fonemlərdən fərqlənir. 
DanıĢıq səsləri ilə fonemlər arasında aĢağıdakı 
fərqlər vardır: 
1
Dildə danıĢıq səsi çox, fonem isə sayca ondan 
qat-qat azdır. 
DanıĢıq səsi bir səsdən ibarət olduğu halda,
fonemlər iki səsdən ibarət ola bilər.
2
Ġki fonem bir danıĢıq səsinə uyğun gələ bilər. 
Məsələn, rusca cшит(сшитъ), almanca sch - Ģ. 
 


FONEMĠN ƏLAMƏTLƏRĠ 
Fonem haqqında danıĢanlar ona müxtolif 
mövqelərdən yanaĢmıĢ, onun müxtəlif əlamətlərini ön 
plana çəkmiĢlər. Məs., N.S.Trubetskoy fonemin əsas 
əlaməti kimi relevant – dife- rensial-fərqləndirici və 
irrelevant – inteqral-birləĢdirici cəhətini ön plana 
çəkirdi. 
Bu mövqeyi Reformatskidə, sonralar L. R. 
Zinderdə də görmək olar. 
Foneınlərin əlamətlərindən danıĢarkən Ə. M. 
Dəmir- çizadənin də maraqlı konsepsiyasından bəhs 
etmək lazımdır. Əvvələn, 
Ə. 
Dəmirçizado Moskva 
fonoloji məktəbinin konsepsiyasını qəbul edir. Buna 
görə də o, fonemləri yalnız morfoloji mövqedən Ģərh 
edərək aĢağıdakı əlamətlərini göstərir: 
1 .Fonem dilin müstəqil bir həlqəsidir. 
2.
Fonem sözdən aid deyil, ancaq söz daxilində 
ola bilən mənalı dil vahididir. 
3.
Fonem dilin məna varada bilən on kicik 
vahididir. 
4.
Fonemlər sistemi hər bır dilin məxsusi 
əlamətlərinə görə müəyyənləĢir. 
5.
Bir fonem bir səsdən, iki səsdən, hətta üç 
səsdən ibarət ola bilər (monottonq, diftonq, triftonq). 
6.
Sözdən, ifadədən və daha bir sıra baĢqa 
Ģəraitdən asılı olaraq bir fonem, digər bir fonem 
çalarlığında iĢləndikdə yeni bir fonem formalaĢması və 
ya fonem variantı formalaĢması mümkündür. 
7.
Fonemlər 
silsiləsi 
qarĢılıqlı 
cütlükdən 


ibarətdir.
1
Fonemin söz fərqləndirici və forma fərqləndirici 
cəhətlərinə 
L. V. ġerba hələ 1912-ci ildə nəĢr etdirdiyi «Rus 
saitləri kəmiyyət və keyfiyyət münasibətlərində» adlı 
əsərində toxunmuĢdur. 
Fonemi müxtəlif mövqedən qiymətləndirənlərin 
hamısı, əslində fonem nəzəriyyəsinin banisi – Kazan 
dilçilik məktəbinin banisi Ġvan Aleksandroviç Boduen 
de Kurteneyə əsaslanırlar. Ġ.A.Boduen de Kurtenc 
1870-ci ildə yazdığı «XIV yüzilliyə qədərki qədim 
polyak dili haqqında» adlı magistrlik dissertasiyasında 
fonem nəzəriyyəsinin ilkin müddəalarını irəli sürmüĢdür. 
Alim burada fonemi etimoloji-morfoloji mövqedən izah 
edir. 1881-ci ildə yazmıĢ olduğu «Slavyan dillərinin 
qrammatikasının bəzi Ģöbələri» adlı əsərində əvvəlki 
fikirlərini daha da dəqiqləĢdirir və ümumiləĢdirərək 
fonemə aĢağıdakı tərifi verir: «Fonem sözün fonetik 
hissələrinin 
müqayisələnməsi 
nöqteyi- 
nəzərdən 
bölünməyəndir»
2

Fonemi danıĢıq səsindən ilk dofə fərqləndirən 
Boduen de Kurterie olduğu kimi, fonemin quruluĢu 
haqqında mülahizələri də ilk dəfə o söyləmiĢdir. O, 
fonemin danıĢıq səsinin bir hissəsi olduğunu
1
Ə. Dəmirçizadə. «Müasir Azərbaycan dili». B. 1972. səh. 35 – 36. 
227 
Матусспич M. И. «Современный русский язык» M. 1476 г. стр. 
32. Зинлер Л. Р. «Общая фонетика». М 1979 г. стр. -12. 
Матусевич М. И. «Современный русский язык». М 1976 r. eıp. 
40. 


söyləyərkən, səsin qısa-yumĢaq tələffüzünü nəzərdə 
tutmuĢdur. Bundan əlavə o, bir fonemin bir-iki səsdən 
ibarət ola bilməsini do əsaslandırmıĢdır. 
Yaradıcılığının birinçi mərhələsində Boduen 
fonemin əsas əlaməti olaraq morfem tərkibindəki 
funksiyasını götürürdü. O, belə hesab edirdi ki, «fonem 
morfemin mütəhərrik komponenti olub molum morfoloji 
kateqoriyanın əlamətidir». 
Burada alim morfemin antropofonik aspektini 
nəzərə almırdı. Fonemin antropofonik xüsusiyyətini 
nəzərə almayıb sırf morfem elementi hesab etmək bəlkə 
də mümkündür. Lakin onda fonem anlayıĢı tam hesab 
edilə bilməz. Məhz buna görə də Boduen yaradıcılığının 
ikinci mərhələsində öz əvvəlki mövqeyini dəyiĢorok sırf 
psixoloji platformaya keçir. Belə ki, 1884-cü ildə yazmıĢ 
olduğu «Fonetik altemasiya nəzəriyyəsi təcrübəsi» adlı 
fundamental əsərində alim əvvəlki mövqeyindən 
uzaqlaĢdığını göstərir, həmin əsərində o, fonemi belə 
izah edir: «Fonem, fonetika aləminə mənsub olan vahid 
təsəvvür olub, təəssüratın təsiri ilə insan ruhunda eyni 
sosin tələffüzündən alınan – dildəki səslərin psixi 
ekvivalenti olan təsəvvürlərin dürüstləĢməsindən 
yaranır»
1

Alim sonrakı dövrlərdə də fonemə psixoloji 
mövqedən yanaĢmaqda davam etmiĢdir. 1917-ci ildə 
yazdığı «Введение в языкознание» adlı əsərində də 
fonemi insan psixikasında daim mövcud olan səs 
təsəvvürü adlandırmıĢdır. Bəlli olduğu kimi, Ġ.A. 
Boduen de Kurtcne təlimi əsasında müasir dilçilikdə iki 
foanoloji məktəb yaranmıĢdır. Moskva fonoloqları A. A. 
Re- formatski, P. S. Kuznetsov, V. N. Sidorov əsrimizin 



30-cu 
illərində 
Boduenin 
fonem 
haqqında 
etimoloji-morfoloji mövqeyi əsasında bu nəzəriyyəni 
daha da dərinləĢdirmiĢlər. Onların ardıcılları T. V. 
Bulıkina, К. V. QorĢkov, jq 
A
. Yeskova, V. V Ġvanov, Ġ. 
S. Ġlinskaya, К. A. Klimov və baĢqaları əksər fonoloqları 
da öz arxasınca aparırlar. 
Sankt-Peterburq fonoloji məktəbinə gəlincə, 
göstərmək lazımdır ki, bu məktəbin nümayəndələri L. V. 
ġerba və onun Ģagirdləri L. R. Zinder, M. Ġ. Matuseviç və 
baĢqaları öz müəllimləri Boduenin ikinçi fikirlərini 
üstün tuturlar. Yəni onlar fonemə morfo-loji-etimoloji 
mövqedən deyil, psixoloji mövqedən yanaĢırlar, hələ L. 
V. ġerba fonemin sözfərqləndirici və forma fərqləndirici 
cəhətlərinə fikir vermiĢdi. 
Sankt-Peterburq fonoloqlarının fonemə verdikləri 
təriflərə nəzər salaq. L. R. Zinder yazır: «Fonem – ən 
qısa, baĢqa sözlə, zamana görə (və ya xətti olaraq) elə 
bölünməz vahiddir ki, onda struktur cəhətdən müxtəlif 
əlamətlər meydana çıxır, onlardan bəziləri baĢqa 
fonemlərlə ümumi olub, bəziləri onu qcyri-fonerrilərdən 
fərqləndirir»
2

Zinderin həmfikri olan M. Ġ. Matuseviç isə fonemə 
belə bir tarif verir: «Fonem – tarixən əmələ gəlmiĢ xətti 
Ģəkildə bölünməyən ən kiçik dil vahididir ki, bütün 
baĢqalarına qarĢı qoyulmuĢdur... O, nitqdə öz fonetik 
vəziyyətindən asılı olaraq müxtəlif çalarlıqları ilə 
mövcud olur».
Bütün bu dediklərimizə yekun olaraq göstərmək 
olar ki, fonem dilin elə kiçik, bölünməz vahididir ki, o, 
dil sistemində mühüm ictimai vəzifə daĢıyır. Onun 
baĢlıca funksiyası məna fərqləndirməkdir. Məs., 
sonəd


və 
sənət
sözlərini götürək. Hər iki sözün axırında 
«t»
səsi 
eĢidilir. Amma sözlərin mənası tamam baĢğadır. 
Qənd, 
kənd
sözlərində isə «d»-nın karlaĢması mənanı dəyiĢə 
bilmir. Burada eĢidilən 
«t»
səsi müstəqil fonem olmayıb 
«d»
foneminin kar variantıdır. 
Fonemin baĢlıca əlamətinin məna fərqləndiricilik 
olduğunu dedik. Dildə məna (leksik və qrammatik) 
fərqləndirə bilməyən bir qrup danıĢıq səsləri isə fonem 
çalarlığı adlanır. Fonem çalarlıqları da dildə daĢıdığı 
vəzifəyə görə iki qrupa bölünür. Məsələn, yuxarıda 
dediyimiz kimi kənd – kənt, qənd – qənt sözlərindəki 
«t»
səsi «d» fonemininin variantıdır. Çünki 
«t» 
ayrılıqda 
fonem ola bilir. Məs. 
tar – dar
sözlərində həm 
«t»
həm 
də 
«d»
müstəqil fonemdir. Amma bir qrup fonem 
çalarlığı heç vaxt dildə müstəqil iĢlənə bilmir. Məsələn, 
y foneminin kar qarĢılığı olan 
x, d°, 
q° və s. çalarlıqlar 
heç vaxt müstəqil fonem səviyyəsində iĢlənə bilməz, 
belə çalarlıqlar isə variasiya adlanır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə