Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə11/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   177
Adil Babayev

 
DĠLÇĠLĠYĠN RĠYAZĠYYATLA ƏLAQƏSĠ 


Hələ XIX əsrdə yazılırdı ki, hər hansı bir elm 
özünün yüksək inkiĢaf mərhələsinə o vaxt qədəm qoyur 
ki, öz tədqiqində riyazi metodlardan istifadə etsin. Dil 
sisteminin keyfiyyətcə tədqiqi inkiĢaf nəticəsində 
kəmiyyətcə tədqiqə keçir. Beləliklə, dilin bütün 
səviyyələri riyazi metodlar əsasında tədqiq edilir. 
Dilçiliyin yeni sahəsi olan riyazi dilçilik məhz riyazi 
metodlara əsaslanır. Ənənəvi dilçilik isə bütün dil 
vahidlərini linqvistik baxımdan tədqiq edərək onların 
dildəki yerini müəyyənləĢdirir. Lakin dil vahidlərinin 
statistikası, onların dildə iĢlənmə tezliyi və ehtimalı, 
habelə dildə çoxluqların tətbiqi və yaranması və s. bu 
kimi məsələləri ənənəvi dilçilik metodları ilə tədqiq 
etmək olmaz. Buna görə də dilçiliyə riyaziyyatın tətbiqi 
b.u elm qarĢısında yeni inkiĢaf sahələri açır. 
Riyaziyyatın dilə müdaxiləsi iki səbəblə 
Ģərtləndirilir. 
Birinci, dilçiliyin inkiĢafı dilin və dar mənada 
mətnin tədqiqinə daha dəqiq və obyektiv metodların 
tətbiqini tələb edir. Dilçiliyə riyaziyyatın tətbiqi dilçi 
alim üçün dil materiallarının sistemləĢdirilməsi, 
ölçülməsi və ümumiləĢdirilməsinə geniĢ imkan yaradır. 
Ġkinci, dilçiliyin bir sıra dəqiq elmlərlə – fizika, 
kimya, kibernetika, fiziologiya ilə əlaqəyə girməsi yalnız 
riyazi dildən istifadə etməklə mümkün olur. Riyazi dil 
adi ünsiyyət dilindən fərqlənir. Riyazi dilin yaranması 
məhz 
kompüter 
və 
sinxron 
tərcümə 
iĢini 
asanlaĢdırmıĢdır. Riyazi dil də adi dil kimi kodlaĢdırılır. 
Sonra isə insan – maĢın – insan sistemi yaranır. 
Ġndi isə riyazi dillə adi dilin fərqini göstərək. 


Əvvələn, hər iki dil - həm riyazi, həm də adi dil 
informasiyanı iĢarələrlə (semiotik vasitələrlə) verir. Bu 
iki dil arasında aĢağıdakı fərqlər vardır: 
1)
Adi, Yəni dilçiliyin öyrəndiyi dil (söz, söz 
birləĢməsi, cümlə dili) iĢarəsi özündə dörd münasibəti – 
cəhəti birləĢdirir: ad (məlumatın maddi daĢıyıcısı), 
denotat (xarici aləmdə onun əksi), desiqnat (adın 
məfhumla əlaqəsi, buna siqnifıkativ münasibət də 
deyilir), konnotat (əĢya və hadisə haqqında hissi – 
qiymətləndirmə anlayıĢının kompleksi). 
Riyazi dildə isə denotativ və konnotativ 
münasibətlər olmur. Riyazi dil yalnız ad və onun riyazi 
mənasını əsas götürür. 
2)
Adi dil çoxmənalı, çoxüslubludur. Riyazi dildə 
bu olmur. Riyazi dildə yalnız ad və onun riyazi mənası 
mövcud olur. 
3)
Adi dildə dil vahidləri çoxlu törəmə mənalarda 
(metafora, metonim, sinekdoxa və s.) iĢləndiyi halda, 
riyazi dildə bu yoxdur. Avtomatik məlumat, maĢın 
tərcüməsi, adam-maĢın dialoqu zamanı adi dil materialı 
riyazi dil əsasında kodlaĢdırılır: Bu o deməkdir ki, adi 
dildə hər hansı çoxmənalı söz riyazi dilə yalnız bir 
mənada kodlaĢdırılır. BaĢqa sözlə, hər bir dil elementi 
riyazi dilin kod iĢarəsi ilə uyğunlaĢdırılır. 
Bu gün adi dilin riyazi dilə çevrilməsi. Yəni 
kompüter və EHM üçün proqram hazırlanması çox 
böyük elmi və praktik əhəmiyyət kəsb edir. Yaxın 
gələcəkdə ənənəvi dilçilikdə olan bir sıra mübahisəli 
məsələləri kompüter dərhal həll edə biləcək. 
Riyaziyyatın təkcə dilçiliyə deyil, dilin özünə də 
müdaxilə etməsi dil qanunlarının necə sabit və ciddi 


xarakterdə olduğunu bir daha təsdiq edir. Məs. 
riyaziyyatdan məlumdur ki, iki mənfi ədədin hasili bir 
müsbət anlayıĢa bərabərdir: 
(-a), (-b) = ab 
Bir mənfi ədədlə bir müsbət ədədin hasili mənfi 
kəmiyyətə bərabərdir: ( 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə