Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə23/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   177
Adil Babayev

Elmi üslub.
Bədii üslubdan fərqli olaraq, elmi 
üslubda heç bir təxəyyül məhsulu obrazlılığa yol vermir. 
Burada hadisələr olduğu kimi dəqiq faktlar və rəqəmlərlə 
əks etdirilir. Məs. döyüĢ səhnəsini təsvir edən yazıçı 
obrazlı ifadələrdən və bənzətmələrdən istifadə edirsə, 
heç bir dəqiq fakt və rəqəm iĢlətmirsə, alim həmin 
döyüĢdə iĢtirak edənlərin sayını, dəqiq mövqeyini, 
silahlarının adını və s. göstərməlidir. Elmi üslub bədii 
üsluba nisbətən ağır olur. Çünki burada ağırlıq yaradan 
rəqəmlərdən baĢqa, terminlər də iĢlədilir ki, hamı onların 
mənasını baĢa düĢə bilmir. 
Rəsmi diplomatik üslub.
Bu üslub, əsasən, rəsmi 
dairələrdə, rəsmi sənədlərdə iĢlədilir. Məruzələrdə də 
rəsmi üslubdan istifadə olunur. Bu üslub çox quru faktlar 
və rəqəmlərlə müĢayiət edilir. Hər cümlənin söz 
sırasından tutmuĢ ahənginə qədər ölçülüb-biçilir. Burada 
artıq söz və ifadələrə, poetizmlərə yol verilmir. Rəsmi 
üslubun bir növü də diplomatik üslubdur. Diplomatik 
üslubda da hadisələrə _dolayı yolla, ehtiyatla, hər cür 
rəngdən uzaq yanaĢılır. Burada fikir konkret surətdə 
deyil, dolayı yolla, xüsusi nəzakət və məqsədlə ifadə 


edilir. Xarici iĢlər nazirliyinin bir-birinə notaları, onların 
çıxıĢlan və s. diplomatik üsluba misal ola bilər. 
Kargüzarhq – dəftərxana üslubu.
Kargüzarlıq 
sənədləri do xüsusi üslubda tərtib edilir. Onların hər 
birinin öz yazılma tərzi vardır. Aktları, protokolları, 
ərizələri, arayıĢları, vəsatotləri birləĢdirən bir neçə cəhət 
vardır. Əvvələn, burada ədəbi dilin ümumi qanunları 
gözlənilməlidir. Bu sənədlərdə söz sırasının ənənəvi 
pozulması özünü göstərir. Belə ki, arayıĢlarda, xəbərlər 
əvvəl, baĢqa üzvlər sonra kəlir. Əmr və sərəncamlarda 
əmrin 
obyektinin adı birinci çəkilir. Bu sənədlərin hər 
birinin üslubundan danıĢmaq üçün lüzum yoxdur. Təkcə 
əmr haqqında bir neçə söz deməklə fikrimizi 
yekunlaĢdırmaq istərdik. Əmrdə heç bir emosional söz 
və ifadəyə, poetizmə, vulqarizmə yol verilmir. Əmrin 
dili çox sadə və yığcam olmalıdır. Burada əvvəlcə nəticə, 
sonra səbəb haqqında məlumat verilir. Yəni əvvəlcə 
mətnin məzmunu, sonra onun hüququ, ictimai əsası 
verilir. 
Ədəbi 
dil 
normaları 
əmrdə 
mütləq 
gözlənilməlidir. 
Məişət üslubu.
Üslublar içərisində ən geniĢ 
yayılanı məiĢət uslubudur. Bu tıslubu teleqram üslubu ilə 
müqayisə etmək olar. Çünki burada heç bir artıq sözə yol 
verilmir. Teleqramda yalnız mətləb ifadə edilib, onun 
səbəb və nəticəsi göstərilmədiyi – ixtisar edildiyi kimi, 
məiĢət üslubunda da artıq Ģeylər ixtisar edilir. Bu 
üslubda yalnız ümumiĢlək sözlərdən istifadə olunur. 
Burada heç bir terminə, poetik sözə yer vermək olmaz. 
MəiĢət üslubu rəsmi üslubun tam əksinədir. Rəsmi 
üslubda xüsusi müraciət formaları (yoldaĢ, müəllim, 


xanım, cənab, siz və s.) olduğu halda, məiĢət üslubunda 
belə müraciət formalarına yol verilmir. Hansı vəzifədə 
olmasından asılı olmayaraq, uĢaq atasına son deyə 
müraciət etməlidir. 
Üslubiyyatdan danıĢarkən natiqlik və fərdi üslubu 
da qeyd etmək lazımdır. Natiqlik üslubu nitq 
mədəniyyətinin 
xüsusi 
formasıdır. 
Mövzudan, 
auditoriyadan, 
onun 
səviyyəsindən, 
psixoloji 
vəziyyətindən asılı olaraq natiq öz nitqini müxtəlif cür 
qura bilər. Siseron demiĢkən, nitqin məzmununa görə də 
pafosu seçmək lazımdır. Nitqin – mətnin məzmunundan 
asılı olaraq müxtəlif ton, intonasiya, sözlər seçmək 
lazımdır. 
Nitqin düzkünlüyü üçün sözlər uğurla seçilməli
yerli-yerində iĢlədilməlidir. Dialektizmlərə yol vermək 
olmaz. Cümlənin məqsədinə görə intonasiyanı seçmək, 
fonetik vasitələrdən istifadə etmək lazımdır. 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə